Psixoanalizin əsas anlayışları. Psixikanın strukturunun psixoanalitik izahı Z. Freydin üç komponentli struktur modeli



Yüklə 40,5 Kb.
səhifə7/11
tarix15.11.2022
ölçüsü40,5 Kb.
#69226
1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu 4-BLACK

2-ci bölməyə aid YOXLAMA SUALLARI
1. Psixikanın psixoanalizə görə strukturu necədir?
2. İd, Eqo və Super Eqonun əsas əlamətləri hansılardır?
3. İd, Eqo və Super Eqo arasındakı qarşılıqlı münasibətlər necə qurulub?
4. Psixikadaxili münaqişələr necə və hansı formada baş veri?
5. “Bədbəxt Eqo”nun psixoanalitik təyini necədir?
6. Super Eqonun “yüksək əxlaqlılığı” nəyə gətirib çıxarır?
7. Pasientin zəifləmiş Eqosunu necə möhkəmləndirmək mümkündür?
8. Psixikanın tərkib hissələri nöqteyi nəzərindən baxdıqda psixoanalizin əsas məqsədi nədir?
MƏSLƏHƏT GÖRÜLƏN ƏDƏBİYYAT
1. Айке Д. Сверх­Я: инстанция, задающая направление нашим поступкам // Энциклопедия глубинной психологии. Т. 1. Зигмунд Фрейд. Жизнь. Рабо­ та. Наследие.— М., 1998.
2. Тайсон Ф., Тайсон Р. Психоаналитические теории развития.— Екатеринбург, 1998.
3. Фрейд З. Я иОно // Либидо.— М., 1996.
4. Фрейд З. Введение впсихоанализ: Лекции. — М., 1995.
5. Фрейд З. Основные принципы психоанализа.— М.; Киев, 1998.


  1. Z.Freydin üç komponentli struktur modeli.

İnsan fəaliyyətlərini psixi (mental) aparatla həyata keçirir. Bu aparat insanın özünü və onun kimliyini göstərir. Freyd psixi (mental) aparatı və ya insan kimliyini üç hissəyə – id, eqo və supereqoya – bölür
İD – İnsan kimliyinin təməlini təşkil edir. Eqo və supereqo iddən ayrılaraq inkişaf etmişdir. İd insan doğulan andan var olan psixoloji istəklərin cəmidir. Ruhun enerji qaynağı olan id digər iki sistemin işləməsi üçün də enerji və güc təşkil edir. Freyd idə “həqiqi ruhi varlıq” adını vermişdir. Çünki “İD” maddi dünyadan ayrı tamamilə ruhi bir yaşantıdır. Uşaqlıq vaxtından insanın həyata keçirə bilmədiyi və sıxışdırılaraq altşüura atılan bütün hisslər İDdə toplanır.
İd özündə həddindən artıq enerjinin toplanmasına dayana bilmir və müəyyən bir səviyədən sonra bu enerjini özündən atmaq istəyir ki bu hal da həzz duyğusunu yaradır.
İd ümumiyyətlə xarici və maddi aləmdən tamamilə ayrı və müstəqil bir varlıqdır. Zaman və makan qavramlarını başa düşə bilmir. O cümlədən ağıl İDə aid deyil. Buna görə də İD həzz duyğusu altında istədiyi bütün şeylərin həyata keçməsini isətəyir. İD daima acıdan qaçıb həzz duyğusunu yaşamağı istəyir. Hər hansı bir şeyi əldə edə bilmədikdə onun görüntüsünü beyində yaradır. Amma bu görüntü orqanizmi həmin ehtiyacı qarşılamaq üçün kifayət etmir. Məsələn insan acdığı zaman beynində yemək görüntüsünü yaratması onun aclığını doyuzdurmur. Artıq bunun üçün ikinci bir sistem olan EQOya ehtiyac duyulur.
EQO (Mən) – İDi nəzarət altında saxlayan insan kimliyinin bir hissəsidir. Orqanizmə xarici təsirlər olduğu üçün İDin bir hissəsi xüsusi bir inkişaf görsədərək xarcdən gələn təsirləri qəbul edir və ruhu qoruyan bir mexanizm yaradır. İnkişaf edən və iddən ayrılan bu sistem eqo adlanır. Eqo İD ilə xarici dünya arasında bir vasitəçi rolunu oynayır. Daxildən - İDdən gələn və xarici təsirlər və SUPER EQOnu da nəzərə alaraq bunların ümumi istəklərindən ortaq bir nəticə çıxarır və bunu fəaliyyətə çevirir.
EQO özlüyündə şüurlu və şüursuz olmaq üzrə 2 hissədən təşkil olunur. Şüurlu hissəyə üç sistemdən - İD, SUPER EQO və xarici aləmdən gələn istəkləri uyğunlaşdırıb qərar vermək və bunu həyata keçirmək aiddir. Şüursuz hissəyə isə İDdən gələn cinsi və bəzi aqressiv istəklərə qarşı yaradılan müdafiə mexanizimidir.
EQO həm də xarici həqiqətin varlığını dərk etmək xüsusiyətinə malikdir. Bu Eqonun şüurlu hissəsi tərəfindən həyata keçirilir. Müəyyən həzzin həyata keçməsində İd düşüncələr yaratsa da o ehtiyacı təmin edə bilmir. Çünki onun həqiqi yanını anlayacaq bi şüur yoxdur. Orqanizmin bu yanını isə Eqo həyata keçirir və xarici həqiqti dərk edir. Beləliklə id beyində yemək xəyalını qurmaqla qarşısını ala bilmədiyi bu hissi ego vasitəsiylə təmin edir.

Yüklə 40,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin