Psixoanalizin əsas anlayışları. Psixikanın strukturunun psixoanalitik izahı Z. Freydin üç komponentli struktur modeli



Yüklə 40,5 Kb.
səhifə2/11
tarix15.11.2022
ölçüsü40,5 Kb.
#69226
1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu 4-BLACK

Fiksasiya və reqresiya
Fiksasiya insanın müəyyən obyektlərə, məqsədlərə, inkişaf mərhələlərinə, obraz və fantaziyalara, zövq və davranış üsullarına, münasibətlərə və münaqişələrə bağlılığının qorunub saxlanılmasıdır. Psixoanalizdə fiksasiya anlayışı uşağın psixoseksual inkişafının müxtəlif mərhələlərində baş verən şüursuz proseslərin təsvirinə aiddir. Fiksasiya libidonun müvafiq seksual obyekt və seksual məqsədlə möhkəmlənməsi ilə əlaqədardır. O, həmçinin reqresiya ilə psixi ləngimə və pozuntularla, patogenetik materialın insan şüurundan sıxışdırılıb çıxarılması ilə və diqqətin daha çox travmatik anda cəmlənməsi ilə də bağlıdır.
Ümumiyyətlə Freydin fikrincə, libidonun fiksasiyası psixi xəstəliklərə səbəb olan böyük bir amildir. Amma nevrozların etiologiyasında libidonun fiksasiyası daxili amil kmi nəzərdən keçirilir. O vaxt pataloji formaya çevrilir ki, təsadüfi xarici faktor kimi görsənən meyllərdən zövq alma məcburi qaydada inkar edilir. Bu zaman psixikadaxili münaqişələr yaranır və “Eqo” libidonun fiksasiyasının müşahidə edilmədiyi yerdə sıxışdırılıb təcrid edilir. Beləliklə, nevrozların yaranmasının psixoanalitik izahında fiksasiya barədə bunları deyə bilərik. O əvvəlcə meyillərdən məcburi imtina edildiyi yerdə olur. Daha sonra müəyyən istiqamətə malik olan libidonun fiksasiyası baş verir. Və nəhayət, “Mən”in inkişafı sayəsində psixi münaqişələrə meyllilik müşahidə olunur.
Freyd fiksasiyanı psixoanalizin yaranmasının ilkin mərhələsində nevrozun yaranma mənbəyi olaraq ifadə edirdi. Daha sonra o, fiksasiya anlayışını genişləndirərək onu seksual obyekt və məqsədlərə, psixoseksual inkişaf mərhələlərinə və bütövlükdə insan fəaliyyətinə aid etmişdir. Freyd bu fikrə də gəlmişdir ki, keçmişdə yaşanan mərhələlərin birinə fiksasiya olunmaq nevrozun çərçivələrdən çıxaraq hətta onunla üst-üstə düşməyə bilər. O, affektiv fiksasiya olan kədəri nümunə göstərir. Kədər insanı tamamilə bu günündən keçmişə və ya gələcəyə doğru uzaqlaşdırır. Amma kədər patoloji forma alanda nevroz baş verir. Fiksasiya reqresiya ilə çox sıx əlaqəlidir. Reqresiya ümumi anlamda daha ali inkişaf mərhələsindən daha aşağı inkişaf mərhələsinə qayıdışdır. Psixoanalitik anlamda isə əvvəllər keçilmiş psixoseksual inkişaf mərhələlərinə, daha erkən, primitiv təfəkkür və davranış üslublarına qayıdışdır.
Fiksasiya reqressiya ilə daha ali inkişaf mərhələsindən daha aşağı inkişaf mərhələsinə ümumi planda geri qayıdışı təsvir edənlə sıx əlaqəlidir. Bu daha erkən yaşanmış psixoseksual mərhələlərə təfəkkürün və davranışın bəsit, ilkin üsullarına qayıdış kimi mənalandırıla bilər. Freydin fikrincə, insanın gümrahlıq vəziyyəti oyanma ardıcıl olaraq şüursuzluqdan şüuraltına ordan da şüura doğru istiqamətlənmişdir. Yuxu vəziyyətində isə əks yolla qavrama prosesi baş verir. Beləliklə, reqressiv yolla psixi aparatın məqsədəuyğun olmayan növləri inkar edilir, bəsit obrazlar qorunub saxlanılır. Freyd həmçinin qeyd edirdi ki, reqressiya tək yuxulara aid deyil, həm də normal təfəkkürə aiddir. Məsələn, gün ərzində daha mürəkkəb aktdan daha sadə aktı xatırlamaq buna misaldır. İsteriyalar və paranoyalar, halüsinasiyaları isə istisna etmək lazımdır. Bu halüsinasiyalarda reqressiyalara aid olub obrazlara çevrilmiş fikirləri ifadə edirlər. Bu baxımdan Freyd normal ruhi həyatın reqressiyası ilə pataloji halların reqressiyanı fərqləndirirdi. Freyddən sonra reqressiya ilə bağlı fikirləri onun ardıcılları zənginləşdirirlər. Belə ki, Yunq reqressiyanın həm də teoloji (dini) mahiyyətini qəbul etmək məsələsini qoyurdu. O hesab edirdi ki, infantil səviyyəyə qayıdış təkcə reqressiya deyil, həm də yeni həyat planlarını tapmaq imkanıdır. Belə ki, reqressiya mahiyyət etibarilə yaradıcı akt üçün əsas şərtdir.
LİBİDO
Libido – latın dilindən tərcümədə “istək”, “cəhd etmək” deməkdir. Bu anlayış seksuallığın müxtəlif növlərinin ifadə olunmasına təkan verən psixi enerjini göstərmək üçün istifadə edilir. O müxtəlif obyektlərə istiqamətlənərək psixi proseslərin axınında özünü göstərir və fərdi şəxsi strukturun formalaşmasında və sosial-mədəni nizam yaranmasında rol oynayır.
Libido anlayışı ilk dəfə Siseron tərəfindən istifadə edilmişdir. O, libidonu bütün ağlsız adamlarda rastlaşdığı şüura və düşüncəyə zidd bir anlayış kimi görürdü. Elmi ədəbiyyatda isə ilk dəfə XX əsrdə Benedikdin “Elektroterapiya”, Molun “Seksual libidonun tədqiqi” əsərlərində seksual meyilləri, cinsi istəkləri ifadə etmək üçün işlənilmişdir.
Freyd libido anlayışından psixoanaliz meydana gəlməmişdən də istifadə edirdi. Əgər psixoanaliz 1896-cı ildə elm kimi yola çıxmağa başlamışdırsa, libidodan istifadə 1894-cü ilə təsadüf edir. O qorxu nevrozu ilə melanxoliyanı fərqləndirərək yazır ki, əgər birinci fenomen üçün yığılıb qalmış fiziki seksuallığın gərginliyi xarakterikdirsə, ikinci fenomen üçün yığılıb qalmış psixoseksual gərginlik xarakterikdir. Xaricdən göstərilən qıcıq psixikada elə dəyişikliklərə səbəb olur ki, o, artaraq psixi oyanıqlığa çevrilir. Müəyyən bir həddə qədər artan fiziki seksuallığın gərginliyi psixi libidonun yaranmasına səbəb olur, o isə öz növbəsində koitusla (cinsi əlaqə ilə) nəticələnir. Qorxu nevrozu psixi libidonun, seksual affektin defisiti – çatışmazlığı ilə xarakterizə olunur.
Freyd 1914-cü ildə “Narsizm barədə” əsərində libido anlayışını inkişaf etdirir. O, obyekt-libido, mən-libido, narsist-libido anlayışlarını ayırır. O, güman edir ki, ilk öncə libido özünün “Mən”- ində konsentrasiya olur (erkən narsistlik), daha sonra libidonun bir hissəsi obyektlərə köçürülür (obyekt – libido). Daha sonra bezen bu köçürmə yekunlaşmır və nəticədə libido yenidən daxilə qayıdır (ikincili narsistlik).
Freyd 1894-cü ildə yazırdı ki, yemək istəyinin olmamasını izah edən pasiyentin əslində başqa bir səbəbi var idi. Belə ki, iştahın itməsi seksual terminlər ilə libidonun itirilməsindən başqa bir şey deyildir. Buna görə də o güman edirdi ki, melanxoliya itirilmiş libido üçün saxlanılan hüzuru, yası ifadə edir. Sonraki illər Freyd libidonun psixoanalitik nəzəriyyəsini irəli sürdü. O hesab edirdi ki, libido anlayışı ilə seksual oyanıqlıq sahəsində baş verən bütün prosesləri və çevrilmələri ölçmək mümkündür.
Freyddən sonra onun ardıcılları libido barədə özünəməxsus fikirlər bildirdilər. Məsələn, Yunqa görə libido faktiki olaraq deseksualizasiyanı idarə edirdi. O deyirdi ki, libido mürəkkəb transformasiyalara məruz qalır, cürbəcür simvolik formalara çevrilir və bu libido simvollarını yozmaq, şifrələrini açmaq Freydin klassik psixoanalizinə zidd olan Yunqun analitik psixologiyasının əsas məsələsi idi. Yunq “Libido, onun metomorfazaları və simvolları” əsərində qeyd edirdi ki, Freydin libido nəzəriyyəsini şizofreniyadan əziyyət əkən xəstələrə tətbiq etmək üçün uyğun deyil. Yunq deyirdi ki, insanın iki cür meyli var: 1. Seksual meyl; 2. “Mən” meyli. Onun fikrincə yalnız cinsi istək meylini biz libido adlandıra bilərik.
Yunqla Freyd arasındakı müzakirələr ona gətirib çıxarır ki, psixoanalizin banisi libido anlayışının genişlənmiş formada yozmağı qəbul etmir, Yunqu dini təfəkkürlərdən çıxış edərək bu fikirləri söylədiyinə görə tənqid edirdi.
Freydi müxtəlif növ panseksualizmdə günahlandıranda qeyd edirlər ki, həqiqətən psixoanalizdə seksuallıq anlayışına geniş yer verilir, uşaq seksuallığı və perversiyaları geniş tədqiq edilir.

Yüklə 40,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin