Psixoanalizin əsas anlayışları. Psixikanın strukturunun psixoanalitik izahı Z. Freydin üç komponentli struktur modeli


Psixikanın strukturunun psixoanalitik izahı



Yüklə 40,5 Kb.
səhifə4/11
tarix15.11.2022
ölçüsü40,5 Kb.
#69226
1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu 4-BLACK

2. Psixikanın strukturunun psixoanalitik izahı
Psixikanın struktur təşkili
Freyd özünün erkən nəzəri və praktiki fəaliyyəti zamanı sıxışdırılıb təcrid olunmuş şüursuzluğun aşkar olunmasına üstünlük verirdi. 20-ci illərdə onun marağı “Eqo” psixologiyasına yönəlmişdi. O, müəyyənləşdirəndə ki, “Eqo”nun bir hissəsi şüursuz ola bilər o zaman “Eqo”nun özünün və onun şüursuz hissəsinin analizinə zərurət yarandı. Başqa sözlə desək bundan sonra təkcə sıxışdırılıb təcridolunan deyil, sıxışdırıb təcridedən də öyrənilməyə başlanıldı.
Freyd “Eqo”nun və onun şüursuz hissəsinin analizinə başlayarkən alman həkimi Corc Qroddekin araşdırmalarına istinad edirdi. O, psixosomatik xəstəliklərin öyrənilməsində pioner idi və psixoanalizin banisi tərəfindən yüksək qiymətləndirildi. Qroddek şüursuzluğu analiz etmək üçün Nitşenin “Zərdüşt belə demişdi” əsərinə istinadən “İD” terminini istifadə etmişdi. Freyd sonradan Qroddekə məktubunda onun “İD” anlayışını istifadə etməsini izah edərkən analitiklərə məsləhət görürdüki şüurla şüursuzluğu üz-üzə qoymaqdansa “Eqo” və ondan doğan sıxışdırıb təcrid olunanın qarşılıqlı əlaqəsinə baxmaq lazımdır. Bəlli olandan sonra kı Mənin özündə elə bir hissə var ki, o şüursuzluğa aiddir amma o hissə sıxışdırılıb təcrid olunan hissə deyil, ona bir ad qoymaq lazım gəldi. Bunu etmək ona görə zəruri idi ki, Freyd analitik terapiyada elə pasiyentlərlə rastlaşırdı ki, onlar öz “Eqo”lari sahəsində cəzalandırmaqla təhdid edən hansısa naməlum qüvvələrin müşahidəsi altında olduqlarını deyirdilər. Freyd “Eqo” sahəsində olan bu hissəyə “Super Eqo” adını verdi. O, özünün “Eqo və İD” (1923) əsərində 3 struktur elementini ayırdı: İD (O), EQO (mən), Super Eqo (fövqəl mən).
İD, EQO və SUPER EQO
Freydin təklif etdikləri ilə razılaşsaq insan şəxsiyyətinin psixi aparatı hər şeydən əvvəl dərkolunmayanlar və şüursuz “İD”i ifadə edir. Tədqiqatçılar üçün “İD” meyl və ehtiraslardan ibarət şəxsiyyətin özünə əl çatmayan hissəsidir. Onu metofarik dilə çevirsək ağzı dolu hisslərlə qaynayan qazana və ya xaosa bənzətmək olar. Onda insanın instiktiv tələbatları yerləşir. Meyllərlə və enerji ilə dolu olan “İD” aydın struktur təşkilinə malik deyil və ümumi iradəsi yoxdur. İD libidonun rezervuarıdır. O, instiktiv tələbatları, seksual meylləri təmin etməyə çalışır və bu təminetmə zamanı əldə edilən zövqün üzərində öz funksionallığını təmin edir. “ID”də heç bir əxlaqi qiymətləndirmə, mənəvi ustanovkalar yoxdur. Yaxşı və pisi ayıra bilmir. “İD”də hər bir şey həzz almaq prinsipinə tabedir.

Yüklə 40,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin