dünyada Türklər vardır, həm də odur ki, Türksevər Ermenilər vardır.”
Gerçəkdən Ermənilər arasında türkseverler varmı? Demək çox çətindir.
Türkiyədə orhan pamuklar çoxdur. Bizdə Əkrəm Əylisli adında birisi erməni
heyranı olaraq peyda oldu. Amma Ermənistanda Türkə simpatiya bəsləyən bircə
nəfər olsa, o, bu ölkədə yaĢaya bilməz- həqiqətinə sığınaraq söyləmək mümkün ki,
bu ölkədə türk yaĢamırsa , demək xalqın söykəndiyi təlim faĢist təlimdir. Çünki
Njdenin ideologiyası bu gün bu ölkədə türkün yaĢamasını mümkün etmir .
Dediyimiz kimi, Njde 1920-cu illərdən baĢlayaraq, 30-cu llərdə isə adıçəkilən
təlimi önə sürməyə baĢlamıĢdı.1932 Bolqarıstanda nəĢr etdirdiyi ―Soy Ruhunun
Hərəkatı‖ adlı kitabı və daha sonra ―Xrofk‖ jurnalında çıxan "Tsegakronutyun bir
zəfər gücüdür" adlı məqaləsi ilə erməni nasional-sosializminin əsaslarını ortaya
qoymuĢdur.
1933 -cü ildə Parisdə DaĢnakların 12-ci Konqresi olmalıydı. Konqresə Njde
tərəfindən təqdim edilən Erməni Diasporunun antitürk ruhunda olan sənədlər,
bildirilər, təlimatları üç əsas prinsipi ehtiva edirdi :
128
1. Erməniliyin xaricdə funksional fəaliyyətini genişləndirərək onu
Ermənistanı müdafiə etmək qabilyyəti durumuna gətirmək.
2. Erməni gəncliyinin partiyadan kənar fəaliyyətini gücləndirmək.
3. Bütün gücləri Türkiyəyə karşı bir cəbhəyə sövq etmək.
Bu tezisləri həyata geçirmək üçün 1933-ci ildə Njde partiya tərəfindən ABġ-a
göndərilmiĢdi. Artıq Njdeye iki vəzifə verilmiĢdi, qısa müddət içərisində o
Amerika BirləĢmiĢ ġtatlarında Tsexakron hərəkatını yaratmalı idi. Bundan baĢqa
ona baĢqa bir tapĢırıq da verilmiĢdi. Erməni terrorçu Kopernik Tandırçyanla
birlikdə Türkiyənin ABġ-dakı səfiri Muxtar bəyə sui-qəsd etməli idi.
Nə idi Tsexakronutyunda onun aĢılayacağı ideyalar?
Tsexakron təlimi aĢağıdakı kimi inĢa edilir: "Mən öz Soyumu (tsex) bilirəm,
mən öz nəslimə güvənirəm, mənim soyum Allaha daha yaxındır , ali irqdir ,
mən cismimdə Tsexarakonu daşıyıram". Bu cəhətdən Tsexakron faĢizmlə
eyniləĢir. Maraqlıdır ki, eyni illərdə Ġtaliyada faĢizm, Almaniyada isə milli
sosializm düĢüncələri ictimai kütlələrə sirayət etməyə baĢlamıĢdı. BaĢqa bir
deyiĢlə, Ermənistan o dövrdə müstəqil bir dövlət qalsaydı, bir erməni faĢist
quruluĢundan bəhs edəcəkdik ,Əslində XXI əsrin diqtə etdyi meyarlara bugünki
erməni dövləti əməl etmək, ona uyğunlaĢmaq istəmir. Bir çox məsələlərə
münasibətdə yenə də faĢist yanaĢma açıqca görmək mümkündür. Dövlət bu gün də
Njdenin məlum təlimi ilə yönləndirilirsə demək nasional sosializmdən hələ
uzaqlaĢa bilməmiĢdir. Ermənistan Respublikaçılar Partiyasının ermənicə və rusca
çap etdirdiyi ―Garegin Njde və onun təlimi‖ (Yerevan-2004) kitabında qeyd
olunur ki, II Dünya müharibəsi baĢlanarkən Njde bilirdi ki, Avropa ölkələrində
antierməni ovqat güclənmiĢdi və Almanlarda belə bir fikir vardı ki, ermənilər
Almaniyanın düĢmənlərinə yardım edərlər.erməniləri də yəhudilərin taleyini
yaĢayacaqlarından ehtəyatlanan Njde hərəkətə keçərək Almanlarla əlaqəyə girir və
Bolqarıstan və Rumıniyada ermənilərin bu ölkələrdən qovulub çıxarılmasının
qarĢısını alır. Rumıniya baĢ naziri Antoneskunun erməniləri toplu halında
129
yaĢadıqları yerlərdən çıxarılması əmri vardı. 1942- ci ildə o Berlinə gedərək
ermənilərin almanlara sədaqətli olacaqlarını sübut edən materiallar aparmıĢdı. Bu
materiallar sonradan onun həbs olunaraq 25 il cəza almasına səbəb oldu. O
Berlində Dro ilə də görüĢmüĢdü. Dro da almanların yanında olan erməni
liderlərdən idi. Həbsdən sonra baxın nə edir bu ideoloq. Sovet hökümətinin
Türkiyəyə heç də yaxĢı olmayan münasibətlərindən istifadə edərək 1947- ci ildə
təklif edir ki, ―Xaricdə yaĢayan ermənilərin hərbi- siyasi təĢkilatı‖ yaradılsın və o
Türkiyənin ġərqindəki vilayətləri SSRĠ-yə (Sovet Ermənistanına) birləĢdirməyi
təklif edir. Amma bu qəbul olunmur. Sovet höküməti bu cinayətkarla əməkdaĢlıq
etmir. ―Qaregin Njde və KGB‖ adlı kitabında yazar Ustyan qeyd edir ki, Njdenin
məramı Sovetlərin meqsədləri ilə üst-üstə düĢmür. (Aydın İbrahimov ―Tsegakron
Öğretisi yahut Biz Kimlerle Masaya Oturuyoruz‖ məqaləsi…)
Njdenin Tsexakron təliminə görə, hər bir erməni bütün həyatı boyunca
Qərbi Ermənistanın türklərin əlindən alınmasına çalışmalıdır. Onun qurduğu
―Tsexakron Uxter‖(1933) adlı qurumu da bu ideyanın həyata keçməsinə
çalıĢacaqdı. Bu ―Tsexakron Uxter‖ erməni gənclər təĢkilatının nüvəsi olacaqdı.
Onun özünön nizamnaməsi və proqramı da hazırlanmıĢdı. . ―Tsexakron Uxter‖in
devizi belə idi: ―Ermənistan ermənilərə‖. Bu deviz daha sonralar da həyata
keçirilərək Ermənistanı monoetnik dövlətə çevirdi. Bu ölkədə bir nəfər də olsa
digər xalqa mənsub adamın yaĢamaması dediyimizin sübutudur. Ermənistan
deyincə burada yalnıız indiki Ermənistan nəzərdə tutulmurdu. ―Batı Ermənistan‖
dedikləri Türkiyənin 6 ġərqi Anadolu vilayətləri də buraya aid edilirdi.
―Mən Yer Kürəsindəki ilahi izləri öz soyumda oxudum, gördüm, opdüm, təzim
etdim – və Tsexakrona çevrildim‖ deyərkən Njde ermənilərin ilahi soydan
gəldiyini iddia edir və iddia edir ki, “Soy Allah kimi birincidir. Erməni soyu
da Allah kimi əsrlərin şahididir, o əbədi olaraq ermənidir, Allahın
ortağıdr”. Ona görə, soy Ruhun və Qanın sintezidir, psixoloji anbardır və eyni
zamanda bioloji quruluĢdur, insan etnosuna bir birindən fərqlilik , özünəxaslıq
xarakteri verir. Onun fikrincə, Tsexakronutyun bu cəhdləri qoruyub saxlamaq
130
üçün soyun əlində bir əbədi varlıqdır. Bu erməni varlığını Əbədi etmək və erməni
kimi Yaşamağı təlqin və özündə ehtiva edir. Erməninin özünüdərki üçün bu
təlimə inam da aĢılanmalıdır. Kronçular bunu etməlidirlər.
Tsexakron Müqəddəs Soyu tanıyır bə elan edir: ―Erməni olmağa o adam layiq
deyildir ki, onun üçün bizim planetdə “ erməni” kəlməsindən daha üstün
şeylər vardır “
Və yaxud, “Erməni olmaqdan əvvəl də sən Erməni olmalısan!”, “ Erməni öz
tarixində Ermənidən daha öncə adam olmuşdur, bu xüsusiyyətinə görə də
onun faciələri qaçılmaz olmuşdur”.
Njdeyə görə , erməni xalqı aĢağıdakı Kultlarla (türkcə-püt) həyatını davam
etməlidir. Bunlardır:
Vətən kultu, Qan kultu, Dil kultu, Vətən uğrunda öz həyatını qurban etmə
kultu, Ulular kultu, Güc kultu, Öndər kultu. Erməni üçün dəyiĢməyən
prinsiplər də bunlardan ibarətdir:
Vətən kultu: Erməni soyunun doğum yerinə hörmətidir. Erməni gənci, bütün
səyini Ermənistanın ərazisini geniĢləndirməyə sərf etməli və onun bundan böyük
xoĢbəxtliyi olmamalıdır.
Qan kultu: Tsexakronatyun qan təmizliyini əsas qanun olaraq qəbul edir və digər
xalqlarla evlikləri qəbul etməməkdədir.
Dil kultu: Tsexakronutyun hər bir erməninin bir-biriylə danıĢarkən yalnız erməni
dilini istifadə etməsini önərir. Erməni dilini bilməyən Soyun nümayəndəsi olaraq
qəbul edilə bilməz. Yəni erməni düĢüncəsi böyük ölçüdə dilə bağlıdır, əgər dil
olmasa və xaricə dağılmıĢ Erməni birliyini təmin etmək mümkün olmaz .(Ndje
bolĢevik zülmü altında yaĢayan erməniləri özündən saymır, onları qəbul etmir və
bütün ümidlərini diasporaya bağlayırdı).
Öz həyatını qurban etmə kultu: Soyunu qorumaq üçün bu yolda ölmək bir
Ģərəfdir və "... Aslan kimi mübarizə etməliyik."
131
Ulular kultu: Tsexakronutyun nəsillər arasında əlaqələrin davam etməməsini ən
böyük çatıĢmazlıq olaraq qəbul edir. Xüsusilə Ana Vətən torpaqları üzərində
fəaliyyətin davamı yeni nəsil üçün qida qaynağı olmalıdır.
Güc kultu: Tsexakronutyun gücə xüsusi yer verir. Njdeye görə, güclü qazanan
olar, haqlı olmaz; dünya, güclü olanın qarĢısında boyun əyər.
Öndər kultu: Hər soyun baĢında xalqın taleyini müəyyən edən bir lider olmalıdır.
Tsexakronutyun, soy üzvlərinin öndərinin iradəsinə tabe olmasını tələb edir. O
yazırdı: “Ermənilik nə vaxtsa Türkləri bağışlayacaq , amma onun qarşısında
diz çökmədən, onu diz çökdürərək…”
Ermənilik (armenizm), Njdeyə görə, hər Ģeydən üstündür. "Sən əvvəl ermənisən,
sonra insansan! Ermənilik hər şeyin fövqğndədir. "
Buna görə də Tsexakronutyun ermənilərin maraqlarını hər hansı xalqın
mənfəətlərindən daha üstün tutar. Məsələn, Tsexakron hərəkatının ilk
nizmnaməsinin ana səhifəsi bu Ģüarla baĢlayır: "Lozanna? Xeyr, heç bir zaman
qəbul edilə bilməz. "Və fikir belə davam edir:" Bir xalqın ana torpağı digər
valqın daimi vətəni ola bilməz. "
Tsexakronutyun, yalnız ermənilərin torpaq üçün vuruĢmağa hazır olmasını tələb
etməz, bu təlim daha irəli gedərək, ermənilərdən türklərə qarĢı mərhəmətsiz
intiqam tələb edir. Njde belə yazır: "Bizim aramızdakı düĢmənlik tarixi deyil, daha
çox biolojidir və biz bu xalqı hansı üsulla olursa- olsun yox etməliyik." Bunun
artıq faĢizm olduğunu Njde özü də danmır. Təlimin bu nöqtələrini Ģərhlər edərkən
deyir: "İtalyanların Faşizmi var, almanların Nazizmi, yəhudilərin ise
Sionizmi...Ermənilərinsə Tsexakronu var ... Biz 1919-cu ildə bu fikirləri
fikirləri meydana gətirərkən, Mussolini öz düĢüncələrini daha yeni- yeni kəĢf
edirdi .. . Hitler ərazilərin geniĢlenməsinin təzahürünü hələ təsəvvür etmirdi.
Nasistlərin fəlsəfəsində vətən sərhədi heç bir məna daĢımamaqdadır. Biz isə
xalqımıza onun Ana torpağı olan Erməni Dağlıq bölgəsini (ġərqi Anadolu, Kilikiya
və Qafqazın böyük bir ərazini əhatə etməkdədir) geri vermək istəyirik ... Hitler
132
yəhudiləri insanlıq üçün bir bəla olaraq görməkdə idi və bundan dolayı onları yox
etməyi hədəfləyirdi. Bizim soyumuzun düĢmənləri isə Türklərdir, onlar erməniləri
yer üzündən silirdilər və məmləkətimizin torpaqların böyük hissəsini ələ
geçirmiĢdilər və b.
Bax bunlardır Njdenin irqçi təliminin bəzi məqamları. Bunlarla tanıĢ olandan
sonra ermənilərin ərazi iddialarının mənbəyinin hardan gəldiyi məlum olur. Ona
görə də erməni xalqı üçün bu Ģəxs çox qiymətli birisi olaraq təbliğ olunur. Bu gün
Ermənistanın müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABġ dolları),
filmi ―milli qəhrəman‖ Garegin Njde haqqında çəkilən film olmuĢdur. Ġlk erməni
respublikasının (1918-1920) hərbi lideri olmaqla bərabər, Njde 1930-cu illərdə
―Tseğakron‖(millətçi, xristian və bütpərəst mistizminin irqçi birləĢməsi) adlı
ideologiya yaratmıĢ və Ermənistanı Stalinin Sovet Ġttifaqından azad etmək üçün
Hitlerin ermeni legionunun qurulmasında aktiv iĢtrak etmiĢdir. Bu faktlar filmdə
heç göstərilmir, ölkənın millətçi tarixçiləri və siyasətçiləri tərəfindən onun bu
―fədakarlığı ― təmizə çıxarılır. Erməni sənətkarları açıq- aĢkar irqçi qrupla bağlı
bir Ģəxsi tərənnüm etmək üçün öz elitasına sənəti istismar etməyə icazə vermiĢlər.
Njdenin və onun cəfəng ―ideologiyasının‖ ölkəni idarə edən Respublika Partiyası
tərəfindən qəbul və tərənnüm edilməsi ermeni toplumunun ne gündi olduğunun
sübutudur.
Erməni irqçi yaddaĢı heç bir əsası olmayan bir qorxu üzərində qurulub – sanki
Azərbaycanlılara qarĢı törədilən vəhĢiliklərin etiraf edilməsi hər hansı bir Ģəkildə
1915-ci ildə Osmanlı Türkiyəsində baĢ verən erməni soyqırımının tarixi həqiqətini
və mənəvi iyrəncliyini sarsıdacaq- fikri hamının baĢı üstündi asılmıĢ Domokl
qılıncıdır. Bu qılınc bu gün xeyali Njdenin ellerindedir. Ermeniler bu filme çox
baxacaqlar ve onun bu fikrini her zaman özlerine hele çox yolgösteren hesab
edecekler: ―Bizim belamız o deyildir ki, dünyada Türkler vardır, hem de odur ki,
Türksever Ermeniler vardır.‖ Gerçekden Ermeniler arasında türkseverler varmı?
Demək çox çətindir. Türkə simpatiya bəsləyən olsa belə uzn zaman bu ölkədə
133
yaĢaya bilməz. Çünki Njdenin ideologiyası bunu mümkün etmir . Bu Ģəxsin
cinayətkar keçmiĢi erməni toplumu üçün əhəmiyyətsiz bir məsələdir.
Aşağıdakı mətn Qaregin Njdenin ittiham aktından bir parçadır, onu Ermənistan
SSR Dövlət Təhlükəsizlik Nazirliyinin əməkdaĢı, erməni millətindən olan mayor
Melkumyan hazırlayıb. Bu sənəddə, Njdenin azərbaycanlılara qarĢı törətdiyi
cinayətlərdən demək olar ki bəhs edilmir, lakin bununla belə sənədlə tanıĢ olmaq
faydalıdır. Njdenin nə qədər qəddar və faĢist görüĢlü cinayətkar olduğunu ortaya
qoyur.
“…Bolqarıstanda yaşayarkən Ter – Harutyunyan Daşnaksütunyun rəhbəri
kimi, SSRİ – yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub. 1941- ci ildə alman
kəşviyyatı ilə əlagə yaradıb, və almanların göstərişi ilə, Balkan yarımadasında
millətçilərin arasında, aqentura yaradılması ilə məşğul olub. Njde, yəni Ter –
Harutyunyan almanların Berlində yaratdığı "Erməni Milli Şurasnın" üzvü
olaraq xaricdə yaşayan ermənilərin arasında SSRİ – yə qarşı yönəlmiş
fəaliyyətlə məşğul olub. Bu məlumatlar və bir sıra digər sənədlərəsasən 2
noyabr 1944 cü ildə Qaregin Ter – Harutyunyan həbs edilərək istintaqa cəlb
edilmişdir. İstintaq müəyyən etmişdir ki, müttəhim Ter – Harutyunyan 1908-
ci ildən 1937 -ci ilə qədər Daşnaksütyun partiyasının üzvü olub, 1918 ci ildə
daşnak hökuməti tərəfindən, millətçi hərbi hissələr yaratmaq məqsədi ilə
Zəngəzura
göndərilmişdir.
Daşnak hökumətinin Zəngəzurda silahlı
güvvələırin komandanı, 1921- ci ildən isə baş naziri olaraq, sovet ordusuna
qarşı hərbi əməliyyatlar aparmışdır. Onun əmri ilə bir sıra kommunist və
qırmızı ordunun mənsubları həbs olunmuş və güllələnmişdir.Həmçinin,
yüzlərlə kommunist, qırmızı ordu mənsubu inqlabi əhval ruhiyyəli fəhlə və
kəndlilər Tatev qayalığından aşağı atılaraq öldürülmüşdür. (II cild səhifə NN
251-253, 257-259, 263-266, 355-359, 360, 364-369) 1933 cü ildə müttəhim Ter –
Harutyunyan ABŞ – a yollanıb və orada daşnak gənclər təşkilatı olan
"Tsexakron" təşkilatını yaradıb, təşkilat irqçiliyi təbliğ etməklə, mahiyyət
etibarı ilə faşist təşkilatıdır. Müttəhim Q. Ter – Harutunyan Sovet İttifaqının
134
barışmaz düşməni kimi, 1941 ci ildə özünün yaxın tanışı olan alman aqenti
Burev Semyon İvanoviçin vasitəsilə alman kəşviyyat və əkskəşviyyat
orqanlarının Balkanlardakı rəhbəri "Doktor Delius" təxəllüslü Vagner Otto
ilə əlaqə yaradaraq, onun tapşırığı əsasında Buxarest, Varna, Plovdiv, Sliven,
Şumen şəhərlərində olub, və burada SSRİ – yə qarşı istifadə üçün adamların
seçilməsi və almanlara təqdimatı ilə məşğul olub.(Cild I səhifə NN 22-29, 31-
33, 37-44, 45-48, 66, 68-88, 93, 157, 208-302, II cild səhifə NN 192-195, 311,
318, 320, 327, 332, 352). Bundan sonra Harutyunyan alman kəşviyyatçısı
mayor Drumyun göstərişi ilə, 1942 ci ilin payızında Berlində olmuşdur.
Özünün köməkçisi olan Asatryan Hayk ("Smerş" tərəfindən həbs
olunmuşdur) vasitəsilə, Bolqarıstanda yaşayan 30 nəfər ermənini Berlinə
qöndərmişdir, burada onlar Xoxenbande kəndində yerləşən kəşviyat-təxribat
məktəbində təlim keçərək Krıma qöndərilmişdilər, onların məqsədi Sovet
Ermənistanına keçmək və orada kəşviyyat-təxribat fəaliyyəti ilə məşğul olmaq
idi, alman ordusunun Ermənistan sərhədlərinə yaxınlaşacağı təqdirdə isə bu
adamlar üsyan qaldırmalı idilər. (Cild I səhifə NN 1574, 155, 158-165; Cild II
səhifə NN 49-51, 59-62). 1943 cü ilin avqustunda Qaregin Ter – Harutyunyan
Krıma qələrək, yuxarıda qöstərilmiş kəşviyyatçı-təxribatçıların qarşısında
çıxış edərək, onları almanların bütün göstərişlərini yerinə yetirməyə
çağırmışdır. (Cild II səhifə NN 309, 310). Müttəhim Ter – Harutyunyan
Almaniyanın işğal olunmuş şərq əraziləri nazirliyinin yaratdığı "Erməni milli
şurasının" tərkibinə daxil olur, şuranın məqsədi Almaniyaya SSRİ – yə qarşı
mübarizədə yardım etmək və Ermənistanda Almaniyanın protektaratı ilə
millətçi-burjua hokumətinin qurulmasına nail olmaq idi. (Cild I səhifə NN 69-
71 Cild I səhifə NN 245-248, 352). Özünü qismən günahkar hesab edir.
Devedjyan Ovanes Akopoviçin, Burev Semyon İvanoviçin, Plev Xristo
Dmitriyeviçin, Pastandaryan Krikor Andranikoviçin, Asatryan Qayk
Kirakosoviçin, Doğramacyan Mardın Mkrtıçeviçyin, Davidyan Nşan
Akopoviçin, Tomasyan Mkrtıç, Astvatsaturyan Nerses Srapionoviçin,
Sarkisyan Qurgen Semyonoviçin ifadələri əsasında Ter – Harutyunyanın
135
günahı sübuta yetirilmişdir. İlkin təhqiqatı bitməsi, və irəli sürülmüş
ittihamın təsdiqini tapmasına arxalanaraq Ermənistan SSR in C.P.M. 200 –
cü maddəsini rəhbər tutaraq hesab edirəm ki, 11278 nömrəli cinayət işini
Ermənistan SSR in D.İ.N. qoşunlarının hərbi prokuroru vasitəsilə SSRİ
Dövlət Təhlükəsizliyi Nazirliyinin nəznində, xüsusi məşvərətin dinləmələrinə
qöndərilə bilər. Müttəhimə qarşı cəza tədbiri kimi, 25 illik həbs cəzasını təklif
etmək. İttiham aktı 10 mart 1948 ci ildə tərtib olunmuşdur.
Ermənistan SSR Dövlət Təhlükəsizlik Nazirliyinin birinci idarəsinin üçüncü
bölməsinin rəsisi mayor Melkumyan
Naxçıvan və Zəngəzurda saysız-hesansız cinayətlər törətmiĢ bu Ģəxs Ermənistanın
―milli lideridir, qəhrəmanıdır‖. Ermənistanda o adamlar qəhrəman sayılır ki, onlar
çoxlu türk qırıblar, Njde də onlardan biridir. Buradakı cinayətlərinin üstünün
açılacağından qorxaraq 1920-ci ildən sonra Bolqarıstana qaçan Njde oranın
vətəndaĢlığını qəbul edib. 1933-cü ildə Türkiyənin ABġ-dakı səfiri Muxtar Bəyə
qarĢı planlaĢdırılan terror dəstəsinə qoĢulub. Sonra nasist Almaniyasına gedərək
faĢistlərə qoĢulub və general rütbəsinə yüksəldilib. 1942-ci ildə faĢist ordusunun
tərkibində erməni dəstələri yaradıb.Sofiya Sovet Ordusu tərəfindən tutulduqdan
sonra o, həbs edilərək SSRĠ-yə gətirilib. 1955-ci ilə kimi Moskva, Ġrəvan, Vladimir
və DaĢkənd türmələrində saxlanılıb. 1955-ci ildə Vladimir türməsində ölüb. Meyiti
1983-cü ildə gətirilərək Qafandakı Spitakvor kilsəsinin həyətində basdırılıb. Njde
qədim türk torpağı, eradan əvvəl 8-ci əsrdən türklərin yaĢadığı Süniki, yəni indiki
Zəngəzuru iĢğal edərək Ermənistana birləĢdirməsi ilə həmiĢə fəxr edib. Bu günə
qədər Zəngəzur da erməni iĢğalı altındadır. Njde hardan keçmiĢsə orad qan izi
buraxmıĢdır. 1913-cü ilin noyabrın 15-də Njdenin komandiri olduğu dəstə ilə
Bolqarıstanda Məhrəmli adlı türk kəndinə hücum edərək yüzlərlə günahsız insanı
əzabla, vəhĢiliklə qətlə yetirməsindən və bu "Ģücaət"inə görə Bolqarıstanla
Yunanıstanın hərbi ordenlərini almasından sonra Lev Trotski bolqar sosial-
demokratlarına ünvanladığı məktubunda yazırdı: "... YoldaĢ Njdenin əməllərini
duydum və onunla bəlkə də fəxr etmək olardı. Hər halda o, imperialistlərə qarĢı pis
136
vuruĢmur. Lakin yoldaĢlar bildirirlər ki, döyüĢdən sonra yoldaĢ Njde iki türk
gəncini öldürməməyi əmr edib, onları müvəqqəti qərargah etdiyi kəndli daxmasına
aparıb. Mənə çatan məlumatlara görə, yoldaş Njde həmin axşam o türk
gənclərdən onu "sevmələrini" tələb edib, özü qadın paltarı geyib və səhərədək
"təcavüzə" məruz qalıb. Səhər açılanda isə həmin türkləri güllələyib. Bu
hadisə biabırçılıqdır və ümid edirəm ki, gərəkli nəticələr çıxarılacaq".
"Tsexakron" adlı ifrat millətçi təĢkilatı yaradanda məĢhur daĢnak Manuçar
Sukiasyan demiĢdi: "Gör erməni milləti nə günə qalıb ki, həftədə iki-üç dəfə
özünü iki-üç kişiyə zorladan, ən əxlaqsız əməllərdən həzz alan yarıqadın-
yarıkişi Njde bizə cəsarət və kişilik dərsi keçir”
Baxın, bu Ģəxsi ermənilər öz millətlərinin öndəri sayırlar.
137
Andranikizim nədir?
Yeni erməni milli düşüncə sistemidirmi?
Erməni ideoloji cərəyanlarının içərisində mühüm yerə sahib millətçi
təzahürlərin baĢında heç Ģübhəsiz Andranikizm dayanır. Və erməni
ideoloqlar erməniçiliyin, ermənizmin bütün dünyada varolma ünsürü
kimi Andranikizmi ortaya atırlar. Andranikin həyatını və fəaliyyətini
qabartmaq, onu ĢiĢirtmək, ondan erməni xalqının qəhrəmanı və xilaskarı
obrazı yaratmaq bir yana, həm də dünyadakı erməni təĢkilatlarını bu
ideya ətrafında birləĢdirmək məqsədi güdürlər. Onların bir çoxu
Andranikin tarixdə oynadığı rola diqqət çəkərək tapılmıĢ bu formulu
yaymağa və bir milli düĢüncə tipi kimi təbliğat vasitəsinə çevirməyə
çalıĢırlar. Bu iddiadadırlar ki, Andranik Sasunlunun (ona bir ədəbiyyatda
belə ad qoyulur) ideya və fəaliyyətinin müasir dövrlə bağlanması və
bəzən də çağdaĢlaĢdırılması təĢəbbüsləri ona gətirib çıxaracaqdır ki,
erməni milləti ən qədim zamanlardan bəri malik olmadığı bir milli
düĢüncə sisteminə sahib olacaqdır.
Hər halda bu fikrin daĢıyıcıları belə düĢünməkdədirlər və bir məsələdə
onları haqlı saymaq olar ki, millətçi ruhda böyümüĢ erməni gəncliyi və
hətta yaĢlı toplum içərisində Andranikizm qəbuledilən bir sistemdir.
Ermənistanda bu gün fəaliyyət göstərən siyasi təĢkilat və ictimai
qurumların kökündə də məhz bu millətçi Ģovinist düĢüncə- baĢqa xalqları
məhv etmək xəstəliyi vardır. Andranikizmin,bir cərəyan kimi hansı kökə
söykəndiyini də ―tapmaq‖ erməni ideoloqlar üçün çətin olmamıĢdır.
Onlar təməl olaraq vizantizmi ortaya atırlar. Guya Andranikizm
Dostları ilə paylaş: |