Psixoanalizin əsas anlayışları. Psixikanın strukturunun psixoanalitik izahı Z. Freydin üç komponentli struktur modeli



Yüklə 40,5 Kb.
səhifə5/11
tarix15.11.2022
ölçüsü40,5 Kb.
#69226
1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu 4-BLACK

Eqo - şüurluluq sferası. Eqo sağlam, aydın fikirliliyin əsasında formalaşır. O, şüursuzluqla, insanın daxili aləmi ilə xarici reallıq arasındakı vasitəçisidir. Şüursuzluğun mövcud reallığa uyğun olaraq məqsədyönlü və zəruri fəaliyyət göstərməsini təmin edir. “Eqo” yaradılışın mahiyyətinə görə “İD”in differensiallaşmış hissəsidir. İnsanın ruhi aləmində real dünyanın nümayəndəsidir. “Eqo”, “İd”dən fərqli olaraq reallıq prinsipi ilə mövcud olur. Belə görünsə də ki, “Eqo” şüurlu, düşüncəli hissə olaraq “İD”in hərəkət istiqamətini dəyişərək onun reallıq hissinə gətirməyə çalışır. Freyd bu fikirlə o qədər də razılaşmırdı. O deyirdi ki, “Eqo” həiqqətən “İD”i idarə etməyə, sosial istiqamətdə yönəltməyə çalışır, “İD” də amiranə surətdə öz proqramını reallaşdırmağa səy göstərir. Nəticədə adətən “Eqo” “İD”ə güzəştə gedir.
Freydin fikrincə, “Eqo” “İd”in xarici aləmin təsiri nəticəsində dəyişilmiş bir hissəsidir. “Eqo”nun daxilində mövcud olan bu differensasiya Super Eqo və ya “Mən ideal” adını vermişdir. Bu termin, yəni “ideal mən” uşağın öz valideynləri, xüsusən atası ilə identifikasiyası hesabına formalaşır. Freyd güman edirdi ki, maniya zamanı “Eqo” və “ideal mən” bir-birinə qarışır. Halbuki melonxoliya baş verəndə ayrılma baş verir. Freyd deyirdi ki, psixikadaxili konfliktlər təkcə “İd” ilə “Eqo” arasında baş vermir, “Eqo” və “ideal mən”ə aiddir. Super eqo və ya “mən ideal” şəxsiyyətin bütünlüklə şüura aid olan hissəsi deyil, əksinə daha çox şüursuzluq və “İd” ilə bağlıdır. Yaranma mahiyyəti bir başa olaraq edip kompleksi ilə əlaqəlidir. Belə ki, Super Eqo-nun yaranması Edip situasiyasına keçidlə baş verən ata və ya ana ilə identifikasiya ilə birbaşa şərtlənir.
Super Eqo-nun 2 növü var: 1. Mükafatlandırma; 2. Qadağalar. Uşaq eyni zamanda atası kimi güclü, ağıllı, böyük olmağa cəhd göstərir, həm də bu zaman onun infantil “Eqo”su şüursuz meyilləri sıxışdırıb təcrid etmək məqsədi ilə daxili qadağalardan qüvvə toplayır. Uşaq valideynlərinin obrazlarını daxilinə yığdıqda onda ideal və qadağan edən instansiya formalaşır. Freydin fikrincə Super Eqo 3 funksiyada fəaliyyət göstərir. Bu 3 funksiya valideyn avtoriteti, vicdan və daxili müşahidəsidir. Eqo xaricin daxilində introeksiyasıdırsa, Super Eqo daxilin xaricində introeksiyasıdır.

Yüklə 40,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin