Plan Quyular haqqında ümumi məlumat Quyuların sementləmə üsulları Quyuların sementlənməsi üçün avdanlıqlar



Yüklə 0,76 Mb.
səhifə6/6
tarix25.12.2022
ölçüsü0,76 Mb.
#77823
1   2   3   4   5   6
Sementləmə

4.Quyruq kəmərinin sementlənməsi
Quyruq kəmərinin sementlənməsi iki üsul ilə yerinə yetirilir: birinci ayrıcı sementləmə tıxacı ilə və onsuz. Bu halda quyruq kəməri qazıma boruları vasitəsilə, sol yivli xüsusi keçiricilərin köməyilə endirilir (şəkil 4.1). Birinci üsul bir qədər mükəmməldir. Belə ki, quyruq kəmərinin və onu endirən qazıma borularının diametrləri bir-birindən fərqlidir, sement məhlulunu basqı mayesindən ayırmaq üçün iki hissədən ibarət olan sementləmə tıxacından istifadə edirlər. Aşağı hissə quyruq kəmərində ştiftin köməyilə xüsusi borucuqdan asılır. Yuxarı hissə qazıma kəməri borularının içərisində sement məhlulunun arxası ilə hərəkət edir (şəkil 4.2).

a b
Şəkil 4.1. Kəməri hissə-hissə endirmək üçün qurğu:
a-birinci seksiyanı qazıma borusuna birləşdirən; b-iki seksiyanı birləşdirən; 1-qoruyucu boru; 2- xüsusi mufta; 3- sol yivli keçirici; 4- xüsusi muftanın yuxarı hissəsi; 5- qazıma borusuna keçirici; 6- qoruyucu vtulka; 7- qazıma borusu; 8- kipləşdirici mufta; 9- başmaq borucuğu; 10- istiqamətləndirici tıxac.
Tıxacın yuxarı hissəsi aşağı tıxacın deşiyi üzərinə oturduqda onu bağlayır və bu zaman təzyiq düşküsü yaranır, ştift kəsilir və dayaq halqasına qədər tıxacın hər iki hissəsi birgə hərəkət edir. Əvvəlki qoruyucu kəmərlə quyruq kəməri arasındakı boruarxası fəzanın hermetikliyini «Qerus» qurğusunun köməyilə əldə etmək olar (şəkil 4.3).

a b c
Şəkil 4.2.Quyruq kəmərinin ayırıcı tıxacla sementlənməsi:
a-sement məhlulunun vurulması; b-yuxarı elastiki tıxacın aşağıdakına oturdulması; c-sement məhlulunun qoruyucu kəmərə vurulması; 1- qazıma borusu; 2-yuxarı elastiki ayrıcı tıxac; 3,5- xüsusi halqalar; 4- sol keçirici; 6- borucuq; 7- sancaq; 8- aşağı ayrıcı tıxac; 9- qoruyucu boru.

Hazırda aşağıdakı ölçülərdə «Qerus» tətbiq edilir: 299x219, 245x219, 245x168, 219x146mm. Qurğu 5 gövdəsindən, 8 rezin halqasından, 9 şponkalı 10 qıfından, 12 keçiricidən və 4 qaykasından ibarətdir. Rezin halqa qurğunun quyuya endirilməsi prosesində üzlük 6 ilə qorunur. Quyruq kəmərinin endirilməsi və sementlənməsindən sonra qazıma boruları vasitəsilə «Qerus» qurğusu endirilir və onun qoruyucu kəmərin yuxarı hissəsinə yungülcə toxunması zaman və eyni zamanda rotor vasitəsilə fırladıldıqda qurğunun aşağı hissəsi (nippel 3) sağ yiv ilə xüsusi mufta-ayrıcıdan 2 açılır. Üzlük 6-nın sonrakı çıxarılması üçün boruya ağırlığından 40-50 kN çox dartıcı quvvə verilir.




a b
Şəkil 4.3.Kipləşdirici qurğu «Qerus»:
a-quraşdırılana qədər; b-quraşdırılandan sonra; 1-quyruq kəməri; 2-xüsusi ayırıcı mufta; 3- nippel; 4- qayka; 5- gövdə; 6- qabıq; 7- hərəkət halqası; 8-rezin halqa; 9-şponka; 10-qıf; 11-elevator; 12-keçirici; 13- aralıq kəməri; 14- qazıma borusu.
Əgər quyuya quyruq kəməri hissə-hissə perforasiya olunmuş qoruyucu kəmərlə endirilərsə bu zaman süzgəc üstündə yerləşən deşiklərdən sementləyirlər. Bu halda deşiklərdən aşağıda bağlayıcı və ya yuxarı açılan düz klapan qoyulur, ondan yuxarıda əks klapan qoyulmalıdır. Bunu ondan ötrü edilər ki, sementləmədən sonra qazıma borusu, açılanda kəmərə sement məhlulunun geri qayıtmasının qarşısını alsın. Sementləmə uyğun olaraq yuxarıda göstərilən kimi yerinə yetirilir.
Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin