Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix01.04.2017
ölçüsü132,69 Kb.
#13046
1   ...   8   9   10   11   12   13   14   15   16

 
 
 
 
 

 
151 
 
 
“Erməni soyqırımı” deyilən yalan nə üçün uydurulub? 
 
Dünya  Erməniliyi  24  apreldə  ABġ  prezidenti  Barak  Obamanın  "soyqırım" 
sözcüyünü  iĢlədib-iĢlətməyəcəyini  gözləyir.  Amerika  Erməniləri  Komitəsi  "Hay 
Dat"  çox  da  ümidsiz  deyil.  ABġ-ın  erməni  tərəfdarlarından  senator  Robert 
Menendez  Prezident  Obamanın  ―erməni  soyqırımı‖nı  tanıması  üçün,  "soyqırımı" 
sözcüyünü söyləməsi üçün əllərindən gələni edəcəklərini demiĢdi: "Bu fəaliyyət bu 
gün olmasa da gələcəkdə  mütləq  meyvəsini verəcək"    Və  vurğulamıĢdı ki, biz nə 
istəyirik,  əslində  çox  Ģey  də  istəmirik.  Prezidentimiz    yalnız  desin  ki,  1915-də 
"Erməni  soyqırımı  olduğunu  qəbul  edirəm."  Yalnızca  bunu.  Ermənilərin  köhnə 
dostu  Adam  Schiffin  fikirlərində  də  belə,  buna  bənzər  cəhdlər  var.  Digər  erməni 
yanlıları  da  bu  fikri  ortaya  atırlar  ki,  onsuz  da  ABġ-ın  əyalətlərinin  çoxu  bu 
hadisəni  ―soyqırımı‖  olaraq  qəbul  edmiĢtir.  Obama  desə  də,  deməsə  də  bu 
soyqırımdır. 
 Amma görünən odur ki, bu ilin aprelində də Obamanın dilindən çıxacaq söz 2010 
-da  söylədiyi  "Mets  yeğerni"dən  uzağa  ketməyəcək.  Amerika  prezidentinin 
məsləhətçiləri  ermənilərin  sandığı  qədər  ağılsız  deyillər  ki,  ona  verdikləri 
hesabatda  1915-ci  il  hadisələri  ilə  əlaqədar  gerçəkləri  yazmasınlar,  yəni  tarixdə 
olmayan  bir  hadisəni  olmuĢ  kimi  göstərsinlər.  Amerika  Siyasi  və  Analitik 
Mərkəzləri açıq və ya gizli olaraq bu gerçəyi çoxdan araĢdıraraq  rapor etmiĢlər ki, 
1915-ci ildə ermənilərə qarĢı ―soyqırımı‖ olmamıĢdır. Nə edilmiĢsə hamısı bilinir. 
Obama  erməni  yalanına  inanmayacaq.  Həqiqətən  belə  bir  qırğın  tətbiq  olunmuĢ 
olsaydı,  ABġ  Türkiyəyə  təzyiq  etmək  üçün    yaxĢıca  istifadə  edərdi.  Siyasi 
baxımdan  isə  erməni  tərəfdarı  olmaq  ABġ-ın  maraqlarına  uyğun  gəlmir. 
QarĢısında  rəqib  olaraq  böyük  Türkiyəni  görmək  istəmir.  Amma  "soyqırımı" 
məsələsindən  bəzi  mənfəətləri  üçün  hər  il  faydalanır.  Baxın,  24  aprel  ərəfəsində 

 
152 
 
ona Türkiyədən xahiĢ olunacaq ki, bu sözü iĢlətməsin. Bunun qarĢılığında Türkiyə 
ABġ-a  hansı  güzəĢtə  gedəcək?  Bunu  bilmirik.  Bu  cəhəti  anlayan  Erməni 
Cəmiyyəti  indidən  Obamanı  Ģantaj  və  təhdid  etməyə  baĢlayıblar.  Keçən  oktyabr 
ayında,  Obama  Los-Anceles  və  Grendeyli  ziyarət  etdiyi  zamanı  ermənilərin 
protesti  ilə  üzləĢdi.  Onu  verdiyi  sözü  tutmamaqdan  ittiham  etdilər.  Bir  soruĢan 
yoxdur ki, prezident o zaman nə vəd etmiĢdi, o hansı sözünü tutmamıĢdı? 
    Əslində  Obama  seçki    öncəsi  kampaniyalarda  da  deməmiĢdi  ki,  prezident 
seçilsəm,  ―erməni  soyqırımı‖  deyilən  yalanı  tanıyacağam.  O  Osmanlı  dövlətində 
erməni xalqının çəkdiyi əziyyətlərə dilə gətirəcəyini demiĢdi, əslində o zaman tək 
ermənilər deyil bütün xalqlar əziyyət çəkmiĢdi. Türk xalqının çəkdiyi məĢəqqətlərə 
görə  kim  cavab  verəcəkdi.  Və  Obama  prezident  olarkən  etmiĢdir. "Mets  yeğerni" 
deməsi  əslində  türkləri  narazı  salmalıdır,  çünki    bu  kəlmə  əslində  ―soyqırımı‖ 
deməkdir.  "Soyqırım"  isə  isbat  olunmuĢ,  kimlərinsə  mühakiməsi  nəticələnmiĢ 
cinayətə deyilər. Belə bir cinayət isə olmamıĢdır. Olmayan günahı isə kimsə qəbul 
edə bilməz. 
 Bu bir erməni yalanıdır. Bu bir erməni Ģantajıdır. Amerika bunları bilir. Prezident 
də bilir. Ġndi nə tələb edirlər baĢkandan? Ermənistanın Diasporu da ayaqda qalmaq, 
varlığını  sürdürmək  üçün    bu  faktdan  yararlanır.  Həm  də  Obamaya  bu  kəlməni 
dedirtməklə  onu  da  özlərinə  cinayət  ortağı  etmək  istəyirlər.  Çünki  1915-ci  il  və 
daha sonrakı illərdə bölgədə baĢ verən hadisələrdə ermənilərin özlərinin günahkar 
olduqlarını bilirlər və ―erməni soyqırımı‖ deyilən yalanı da ona görə uydurublar ki, 
ġərqi Anadoluda, Qafqazda etdiklərini ört-bas etsinlər. Onlar əvvəldən bilirdilər ki, 
zaman  gələcək  bu  bölgənin  müxtəlif  yerlərinə  basdırdıqları  toplu  məzarlar 
açılacaq,  türklərin  deyil,    məhz  onların  qatil,  üsyançı,  terrorist  olması  gün  üzünə 
çıxacaq, tarix onları mühakimə edəcək. Bunları önləmək üçün "soyqırımı" adlı bir 
yalan  uydurublar.  Ermənilərin  müxtəlif  ölkə  parlamentlərinə  təqdim  etdikləri 
―erməni soyqırımı‖ ilə əlaqədar Qanun layihələrinə kimsə fərqinə varmadan qəbul 
ediblər.  Türkiyəyə  qarĢı  düĢmənçilik  və  bəlli  maraqlar  rol  oynayıb.‖Soyqırımı‖ 
deyilən  yalanı  tanıyan  ölkələrin  çoxunda  insanların  heç  bu  məsələdən  xəbərləri 

 
153 
 
belə  yoxdur  və  onları  bu  məsələ  əslində  heç  maraqlandırmır  da.  "Soyqırımı"  
tanıyan  ölkələrin  hamısında  qəbul  edilən  qərarların  siyasi    məramı  olmuĢdur. 
Ermənilər indi də, bu yalanın 100.cü ilində kim türkləri, Türkiyəni sevmirsə oraya 
müraciət  edirlər.  Ġndiyə  qədər  qəbul  edilən  bütün  qərarlar  üçün  bu  üsul  tətbiq 
olunmuĢdur. Baxın, Türkiyə ilə Ġsrail arasında son zamanlar yaranmıĢ soyuklukdan 
da  faydalanaraq  onlar  hətta  Ġsrail  Knessetinə  də  bu  Layihəni  təqdim  etmiĢlər  ... 
Digər  ölkələrdə  də  qərarların  qəbulunda  buna  bənzər    fəaliyyətlər  var.  Türk 
düĢmənliyi  ölkələrdə  ,  ən  azı  o  Türkiyəyə  sevginin  olmamasını  ermənilər  nəzərə 
alırlar.  ABġ  Prezidentinə  təzyiqlərin  artması  da  göstərir  ki,  ermənilərin  məqsədi 
yalnız kiminsə dilindən əslində heç kimə gərək olmayan "soyqırımı" sözcüyünün 
çıxmasına  çalıĢmaq  deyil,  həm  də  Türkiyə  ilə  ABġ  arasında  illərcə  davam  edən 
strateji  əlaqələrə  zərbə  vurmaqdır.  Bunu  isə  ermənilərin  sandığı  qədər  asanca 
etmək  mümükün  deyil.  Ermənistan  baĢçısı  Serj  Sarkisyan  da  Ermenilik 
ideologiyasının təzyiqləri ilə  bu yöndə bəzi addımlarını atmaq zorunda qalmıĢdır. 
O, söyləmiĢdi ki, mən Obamadan xahiĢ edəcəm ki, bu sözü iĢlətsin. Baxın bunların 
Obamadan xahiĢi nədir?  Sonra deyir ki, biz  Ermənistan olaraq ABġ-a  Əfqanıstan 
məsələsində  dəstək  verdik.  Əvəzində  bir  ―soyqırımı‖  kəlməsi  nədir  ki?  Təhdid 
üsulu  eynidir,  ermənilərə  məxsus  formada  özünü  göstərir.  Amerika  erməniləri 
hədələyir:  "Biz  də  daha  sənə  səs  verməyəcəyik."  (Bundan  sonra  Obamaya  sanki 
səs  lazımmıĢ  ...)  Amerikalı  ermənilər  bu  təhdidlə  prezidenti  küncə  sıxıĢdırmaq 
istəyirlər.  Obama  qorxudulur.  ―California  Courier‖  qəzetinin  redaktoru  Harut 
Sasunyan  seçkilərdən  xeyli  əvvəl  deyirdi  ki,  Obama  Amerika  Erməni 
cəmiyyətindən  seçkilərdə  tək  bir  səs  belə  almayacaq.  Və  seçilməyəcək.  Seçildiyi 
təqdirdə isə bunları etməlidir.  Tələblər sıralanır... 
 Bəli,  24 aprel da hər il gəlir ... Erməni tələbləri isə dəyiĢmir. Ġndi bu yazıq Obama 
ermənilərin əlində qalıb. Nə etsin zavallı? Olmayan bir Ģeyə soykırmmı desin?! 
 
 

 
154 
 
Qondarma "erməni soyqırımı" nın 100-cü il hazırlıqları 
 Ermənilər  100  il  boyunca    qondarma  "erməni  soyqırımı"  nın  tanınması  üçün 
mübarizə  etdiyi,  müstəqillik  qazandıqdan  sonra  isə  bunun  dövlət  poltikasının 
gündəmindəki  ən  əhəmiyyətli  mövzulardan  biri  olduğunu  dilə  gətirməkdən 
çəkinmirlər. Bu, Ermənistan dövlətinin ən öndə gələn rəsmi siyasətidir. 2009-ci ilin  
sentyabr ayında Ermənistan ziyalıları Türkiyə Respublikasının Prezidenti Abdullah 
Gülə açıq məktub göndərmiĢdilər. Bu bir  xoĢməramlı məktub sayıla bilərdi, lakin 
...  
Baxın,  bu  məktubda    qonĢu  ölkənin    tanınmıĢ  simaları  Qafqazda  ümumi  sabitlik 
əldə  edilməsi    üçün  Ermənistan  və  Türkiyənin  həqiqi  bir  siyasi    çözümə  ümid 
etdiklərini    ifadə  edilirlər,  amma  vurğulanır  ki,  "sizin  sayənizdə  nəhayət  erməni 
soyqırımını  inkar  siyasətinə  son  veriləcək  ".  Türkiyə    prezidentindən  bunu 
istəyirlər  ki  desın  ―soyqırımı  olmuĢdur‖.  Əlbəttə,  bu  məktub  o  zaman  Türkiyə 
ictimaiyyəti  ilə  paylaĢılmadı, çünki    buraya  imza  atan  erməni  ziyalılarının  hamısı 
sülh  çağırıĢları  edirdilər,  amma  yenə  də  qondarma  ―Erməni  soyqırımı‖ndan  vaz 
keçmirdilər.  Ermənilərə aid "Futbol diplomatiya"sı effekt vermədi, bundan  sonra 
Ermənistanla  danıĢıqlar    prosesi  zamanı    və  Sürixdə  imzalanan  protokollardan 
sonra  aydın  oldu  ki,  ermənilər  əsrlər  boyunca  davam  etdirdikləri  siyasətdən  heç 
vaxt əl çəkməyəcəklər.  
Və  Türkiyədə  bilməli  idilər  ki,  2015-ci  il    ərəfəsində  "erməni  soyqırımı"  deyilən 
ideoloji  anlayıĢ  yalnız  məqsəd  deyil,  həm  də  milli  varolma  mübarizəsidir,  ondan  
asanlıqla  imtina  etməyəcəklərindən  erməni  mətbuatını  və  TV-sini  ,  digər    yayın 
orqanlarını  araĢdırarkən  bir  daha  əmin  olduq.  O  zaman,  Abdullah  Gülə 
müraciətlərində erməni ziyalılarının "hörmət və ümid ilə" baxdıqları və Türkiyənin 
asanca  bu  məsələdə  güzəĢtə  gedəcəyi  ümidi  suya  düĢmüĢdür.  Ermənilər  də  bu 
zaman içində anladılar ki, bu məsələni xahiĢ ilə həll edə bilməzlər. Yenə ənənəvi 
təbliğat  vasitəsi  iĢə  düĢmüĢdür.  Demək,    təzyiqləri  artırmaq  erməni  metodu  kimi 
həmiĢə  mövcud  olmuĢdur.  Onu  bir  az  da  sərtləĢdirdilər.  Mətbuatda  bunu  açıq 

 
155 
 
görmək  mümkündür.  Türkiyə  haqqında  pis  nə  varsa  hər  Ģey  mətbuatda  
verilməkdədir.  Erməni  vətənpərvərliyi  türkə  nifrətlə  hesablanır.  Kim  daha  çox 
söyürsə o daha çox vətənsevərdir. 
 Ġndiki  vaxtda  Ermənistan  Respublikasının  və    baĢqa  ölkələrdəki  Erməni 
Diasporasının  2015-ci  ildə  qondarma  "soyqırımı"  tezisini  dünyaya  tanıtmaq 
məqsədi  ilə    yürütdüyü  əhəmiyyətli    və  vacib  siyasət  budur  ki,      bunun  məhz  
media  vasitəsi  ilə  və  onun  üzərindən  dünyaya  duyurulması  reallaĢdırılsın.  Bu 
cəhətdən  ermənilərin  nəzarətində  olan  dünya  media  quruluĢları  fəallığı  artırıblar. 
Ermənistanın  azılı  media  təĢkilatları,    internet  saytları,  araĢdırma  mərkəzlərinin 
nəĢrləri  və  vizual  əlaqə  vasitələrinə  indinin  özündə  də    insanlara    bu  siyasəti,  bu 
soyqırımı  yalanını    qlobal  səviyyədə  çatdıra  bilmək  üçün  çox  təsirli  bir  təqdimat 
mexanizmi  olaraq  baxılır  və  bütün  Mətbuat  -  Yayım  Orqanları  səfərbər  edilmiĢ 
vəziyyətdədir.    Bu  təbliğat  hər  gün  aparılır.  Onu  vurğulamaqda  fayda  var  ki,  bu 
quruluĢlar  Ermənistanın  kasıb  ölkə  olmasına  baxmayaraq  kifayət  qədər  maliyyə 
resursları ilə təmin edilir. Bu quruluĢlar  insanları istiqamətləndirmə və ictimai rəy  
yaratma  bacarığına malikdirlər.  Diasporda  bu  cür güclərdən   istifadə  edərək təsir  
imkanlarının yüksək olduğu bir mexanizm qurulmuĢdur. Bu ideologiyaya görə  
"100-cü il  ermənilər üçün bir fürsət ili olacaq ".
  
Öncə    Erməni  ictimaiyyəti    və  Diaspor  Ermeniliyi  buna  inanmalıdır.  Onları  və  
bütün dünyanı bu yalana inandırmaq üçün mətbuatı səfərbər etmiĢlər. Amma bu iĢ 
kifayət  qədər  gizli  saxlanılır.  Türkiyədə  kimsə  bilmir  ki,  Ermənistan  və  Diaspora 
Erməniliyi  100-cü  illə  bağlı  nə  edəcək?    Hardan  zərbə  vuracaq?  Harut  Sasunyan 
(Diaspora  nümayəndəsi)    əbəs  yerə  demir  ki,  bu  iĢlər  Türkiyə  və  Azərbaycandan 
gizli saxlanılmalıdır. O, 100-cü ilə hazırlıq  yığıncaqlarından birində Komissiyaya 
qatılanları xəbərdar etmiĢdi ki, ―türklər bizim hansı iĢləri görəcəyimizdən xəbərdar 
olmamalıdırlar.  Bu  gizli  tutulmalıdır‖.  Bu  səbəblə    də    ermənicə  qəzetlərin  bir 
çoxlarında  bu  mövzuda    verilən  məqalə  və  yazıların  ermənicəsi  digər  dillərdə 
yayınlananlardan  fərqlidir.  Ermənicə  olan  yazılarda  daha  sərt  və  açıq  fikirlər, 

 
156 
 
bəzən  də  öz  xalqını  pisləmə  vardır.  Xüsusilə  erməni  dilində    dərc  olunan 
məqalələrdə  ermənilərin  gizli  saxladıqları  fikirləri  və  onların  bu  məsələ  ilə 
əlaqədar nə edəcəklərindən bəzilərini oxumaq mümkün olur. Bunu hər kəs bilir ki, 
Ġrəvanda  23  Aprel  2011-ci  ildə  "erməni  soyqırımı"  nın  yüzüncü  ili  ilə  əlaqədar 
görüləcək iĢlərin, erməni dövlətinin,  onun diasporunun,  QHT-lərin, iĢ adamlarının 
fəaliyyət  proqramının  hazırlanması  üçün  Dövlət  Koordinasiya  Komissiyası 
yaradılıb. Bu Komissiya qondarma ―Erməni soyqırımı‖nın 100-cü ilinə istiqamətli 
bütün  fəaliyyətləri  koordinasiya  edəcək.  Komissiyaya  baxın  kimlər  daxil 
edilmiĢdir. Onlatrdan bir neçəsinin adını çəkməyə ehtiyac var bilinsin ki, ermənilər 
buna necə də ciddi əhəmiyyət verirlər: 
Serj Sarkisyan: Ermənistan prezidenti 
Bako Sahakyan: Dağlıq Qarabağ “prezidenti” 
Garegin II: Dünya Erməniləri Katolikosu 
Aram I: Kilikiya Katolikosu 
XIX. Nerses Petros: Erməni Katolik Kilsəsi Patriarxı 
Mkrtıç Melkonyan: Erməni Protestant Kilsələri Dünya Məclisindən başçısı 
Hovik Abrahamyan: Ermənistan Parlamentinin sədri 
Tiqran Sarkisyan: Ermənistan baş naziri, Ermənistanın bütün əlaqədar nazirləri 
Radim Martirosyan: Ermənistan Milli Elmlər Akademiyası  prezidenti 
Karen Karapetyan: İrəvan bələdiyyəsinin sədri 
Aleksan Harutyunyan: Dövlət TV-Radionun sədri 
Gagik Tsarukyan:  Çiçəklənən Ermənistan Partiyasının sədri. 
Artur Bağdasaryan: Hüquq Ölkəsi Partiyasının sədri.. 
Raffi Hovhannisyan: Miras Partiyası  sədri.. 

 
157 
 
Hrant  Margaryan:  Erməni  İnqilabçı  Federasiyası-Daşnaksutyun    Partiyası  Büro 
nümayəndəsi 
Kiro  Manoyan:  Erməni  İnqilabçı  Federasiyası-Daşnaksutyun  Bürosu    Haydat  "Erməni 
Davası və Siyasi Məsələlər Ofisi" rəhbəri . 
Mike Xarapyan: Demokratik Liberal Partiya-Ramkavar Mərkəzi İdarə heyəti  sədri 
Hakob Avetikyan: Armenakan-Demokratik Liberal Partiya s. 
Sedrak Acemyan: Demokrat Hınçak Partiyası üzvü 
Ara Abrahamyan: Rusiya Erməniləri Birliyinin sədri. 
Hrayr Hovnanyan: Amerika Erməni Assambleyası nümayəndəsi 
Aram Simonyan: İrəvan Dövlət Universitetinin rektoru 
Hayk Demoyan: Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru 
Bu  siyahı  çox  da  uzun  bir  siyahı  deyildir.  Siyahının  xaricində  qalanlar  isə  bütün 
erməni  xalqıdır  –deyə  bilirik.  Erməni  qəzetlərindən    çıxarılan  ən  əhəmiyyətli  
qənaətlərdən  biri budur. 
 Bununla əlaqədar Ermənistan prezidenti Serj Sarkisyanın  sədrliyi ilə  "Soyqırımı" 
Komissiyası  30  May  2011-də    yenə  də  Ġrəvanda  ilk  yığıncağını    keçirmiĢdi.  Bu 
tarixdən  sonra  rəsmi  və  qeyri-rəsmi  olaraq  Ġrəvanda  və  dünyanın  müxtəlif 
ölkələrində  onlarla  görüĢlər,  konfranslar,  tədbirlər  təĢkil  edilmiĢdir.  Söyləmək 
mümkündür  ki,  Ermənistan  Respublikası  və  Ermənistanın  Diasporu    həmin  
tarixdən  etibarən  sözdə  "erməni  soyqırımı"    iddialarının  100-cü  ili    çərçivəsində 
2015-ci ilə doğru  intensiv  hazırlıqlar içinə girmiĢdir. 
Müxtəlif  ölkələrdə  olan  erməni  təĢkilatlarının  bu  sahədə  daha  yaxĢı    təbliğat  və  
türklərə    nifrət  oyatmaq    üçün  kifayət  qədər    təcrübələri  vardır.  1965-ci  ildən, 
"Soyqırımın" 50-ci  ilindən baĢlayaraq 100-cü ilə qədər kifayət qədər məsafə qət 
edilmiĢdir.  Bugünkü vəziyyəti  anlamaq  üçün bu  mövzu  ilə  əlaqədar  inkiĢaf  edən 

 
158 
 
tarixi hadisələrə diqqət etsək,  bəlli  olar ki, bu məsələdə yüksələn bir  xəttlə inkiĢaf 
olmuĢdur.  1965-ci  ildə  o  zaman  Sovetlər  Birliyi  tərkibində  olan  Ermənistan  bu 
məsələni  gündəmə  gətirə  bilmiĢ  və  hətta  "erməni  soyqırımı"  nın  50-ci  illiyini  də 
dövlət səviyyəsində keçirilməsinə nail olmuĢdu. 16 Aprel 1965-ci ildə ―soyqırımı‖ 
qurbanlarının  xatirələrini  yaĢatmaq  üçün  "Soyqırım"    Abidəsinin    inĢasına  qərar  
ala bilmiĢdilər. 1965-ci ildə ―Soykırımı  Abidəsi‖ Layihəsi üçün bir yarıĢma təĢkil 
edildi.  "Abidənin  qoyulmasının  əsas    məqsədi  ―məzlum    erməni  xalqının‖  
keĢməkeĢlərlə  dolu  həyatını,  bitməyən  həyat  mübarizəsini  ,  parlaq  gələcəyini 
―böyük  soyqırımda‖  həyatını  itirən  milyonlarla  qurbanın    xatirəsini 
ölümsüzləĢdirməkdir".  Qərarda  deyilirdi.  Bu  artıq  bir  qərarın  verdiyi  imkanlar 
deyildi,  terklərə  qarĢı  düĢmənçilik  propaqandasının  ilk  rüĢeymləri  və  ideoloji 
məqamları idi. 24 aprelin bir çox köklərini həmin illərdə, sovet zamanında rusların 
körüklədikləri    və  təĢviq  etdikləri  siyasətdə  axtarmaq  lazımdır.Sovetlər  o  zaman 
Türkiyəyə qarĢı nə  edilirdisə , ona can-baĢla  icazə verirdi, çünki Türkiyə ―soyuq 
müharibə‖  illərində  qarĢı  tərəfdə  idi.  ABġ-ın  strateji  ortağı  idi.  Bu  faktordan  
ermənilər yaxĢıca yararlandılar. Sovetlər Birliyində Türkiyə əleyhinə  bir siyasətin 
meydana  gəlməsinə    ,  formalaĢmasına  səbəb  oldular.  Türkiyə  əleyhinə  çox  sayda 
kitablar yazıldı.  ―soyqırımı‖Abidəsinin açılıĢı 29 noyabr 1967-ci ildə milyonlarla 
adamın  iĢtirakı  ilə  gerçəkləĢərkən  də  SSRĠ  rəhbərliyi  türk  düĢmənçiliyinə  göz 
yumdu.  "Soyqırımı"  Abidəsini  Ġrəvanın  ən  yüksək  yerində  -  Sardarabadda 
(Tsıtsernakaberd)  inĢa  etdilər.  Buradan,  ermənilər  üçün  ―azadlıq  simvolu‖  olan 
Ağrı  Dağı  (Ararat)  görünməkdədir.  Bura  QaranquĢlar  Yuvası  olaraq  da  ifadə 
edilməkdədir.  Abidə,  ortasında  davamlı  yanan  Sonsuzluq  AtəĢi  ilə  ətrafında 
yüksələn 12 böyük sütundan meydana gəlməkdədir. Bu sütunlar, ġərqi Anadoluda 
olan  və  guya  ki,  kütləvi  qırğınların  ən  sıx  yaĢandığı  Ģəhərləri  simvollaĢdırır. 
―Soykırımı  daha sonra geniĢledilərək yenidən quruldu. Muzey- Ġnstitut da burada 
yerləĢdirildi  Muzeydə,  Osmanlı  dövründə  "qətl"  edilən    ermənilərin  "ağrılarını" 
sərgiləyən jurnal, sənəd, Ģəkillərin yanında dünya tarixinə  yön verən əhəmiyyətli 
dövlət adamlarının-siyasətçilərin "soyqırımı" haqqındakı söylədiyi təəccüblü sözlər 

 
159 
 
və Ģərhlərinin yazıldığı sütun divarlar var.  Muzey- Ġnstitut 100-cü il çərçəvəsində   
daha nələr edəcəkdir ? Mətbuatda yer alanlardan bəziləri bunlardır: 
* “Erməni Soyqırımı‖nın beynəlxalq platformlarda  tanınması və qəbulu üçün iĢlər 
görmək. 
*  ―Erməni  Soyqırımı‖    Muzey  -  Ġnstitutu  (ESMĠ)  Osmanlı  Ġmperatorluğu 
tərəfindən insanlıq cinayətlərinə məruz qalmıĢ bütün xalqların yanındadır. 
*  ESMĠ    "bu  cinayətlərin  daha  sonra  da  davam  etməsi  səbəbi  Osmanlı 
Ġmperatorluğunda  1915-23  illərində  cərəyan  edən  hadisələrin  səbəbkarlarının  
cezalandırılmamıĢ olmasıdır"  
*  ESMĠ  eyni  zamanda  Yəhudi  Holokostunu,  Ruanda,  Bosniya,  Sudan 
soyqırımlarının ağrısını  digər xalqlarla paylaĢmaqdadır. 
* Siyasi hədəflərinə uyğun kampaniyalar, elmi, akademik  çalıĢmalar görəcəkdir 
*  Soyqırımla  əlaqədar  tədris  proqramları  həyata  keçirərək    digər  ölkə  insanlarını 
məlumatlandıracaq... 
 Mətbuatda o da  yer alır  ki,  Muzeyin tərkibində ―1915-ci il  ―Soyqırımı‖ zamanı   
ermənilərə  kömək  edən  Anadolular‖  bölümü  açılacaq.    Guya  Təhcir  (Köç) 
cəmiyyətin  bütün təbəqələri tərəfindən razılıqla qarĢılanmamıĢdı. 
Sant TV –yə  müsahibəsində  Muzey - Ġnstitutunun direktoru Hayk Demoyan Tələt 
paĢaya  aid  bir  fikirdən  bəhs  edir.    Guya  Talat  paĢa    o  zaman  demiĢdi  ki,  ―  bu  
Qanunvericiliyə qarĢı  olanların da taleyi ermənilərinki kimi  olacaq‖   Amma buna 
baxmayaraq  ―Ģərəfli  Anadolu  xalqı  ölümləri    bahasına  da  olsa  da  qonĢularını  və 
sahibsiz  uĢaqları  qorumuĢdur‖.  Buna  görə  hər  kəs  "günahkardır",  "cinayət 
törətmiĢdir"  deyə  bilmərik.  Tələt  paĢa  bu  sözləri  nə  zaman  ,  harda  demiĢdir? 
Demoyan  əsassız, məsuliyyətsiz söz danıĢır. Bu  cür  Vətənpərvərlık  Ermənistanda 
qəbulediləndir.  Türke  söy  hörmət  qazan,  Türkə  söy  vəzifə  al,  deputat  ol.    Budur 

 
160 
 
həmin Demoyanın Diaspor naziri olacağı barədə məlumatlar yayılmıĢdır. Bu adam 
bir türk düĢmənidir. 
ABġ-da nəĢr olunan "Asparez" qəzeti yazır ki, 2015-ə qədər  Ġrəvanda fəaliyyətdə 
olan ―Erməni Soyqırımı‖ Muzeyinin bir bənzərini də ermənilər ABġ-da açacaqlar. 
VaĢinqtonda  2000-ci  ildə  Kafescyan  Vəqfi  tərəfindən  baĢlanmıĢ,  ancaq  müxtəlif 
hüquqi  anlaĢılmazlıqlar  səbəbiylə  hələ  tam  mənasıyla  fəaliyyətə  keçməmiĢ 
"Erməni  soyqırımı"  Muzeyinin  açılması  layihəsinin  2015-ci  ilin    əvvəlində 
tamamlanması planlaĢdırılır. Ermənilər 2015-ə qədər ―Erməni soyqırımı‖nı tanıyan 
ökələrin sayını daha da artırmaq üçün geniĢ  fəaliyyət göstərəcəklər  
―Erməni  soyqırımı‖nı  tanıyan  ölkələr  hansılardır?  Onlara  nəzər  salsaq  belə  bir 
mənzərənin  Ģahidi  olarıq  ki,  ermənilər  bu  iĢi  ―türk  düĢmənliyi  ―  üzərində 
qurmuĢlar. 
• Uruqvay: 1965, 2004, 2005 -3 dəfə ―Erməni soyqırımı‖ iddialarını qəbul etdi. 
• Kiprin yunan hissəsi: 1982-ci ildə  ―Erməni soyqırımı‖ iddialarını qəbul etdi 
•  Argentina:  Erməni  soyqırımını  tanıma  qanunu  1993,  2003,  2004,  2005,  2006, 
2007-ci ildə gündəmə gəldi və hamısında da qəbul edildi. 
• Rusiya: Əvvəl 1995-ci ildə, sonra da 2005-də qəbul etdi. 
•  Kanada:  1996,  2000  və  2004-cü  ildə  məsələ  gündəmə  gəldi  və  hər  üçündə  də 
qəbul edildi. 
• Yunanıstan: 1996-da ―soyqırımı‖ tanıdı. 
• Livan: 1997 və 2000-ci ildə  ―Erməni soyqırımı‖ iddialarını qəbul etdi 
• Belçika: 1998-ci ildə tanıyıb. 
• Ġtaliya: 2000-ci ildə  ―Erməni soyqırımı‖ iddialarını qəbul etdi 

 
161 
 
• Vatikan: Ġtaliya ilə eyni ildə 2000-də qəbul etdi. 
• Fransa: 2001-ci ildə ―erməni soyqırımı‖nı tanıdı. Fransada ―erməni soyqırımı‖nı 
inkar etmək cinayət sayılır. 
•  Ġsveçrə:  Soyqırım  iddialarını  2003-cü  ildə  qəbul  etdi.  Ġsveçrədə  ―erməni 
soyqırımı‖nı inkar etmək cinayət sayılır. 
• Slovakiya: 2004-cü ildə tanıdı. 
• Hollandiya: 2004-cü ildə qəbul etdi. 
• PolĢa: 2005-ci ildə qəbul etdi. 
• Almaniya: 2005-ci ildə qəbul etdi. 
• Venesuela: 2005-ci ildə qəbul etdi. 
• Litva: 2005-ci ildə qəbul etdi. 
• Çili: 2007-ci ildə qəbul etdi. 
 
 2011-ci  ildə  Ġsveç  Parlamentinin  səsvermə  ilə  1915  hadisələrini  “soyqırımı‖ 
olaraq  qəbul  etdiyi  qanuna  bənzər  bir  erməni  layihəsi  Ġngiltərə  Parlamentində  da 
müzakirə  ediləcək.    Qondarma  ―erməni  soyqırımı‖nı  qəbul  edən  bəzi  beynəlxalq  
təĢkilatlar da vardır: 
  BMT-nin  ayrı-seçkiliyin  qarĢısının  alınması  və  Azlıqların  Qorunması  Alt 
Komissiyası 
 Avropa ġurası (1998,2001) 
 Avropa Parlamenti (1987,2000, 2002,2005) 

 
162 
 
 Dünya Kilsələr ġurası 
 Ġnsan Haqqları Dərnəyi 
 Avropa Birliyi 
Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin