Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji


Tiflisdə  öldürilmüş  baba  Cemal    və    “Soyqırım”  Abidəsinə



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix01.04.2017
ölçüsü132,69 Kb.
#13046
1   2   3   4   5   6   7   8   9   10   ...   16

Tiflisdə  öldürilmüş  baba  Cemal    və    “Soyqırım”  Abidəsinə 
gül qoyan nəvə Cemal
 
...Hasan  Cemalın kimin  üçün  nə  ifadə  etməsindən  asılı  olmayaraq  mənim  üçün  
o,yalnızca bir jurnalistdir, həmkarımdır.  Təbii ki, Türkiyədə tanınan birisidir, ünlü 
bir qəzeteçi olaraq yazıları da diqqətə alınır.  QardaĢ ölkənin jurnalist cameasında 
sayqı  ve  hörmətə  layiq  birisidirmi?  Deyə  bilmərəm.Amma  Ermənistanda   indi 
onu  çox  sevirlər. Sabah  oraya  getsə  qabağında  ən  azından  qoyun  kəsərlər. 
Ermənilər  onların  sözünü  deyənləri  çox  mükafatlar  vermiĢlər.  Bunlar  bilinən 
gerçəklərdir.  Ermənistan  mətbuatında  oxumuĢdum  ki,  jurnalistlərdən  biri Taner 
Akşam adında  bir  türk  tarixçisinin  barelyefinin   EA-nın  Tarix  Ġnstitutunun 
qarĢısına vurmağı təklif edib. Niyə də vurmasınlar. Bu adam bütün Ermənistan və 
onun  diasporasından  daha  çox  iĢ  görür.   Bütün  türklər  düĢmən  hesab  olunan  bu 
ölkədə   Hasan  bəyə  də   olan  eyni  sevginin  səbəblərini  buraxıram  onun  öz 
öhdəsinə... 
 Öncə  bu   Hasan  Cemalın  kim  olduğu  barədə  bilgi  vermək  istərdim.   Ġlkin  olaraq 
deyim  ki,  o,  Ġttihad  və  Tərəqqi  liderlərindən  olan  Cemal  paĢanın  dos-doğma 
nəvəsidir.  Cemal  paĢa  isə  1922-ci  ilin  21  iyulunda  Tiflisdə  ermənilər  tərəfindən 
öldürülüb... 
 Həmkarımız   Hasan  Cemalın  yeni  bir  kitabı  çıxıb.  YaxĢı  da  satılır  . “1915: 
Erməni  soyqırımı”. Kayseridəki  bir  kitab  mağazasında   bu  kitabı  görüb  əlimə 
alanda  satıcının  mənə  diqqətlə  baxdığının  fərqindəydim.  Vərəqlədim,  ilk 
səhifəsində onun adi Ģəkli verilib, bu adi Ģəkil deyil,  Ermənistandakı Sərdarabadda 
(indi  Tzidzernaqaberd)  ermənilərin  uydurma “  Erməni  Soyqırım”  abidəsinə  üç 
qərənfil qoyması həkk olunub. Almadım kitabı . Bəlkə də cüzi də olsa bu adama 
gəlir verməmək üçün.. Satıcılar belə anlarda adətən narazılıqlarını bildirməsələr də 
səndən  məmnun  da  qalmırlar  .  Amma  gənc  satıcı  bu  kitabı  bir  əski  parçası  kimi 
rəflərin  üstünə  atmağımı  çox  bəyənmiĢdi.  Və  məndən  bir  çay  içməyimi  rıca  etdi. 
Oturdum. 
-Bilirsinizmi kimdir o? - deyə soruĢdu məndən. 

 
94 
 
-YaxĢı  bilirəm.  Cemal  paĢanın  torunudur  -  dedim  və  2012-ci  ilin  mayında 
Ərzuruma  ―Erməni  Türk  iliĢkiləri  və  Böyük  Güclər  ―  adlı  simpoziumda  iĢtirak 
etməyə  gedərkən   Cemal  paĢanın   bu  Ģəhərdki   məzarını  ziyarət  etdyimi  də 
söylədim.  Kitab  satıcısının  marağını  nəzərə  alaraq  həmin  tarixlərdə  baĢ  verən 
olaylarla  bağlı bildiklərimi   qısaca  anlatmağa  çalıĢdım.   Satıcı gəncdə  olsa bilgili 
adamdı. Dinlədi məni. 
...Bu  kitabı  yazan   Hasan  Cemalın  babası  Cemal  Paşanı  Tiflisdə   bir  erməni 
terrorist  öldürülmüşdü.   Bundan bir  il öncə digər bir lider  Tələt paĢa   Berlində 
öldürülmüĢdü. Ġttihat və Tərəqqinin digər bir öndəri, Osmanlı dövlətinin müdafiə 
naziri Ənvər paĢa da erməni gülləsinə tuĢ gəlmiĢdi. 
1908 - 1918 dönemində Ġttihat və Tərəqqi  Partiyasının  öndərlərindən olan Camal 
paĢa da son dərəcə çətin zamanlarda ermənilər üçün əlindən gələn hər Ģeyi etmiĢdi. 
Amma  buna  baxmayaraq  onu  öldürdülər,   onun  öldürülmə  səbəbləri  çox  da  ola 
bilərdi, amma hamı bilirdi ki, o türk olduğuna görə sui-qəsdə uğramıĢdı. 
 Bəli, Tiflisdə, 21 iyul 1922-ci ildə, saat 22.30 radələrində  paĢanın yavəri Nusrət 
və Sürəyya bəylərlə ziyarətlərdən birindən qaldıqları otelə dönərkən, Böyük Pyotr 
küçəsi   ilə  rus  gizli  polisi  ÇEKA-nın  binasının  olduğu  Yukovski  küçəsinin 
küncündə,  bir  avtomobildən  çıxan  təxminən  on  nəfərlik  silahlı  qrupun  hücumuna 
uğramıĢdı  Cemal  paĢa.  Əvvəl  silah  səsi  eĢidilmiĢ,  hadisəyə  müdaxilə  etməyə 
çalıĢan  erməni  Garegin  Dilanyan  adlı  bir  cangüdən  vurulmuĢdu.  Ġkinci  silah 
səsində  adı   bilinməyən  bir  qadın   qıĢqıraraq  yerə  yıxılmıĢdı.  Ardından  yaylım 
atəĢini xatırladan partlayıĢlar baĢlamıĢdı. Gənc yavər Süreyya bəy, paĢanı qorumaq 
istəmiĢ,  lakin   vurularaq  yerə  serilmiĢti.  Ardından  Camal  PaĢa  və  Nusrət  bəy 
vurulmuĢdular. Boynuna  və  belinə  üç  güllə  dəyən  Camal  Paşa  ilə  beş  güllə 
yeyən  Nusrət  bəy  dərhal  ölmüş,  bir  güllə  dəyən  Süreyya  bəy  isə  xəstəxanada 
həyata vida etmiĢdi. 
O  gecə,  atəĢ  açanlardan  kimsə  həbs  edilməmiĢdi.  Ertəsi  gün  DaĢnak 
fədailərindən   Qaregin  Lalayan  və  Serqo  Vartanyan  adlı  iki  erməni  zabit  həbs 
olunmuĢdu.   Əlbəttə,  onlar  da  bu  basqında  iĢtirak  etmiĢdilər,  amma  əsas 
tapĢırıq  ArtaĢes Gevorqyana ( kod adı Dzağiqyan)  verilmiĢdi və o da bunu sona 

 
95 
 
çatdırmıĢdı.  Ermənilərin  özləri  sonralar  bu  terroristi  tərifləyərkən  bu  cinayəti 
törətdiyini etiraf etmiĢdilər. Türk öldürən hər kəs, erməni ideoloq  Njdenin dediyi 
kimi,  xalqın  qəhrəmanıdır  və  bu  ―qəhrəmanlığı‖  da  ermənilər  təbii  ki,  gizli 
saxlamamıĢdılar.   Həmin  gün,  Camal  PaĢa  və  yavərlərinin  cənazələri  üçün 
Tiflisdəki  ġah  Abbas  məscidində  xalqın,  xarici  nümayəndələrin  və  Qızıl   Ordu 
birliklərinin də qatıldığı görkəmli bir cənazə mərasimi  keçirimiĢdi və TBMM-nin, 
Mustafa  Kemal  Atatürkün  izni  ilə,  Kazım  Qarabəkir  paĢanın  təĢkilatçılığı  ilə 
Ərzuruma gətirilib dəfn edilmiĢdi. Düz 90 il sonra mən dostum Ərzurum Atatürk 
Universitetinin Erməni–Türk ĠliĢkiləri Mərkəzi baĢkanı prof. Erol Kürkçüoğlunun 
sayəsində  bu qəbri ziyarət edə bilmiĢdim. 
Mən burada tarix açmaq istəmirəm və  yalnız bunu oxucuların nəzərinə çatdırmaq 
istərdim  ki,   belə  bir  babanın  nəvəsi   Cemal  paĢa  ilə  ən  azından  fəxr  etməli  idi. 
Hələ mən onu öldürənlərdən qisas almağı demirəm. Amma baxın bu Hasan Cemal 
nə  edir?  2008-ci  ildə   ilk  dəfə  gedir  Ġrəvana,  “   Erməni  soyqırımı”  abidəsinə 
çiçək  qoyur,  burada  şəkil  çəkdirir  və  babasını  öldürən  Artaşes  Gevoqyanın 
nəvəsi...   Armen   ilə  görüşərək  ondan  üzr  istəyir... Mən   Ermənistanın  ―ġant‖ 
TV-nin  yorumçusu   Artyom  Yerkanyanın   Hasan  Cemalın  bu  abidəyə  çiçək 
qoymasından  və  terroristin  nəvəsi  ilə  buluĢmasından   bəhs  edən “Nəvələrin 
cavabları” adlı   bəlgəsəlinə-  sənədli  filminə  erməni  dilində  baxıb  dinləmiĢəm  və 
bu  filmin  nə  dərəcədə  türkləri  aĢağıladığını  bir  yazımda  da   vaxtilə  göstərmiĢəm. 
Bu  bəlgəsəldə  Yerkanyan  iki  tərəfdən,  türk  və  erməni  tərəflərindən   bəhs  edir, 
müqayisələr  aparır,  nəticələr  çixarır.  Biri  mədəniyyəti  yüksək  Ermənilərdi,  digəri 
isə  barbar  bir  toplum-  Türklər.   Yerkanyanın  filmin  sonundakı  qənaətinə 
baxın:  “Soyqırımın  qəbul  edilməsi  ilə  əlaqədar   səni  anlayan  adamlarla  iş 
görmək  çətinlik  törətməz.   Hətta  Türkiyədə  belə  insanlar  vardır”.  Demək 
ermənilərə  bu  adamlar  (bəlkə  də  ən  səmimi  insanlar)  ona  görə  lazımdırlar  ki,  bir 
erməni 
yalanını  iĢə  keçirmək  üçün  onların  fikrinə  əsaslansınlar. Bu 
mənada  Hasan Cemal və onun kimi onlarca türkün erməninin əlində bir alət 
olduğunu   söyləməkdən  çəkinməzdim.   Baxın  filmin  fabulasına:  Bir  tərəfdə 
xalqının qisasını almıĢ terroristin məğrur nəvəsinin dik duruĢu var və bu nəvə açıq-

 
96 
 
açıq  bəyan  edir  ki,  bu  gün  o  da  babası  kimi  millət  tələb  edərsə  ―uf  demədən 
babasının  hərəkətlərini‖  təkrar  edər…  Digər  tərəfdə-  Hasan  Cemaldı,  babasının 
etdiyi ―günaha görə‖ gəlib  dılğır bir erməninin qabağında yalvaran bir zavallı və 
bütün  ermənilərdən    üzr  istəyən  suçlu  görkəmində.  Bunu  qəbul  etmək 
mümkündürmü? Zavallı duruma Hasan Cemalı  kim salmıĢdır? Əlbəttə özü. Bəlkə 
sız-sıx  dilə  gətirdiyi  Hrant  Dink  sevgisi?  ( yeri  gəlmişkən  kitabı  da  babasının 
xatirəsinə  deyil,  Hrant  için  yazmışdır!)  Və  bu  durumdan  artıq  onun  çıxıĢ  yolu 
yoxdur.  Budur  onun  kitabı  bu  durumun  davamıdır,   əslində  məcburiyyətdir.  Və 
erməni  təbliğat  maĢını  bu  durumdan  ideoloji  savaĢda  türkləri  əməlli-  baĢlı 
üstələmiĢdir.  Hasan  Cemal  ermənilər  üçün  göydən  düĢmə  bir  Ģey  olmuĢdur.  Bu 
film  də,  kitab  da  dostluq,  barıĢ-  filan  aĢılamır.   Bu  film   Hasan  Cemalın,  Ahmet 
Altanın,  Ali  Bayramoğlunun   və  baĢqalarının   ermənilərdən  ―üzr  diləmək‖  kimi 
mənasız  düĢüncəni  ortaya  atanların  Ģəxsində  türkləri  aĢağılayır.  Bütün  bunlara 
rəğmən Hasan Cemal   ermənilərə soyqırım yapılmadığını bilə- bilə ―Hrant Dinkin 
eĢqinə‖ belə  deyir:  “Həm insan, həm dövlət olarak  son nəticədə ermənilərin 
24  aprel acısını paylaşmalıyız.” 
 ―1915: Erməni soyqırımı‖ kitabında da bu fikir davam etdirilir. 
 Elə  bilirsiniz  bu  ifadəyə  görə  ermənilər  Hasan  Cemala  ―sağol‖  deyirlər  və 
gələcəkdə  onu  bu  fikrinə  görə  baĢa  keçirəcəklər?  Heykəlini  qoyacaqlar? 
Kəsinliklə.  Hasan  bəy  onların  gözündə  yalnız  və  yalnız  aldadılıb  yolundan 
saptırılmıĢ  və   ―Erməni  Soyqırımı‖  abidəsinə  üç  qərənfil  qoydurulmuĢ,  buradakı 
muzeyə ―etiraflarda‖ bulunmuĢ və nəhayət belə bir  kitab yazdırılmıĢ  bir türkdür. 
Ġstənilən an  ona da  babasının yaĢadıqlarını yaĢada bilərlər…Hasan Cemal kimlər 
erməniləri yaxĢı tanımır. Və ümumən Türkiyədə ermənini tanımaq problemi var. 
 Cemal  paşanın qanı  isə... hələ  də  yerdədir. O zaman bu cinayətlə bağlı tutulan 
erməni  zabitlər  yetərli  dəllillər  olmadığına  görə  azad  edilmiĢdilər.  Əsas 
terrorçunun isə adı belə keçməmiĢdi. Hələ də bu cinayət açılmamıĢ sayılır. Hasan 
Cemal  Ġrəvana  getmiĢkən  bunları  araĢdırmağa  baĢlasaydı  və  heç  olmasa  buna 
təĢəbbüs  göstərsəydi,  ən  sayqıdəyər  adam  olardı.  Amma  o  təəssüf  ki, baĢqa  yolla 
getdi. Bu yol isə sanmıram ki, onun  özünün cızdığı yoldur, inanmıram ki,  bu yola 

 
97 
 
özü baĢ vurmuĢdur və öz istəyi ilə Ġrəvana getmiĢdir,  inanmıram ki, o öz istəyi ilə 
belə  bir  kitab   yazır  və  ermənilərə  soyqırım  edildiyini  iddia  edir.  Eləcə  də 
Memmedəli  Birand.  Birdən-  birə   terroristbaĢi  Öcalanla  bağlı  yazı  yazır  və  deyir 
ki, Öcalan ev dustaqlığına buraxılmalı və Məclisə girməlidir. Məgər sayın Birand 
bilmir  ki,  Öcalanin  əli  30  min  insanın  qanına  bulaĢıb  və  hələ  də  bu  qanlar 
axıdılmaqdadır. Məgər Cemal paşanın torunu Hasan Cemal bilmir ki, “erməni 
soyqırımı”  deyilən  məsələ  bir  iftiradır?  Çox  yaxĢı  bilir.Əslində   elə  türk 
soyqırımı  olmuşdur Keçən əsrin əvvəllərində onun qəzetəçi sələfi  Ali Kemal da 
bilirdi  və  ―Qərb  uĢaqlığı  ―  yaparaq  öz  millətini  suçlayırdı.   Belə  Ģeylər  iyaddan 
çıxmır. Onu görə insanlar vaxtilə Ġstanbul küçələrinə bu Ģüarla çıxmıĢdılar: Dünən 
Ali  Kemal,  bu  gün  Hasan  Cemal!   O  zamanlar  Hasan  bəy  çangüdənlə 
gəzirdi.  Onu  kimsə öldürməzdi, türk öz övladına qıymaz, xain olsa belə. Fərqində 
olmasa  da  Hasan  bəy  üçün  təhlükə  yenə  ermənilərdən  gələ  bilər.  Onun  sələfi  Ali 
Kemal  kimilərin  ucbatından  nə  qədər  günahsız  insanlar  o  zaman   dar  ağacına 
götürüldü.   Hasan  Cemalın  bu  kitabı  da  elə  odur. Türk  toplumunu  ,  millətini 
qatil  kimi  dar  ağacına  götürməyə  çalışmaq.  Mən  bunun  adını  baĢqa  bir  Ģey 
qoya bilmədim. 
Aralarında  Hasan  Cemalın  da  babası  Cemal  paĢa  kimi  Böyük  Türklərin 
öldürülməsi    ermənilərin  "Böyük  Ermənistan"  xülyasının  həyata  keçirilməsi 
uğrunda  icra  edilmiĢdir.  Azərbaycan  və  Türkiyə  dövlət  və  hökumət  xadimləri 
ermənilərin  bu  məkirli  niyyətlərinin  qarĢısında     maneə  olduqları  üçün  qətlə 
yetirilmiĢlər. Erməni terrorunun əsas qurbanları həmiĢə dinc sakinlərlə yanaĢı,  hər 
iki  qardaĢ  dövlətin  nüfuzlu  ziyalıları  və  məmurları  olmuĢdur.  Ermənilər 
yaxĢı  anlayırdılar ki, haqlarında xaincəsinə ölüm hökmü çıxartdıqları insanlar öz 
torpaqlarına  və  xalqlarına  bağlıdırlar   və onları  bu  yoldan  ölümdən  baĢqa  heç  nə 
döndərə  bilməz.  Məhz  buna  görə  də  xalqımızın  aparıcı  ziyalılarını  aradan 
götürmək terrorçuların baĢlıca məqsədi idi.  Və bu terrorçular bu gün ermənistanda 
qəhrəmandırlar.Dünyanın heç bir yerində terrorçu qəhrəman hesab olunmur, əksinə 
millət  üçün  utanc,  xəcalətverici  bir  adam  kimi  lənətlənir.  Amma  Ermənistanda 
fərqli  münasibət  var  terrorçulara.  Adlarını  çəkdiyimiz  bu  terrorçular  türk 

 
98 
 
böyüklərini  öldürdüklərinə  görə  qəhrəmandırlar.  Onların  doğum  və  ölüm  günləri 
qeyd olunur və xalqa təlqin olunur ki, ― sənin düĢmənin türkdür, onu məhv etmək 
hər  bir  erməninin  borcudur‖.   Nemezisi  həyata  keçirən  bu  ―qəhrəmanları‖  siz  də 
yadda saxlayın. Bu da bizim üçün tarixi bir dərs olsun. Budur onlar: 
Armen Garo (G. Basdırmaçıyan, 1872-1923) 
Shahan Natali (1884-1983) 
Misak Torlakyan (1894 -1968) 
Arşavir Şirakyan (1902 -1973) 
Aram Yerkanyan (1895 -1930) 
A. Gevorkyan 
Petros Ter-Poğosyan 
Stepan Tsağikyan (1886 -?) 
Soğomon Teyleryan (1897 - 1960) 
Ötən  əsrin  70-ci  illərində  törətdiyi  terror  aktları  ilə  tarixə  düĢən  ASALA  erməni 
terror  təĢkilatı haqqında  uzun  zamandır  heç  bir  məlumat  olmasa  da,    2012-ci ildə 
birdən- birə təĢkilat Azərbaycana hədələri ilə gündəmə gəldi. Əslində  Azərbaycan 
diplomatlarına  hədə  məktubu  göndərən  ASALA  bu  gün  mövcud  olmadığı  üçün, 
Ermənistan    bu  təĢkilatın  adından  istifadə  edərək  yeni  bir  təhdid  kampaniyasıa 
baĢlamıĢdır. ASALA  bütün  dünya  tərəfindən  terror  təĢkilatı  kimi  tanınıb.  Amma 
bu təĢkilat 80-ci illərdə öz fəaliyyətini dayandırdığını elan etdi. Yəni, bu cür qəbul 
etmək lazımdır ki, dünyada ASALA adlı bir təĢkilat fəaliyyət göstərmir. Onun nə 
strukturu, nə Ermənistanda, yaxud da digər ölkələrdə hansısa gizli fəaliyyəti və ya 
ofisləri yoxdur. ASALA-nın yerinə isə, digər erməni terror təĢkilatları var və indi 
də  fəaliyyət  göstərirlər.  ASALA-nın  yerinə  erməni  dilində  ―Nor  ASALA‖,  yəni 
―Yeni ASALA‖ deyilən bir təĢkilat fəaliyyət göstərir ki, bu təĢkilatın hətta internet 
saytı da fəaliyyət göstərir.  
Ermənilər üçün sevinc… 
  
  Türkiyədə  erməni    millətindən  olan  bir-  iki    köĢə  yazarının  yazdıqlarına  həmiĢə 
diqqət edirəm. Xüsusən, Markar Yesayan, Sevan NiĢanyan  və Etyen Mahcupyanın 

 
99 
 
yazılarını oxuyuram və  bəzən onları Hrant Dinklə də müqayisə edirəm. Öz-özümə 
bəzən  deyirəm  ki,    bunlara  baxanda  Hrant  Dink  Ģükürlüydü.  Bilirsiniz  də  AGOS 
qəzetinin baĢ redaktoru  H.Dinki niyə öldürmüĢdülər?  Nə demiĢdi ki, Hrant Dink, 
onu  həm  məhkəməyə  çəkmiĢ  ve  sonra  da...  Onun  AGOS-da    gedən  bir  fikrinin 
türkçəsini olduğu kimi verirəm, ona görə ki, hələ də Azərbaycanda bu zatın nədən 
öldürüldüyü  çox  da  bilinmir.  Və  hətta  bizim  kosmopolitlər  Türkiyədəki 
məsləkdaĢlarına    qoĢulub  ağızlarına  gələni  söyləyirlər.  Budur,  Dinkin  həmin 
cümləsi:  ”Türkdən  boşalacaq  zehirli  kanın  yerini  dolduracaq  təmiz  kan 
Erməninin Ermənistanda kuracağı asil kanda mevcuttur”.  
Onun  bu  cümlə  ilə  nə  demək  istədiyi  çox  müzakirələrə  yol  açsa  da  (buna  da  o 
zaman  hərə bir cür reaksiya vermiĢdi)  hakimlər Türklüyə həqarət  suçundan onu 
məhkəməyə  çəkmiĢdilər.  Ogun  Samast  adlı  türk  gənci  isə  ona    ―Türkün  zəhərli 
kanı‖ ifadəsinə görə cəza vermək fikrinə düĢmüĢdü. Avtobusa minib  Trabzondan 
Ġstanbul  yolunu  tutanda  bəlkə  də  Dink  və  onun  arkadaĢları  bilirdilər  ve    hiss 
eləmiĢdilər  ki,  onu  öldürəcəklər.    ArkadaĢları  deyir,  biz  yox.    Özü  də  bunun  
fərqindəydi.    TanınmıĢ  jurnalist,  yazar  Ahmet  Hakanın    bir  veriliĢində    Dink  bu 
ifadəni o mənada iĢlətmədiyini iddia etsə də bu  bizim deyimlə, ‖üzrü günahından 
betər‖  olmuĢdu.    BaĢqa  bir  televiziya  veriliĢində  mən  onun  iĢlətdiyi  günahdan 
dolayı  həm  necə  qorxduğunu  görmüĢdüm,  həm  də  peĢman  olduğunu.    YaĢadığın 
ölkənin xalqına nifrət edəsən və burada əl- qolunu sallayaraq yaĢayasan. Cəsarətli 
adam idi Dink. Əlbəttə, o da yaxĢı bilirdi ki, 70 milyonun içindən bir dəlisi çıxa və 
soruĢa  bilərdi  ki,  niyə  sən  mənim  xalqıma  ―qanı  zəhərli―  deyirsən?  Hrant  Dink 
bunları bilə- bilə etdiyini edirdi və hətta  dünyanın erməni toplumu  o zaman bu 
günü arzulayırdı ki, Türkiyənin özündə onun üstünə günah yükləyəcək fürsət əldə 
etsin.  O  fürsət  verildi  və  üç  ildir  ki,  bu  məsələ  süni  olaraq  gündəmdə  tutulur. 
Mənim  yadımdadır,  Ermənistan  Ġctimai  TV-si  bu  ölüm  xəbərini  çox  böyük 
sevinclə  vermiĢdi  və  sonrakı  günlərdə  erməni  öndəgələnlər    bu  ölümdən  necə  də 
sevinmiĢdilər.   
Ölüm  və  Sevinc!    Paradoks  idi  deyilmi?  Onlar  nəyə  sevinirdilər?  Bax  buna: 
―Hepimiz  Ermeniyiz.  Hepimiz  Hrantız!―  bu  Ģüarla  meydana  çıxaraq  Türkiyənin 

 
100 
 
baĢ  meydanında    bu  dövləti  suçlayacaqdılar.  Bu  Ģüarlarla  küçələrə  kimlərin 
çıxacağını da hesablamıĢdılar?  Bəli! Sevinən yalnız ermənilərdimi?   
   Dinkin öldürülməsinin 3-cü ilində nə dəyiĢib, gördünüzmü eyni mənzərəni. Artıq 
Ġstanbulun küçələri Erməni sevinci içindədir. Ermənilərin bu  hədsiz sevinci məhz 
Türklərin  dili  ilə    ifadə  olunur.  Onlara,  konkret  halda  yazıma  mövzu  edəcəyim 
Mahcupyana və Yesayana bu lazım idi , onu da aldılar.   
Erməni sevinci!  Siz bunu təsəvvür edirsinizmi? 
Berlində  Tələt  paĢa,  Tiflisdə  Cemal  paĢa,  Orta  Asiyada  Ənvər  paĢa  ve  onlarca  
baĢqa  türk  böyükləri  erməni  terrorçular  tərəfindən  öldürülərkən  bizlərdən  heç 
sevinən olmuĢdumu? Amma Hrant Dink öldürülür, Ermənistan və diaspora sevinc 
içindədir.  Mətləbdən  uzaqlaĢmayaq,  ―Taraf‖  qəzetində  yazan  Markar  Yesayan  və 
―Zaman‖ yazarı Etyen Mahcupyan bütün yazılarında eynən Dink yolu ilə gedirlər, 
bu prinsipi yürütməkdədirlər:   ―Ermənilərə 1915 də  soyqırım edilmiĢdir!  Türkiyə 
bunu  boynuna  almalıdır‖!  Ermənistanda  hər  hansı  erməni  dığası,  Ter-Petrosyan, 
Koçaryan, Sarkisyan nə fikirdələrsə, onlar da bu fikirdədirlər. Erməni elə hər yerdə 
ermənidir.  Elə  bilirsiniz  onlar  düĢünürlər  və  inanırlar  ki,  ―Erməni  soyqırımı‖ 
olmuĢdur.  Qətiyyən  yox!  Amma  bu  sözlərdən  istifadə  edilməsi  tələb  olunur.  
Türkiyədə  isə  bunu  anlayanlar  çox  deyil.Və  bunun  ardınca  eynən  Hrant  Dink 
olayında olduğu kimi, bir ssenari yürüdülür. Budur onlardan biri. Guya TİT (Türk 
İntiqam Tuqayı)adlı bir təşkilat Etyen Maahcupyanı öldürmək istəyir. Amma 
heç  kəs  fərqində  deyil  ki,  belə  bir    örgöt  gerçekdən  varmı?    Demək,  Ermənilərə 
yeni bir qurban lazımdır ki, dünyaya ən azından hayqırsınlar: Bu xalq 1915 də də 
eyni qəddarlığı etmiĢdir!  
     Yazımıza  konu  etdiyimiz  bu  jurnalist  -  yazar  ermənilər  isə    Türkiyədə 
bəzilərinin  ―erməni  olmaq  xoĢbəxtliyindən‖  ruhlanaraq  daha  da  irəli 
getməkdədirlər.  Məsələn,  Markar  Yesayan  son  yazılarının  birində  Hrant  Dinki 
tanıyanları ikiyə bölür, yazısında da  hətta belə  bir baĢlığı  iĢlətməyə də cürət edir: 
―Hrantın  arkadaĢları  və    parazitlər‖.    Hrantın  arkadaĢları  məlumdur.  Əcəba, 
parazitlər kimdir? Hrant Dinkin suçsuz olduğuna inanmayanlar, ona acımayanlar... 
O  sıraya  kimlər  daxildir.  Biri  elə  mən  .  Çünki  baĢqalarından  fərqli  olaraq  mən 

 
101 
 
Dinkin  Ermənistanda  verdiyi  bir  müsahibənin  Ģahidiyəm,  onu  qəzetlərin  birində 
olduğu kimi vermiĢəm. Nə demiĢdi Hrant həmin repotajında? Bir məqamına fikir 
verin: ―Mən bu ölkədə qalmalıyam və onların içində özlərinə dağ çəkməliyəm. Bu 
vəzifəni mənə xalqım verib‖... Bu, onun iç üzüdür. 
 Hrant  Dink  də  Yesayan  kimi  tez-  tez  1915  Erməni    Təhcirindən  bəhs  edərdi. 
Deyərdi  ki,  əğər  soyqırımı  olmamıĢsa,  bəs  bu  xalq  yüz  illər  boyu  yaĢadığı  bu 
ərazilərdə  niyə  yoxdur.  Onları  yerlərindən  çıxarıb  baĢqa  yerə  köçürmək,  sövq 
etmək  özü  əsil  soyqırımdır    -  deyirdi    Ġndi  sormaq  lazımdır,  Ermənistanda  əhali 
niyə  yoxdur,  nədən  onun  yarısı  ölkəni  tərk  edib  niyə  getmiĢdir?  Bu  məntiqlə  bu 
gün  Ermənistan  rəhbərləri  də  soyqırımçıdır.  Ġndi  adına  Ermənistan  deyilən  bu 
ərazilərin kimlərə aid olduğunu hər bir erməni bilir, çünki buraya hər kəs olmasa 
da əhalinin 90 faizdən çoxunun ya babası, ya atası, ya da özü gəlmədir. Bəs burada 
yaĢayan  azərbaycanlı  əhali  hanı?    Erməni  yazarlar  bunu  çox  əla  bilirlər,  amma 
Azərbaycan türklərinin depotasiyasından xəbərsiz kimi  yalnızca erməni köçündən 
bəhs  etməkdə  davam  edirlər  və  ya    Dinkin  dediklərini  bu  və  ya  baĢqa  Ģəkildə  bu 
gün  Yesayan  da,  Mahcupyan  da  tekrar  etməkdədirlər.  Dəstək  də  görürlər.  Ogün 
Samast adlı gəncin 19 yanvar 2009 da etdiyi ilə ilgili  Türkiyədə elə bir dəhĢətli 
təbliğat iĢi aparıldı və aparılır ki, indi bu adamların millətə həqarətləri belə diqqətə 
alınmır. Amma mən inanmıram ki bu xalqın içərisindən yeni bir Samast çıxmasın 
ve deməsin, ―Sən mənim xalqımı niyə təhqir edirsən‖.  ( əslində  ermənilərə də elə 
bu lazımdır).  Ġndilik isə Yesayan ―Tehcir‖ kəlməsindən bol- bol istifadə edir. Bu 
kəlmənin  nə  anlama  gəldiyi  barədə  çox  da  baĢ  sındırmağa  gərək  yoxdu.  Hər  kəs 
bilir  ki,  Təhcir  əhalinin  bir  yerdən  baĢqa  bir  yerə  köçürülməsinə  deyilir.  Bu  söz 
günümüzdə  daha  çox  1915-ci  il  mayin  27-də  Osmanlı  dövlətinin  qəbul  etdiyi 
qərara  aid  edilir.  Amma  tarixdə  çox  təhcirlər-köçlər  olmuĢdur.  Ama  Osmanlı 
dövləti  bu  göç  qanununu  verərkən  özünə  xəyanət  etmiĢ  eski  ―sadiq  təəbə‖    olan 
erməniləri  qorumuĢdur.  Bunu  mən  iddia  edirəm  və  istənilən  erməni  ilə  dialoqa 
girməyə  də  hazıram.  Mən  bunu    təkcə  ―Taraf  ―  qəzetinin  yazarı,  özünü  bəzən 
topluma  ―əl  ermənisi‖  kimi  (Qarabağ  ermənilərinə  də  bir  vaxtlar  biz  əl  ermənisi 
deyirdik. Nə fərqi var Türkiyədə də onlar  bir vaxtlar ―sadiq təəbə‖ idilər) göstərən 

 
102 
 
Markar  Yesayanın  nəzərinə  çatdırmaq  istəmirəm.  Ondan  fərqli  olaraq  mən  bu 
fikirdəyəm  ki,  doğrudan  da  dünya  savaĢında  ölüm-qalım  mübaraizəsi  içində  olan 
Türklər yenə də ―sadiq təbəə‖nin qayğısına qalmıĢdılar. Əgər onlar, yəni ermənilər 
buradan  köçürülməsəydi,  indi  dünyanin  müxtəlif  ölkələrində  bu  qədər  erməni 
olmazdı,  indi Ermənistan adli dövlət də olmazdı,  Azərbaycanın Ġrəvan  xanlığının 
ərazilərində  ―bu  terroçu,  iĢğalçı    xristian  dövlət‖  (  ifadə  C.  Makkartniyə  aiddir)  
yaradılmazdı. Osmanlı bu xəyanətin qarĢılığında onları qoruya- qoruya  özünün bir 
torpağından baĢqa bir ərazisinə-indiki Suriya ərazələrinə köçürərkən nə biləydi ki, 
ölümün  əlindən  aldığı  bu  xalq  sonra  onun  özünə  əbədi  düĢmən  kəsiləcək.  Təhcir 
tətbiq  olunarkən  Ģübhəsiz  ki,    ərləri  savaĢa  getmiĢ  qadınlara,  qocalara,  uĢaqlara,  
rəhm etmədən onları mərəklərə doldurub diri-diri od vurmuĢlar... Bu gerçekleri her 
kes bilir, bu cinayətə görə  dinc əhaliyə tutduqları divana görə əlbəttə, bəzən  hayıf 
almaq  istəyi  olmuĢdur  və  müharibənin  elə  qanunları  var  ki,  onu  heç  kim  poza 
bilməz. Amma bu zavallı Markar Yesayan bilirmi ki,  Təhcir illərində ermənilərə 
hücum edənlər kimlər olub, elə isə deyim,  indi ittifaqa girdikləri kürdlər olmuĢdur 
və  bu  kürdlər    Cümhuriyyət  dönəmində  Ermənilər  ġərqi  Anadoluda  qalsalar  belə 
onlara bu yerlərdə yaĢamaq imkanı verməyəcəkdilər... Onların da öz qanunları var.  
 Onun yadında olar, Hrant deyirdi ki,  xalqı ona  görəv (vəzifə) vermiĢdir. Adlarını 
çəkdiyimiz  və  Türkiyə  ictimai  fikrinə  girə  bilmiĢ  bu  iki  erməni  millətindən  olan  
köĢə  yazarına  da  deyəsən  daha  önəmli  görəvlər  verilmiĢdir.  Görünən  o  ki,  onlar 
sabah Hrant Dinkin taleyini yaĢasalar, o zaman bu görəv yerinə yetirilmiĢ olacaq. 
Çünki Erməni xalqına yeni bir sevinc lazımdır. 
 
 
Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin