164) Düpüytren xəstəliyi üçün aşağıdakılardan hansı doğru deyil ?
A) Xəstəlik əlin 4-cü barmağının palmar fassiyasının zədələnməsi ilə başlayır
B) Xəstəlik adətən ovucda dərinin distal hissəsində düyün şəklində başlayır
C) Palmar fassiyadakı dəyişikliklər penisdə (Peyroni) və plantar fassiyada da ola bilər
D) Xəstəlik kompartman ( işemik ) sindromundan sonra inkişaf edir
E) Müalicə cərrahi olub çox vaxt palmar fassioektomiya şəklindədir
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
165) Replantasiya əməliyyatları ilə bağlı aşağıdakılardan hansı səhvdir?
A) Əzələ toxuması bərpası zamanı işemiya riski nəzərə alınmalıdır
B) Ən uğurlu replantasiyalar qopmuş tip amputasiyalardan sonra aparılır
C) Uşaqlarda barmaq amputasiyalarında replantasiyaya mütləq göstəriş var
D) Travmadan sonra ilkin olaraq ümumi vəziyyət qiymətləndirilir, sonra tənəffüs və vaskulyarizasiya nəzarət altına alınır
E) Qopan hissə ilk yardım olaraq dərhal fizioloji məhlul ilə yuyulub bilavasitə buzla təmas etməyəcək şəkildə iki torbaya qoyulur
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
Dostları ilə paylaş: |