Psixokimyəvi və qıcıqlandırıcı təsirli zm-lər



Yüklə 14,73 Kb.
səhifə2/2
tarix07.01.2024
ölçüsü14,73 Kb.
#202370
1   2
referat 4828

Qıcıqlandırıcı ZM -ə Sİ-ES və adamsit aid edilir. Adamsit yaşımtıl rəngli bərk maddədir, suda həll olunur: üzvi əridicilərdə, xüsusən qızdırılarkən və asetonda yaxşı həll olunur. Yavaş buxarlanması və pis həll olunmasına görə torpa- ğı uzun müddət zəhərləyə bilər. Suda parçalanmır, qələvi maddələr onun suda hidrolizini sürətləndirir və nəticədə fenassazin oksidi yaranır. Adamsitin 1,41 mq/l konsentrasiyası olan havada 2 dəq. və ya 0,28 mq/l konsentrasiyalı havada 20 dəq. qalarkən ölümcül zəhərlənmə baş verir. S-ES suda pis həll olunan rəngsiz maddədir. O, spirtdə bir qədər, asetonda, dioksanda, metilxloriddə, etilasetatda, benzolda isə yaxşı həll olunur. Aerozol şəklində tətbiq edilir. S-ES maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o, qızdırı- cı təsirə malikdir ki, bu da asqırtıya, öskürəyə, gözlərdən bol yaş, burundan selik axmasına, tənəffiisün çətinləşməsinə səbəb olur. Bunlardan başqa, dəriyə gicitkən kimi qaşındırıcı təsir göstərir, yüksək konsentrasiyalarda ürək bulanması və qusma törədir. Sıradan çıxarıcı orta konsentrasiyası 0,001 - 0,005 mq/l-dir. Gözyaşardıcı və ya lakrimator (yunanca "lakrime”- gözyaşı) maddələr gözlərin burun-qırtlağın selikli qişalarını qı- cıqlandırır, bu isə gözdən yaş axması, bəbəklərinl spazması, burundan güclü selik axması ilə nəticələnir. Bunlar tərkibində haloid olan üzvi maddələrdir. Belə maddələrdən əsasları xlorasetofenon və brombenzilsianiddir.


Psixokimyəvi təsirlı ZM - Bi-zet - suda həll olunmayan ağ kristal tozdur. Bi-zet orqanizmə tənəffüs və mədə-bağırsaq yolları ilə keçir. Zəhərləyici maddələr
zəhərlənmiş hava ilə nəfəs aldıqda, ZM dəri üzərinə və selikli qişaya düşdükdə, həmçinin zəhərlənmiş yeyinti məhsullarından və sudan istifadə etdikdə insanları və heyvanları zədələyir. Ona görə onların seçilməsi və tətbiqi üsulları yerli şəraitdən, ZM-in xassələrindən və qarşıya qoyulmuş məqsəddən asılı olaraq müxtəlif ola bilər. Elə kimyəvi tərkiblər vardır ki, onların istifadəsi canlı qüvvəyə qarşı istifadə olunmur. Məsələn, Vyetnam müharibəsində ABŞ ağaclardan yarpaqları tökən maddədən də- tərkibində dioksin olan dioksin "Agent Orange" istifadə etmişdir. Kimyəvi silahların tətbiqi uzun illər boyunca orqanizmdə ciddi dəyişikliklərə səbəb ola bilir. Vyetnamda kimyəvi silahların tətbiqinin ağır nəticələri hə- lə də qalmaqdadır. Axrıncı dəfə kütəvi olaraq kimyəvi silahdan I Dünya mü- haribəsində istifadə olunmuşdur. Kimyəvi silah təyyarə bombalarında, top güllələrində, mayesi tökülə bilən təyyarə cihazlarında və müxtəlif tərtibatlarda ərazini zəhərləmək üçün, damcı- maye halında zəhərləmək üçün buxar və aerozoI (tüstü, duman) şəklində tətbiq edilə bilər. Zəhərləyici maddələr küləyin istiqamətində on kilometrlərlə məsafəyə yayıla bilən zəhərli bulud yaradır. Havanın zəhərlənmə təhlükəsinin dərəcəsi ZM-in qatılığı və mühafizə olunmayan adamın zədələndiyi vaxtla müəyyən edilir. Ərazinin və ya obeyktin zəhərlənmə dərəcəsi oraya dü- şən ZM-in miqdarından asılıdır və ZM-in qramlarla miqdarının 1 m2 səthə nisbəti ilə ifadə olunan zəhərlənmə sıxlığı ilə müəyyən edilir. Kimyəvi silahın tətbiqinin acı nəticələri Fosgen buxarları ilə nəfəs alarkən ağ ciyərlərin spesefik zə- hərlənməsi baş verir. Bundan başqa, o, gözlərə və selikli qişalara zəif qıcıqlandırıcı təsir göstərir, dəriyə təsir etmir. Kimyəvi silah tətbiq olunan rayonlarda və KTO-da zəhərlənmə baş verdikdə kimyəvi zəhərlənmə oçağı yaranır.
Kimyəvi silahlar bütün bəşəriyyətin düşmənidir.
Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin