166) Hansı halda replantasiyaya göstərişi yoxdur ?
A) Bilək səviyyəsində amputasiya
B) Uşaqlarda barmaq amputasiyaları
C) Ağır əzilmə və geniş soyulma şəklində yaralanmalar
D) Başbarmağın amputasiyası
E) Multipl ( birdən çox ) barmaq amputasiyası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
167) Düpüytren xəstəliyi ilə birlikdə rast gəlinmə ehtimalı çox olan xəstəliklər hansılardır ?
1. Diabetes Mellitus
2. Ürək çatışmazlığı
3. Epileptik tutmalar
4. Xronik alkoqolizm
5. Kron xəstəliyi
A) 1-3-5
B) 1-3-4
C) 2-3-4
D) 1-2-3
E) 1-2-3-4-5
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
168) Aşağıdakılardan hansı “ Volkman ” işemik kontrakturası üçün doğru deyil ?
A) Sıxılmış nahiyənin daxilində təzyiqi artıran faktorlar eksternal ( möhkəm gips ola bilər )
B) Əzələlərin işemik kontrakturası ilə əlaqədar olaraq “ pəncə əl ” deformasiyası inkişaf edir
C) Ən çox saiddə ektensor əzələlərin sıxılmasında rast gəlinir
D) Subfassial təzyiqin artması nəticəsində inkişaf edən işemik əzələ nekrozunun gecikmiş klinik formasıdır
E) Müalicə cərrahi yolladır
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
Dostları ilə paylaş: |