Psixoanalizin əsas anlayışları. Psixikanın strukturunun psixoanalitik izahı Z. Freydin üç komponentli struktur modeli



Yüklə 40,5 Kb.
səhifə6/11
tarix15.11.2022
ölçüsü40,5 Kb.
#69226
1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu 4-BLACK

Psixikadaxili münaqişələr
Freyd sıxışdırıb təcridedənlə təcridolunan arasında müqayisə apararkən psixikadaxili konfliktlərin mahiyyətinə doğru addımlar atırdı. Fövqəl mən barədə psixoanalitik təsəvvürlər imkan verdi ki, konfliktdaxili situasiyalara baxa bilsin. Məsələ bundan ibarətdir ki, Freyd tərəfindən psixikanın strukturlaşdırılması, insan “EQO”nun mahiyyətcə zəifliyini ortaya qoydu. Belə ki, “EQO” nəinki fərdin irsi şüursuz meyilləri ilə üzləşib, həmdə şüursuz qüvvələrin inkişafı ilə əlaqədar əldə etdikləri ilə üz-üzə gəlir. Super Eqo “İD”in içərisindən doğarkən “Eqo” ilə şüursuzluğun (İD-in) möhkəm təzyiqi altında qalır. Belə görünür ki, “Eqo” 2 hakimin – “İD”in təbii ehtiraslarının və Super Eqonun ciddi daxili senzorluğu qarşısında qula çevrilir. Hər 2 hakim “Eqo”ya təzyiq edərək onda münaqişələrlə müşayiət olunan daxili qeyri-sabitlik yaradırlar. Həmçinin “Eqo”nun ondan daha yüksəkdə duran İD-in həzz prinsipi ilə erkən konfliktləri daha sonra onun birbaşa varisi, yəni Super Eqo ilə münaqişələr formasında görsənə bilər. Super Eqo özünün yaranma mənbəyi etibarilə şüurlu Eqo-dan daha çox insan nəslinin inkişafı ilə, filogenezlə birbaşa bağlı olduğundan daha çox şüursuz İD-ə daha yaxındır.
Super Eqo İD-ə daha dərin yükləndikcə şüurlu hissədən – “Eqo”dan biraz ayrıdır. Məs: ontogenetik tərəfdən baxsaq, Super Eqo həmişə cəhd edir ki, öz “Eqo”sundan qoparaq sərbəstlik, müstəqillik əldə etsin. Super Eqo-nun bu cür cəhdlər göstərməsi “Eqo”ya qarşı münasibətdə biraz tənqidilik ortaya qoyur və bu “Eqo”nun daxilində özünə qarşı günahkarlıq hissinin yaranması ilə nəticələnir.
İnfantil Eqo öz valideynlərinə qulaq asmağa və tabe olmağa məcburdur. Yetkin Eqo isə kateqorik imperativlərlə zəngin Super Eqoya tabe olur. İstənilən halda “Eqo” situasiyanın aslısına çevrilir. Fərq ondadır ki, infantil Eqoda təzyiq kənardan gəlir. Böyük insanın Eqo-sunda isə özünün daxili psixikasından qaynaqlanır. Super Eqo yazıq Eqo-ya o qədər güclü təzyiq göstərir ki, o, günahsız günahkara çevrilir.
Əgər valideynlər uşağı tez-tez vicdanlı olmağa çağırırsa və tərbiyədə cəzalandırmaya üstünlük verirsə, bu zaman böyük insanın fövqəl məni və ya onun vicdanı, “mən”i özünü cəzalandırır, onu əzab çəkməyə məcbur edir. Kənardan cəzalandırma daxili cəzalandırmaya çevrilir. Vicdanın törətdikləri insana elə əzablar bəxş edir ki, sonda bunlardan qaçış xəstəliyə gedişlə yekunlaşır. Fövqəl mən özünün müstəqilliyindən, “Eqo”dan qoparaq qazandığı sərbəstliyindən istifadə edərək ciddi, qəddar, tirana çevrilərsə, bu insanlar melonxoliya halına səbəb ola bilir.
Yüksəkdə yerləşən Super Eqo insanın keçmiş əməllərini və hərəkətlərini ittiham edərək, onun ləyaqətini aşağılayır və “Eqo”nu şüursuz günaha yuvarlayır və “Eqo” tamamilə köməksiz vəziyyətə düşür. Freyd deyirdi ki, melonxolik tutmalar digər psixi hallarla bəzən əvəzlənərək harasa çəkilir gedir. Lakin bu davamli olmur, fövqəl mən yeni melonxolik tutmalarla təzahür edir. Melonxolik tutma çəkiləndə, fasilə verəndə Super Eqo bütünlüklə “Eqo”ya qarışaraq onun işərisində əriyir, “maniakal Eqo”ya çevrilir.
Super Eqo-nun formalaşması barədə danışanda xüsusilı vurğulayırdı ki, ciddi tərbiyə üsullarına üstünlük verən valideynlərin münasibətləri bunu formalaşdırır. Freyd iddia edirdi ki, Super Eqo-nun ciddiliyi və qəddarlığı filogenezlə şərtlənir. Uşağı tərbiyə edərkən valideynin təzahür edən Super Eqo-su əslində onun öz valideynləri ilə identifikasiyasının (eyniləşdirmə) nəticəsidir. Uşağın Super Eqo-su məzmunca nəsildən-nəslə davam edən dəyərlərdən, adət-ənənələrdən ibarətdir. Bəzən ailələrdə elə situasiyalar baş verir ki, öz həyat fəaliyyətlərində özlərini ifadə edə bilmədikləri, sona çatdırmadıqları, arzuladıqları işləri, məsələləri öz uşaqlarının üstündə həyata keçirməyə cəhd göstərirlər. Bu zaman uşağın ən kiçik istəklərinə də fikir vermədən ciddi tərbiyə üsullarına əl atırlar. Beləliklə bu cür tərbiyə özlərinin Super Eqo-larının öz uşaqlarına keçirilməsi ilə nəticələnir.
Freydə görə Super Eqo vicdan formasında təzahür edərək insana tiranik təsir göstərə bilər. Onda daimi günah hissinin yaranmasına səbəb ola bilər. Bu fövqəl mənin şəxsiyyətdaxili münaqişələrin mahiyyətini anlamaq üçün önəmli funksiyalardan biridir. Analitik terapiyada bu funksiyanın açılmasına çox diqqət yetirilir.
Psixoanalizdə Super Eqo təkcə vicdan formasında təzahür etmir. Digər önəmli funksiya onun idealların daşıyıcısı olmasıdır. Yəni Super Eqo elə bir ideal ifadə edir ki, hansıki, “Eqo” onunla özünü ölçür, qiymətləndirir. Super Eqo bioloji və psixoloji faktorlardan aslıdır. Yəni uşaöın öz valideynlərindən və edip kompleksindın aslıdır. Super Eqo bir tərəfdən mənəvi sərvətlərin daşıyıcısıdır. Digər tərəfdən isə daha mükəmməl olmağa doğru cəhddir. Vicdan və idealdan başqa, fövqəl məndə özünümüşahidə funksiyası vardır. İnsan sanki mütəmadi olaraq öz daxilində elə bir müşahidə altındadır ki, orada gizlənmək mümkün deyil. Kənardan olan müşahidədən (valideynlərdən, tərbiyəçilərdən, ideoloqlardan) gizlənmək mümkündür. İnsanın özü-özündən gizlənməyi qeyri-mümkündür. Özünümüşahidə sayrışan, davamlı hala keçdikdə insanda müşahidəçilik barədə sayıqlamalar, müxtəlif növ halüsinasiyalar əmələ gəlməyə başlayır. Bütün bunlar özünümüşahidənin nəticələrini əks etdirir. Super Eqo özünün üçlü funksiyası ilə hökumət içərisində hökumətə çevrilir, müstəqillik əldə edir, şəxsiyyətin müstəqil tərkib hissəsi olur. Onu sıxışdıraraq qalibiyyəti əldə edir. O, daxili tirana çevrilərək “Eqo”ya nifrətlə baxır və onu vicdanla təhdid edərək hər addımında, hər fikirlərində onu izləyir.


Yüklə 40,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin