Psixoanalizin əsas anlayışları. Psixikanın strukturunun psixoanalitik izahı Z. Freydin üç komponentli struktur modeli



Yüklə 40,5 Kb.
səhifə10/11
tarix15.11.2022
ölçüsü40,5 Kb.
#69226
1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu 4-BLACK

1. İnsani əlaqələrə olan tələbat. Özünü real insan qruplarından birinə aid edə bilməyən, “mən”i olan “biz”i olmayan şəxs getdikcə kəskinləşən, artan, dərinləşən tənhalıq hissinə qapılır.
2. Özünütəsdiqə olan təlabat. Real insan qrupunun sadəcə bir üzvü olmaq insan üçün azlıq edir. O, “bizim” adlandırdığı qrupun tərkibində sadəcə bir ünsür olmaqla kifayətlənmir. İnsan yalnız özü üçün deyil, başqaları üçün heç olmasa bir insan qrupu – ailə üçün əhəmiyyətli, lazım olduğunu bilməlidir, əks təqdirdə o özü özündən narazı qalır, onu təmin olunmamaq və ya çatışmazlıq hissi narahat edir.
3. Səmimiyyətə olan tələbat. İnsan özünü böyük, hətta tarixi bir şəxsiyyət saya bilər. Lakin o heç kimi sevmirsə və heç kimə hörməti yoxdursa və heç kimdən hörmət və səmimiyyət ümmursa və onu hiss etmirsə, onda antipatiya hissi get-gedə həyata nifrət dərəcəsinə qədər arta bilər.
4. Özünüdərk etməyə olan tələbat. İnsan özünü əvəzsiz, təkrarı mümkün olmayan bir fərdiyyət kimi qavramalı və hiss etməlidir.Bu hissdən məhrum olmuş, onu itirmiş bir şəxs nüfuzlu, hörmətli şəxs olsa belə özünü bir avtomat, robot kimi qavrayır. Belə hallarda qeyri sərbəstlik hissi meydana çıxır ki, bu da partlayışla nəticələnə bilər.İnsan onu sıxan, onun əl-qolunu baölayan, onu sadə bir detala çevirən mexanizmin təsirindən uzaqlaşmağa can atır. Bəzən o həmin mexanizmlə birlikdə özünü də məhv edir.
5. Pərəstiş obyektinə olan təlabat. Hər bir şəxs özünü bu və ya digər mədəniyyətə, ideologiyaya aid etməli, onunla özünü bağlı hiss etməlidir. İnsan nəyə isə inanmalı, nəyi isə inkar etməli, kimə isə nəyə isə pərəstiş ya da nifrət etməli və s. Belə olmasaydı həyat insana mənasız görünərdi.
Şəxsiyyət və onun inkişafının psixoanalitik istiqamətdə şərh edən cərəyanlardan biri yeni freydizm cərəyanı olmuşdur. Bu cərəyanın tərəfdarları Freydin konsepsiyasındakı biolojiləşdirmə ənənəsini sosiallaşdırma ilə əvəz etməyə cəhd göstərmişdir. Belə alimlərdən biri A.Adler (1870-1937) olmuşdur.
O, göstərmişdir ki, insanda ən əsas onun təbii instinktləri deyil, “birlik hissidir”. Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkişaf etdirməlidir.

Yüklə 40,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin