Psixoanalizin əsas anlayışları. Psixikanın strukturunun psixoanalitik izahı Z. Freydin üç komponentli struktur modeli



Yüklə 40,5 Kb.
səhifə11/11
tarix15.11.2022
ölçüsü40,5 Kb.
#69226
1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu 4-BLACK

Natamamlıq kompleksi. A.Adler şəxsiyyətin formalaşmasına təsir edən 3 mühüm münasibəti qeyd edir: başqa adamlara münasibət, əməyə münasibət, başqa cinsə münasibət. Adlerə görə şəxsiyyətin strukturunu müəyyən edən əsas motiv və tendensiyalar aşağıdakılardır:
a) Özünün gücsüzlüyünü hiss etmək;
b) Təkmilləşməyə və üstünlük əldə etməyə cəhd;
c) Birgəlik hissi və sosial hiss.
Onun fikrincə bu tendensiyalar anadangəlmə deyildir, yəni uşaq doğularkən ona hazır şəkildə verilmir, o dünyaya gələrkən insan nitqinə qabillik onun anatomiyasında olduğu kimi, bu tendensiyalar üçün də potensial imkan olur.
İsveçrə psixoloqu Karl Yunq (1875 -196_) öz sistemini “analitik psixoanaliz” adlandırmışdır.
Yunqa görə şəxsiyyətin strukturu aşağdakı 4 sistemdən yaranır. “Mən”, “maska”, “kölgə”, “ruh”. Onun fikrincə “maska” şəxsiyyətin sosial qabığını təşkil edir. O, “məni” boğa, azad şəkildə təzahür və inkişafına mane ola bilər. “Kölgə” şəxsiyyətin ümumi istiqaməinə qarşı dayanan alçaq həzzlərin məcmuyundan ibarətdir. “Ruh” isə ata və ya ananın şəxsi və kollektiv şüursuzluğunu özündə birləşdirən sürətinin daxilə köçürmüş analoqudur.
Yeni freydizmin başqa bir nümayəndəsi Sallivan (1892-1949) əsasən Xorninin istiqamətini qəbul etmişdir. Onun fikrincə psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər deyil, subyektlərin birgə fəaliyyətinin məhsulu olan şəxsiyyət olmalıdır.Solliven şəxsiyyətin inkişafının mexanizminin aşağıdakı şəkildə nəzərdə tutur.
1. İncəliyə, əzizləməyə tələbat,
2. Həyəcandan qaçmaq cəhdi.
Sallivan belə hesab edir ki, uşaq doğularkən hər iki mexanizm mövcud olur və onlar şəxsiyyətin inkişafı mexanizmini təşkil edirlər. Lakin insan yaşadığı xarici aləmdə daima onu təmin etməyən və həyəab doğuran hallarla rastlaşır. Məhz xarici aləmlə həmin mübarizədə başqa sözlər, narahatlıqla mübarizədə insan şəxsiyyəti formalaşır.Solliven bunu “mən -sistem” adlandırır. O, göstərir ki, mən-sistem daha doğrusu şəxsiyyət, birinci şüursuzluq səviyyəsində narahatlıqla mübarizədə, ikincisi, həmin narahatlıqdan yaxa qurtarmaq üçün müxtəlif vasitələri tapma prosesində inkişaf edir. Mən sistem uşağı yeniyetməni, sonradan isə yaşlı adamları əvvəlcə ananın, sonra isə başqa adamların, məsələn, iş yerindəki həmkarlarının köməyinə çatmağa məcbur edir. Beləliklə Sallivana görə formalaşan şəxsiyyətin mexanizmi kimi özünü göstərməyə başlayır.
Rus psixoloqu A.R.Kovalyov şəxsiyyətin strukturunda 4 əsas tərkib hissəsi ayırır. Birinci komponent şəxsiyyəti nəyə yönəltmişdir? Sualı ilə bağlı olub, onun istiqamətini xarakterizə edir.
Şəxsiyyətin istiqamətini dedikdə onun ətraf aləmə seçici münasibəti başa düşülür. Buraya müxtəlif xassələr, qarşılıqlı tərifdə olan tələbatlar və maraqlar, praktik və ideya ustanovkaları sistemi daxildir.
İkinci komponent şəxsiyyət nəyi bacarır? Sualı ilə bağlıdır və onun imkanlarını əhatə edir. Buraya fəaliyyətin müvəffəqiyyəti icrasını təmin edən qabiliyyətlər sistemi daxildir.
Üçüncü komponent –xarakter və ya insanın sosail mühitdə davranış tərzini ifadə edir. Xarakter sistemində əxlaqi və iradi keyfiyyətlərə ayırırlar.
Dördüncü komponent idarəetmə sistemi adlanır, adətən onu “Mən” anlayışı ilə işarə edirlər. Bu tərkib hissə şəxsiyyətin özünütənzimini həyata keçirir.
Adler fərdiyyət psixologiyasını 5 kontekstə araşdırır:
1. Fərdin bir tam kimi:
2. Insan həyatı mükəmməlləşməyə fəal cəhd kimi:
3. Fərd yaradıcı və özünü müəyyən edən bir tam kimi:
4. Fərdin sosial mənsubiyyəti:
5. Fərdi subyektivlik: Fenomoloji ənənələrə sadiq olaraq Adler hesab edirdi ki, insanın davranışı həmişə onun özü və ətrafdakıları barədə fikirlərindən asılıdır. Insanlar özlərinin yaratdığı dünyada öz “appersepsiya” sxemlərinə uyğun olaraq yaşayırlar. Sonralar Adler sübut etmişdir ki, insanlar yalançı, yaltaq üzdə görsənən məqsədlərlə-onların davranışını tənzimləyən, indiki və gələcək hadisələr barədə şəxsi fikirlərlə motivləşir. Insanlar onların obyektiv real olub-olmamasından asılı olmayaraq özlərinin bu şəxsi mühakimlərinə əsasən hərəkət edirlər.



Yüklə 40,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin