Ermənilər Qarabağın onlara aid olduğunu müdafiə etmək üçün əvvəl sınanmıĢ
metodlardan istifadə etməyə çalıĢmıĢdılar: müxtəlif ölkə mətbuatında bəyanlarda
bulunaraq, kitablar yazaraq, onları digər dillərə çevirərək, nəĢr edərək və b.
Ermənilər Qarabağ təxribatına 20-ci illərdə baĢlamıĢdılar. Amma bu illərdə on-
lar yalnızca onu edə bildilər ki, rus və digər ölkələrdəki oxucular ―bildilər ki,
Dağlıq Qarabağ erməni yurdudur‖ (M. ġaginyan), Dağlıq Qarabağ Ermənistanın
kübar vilayətidir‖, ―Artsax – qədim erməni yurdu‖dur və s. Bundan o yana gedə
bilmirdilər. Sovet rejiminin qoyduğu qadağalar erməniləri bir qədər ―səbr etməyə‖
sövq etdi. Böyük Vətən Müharibəsi illərində ölkənin baĢı qarıĢan kimi yenidən
DQ-ın Ermənistana verilməsi təxribatını gündəmə gətirdilər. 1945-ci ilin
noyabrında Ermənistan KP MK-nin katibi Q. Harutyunov Ġ.Stalinə müraciət
ünvanladı, DQMV-ın Ermənistanın tərkibinə verilməsini istədi. Həmin müraciət
Azərbaycan KP MK-nin birinci katibi Mircəfər Bağırova göndərildi. Bağırovun ca-
vab olaraq Moskvaya yazdığı məktubda ermənilərin bu fikrinin təxribatçı,
aranturist və heç bir əsası olmayan sərsəm düĢüncələrdən ibarət olduğu bildirilir və
kəskin etiraz olunur. Həmin məktubun mətnindən bəzi hissələr bizim məqsə-
dimizlə üst-üstə düĢdüyündən onu olduğu kimi verməyi məqsədəuyğun hesab
edirik:
188
“Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutyunov
yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil
edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat
verirəm:
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-
ci ildə Qarabağı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan
Qarabağ xanlığının tərkibində olmuşdur.
1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq
Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir,
Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur.
1918-1920-ci
illərdə
müsavatçıların
Azərbaycanda
və
daşnakların
Ermənistanda ağalığı dövründə müsavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş
Pənahabad) şəhəri olan general - qubernatorluq təşkil edilmişdir.
Müsavatçılar və daşnaklar tərəfindən təşkil olunmuş millətlərarası qırğının nəti-
cəsində Azərbaycanın və Ermənistanın bir çox şəhərləri kimi, Şuşa da dağıdılmış
və xarabalığa çevrilmişdir.
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə
bütün Qarabağın təsərrüfat - siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab
Komitəsi tərəfindən həyata keçirilirdi.
1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Er-
mənistan SSR-yə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan
SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların
yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən,
partiya orqanlarının göstərişi əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin
7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan
SSR-də bitişik olmamışdır və hazırda da bitişik deyildir.
189
Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin
təsərrüfat- siyasi və mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu
inkişafın ən parlaq nümunələrdən biri – DQMV-nin hazırki mərkəzi Stepanakert
şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən
gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir.
Azərbaycan SSR-nin bütün ali təhsil məktəbləri və texnikumları tələbələrinin
20,5%-ni, əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil
edir.
Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri – Azərbaycan K (b) P MK -
nın katibləri, müavinləri, xalq komissarları müavinləri və s. arasında Dağlıq
Qarabağdan olan yoldaşlar da az deyildir.
Bununla belə biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin
tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin
tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı
Şuşa rayonunun Ermənistan SSR-yə verilməsinə razı deyilik.
Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati - siyasi və mədəni mərkəzi
olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran
işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır.
Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya xalqlarının cəlladı Ağa Məhəmməd
şah Qacar məhz Şuşada öldürülmüşdür.
Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır.
İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət
xadimlərinin adları onunla bağlıdır.
Eyni zamanda, ÜİK (b)P MK-nin nəzərinə çatdırmağı zəruri hesab edirik ki,
DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Er-
mənistan SSR-in Azərbaycan respublikasına bitişik olan və əsasən
azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının
Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.
190
Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcədə geridə qalmasını nəzərə
almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və ona
mədəni –siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradardı.
ÜİK (b)P MK-dən yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxıl-
masını xahiş edirik:
Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-nin Balakən, Zaqatala və Qax
rayonlarının Gürcüstan SSR-nin tərkibinə daxil edilməsi məsələsini qoyurlar.
Göstərilən rayonlarda əhalinin ümumi sayı 79.000 nəfər olduğu halda, 9.000
gürcü- ingiloyun yaşamasına baxmayaraq, biz bu məsələyə baxılmasına etiraz
etmirik, lakin bu məsələ ilə bir zamanda, Gürcüstan SSR-nin, demək olar, yalnız
azərbaycanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-yə bitişik olan Borçalı
rayonunun Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də
baxılmalıdır.
Və nəhayət biz, Dağıstan SSR-nin keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı
quberniyasının tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-yə bitişik olan
Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR- nin tərkibinə
qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhlisi əsasən
azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan
çoxu ilin doqquz ayını Azərbaycan ərazisində keçirir.
Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı
olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİK (B)P MK
komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik.
10
dekabr
1945-ci
il
No.
1330.
Bakı
şəhəri.
(22)
Dağlıq Qarabağ o zaman Ermənistana verilmədi, fəqət ermənilər digər
Azərbaycan yurdundan buranın yerli sakinlərini köçürmək qərarının verilməsinə
nail oldular. Ġkinci Dünya müharibəsindən sonra Sovetlər Birliyinin Türkiyəyə
qarĢı torpaq iddiaları və bu müddətdə ermənilərin fəal iĢtirakı nəticədə
azərbaycanlıların taleyində faciəli hadisələrə səbəb oldu.1945-ci ilin noyabrında
ÜĠK (b) P MK siyasi bürosu xaricdə yaĢayan ermənilərin Sovet Ermenistanına
dönməsi (repatriasiyasına) icazə verdi və 2 dekabrda SSRĠ Xalq Komissarları
191
Sovyetinin müvafiq qərarı mətbuatda dərc olundu. Belə addım, Sovet rəhbərliyinin
Türkiyəyə qarĢı torpaq iddialarını əsaslandırmağa çalıĢması ilə əlaqədar idi.
Ġ.Stalin Ermənistana təxminən 300-400 min erməni köçürərək sonra bütün dünyaya
bəyan etmək istəyirdi ki, baxın ermənilər öz vətənlərinə dönmüĢlər, lakin onların
yaĢaması üçün yer yoxdur. Türkiyə ġərq vilayətlərini də verməlidir. SSRĠ-nin
Türkiyənin ġərqi Anadolu vilayətlərinə iddiaları V.Molotov tərəfindən Türkiyə
səfiri S.Sarperle 7 və 18 iyun 1945-ci il tarixli danıĢıqlarında səslənmiĢdi. Təcili
olaraq SSRĠ-nin Türkiyədən qoparmağa hazırlaĢdığı ərazilərin sahələri ölçülməyə
baĢlandı, əlaqədar xəritələr tərtib edildi, bu torpaqların Ermənistan və Gürcüstan
arasında bölünməsi çalıĢmalarına baĢlanıldı. SSRĠ Xarici ĠĢlər Komissarlığında
1945-ci ilin avqust ayında hazırlanmıĢ sənədə uyğun olaraq Türkiyədən ümumi
sahəsi 26 min kv. kilometr olan torpaq kopartmalı idilər. Onun 20,5 min km
Ermənistanın, 5,5 min km-si isə Gürcüstanın payına düĢürdü. Müharibədən zəfərlə
çıxmıĢ Sovet Ġttifaqı Türkiyədən Qars və Ərdahan torpaqlarını ilhaq edəcəyinə o
qədər əmin idi ki, Siyasi Büro hətta A.Koçinyan adlı birini Ermənistan
Kommunist Partiyasının Qars Ġl Komitəsi katibi vəzifəsinə təyin etmiĢdi. (17)
Lakin Türkiyənin öz torpaqlarının müdafiə məsələsində qətiyyəti Sovetlərin
planlarını pozdu. Bundan baĢqa Sovetlər Birliyi Ermənistana lazımi sayda xarici
ölkədə yaĢayan erməni köç etdirə bilmədi. Bununla belə Azərbaycan türklərinin
Ermənistandan Azərbaycana köçürülməsinə qərar verildi.
Azərbaycan türklərinin 1948-1953-cü illərdə Ermənistan SSR-dən
deportasiyasının səbəbləri barədə də müxtəlif fikirlər mövcuddur. Erməni
tarixçilərinə
gəlincə
isə
onlar
Ermənistandan
Azərbaycan
türklərinin
deportasiyasının əsas səbəbini Azərbaycan K(b)MK-nın I katibi M.C.Bağırovun
Ġ.V.Stalinə ünvanladığı xahiĢ məktubunda görürlər. Onlar belə hesab edirlər ki,
azərbaycanlıların köçürülməsi iqtisadi səbəblə bağlı olmuĢ, onlar Kür-Araz
ovalığının inkiĢaf etdirilməsi ilə əlaqədar köçürülmüĢlər (11, s. 57). Bu da növbəti
erməni yalanından baĢqa bir Ģey deyil və tarixi həqiqətdən çox-çox uzaqdır. Tarixi
saxtalaĢdıran erməni tarixçilərinə belə bir sual vermək olar? Əgər köçürülmə
192
iqtisadi səbəblə bağlı idisə, nə üçün köçürülmə ilə bağlı ən mühüm qərar və
sərəncamlar məxfi qrifi altında aparılır və ictimaiyyətdən gizli saxlanılırdı.
Məcburi köçürülmə əgər siyasi səbəblə bağlı deyildisə, nə üçün o dövrün istər
mərkəzi, istərsə də yerli qəzetləri öz səhifələrində bu barədə bir kəlmə olsa da iz
buraxmamıĢdır? Fikrimizcə, Ermənistan SSR-dən Azərbaycan türklərinin məcburi
köçürülməsi Ġkinci dünya müharibəsi illəri və sonrakı illərdə Sovet-Türkiyə
münasibətləri kontekstində rəsmi Kreml tərəfindən siyasi gündəmə çıxarılmıĢ
―erməni məsələsi‖ ilə qırılmaz surətdə bağlıdır. Sovet Ġttifaqının Türkiyəyə qarĢı
ərazi tələbləri, Ermənistanın Azərbaycana qarĢı ərazi iddiaları və Azərbaycan
türklərinin tarixi-etnik torpaqlarından kütləvi deportasiyası bir-biri ilə sıx bağlı
məsələlər olduğundan, onların kompleks Ģəkildə tədqiqini məqsədəuyğun hesab
edirik.
SSRĠ NS-nin ―Ermənistan SSR-dən kolxozçuların və baĢqa azərbaycanlı əhalinin
Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında‖ 1947-ci il 23
dekabr tarixli qərarından öncəki illərdə ölkə daxili və ölkə xaricində baĢ vermiĢ
siyasi hadisələrin və proseslərin öyrənilməsi və tədqid edilməsi 1948-1953-cü
illərdə soydaĢlarımıza qarĢı həyata keçirilmiĢ deportasiyanın hansı siyasətdən irəli
gəlməsi və onun səbəbləri barədə əsl həqiqətlərin üzə çıxarılmasına imkan
verir.Azərbaycan
türklərinin
köçürülməsi
səbəbləri
bunlardır:
- birincisi, cənub sərhədlərin təhlükəsizliyi;
- ikincisi, ermənilərdən ibarət etibarlı sərhəd zolağının möhkəmləndirilməsi;
- üçüncüsü, Türkiyə ilə ola biləcək müharibə ehtimalı və Azərbaycan
türklərinə etibar edilməsi;
-dördüncüsü,
sovet
tələbləri
ciddiliyinin
nümayiĢi;
- beşincisi, Türkiyə əleyhinə siyasətdə ermənilərin iĢtirakı müqabilində
onlara verilmiĢ vədin qismən yerinə yetirilməsi;
- altıncısı, Cənubi Qafqazda türk nüfuzunun zəiflədilməsi.
193
1947-ci ildə müxtəlif ölkələrdən Sovet Ermənistanın köçürülmüĢ
(repatriasiya edilmiĢ) ermənilərin sayı yalnız 60 min adam meydana gətirirdi.
Onlar da, buradakı vəziyyəti görüb geri dönməyə çalıĢırdılar. ĠĢ o yerə çatmıĢdı ki,
yüzlərlə
erməni
dövlət
sərhədlərini
pozaraq
Türkiyəyə
qaçdılar.
(1)
Bu vəziyyətdə, köçürülmüĢ (repatriantların) mənzil-ev problemini yaxĢılaĢdırmaq,
onlara torpaq vermək məqsədilə 23 dekabr 1947-ci ildə azərbaycanlıları
Ermənistandan Azərbaycana göçürmek (sərhəd xarici etmək) mövzusunda məlum
qərar verildi. Bu zaman göçürülenlerin evlərini, mal-mülklərini əllərindən zorla
alırdılar. Sibirə və Qazaxıstana sürgün edilənlər kimi, onlara da özü ilə ilk zərurət
Ģeyləri götürməyə icazə verirdilər.
Azərbaycan SSR Nazirlər Soveti 1950-ci ildə 3419 ailənin (13361 nəfər)
köçürülməsi haqqında qərar qəbul etsə də, faktiki olaraq, rəsmi və qeyri-rəsmi
köçürülmələrin sayı nəzərdə tutulduğundan xeyli artıq olmuĢdu, 1950-ci ildə
köçürülənlər üçün 3500 ev tikmək planlaĢdırılmıĢ, faktiki isə 470 ev tikilmiĢ, 1488
köçkün ailəsi həyətyanı təsərrüfat sahəsi ilə təmin edilməmiĢdi. Azərbaycanlıların
öz tarixi-etnik torpaqlarından mümkün qədər sürətlə çıxarılmasını təmin etmək
üçün Ermənistan hökumətinin ən qəddar üsullara əl atdığını həmin dövrün rəsmi
sənədlərindən də görmək olar. Ermənistandan azərbaycanlıların köçürülmə
məsələləri üzrə Azərbaycan SSR Nazirlər Sovetinin nümayəndəsi Əliyevin
Ermənistan SSR Nazirlər Soveti yanında Köçürülmə Ġdarəsinin rəisi Karapetyana
və Nazirlər Soveti sədrinin müavini Piruzyana ünvanlanmıĢ 28 noyabr 1949-cu il
tarixli məktubunda qeyd edilirdi: "Son zamanlar Amasiya, Spitak və Vedi
rayonlarının
ayrı-ayrı
təĢkilatları
köçürülmə
barədə
sənədlərin
tam
rəsmiləĢdirilməsini, kolxozçuların köçürülməyə razılıq vermələrini gözləmədən,
təsərrüfatları köçürmək üçün sürətli hazırlıq iĢləri aparırlar. Həmin təĢkilatlar bu
təsərrüfatların əmlakını bölüĢdürür, kolxozları məcbur edirlər ki, yemi satsınlar və
hətta nə vaxt yola düĢəcəklərini göstərsinlər. Onlar kolxozçuların bu və ya digər
rayona köçürülmək arzusunda olub-olmaması ilə hesablaĢmırlar, halbuki
hökumətin köçürülmə barədə qərarına əsasən, kolxozçuların nümayəndələri
194
köçürüləcəkləri yerləri qabaqcadan görüb baxmalı və öz istəklərinə uyğun yerlər
seçməlidirlər. Köçürülmə qaydalarının bu cür pozulması isə kolxozçuları məcbur
edir ki, onlar yuxarı təĢkilatlara Ģikayət etsinlər, onların köçmək istəmədikləri
rayonlara
köçürülmələrindən
narazı
olduqlarını
bildirsinlər".
3 Mart 1948 tarixində Ermənistanın SSR Daxili ĠĢlər Nazirliyinin hazırladığı və
nazir Grigoryan'ın imzaladığı Ermənistan azərbaycanlı əhalisi arasında
"Azərbaycan SSR-ə göçürülme ilə əlaqədar vəziyyət haqqında" hesabatında
azərbaycanlıların bu böyük faciəyə reaksiyaları daha dəqiq əks etdirir. Bu sənədin
detallarına diqqət edək:
TAMAMİLƏ
MƏXFİDİR
ARAYIŞ
Ermənistanın azərbaycanlı əhalisi arasında Azərbaycan SSR-ə qarşısındakı
köçürülmə ilə əlaqədar əhval-ruhiyyə haqqında.
Azərbaycanlıların Ermənistandan Azərbaycan SSR-ə köçürülməsi haqqında
hökümətin qərarının rəsmi elan edilməsinə hələ çox qalmıĢ Ermənistan SSR-in
əhalisi arasında bu barədə səslər dolaĢmağa baĢladı və bu tədbirin məqsədlərinin
hər cür düzgün olmayan Ģərhləri törəyirdi.
Bizim tərəfimizdən azərbaycanlıların yeni yaĢayıĢ yerinə köçmək istəmədikləri
barədə çoxsaylı mülahizələri, onların bəzilərinin qəbiristanlıqlara gedərək orada
doğmalarının qəbirləri üstündə ağlamaları və köçürülməmələri üçün dua etmələri
faktları müəyyən edilmiĢdir.
195
Habelə kolxozçuların tarla iĢlərinə çıxmaması, öz meyvə bağlarını qırması, yaĢayıĢ
evlərini və yardımçı tikililərini dağıtması faktları da qeyd olunmuĢdur.
O barədə də məlumatlar daxil olmuĢdur ki, düĢmən elementlər bu mənfi əhval-
ruhiyyədən istifadə edir, antisovet təĢviqatı aparır və köçürülməni SSRĠ ilə Türkiyə
arasında müharibə olan halda Sovet hakimiyyətinin azərbaycanlılara inanmaması
hərəkəti kimi Ģərh edirlər.
Hökümətin əhalinin azərbaycanlı hissəsinin Ermənistandan Azərbaycan SSR-ə
köçürülməsi haqqında qərarı rəsmi elan ediləndən və sovet-partiya təĢkilatları
tərəfindən həmin tədbirlərin məqsədləri aydınlaĢdırılandan sonra vəziyyət xeyli
yaxĢılaĢlaĢmıĢdır, xüsusən, ovalıqda yerləĢən Vedi və Zəngibasar rayonlarında
azərbaycanlıların mümkün qədər tez Azərbaycan SSR-ə köçmək arzulamaları
müĢahidə edilir.
Lakin bizə daxil olan xüsusi qaydalı məlumatlardan bəlli olur ki, Ermənistan SSR-
in əhalisinin azərbaycanlı hissəsi arasında mənfi əhval-ruhiyyə davam edir, bu
xüsusilə respublikanın izahat iĢləri qeyri-qənaətbəxĢ aparılmıĢ dağ rayonlarında:
Basarkeçərdə, Amasiyada, Sisyanda və digərlərində müĢahidə olunur.
Sərhədin arxasında qohumluq əlaqələri olan bəzi antisovet əhval-ruhiyyəli
elementlər köçürülməyə öz narazılığını bildirərək qeyri-qanuni Türkiyəyə keçmək
niyyətlərini söyləyirlər.
Səciyyəvidir ki, qarĢıdakı köçürülmə barədə elan edilən və bu tədbirin məqsədləri
aydınlaĢdırılan zaman kolxozçuların yığıncaqlarında iĢtirak edənlərin hamısı
hökümətin bu qərarını yekdilliklə alqıĢlamıĢlar və özlərinin köçməyə hazır
olduqlarını bəyan etmiĢdilər, sonra isə Ģəxsi söhbətlərdə çoxları öz əhatəsində bu
tədbirə narazılığını bildirmiĢdir.
Bu əhval-ruhiyyə, bir tərəfdən, qeyri-qənaətbəxĢ izahat iĢləri nəticəsində davam
etməkdədir və digər tərəfdən ona görə ki, Ermənistanın yüksək dağlıq rayonlarında
196
yaĢayan azərbaycanlılar Azərbaycan SSR-in ovalıq rayonlarına köçmək istəmir ki,
guya orada iqlim Ģəraiti onlar üçün əlveriĢsiz olacaqdır.
Bundan əlavə, köçürülməsi nəzərdə tutulan azərbaycanlıların daĢınmaz əmlakının
dəyərinin ödənilməsi yaxud onlara həmin əmlakı fərdi qaydada satmaq üçün icazə
verilməsi məsələsi indiyə kimi həll edilməmiĢdir.
Bu və bir sıra digər məsələlərin həll edilməsi üçün çoxları rayonlardan Yerevana
gəlirlər, lakin cavab ala bilmirlər, çünki Azərbaycan SSR Nazirlər Sovetinin
nümayəndəsi Məmmədov yoldaĢın xəstəliyilə əlaqədar olaraq Ermənistan SSR-də
Köçürmə Ġdarəsinin iĢi demək olar ki, özbaĢına getmiĢdir.
AĢağıda azərbaycanlıların qarĢıdakı köçürülmələrilə əlaqədar söylədikləri narazı
fikirlərin və həmin tədbirə əhalinin erməni hissəsi tərəfindən münasibətin bəzi
səciyyəvi faktlar göstərirlər:
1. Amasiya rayonu üzrə
Amasiya MTS traktoristi Hüseynov Məmməd Ələsgər oğlu traktoristlər
Məmmədov Abbasa, Əmirov MeĢədiyə və Təmrahov Mövsümə tapĢırmıĢdı ki, bu
il yaz əkinini keyfiyyətsiz aparsınlar, çünki məhsulu ermənilər yığmalı olacaqlar,
onlara isə bu məhsuldan heç nə çatmayacaq.
Kiçik Təpəgöy kəndinin sakini Qafar Əhməd oğlu öz həmkəndlilərilə söhbətdə
demiĢdir: "Bizi - azərbaycanlıları, hamımızı Ermənistandan köçürəcəklər,
təsərrüfatınızı isə xarici ermənilərə verəcəklər".
Həmin kəndin sakini Ġsmayılov Yusif Əhməd oğlu öz həmkəndliləri: Əhmədov
Ġsmayıl, Ġsmayılov Qafar və Əhmədov Hümbət ilə söhbətində demiĢdir ki,
"Azərbaycanlıların Ermənistandan köçürülməsi SSRĠ ilə Türkiyənin qarĢısındakı
müharibəsilə əlaqədardır, hücum edən tərəf Türkiyə olacaqdır".
197
Məhərdəcuq kəndinin sakini Məmmədov Mehət Mahmud oğlu və DaĢkərin
kəndinin sakini Ġsmayılov Ramazan Ələkbər oğlu (keçmiĢ hərbi əsir) də öz
həmkəndlilərilə söhbətlərdə azərbaycanlıların qarĢındakı köçürülməsini SSRĠ ilə
Türkiyə arasında gözlənilən müharibə ilə izah etmiĢlər.
Quzukənd kəndinin sakini Ġsmayılov Xan Əhməd oğlu kolxozçularla söhbətində
demiĢdir: "Deyirlər ki, köçürülmə könüllü surətdə olacaq. Bu doğru deyil. Bizimlə
də Axalkalakidəki azərbaycanlılarla etdikləri kimi rəftar edəcəklər: dəmir yolu
vaqonlarına mindirəcək və Qazaxıstana göndərəcəklər. Qəfildən olmaması üçün
hazırlaĢmaq lazımdır…".
Kiçik Təpəgöy kəndinin sakini Əhmədov Ġsmayıl öz həmkəndlilərilə söhbətdə
demiĢdir: "Leninakanda deyirlər ki, bizi, - azərbaycanlıları - 24 saat ərzində
Qazaxıstana sürgün etməlidirlər, lakin nə vaxt - hələ heç nə məlum deyil…".
Çivinli kəndinin sakinləri: Məmmədov Knyaz Məmməd oğlu, Əliyev Mirzə
Qurban oğlu və ƏĢirov Məmməd kolxozçularla söhbətdə demiĢlər: "Tezliklə bizi
köçürəcəklər, lakin nədənsə bu barədə bir dəfəyə deməkdən qorxurlar. Görünür,
düĢünürlər ki, kolxozçular Türkiyəyə gedərlər…Nə etməli, bilmirəm. Mən axmaq
oldum, çoxdan Türkiyəyə getmədim, indi isə sən istədiyin yerə yox, sənə haranı
desələr, oraya köçməlisən".
Adı çəkilən kəndin kolxoz idarə heyətinin sədri Kərimov Əli kolxozçularla
söhbətdə demiĢdir: "azərbaycanlıların Ermənistandan Azərbaycana köçürülməsi
barədə əbəs yerə məsələ qaldırılırdı. Kolxozçuların çoxu getmək istəmir".
ĠbiĢ, DaĢkərin və Çivinli kəndlərində Məmmədov Bayram Abdulla oğlu,
Allahverdiyev Əli Abdulla oğlu və Məmmədova cəər Ġrza qızı, habelə digərləri öz
evlərini sökürlər və tikinti materiallarını satırlar.
Dostları ilə paylaş: |