Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji


Qondarma”Erməni  soyqırımı”  ideologiyası  erməni  üçün



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix01.04.2017
ölçüsü132,69 Kb.
#13046
1   ...   8   9   10   11   12   13   14   15   16

Qondarma”Erməni  soyqırımı”  ideologiyası  erməni  üçün 
yeganə tanınma vasitəsidir 
Ermənilər  özlərini    bu  qondarma  "soyqırımı"  ilə  ayaqda  tuturlar.  Onların  çağdaĢ 
milli  ideologiyası  bu  məsələyə  bilavasitə  bağlıdır.  "  Erməni  Soyqırımı"  yoxsa, 
erməni  də  yoxdur.  Ermənilər  bundan  qorxurlar  ki,  bu  məsələ  gündəmdən  çıxar, 
onların  edəcəkləri  bir  Ģey  qalmaz..  Bu  məsələ  erməni    ideolojisinin  tərkib 
hissəsidir. 
 Qondarma  "Soyqırımı‖  mövzusunun  araĢdırılmasına  ancaq  1965-ci  ildən  sonra 
baĢlanmıĢdı.  Bu  tarixdən  sonra  təbii  ki,  böyük  miqdarda  sənəd‖ortaya  çıxarıldı‖ 
―bunlar əsas da dövlət və diplomatiya  sənədləriydi" deyən Milli Arxivin Direktoru 
Virapyan  bu  məsələdə  çox  gecikdiklərini  də  qeyd  edir.  Belə  çıxır  ki,  bu  məsələ 
quraĢdrılmıĢ  bir  məsələ  olmuĢdur.    Və  1965  də  ―soyuq  müharibənin‖  qızğın 
çağında  ortaya  atılmıĢdır.  O  zaman  ki,  Türkiyə  SSRĠ-yə  qarĢı  olan  cəbhədə  yer 
almıĢdı.  Əgər  bu  tarixi  proses  olmasaydı,  bəlkə  də  bu  gün  ―erməni  soyqırımı‖ 
deyilən məsələ də olmazdı. 
 Amerikalı  erməni  mənĢəli  jurnalist  Harut  Sasunyan  deyir  ki,  onlar  "ədalət‖ 
deyincə,    itirilənlərin  geri  qaytarılması  tələbi  anlaĢılmalıdır.    Burada  ―ədalət‖ 
deyincə ―Qərbi Ermənistanın‖ torpaqlarının qaytarılması,  mal- mülkün sığortaları, 
təzminat    və  s.  kimi  məsələlər    nəzərdə  tutulur.  "Erməni  Soyqırımı‖nı  qəbul 
etdirmənin  məqsədi  "  Qərbi  Ermənistan‖  deyilən  torpaqlara  geri  dönmə    və  bu 
ərazilərin Ermənistana birləĢdirilməsidir. Ermənilərə görə, gec-tez bu iĢ olacaq. Ən 
yaxĢısı odur ki, Türkiyə zamanında buna razılaĢsın. Ermənilərə aid torpaqları, yəni 
6  vilayəti  boĢaldıb  versin  Ermənistana  ...  Serj  sarkisyan  gənclərə  deyərkən,  ―biz 

 
163 
 
Qarabağı  aldıq,  siz  də  Araratı  almalısınız‖    bu  ideologiyadan  çıxıĢ  edirdi. 
Ermənistanın baĢ prokuroru  Ağvan Hovsepyan da ərazi iddialarını yeniləmiĢdir. 
 "Aravot" (Səhər) qəzeti yazır ki, indiyə qədər də Türkiyənin buna  qarĢı çıxmasına 
baxmayaraq 1915-ci il hadisələri bir çox ölkə tərəfindən ―soyqırımı‖ olaraq qəbul 
edildi,  bundan  sonra  da  qəbul  ediləcəkdir.  "Jamanak"  (Zaman),  "Qolos  Armenii" 
(Ermənistanın  səsi-rusca)  qəzetlərinin  yazılardan  bəlli  olur  ki,  Ermənistan  və 
Diaspora Erməniliyi yenə bu yolla gedəcək, yəni ―soyqırımı‖ qəbul edən ölkələrin 
sayı  daha  da  artacaq.  Erməni  əhalisinin  çox  olduğu  bir  çox  ölkələrdə  ermənilər  
külli  miqdarda  pul  xərcləməyə  də    üstünlük  verəcəklər.  Bunun  üçün  erməni 
zənginləri  artıq  səfərbər  edilmiĢdir.  Kim  nə  qədər?    Hərənin  öhdəsinə  müəyyən 
məbləğ qoyulmuĢdur. Bunu Diaspaora tənzimləyir. Bu pulların vasitəsilə ermənilər 
və onların lobbisi ABġ  və digər ölkələr  üzərində təzyiqləri artıracaqlar. Biz yaxın 
zamanlarda  bunun  Ģahidi  olacağıq.  Ermənilər  bu  dəfə  ABġ-ın  ―soyqırımı‖ 
tanımasına var gücləri ilə çalıĢacaqlar. Amerikanın da tanıması nəticəsində bir çox 
ölkə bundan cəsarət alacaq. Onlar bu fikirdədirlər. 
Yuxarıda  vurğuladıq  ki,  Erməni  Diasporu  və  ümumiyyətlə  dünyanın  müxtəlif 
ölkələrinə  səpələnmiĢ  erməni  cəmiyyəti  bu  iĢi  ideoloji  bir  hərəkata  
dönüĢdürdüyündən kifayət qədər təcrübə toplamıĢlar. 2005-də "erməni soyqırımı" 
nın  90-cı  ili  ―uğurların  davamı‖  olmuĢdur,  dünyanın  diqqətinə  çox  əhəmiyyətli 
―sənədlər‖  təqdim  edilmiĢdir.  Keçən  on  il  içində    əsas  məqsəd  dəyiĢməmiĢdir. 
Dünyanın  Ermənistan  da  daxil  olmaqla  20  ölkəsi  ermənilərin  təqdim  etdikləri 
qondarma  "Erməni  Soyqırımı"  qanun  layihəsini  qəbul  etdiklərinə  görə  Türkiyəni 
buna  görə  təzyiq  altında  saxlamağa  nail  olmuĢlar.    "Soyqırımı"    tanıyanların 
digərlərinə də  təsiri olacaqdır. Bu 20 ölkə Türkiyəni beynəlxalq sahədə psixoloji 
təzyiq  altına  alaraq  ermənilərin  əsassız  təzminat  və  torpaq  tələblərini  
dəstəkləməkdə  davam  edəcəklər.  Ermənilər  də    bu  ölkələrə  laqeyd  yanaĢmırlar. 
Keçən  bu  10  il  içində  ermənilər  bu    məsələdə  edəcəklərini  etmiĢlər.  Türkləri 
günahlandıran kifayət qədər kitab, filmlər yaratmıĢ və yaymıĢlar. Yayınlanan  türk 
dilində  kitablarının  sayı  və  tirajı  rekord  vurmuĢdur.  Son  on  ildə  sənədli  filmlərə 

 
164 
 
daha  çox  diqqət  edilmiĢdir.  MəĢhur  erməni  mənĢəli  fransız  rejissor  AĢot 
Malakyanın  "Mayrig"  adlı  filminin  ilk  on  dəqiqəsində  soyqırımı  hekayəsi  iĢlənir, 
sonrasında köç əsnasında Fransaya gələn bir erməni ailəsinin Fransada həyatlarını 
davam  etdirə  bilmək  üçün  verdikləri  mübarizədən  bəhs  edilir.  Ermənilər  filmlərə 
müdhiĢ  pullar  xərcləyirlər.    Yalnız  Atom  Yeqoyanın  "Ararat"  filminə  15  milyon 
dollar  xərclənmiĢdir.  Ġndi    Yeqoyan  yeni  film  üzərində  iĢləyir.    2013-ün  iyul 
ayında  Ġrəvana    ―Qızıl  ərik‖  festivalına  gələn  Yeqoyan  100-cü  ilədək  mütləq  bir 
yeni  film  çəkəcəyini  deyir.    Erməni  mənĢəli  italyan  yazar  olan  Antonio  Arslanın 
"TarlakuĢu çiftliyi" adlı kitabın kinolaĢdırılmasını erməni mətbuatı müvəffəqiyyətli 
nümunələrdən  biri  kimi  xarakterizə  edir.  Bu  filmlərdə  də  müdhiĢ  bir  soyqırımı 
təbliğatı  vardır.  "Musa  dağında  qırx  gün"  kitabının  film  halına  çevrilməsi  də 
erməni  mətbuatındayer almıĢdır. Avstriya yəhudisi Frans Verfelin "Musa dağında 
qırx gün"  romanı  1915-ci il   təhcirindən əvvəl  Hataydaki  Musa  dağının  ətəyində 
bir  erməni  kəndində  olub-keçən  hadisələrdir.  Tehcir  üçün  gəlmiĢ  jandarmlara 
ermənilərin  müqavimətidir.  Mətbuatda  bu  hadisə  bir  erməni  qəhrəmanlığı  olaraq 
təqdim edilir. 
   Erməni  təbliğat  maĢını    sürətlə  iĢləyir.  Ermənilər  özlərini    bu  qondarma 
"soyqırımla" ayaqda tuturlar.  Onların ideologiyası bu məsələyə bilavasitə bağlıdır. 
"  Erməni  soyqırımı"  yoxdursasa,  erməni  də  yoxdur,  onların  təbliğatı  da  səmərəli 
olmayacaq.  Diasporada  bunu  belə  anlayırlar.  Ermənilər  bundan  qorxurlar  ki,  bu 
məsələ  gündəmdən  çıxar,  onların  edəcəkləri  bir  Ģey  qalmaz..  Bu  məsələ  erməni  
ideolojisinin tərkib hissəsidir. 
 Bu  məqsədlər  istiqamətində  ermənilər  təbliğatda    vizual  mediaya  da  üstünlük 
verirlər. Erməni  dövləti  buna həvəslə pul ayırır. Dövlət səviyyəsində qarĢıya daha 
bir    ―soyqırımı”    filminin    çəkilməsi  məqsədi  qoyulmuĢdur.  Bu  filmin  də 
qondarma ―erməni soyqırımı‖nın 100-cü ilində, 2015-ci ildə dünyada səs gətirəcək 
bir  əsər  olmasını  istəmiĢlər  və  bu  istiqamətdə  Oscar  mükafatını  almıĢ  məĢhur 
rejissor Steven Spielberqə təklif edilmiĢdir. 

 
165 
 
Diaspora  və  Ermənistan    dövlətinin  vizuallıq  sahəsində  etdikləri  layihələr  kino- 
filmlərlə    məhdudlaĢmır.  Bir  baĢqa  əhəmiyyətli  layihə  də  "Bir  daha  əsla"  adı 
altında təĢkil edilmiĢ konsert seriallarıdır. (15) TanınmıĢ musiqiçi Stevie Wonder 
ilə  birlikdə  dünyada  tanınmıĢ    bir  çox  musiqiçinin  də  qatıldığı  layihənin 
―soyqırımı‖ tanıtma iĢlərini daha  irəli aparmaq planlaĢdırılır. 
Vizual  medianın  istifadə  edildiyi  digər  bir  iĢ  isə  ―soyqırımı‖  kampaniyalarında 
posterlərdən  istifadədir.  Bu  poster  dizaynı  kampaniyası  2015-ci  ilə  qədər  davam 
edəcək və çıxan nəticələrə görə ―soyqırımı‖ tanıtma iĢlərində plakatlardan  istifadə 
ediləcəkdir.  4  Oktyabr
 
2012-ci  ildə,  Ġrəvanda  "Erməni  Soyqırımının  100-cü  ilinə 
doğru‖    mövzusunda    bütün  erməni  mətbuat  nümayəndələrinin  iĢtirak etdiyi   6-cı 
Kongresde ermənistanlı jurnalistlərə California Courier qəzeti baĢ redaktoru  Harut 
Sasunyan  demiĢdir:  "  Ermənistan,  bundan  sonra  yalnız  ―Erməni  Soyqırımı‖nın 
beynəlxalq tanınmasını deyil,  həm də Türkiyədən də ədalət tələb etməlidir. 1915-
ci  ildə  yaĢanan  hadisələrin  bir  soyqırım  olduğunu  beynəlxalq  ictimaiyyətə  isbat 
etmək  ehtiyacı  yoxdur  artıq,    onlar,  həqiqətən  1915-də  nə  yaĢandığını  çox  yaxĢı 
bilirlər-  "  dedi.  Amerikalı  erməni  jurnalistə  görə,  ―yeni  addımlar  atmamız 
lazımdır‖. Bu yeni addımlar nədən ibarətdir? O bunları Türkiyədən gizli saxlamağı 
təklif edir.  
 100-cü il ərəfəsində daha çox xarici vətəndaĢlarının Ermənistana gəlməsini təĢkil 
etmək  lazımdır.  Mətbuat  yazır  ki,  Ġraq  Respublikası  Bütün  Yezidlərinin  Ruhani 
rəhbəri Mir-Mira Tahsin Beg və onunla  gələnlər Sərdarabadda "Erməni soyqırımı" 
abidəsini  ziyarət  edərkən təəcüblənmiĢlər. Görün onlar hələ indiyə qədər bundan 
xəbər  tutmayıblar.  Demək  nə  qədər  dünya  insanın  erməni  ―faciəsindən‖  xəbəri 
yoxdur?(67) Bunu hamının bilməsi üçün hələ çox iĢ görülməlidir. 
Mütəxəssislər  "erməni  soyqırımı"  100-cü  ildönümü    ilə  əlaqədar  bir  strategiya  
yaratmaq  üçün  Ermənistanda  tez-tez  bir  araya  gəlirlər.    Ermənicə  çıxan  mətbuat  
orqanlarının  bəzilərində  bununla  əlaqədar  ―sızmalar‖  olmuĢdu,  gizli  saxlanması 
istənən  bəzi  məsələlər  aĢkar  olmuĢdu,  bəlkə  də  onlar  bunları  qəsdən  etmiĢlər. 

 
166 
 
Erməni  və  erməni  olmayan  mütəxəssislər  ―soyqırımın  nəticələrini  ortadan 
qaldırmaq  üçün‖  qanuni  bir  səbəb  tapmaq  üçün  baĢ  sındırmıĢlar.    Ġrəvanda 
toplanan  Koordinasiya  Komissiyasının  məlumatlandırmaq  üçün    məlumatlar 
hazırlanmıĢdır.  Orada  nələr  yer  alması  isə  hələlik  sirr  olaraq  qalır,  sanki 
Ermənistan və Erməni Diasporu 2015- də bir müharibəyə hazırlaĢır.. 
Serj  Sarkisyanın    sədri  olduğu  Dövlət  Komissiyasında  hazırlıqlar  hər  qurumda 
aparılır.  Ermənistanda  Diaspora  Nazirliyi  çərçivəsində  də  2015-ci  il    Hazırlıq 
Komitəsi  qurulmuĢdur.  Bunun  baĢına  da  birbaĢa  prezident  Serj  Sarkisyan 
keçmiĢdir.  BaĢ  yepiskop,  BaĢpatrik  kimi  əhəmiyyətli  adamlar  da  bu  komitədə 
iĢtirak edirlər. Bu komitə 100-cü ilə qədər  nə edəcək? Komitənin də  nə edəcəyi 
bu  ana  qədər  açıqlanmıĢ  deyil.  Ancaq  nələr  etmək  istədiyi  bəllidir..  Ermənistan 
mətbuatını  izlərkən    bunların  nələrdən  ibarət  olduğu  təxmin  edilə  bilər.    Bu 
sahədəki  fəaliyyətlərin  bir  hissəsi  "Erməni  soyqırımı‖  Muzey-Ġnstitutu  deyilən 
dövlət qurumu tərəfindən  həyata keçiriləcəkdir. Türklərə qarĢı çox sərt üslubu ilə 
bilinən  "Erməni  Soyqırımı  "Muzey-Ġnstitutu  Direktoru  Hayk  Demoyan    Ġrəvan-
Moskva tele- körpüsündə (Sant TV)  qondarma ―Erməni soyqırımı‖nın təkcə tarixi 
yaddaĢ  deyil,  milli  təhlükəsizlik  məsələsi  olduğunu  irəli  sürmüĢdü.  Bu  tele- 
körpüdə  o,  Türkiyənin  sərhədi  bağlayaraq  Ermənistana  qarĢı  aqressiv  bir  siyasət 
həyata  keçirməsini  cinayət  adlandırmıĢdır,  amma  Qarabağın  iĢğalından  heç    bəhs 
etməmiĢdir.    Əksinə  burada  yaĢayan  ermənilərə  agressya  tətbiq  olunmasını  və 
Türkiyəni Azərbaycanı dəstəkləməsini də xüsusi  qeyd etmiĢdi. 
Hayk Demoyan  "100-cü ildə   Türkiyənin təkcə  keçmiĢdə etdikləri üçün deyil,  bu 
günki siyasəti  ilə də cinayət törətməsi  məsələsini  gündəmə gətirməliyik" - deyir. 
BaĢqa  bir  televiziya  programında  Hayk  Demoyan    görün  nə  deyir:  ―Türkiyə 
"erməni soyqırımı" nın beynəlxalq tanınması prosesinə qatılan ölkələrə qarĢı rüĢvət 
siyasəti yürütməkdədir".   Guya bunun üçün, yəni  səfirliklərə rüĢvət vermək üçün 
müdhiĢ pullar ayrılmıĢdır. Erməni mətbuatında Serj Sarkisyanın mart ayının 22-23-
də  təĢkil  edilən  konfransda  Erməni  Soyqırımının  100-cü  ili    Tədbirləri  Dövlət 

 
167 
 
Koordinasiya  Komissiyasının  proqramı  daxilində  Serj  Sarkisyana  görə  təcili  
göreləcək iĢlər hansılardır? 
-«Erməni  soyqırımı‖nın  100-cü  ili    ərəfəsində  dünyanın  fərqli    yerlərində 
reallaĢdırılacaq fəaliyyətlər proqramının hazırlanacaq 
- "Erməni soyqırımı" nın yüzüncü ilinə istiqamətli fərqli fəaliyyətlər    beynəlxalq 
məna kəsb edəcək  
-bizə daha əhatəli və dərininə yanaĢma imkanı  verəcək və önümüzdəki müddətdə 
edəcəklərimiz mənasında aktuallıq daĢıyan bir məsələ olacaqdır.. 
-  Önümüzdəki  il  bütün  insanlıq  I.  Dünya    Müharibəsi    itkilərini  xatırlayacaq  və 
insanlığın  qarĢılaĢdığı  bu  faciənin  dərslərindən  nəticə  çıxaracaqdır.  O  deyir  ki, 
―təəssüf  ki,  bu  müharibə  zamanı  reallaĢdırılan  kütləvi  qırğın  və  soyqırımılar 
cəzasız  qaldılar.    Biz  II  Dünya  Müharibəsi  və  Xolokostun  qorxunc  köklərini  və 
tanınma  mexanizmini  öyrənməliyik  .  Soyqırımı  yaĢamıĢ  erməni  xalqı,    onun 
dünyadan kökünü kəsmək istəyən və arzusunda olan günahkarlar və onların iĢlərini 
bu  gün  davam  etdirənlər  olmasına  baxmayaraq,  ayaqda  qalmağı,  ölkəsini  inĢa 
etməyi,  Diasporada  güclü  və  perspektivli  təĢkilatlar  yaratmağı  bacardı.  ―Böyük  
Fəlakətin‖ (Metz yeğern) yüzüncü ili yalnız bir ildönümü deyil, fəaliyyət və anma 
mərasimlərinin  edilməsi  bizə  bütün  dünyaya  birliyimizi    göstərmə  və  soyqırımın 
nəticələrinin  aradan  qaldırılması  məsələsində  geri  çəkilmədən    gələcək  nəsillərə 
mübarizə  və  yeni  üsulların  aĢılanması  mənasında  da    qərarlı  olduğumuzu  təsdiq 
edəcək".  Eyni  zamanda  prezident  Türkiyə  və  türk  xalqı  ilə  də  bəzi  fikirlərini 
açıqlamıĢdır. DemiĢdir ki, onlar inanırlar ki, ―Türk xalqı erməniləri anlayacaq və 
cinayətini qəbul edəcək. "News.am" saytında onun fikirləri eynilə belə verilmiĢdir: 
"Erməni  soyqırımı‖nın    tarixi  və    onun  dərsləri  yalnız  erməni  xalqının  tarixi  və 
varlığı ilə əlaqəli deyil. Bu eyni zamanda Türk dövləti və Türk xalqının tarixi ilə 
eyni  dərəcədə  əlaqəlidir  və  bu  baxımdan  on  illərcə  davamlı    olaraq  sabit  qalan 
səssizlik  və  inkarçı  siyassətin  mənasız  olduğu  və  Türk  cəmiyyətinin  daha  Ģüurlu 

 
168 
 
təbəqələrinin  keçmiĢdə  meydana  gələn  faciəyə  istiqamətli  Ģərtli  yanaĢmaları  və 
ədalətsiz  mövqeyini    təftiĢ  etmə  istiqamətində  öz  içində  qüvvə    tapması,  buna 
tənqidi    yanaĢması  və  yeni  inkarçı  duruma  qarĢı  üsyan  etməsi  bizim  üçün 
ürəkləndiricidir ". 
 ―Erməni  soyqırımı‖nın  100-cü  ildönümü  strategiyasının  hazırlanması  iĢləri  də 
erməni  mətbuat  orqanlarında  geniĢ  yer  almaqdadır."Aravot"  (Səhər)  qəzetinin 
yazdığına görə dünyanın 9 ölkəsindən 40-dan çox  nümayəndə, "erməni soyqırımı" 
mütəxəssisləri  adı  çəkilən  tarixdə  Ġrəvanda  ―Soyqırımı  nəticələrinin  aradan 
qaldırması üçün qanuni səbəbləri tapmaq, Türk inkar siyasətinə reaksiya vermək , 
konfranslar  təĢkil  etmək,    soyqırımı  araĢdırma  proqramlarında  iĢtirak  etmək    və 
muzey  sərgilərində  təĢkil  etmək  üçün  toplandılar.  Konfrans  ―Erməni  soyqırımı  ― 
100-cü  ildönümü  fəaliyyətlərini  koordinasiya  edən  dövlət  komissiyası  tərəfindən 
təĢkil edilmiĢdi . Erməni lobbisi də, erməni iĢ adamları da, buna pullar xərcləyirlər. 
Yəni filmlər çəkilir, kitablar nəĢr olunur və bunların hamısının məqsədi Türkiyənin 
―soyqırımı‖ qəbul etməsinə nail olmaqdır. Ermənilər 20 ölkədə, Amerika BirləĢmiĢ 
ġtatlarının bir çox  əyalətində bunu qəbul etdirdi, indi Türkiyəyə qəbul etdirməyə 
çalıĢırlar.  Türkiyəyə  qəbul  etdirmənin  arxasında  baĢqa  planları  var.  ABġ-da  nəĢr 
olunan "California Courier" qəzetinin naĢiri və redaktoru Harut Sasunyan, özünün 
"Türklər  əsrin    ilk-"erməni  soyqırımı  "nı  reklam  məqsədi  ilə  istifadə  edirlər"  adlı  
məqaləsində  yazır  ki,  "2005-ci  ildə,  ―erməni  soyqırımı‖nın  90-cı  ildönümü 
ərəfəsində,  tanınmıĢ  türk  köĢə  yazarı  Mehmet  Ali  Birand,  bir  məqalə  yazmıĢdı: 
"Erməni tsunamisi." Amma bilindiyi kimi heç bir tsunami olmadı. Yazar deyir ki, 
Türkiyə  yenə  də  bu  qorxu  içərisindədir.  Yerli  qəzetlərdən    olan  "Gazete  Kars" 
―Ermənilərin 2015-ci ilə hazırlanması" adlı məqalədə Birandı yazısına bənzər bir 
yazı  vermiĢdir-deyə  yazır  Sasunyan.    O  deyir  ki,  bu  cinayətin  məsuliyyətini 
dəqiqləĢdirmək üçün davamlı və qanuni yollarla getmək lazımdır. Ona görə 100-cü 
ildə bu daha da dəqiqləĢəcək. Onun fikrincə, Türkiyə enində -sonunda ―bu günahı‖ 
qəbul  edəcək.  Daha  erkən  qəbul  etsə  bu  onun  xeyrinə  olacaq.  "Gazete  Kars"ın 
narahatlığı  da  elə  budur  əslində.  "Azatutyun"  (Azadlıq)  radiosunun  xəbərində 

 
169 
 
bildirilir  ki,  2015-ci  ilə  qədər,  ―erməni  soyqırımı‖nın  100-nın  ildönümünə  doğru 
―Soyqırım  qurbanlarının  elektron  kitabı‖  tərtib  ediləcək.  Bura  200.000  qurbanın 
adı  salınacaq.  Ermənistan  Milli  Arxivlər  Ġdarəsinin  müdiri  Amatuni  Virabyan 
demiĢdir  ki,  elektron  kitabda,  qətlə  yetirilmiĢ  olan  ermənilərin  adlarının  yanında 
doğum tarixləri ilə məskunlaĢma yerləri də siyahıya alınacaq. ―Soyqırımı‖ ilə bağlı 
25.000  sənədin  nəĢr  olunması  nəzərdə  tutulur.  Ermənistan  mətbuatındakı 
araĢdırmalarda  açıq  görünməkdədir  ki,  həm  Diaspora  erməniləri,  həm  də 
Ermənistan hökuməti uzun illərdir Türkiyədən torpaq və təzminat tələblərini açıqca 
dilə gətirməkdədirlər. Bu tələblər xüsusilə Birinci Dünya  Müharibəsi zamanı ġərq 
Cəbhəsinə  və  daha  sonra  Sevr  və  hətta  Lozannada  reallaĢdırılmağa  çalıĢılmıĢdı.. 
Uzun  müddətdir  Avropadakı  ermənilərin  gündəmində  olan  "3-cü  Qərb  erməniləri 
Milli  Assambleyası  "Fransanın  Sevres  Ģəhərində  toplanması  "  Yerkir  "qəzetində 
verilmiĢdir.Verilən xəbərdən bəlli olur ki, bundan  əvvəl ilk iki Assambleya 1917 
və 1919cu illərdə toplanmıĢdır. Bu Assambleya ilə Qərb ermənilərini təmsil edəcək 
bir  beynəlxalq  Milli  ġura  təĢkil  edilməsi  və  2015-in  əvvəlində  Türkiyə  əleyhinə 
təbliğatın  sürətləndirilməsi  qərarlaĢdırılmıĢdır.  Bu  cəhdlərdən  ən  diqqət  çəkəni, 
2012-2013-cü  il  Tədbirlər  Planına  daxil  edilən  "Qərb  ermənilərinin"  1915-ci  ildə 
yaĢadığı itki və zərərlərin müəyyən edilməsi və "Armenian Forum of Lawyers" adı 
altında  bir  quruluĢun  yaradılaraq  milli  və  beynəlxalq  məhkəmələrdə  təzminat 
iddialarının açılması var. Qəzetlər Türkiyə Respublikasına Təzminat davalarını da 
də  gündəmdə  tuturlar.  2009-ci  ildən  bu  yana  Amerika  BirləĢmiĢ  ġtatlarında, 
Türkiyə  Respublikası  Mərkəzi  Bankı  və  TC  Ziraat  Bankası  əleyhinə  təzminat 
iddiaları davam etməkdədir. 
2013-cü  ildən  etibarən  beynəlxalq,  milli  və  akademik  sahədə  qarĢıya  "erməni 
soyqırımı" nın qəbul edilməsini məqsəd qoyan yığıncaq, seminar, konfrans, kitab, 
məqalə  dərc  edilməsi  kimi  iĢlər  sürətlənmiĢdir.  Erməni  mətbuatında  hər  gün  belə 
xəbərlərə rast gəlmək mümkündür. Bu çərçivədə 2010-cu ilin aprelində Armenian 
Film  Foundation  adlıqurumla  Cənubi  Kaliforniya  Universitetinin  "Shoah 
Foundation Institute" arasında "soyqırımı" Ģahidləri ilə edilən 400 -ə qədər görüĢün 

 
170 
 
nəĢr  olunması    nəzərdə  tutulur.Hazırda  Ermənistan  Arxivlər  Ġdarəsi  əlindəki 
qeydlərin  nəĢr  olunması  ilə  əlaqədar  iĢlərə  baĢlamıĢdır.  Arxivlərlə  əlaqədar  digər 
bir xəbərdə (Haykakan Hanrapetutyun) "Erməni soyqırım" ının Ģahidlərindən bəhs 
edilir.  Yazılır  ki,  Ermənistan  Milli  Arxivində  ―Erməni  soyqırımı‖  ilə    bağlı    bol 
sənsədlər  vardır,  mətbuat  konfransında  Milli  Arxiv  Direktoru  Amatuni  Virapyan 
demiĢdir:" Milli Arxivdə Soyqırımı ilə bağlı 12 min sənəd vardır və bunlar 3 qrupa 
ayrılır:  Dövlət  sənədləri,  soyqırımı  yaĢayanların  ifadələri(bunlar  ən 
qiymətliləridir), digər ölkələrdən gətirilən sənədlər...  
Mətbuatda  2015  əvvəlində  yenidən  gündəmə  gətirilməyə  çalıĢılan    Türkiyə  
ərazisində  ermənilərə  aid  mal-mülk  davaları    mövzusunun  gündəmdə  tutulması 
göstərir  ki,  ,  bu  məsələnin  üzərinə  də    qarĢıdakı  illərdə  gediləcəkdir.  Diaspora 
ermənilərinin təzminat və torpaq tələblərinə ―Soyqırımı‖ iddialarının  bir növ  yeni 
təbliğatı  olacaqdır. Təzminat  və torpaq  tələblərinin,  əvvəlcə  Amerika  ictimaiyyəti 
arasında, daha sonra beynəlxalq sahədə təbliğatının yayılmasınını təmin etmək iĢi 
son zamanlar erməni mətbuatının vəzifəsi halına gəlmiĢdir. Erməni TV-lərinin bir 
çoxunun  ABġ-da  nümayəndələri  var.  "Sant  TV"  hər  gün  xəbərlərində  ABġ-da 
yaĢayan  ermənilərlə  bağlı  xəbərlər  verir.  Bu  xəbərlərin  isə  70-80%-i  Türkiyə, 
Ermənistan  münasibətləri,  soyqırım  mövzularıdır    hədəf  isə  Türkiyə  və 
Azərbaycandır. 
Ermənilər  yalnız  ABġ-da  deyil,  dünyanın  fərqli    yerlərində  təzminat  tələblərini 
artıq  açıq    Ģəkildə  dilə  gəttiirlər.  23-25  Fevral  2013-də  Livanda  Kilikiya  Erməni 
Katolikosluğu tərəfindən təĢkil edilən "Erməni soyqırımı: Tanınmadan Təzminata" 
adlı geniĢ qatılımlı  beynəlxalq konfrans materialları  Ermənistan mətbuatında da 
verilmiĢdir.  "Tert.am"  saytında    gedən  xəbərdə  deyilir  ki,    bu  konfransda 
ermənilərin  Türkiyədən  təzminat  tələblərinin  daha  sıx  bir  Ģəkildə  dilə  gətirilməsi 
qərara alınmıĢdır 
Ermənistanda milliyyətçi DaĢnak Partiyasının Ġrəvan nümayəndəsi Kiro Manoyan, 
əslində  erməni  hökumətini  çətin  vəziyyətdə  qoyacaq  bir  Ģərh  vermiĢdir:  "Erməni 

 
171 
 
torpaqları bu gün Türkiyənin əlindədir. Sabah kürdlərin əlinə keçsə onlardan geri 
istəyəcəyik.  Ermənistanın  qaytarılmasını  istədiyi  torpaqlar  bu  anda  Türklərin  
nəzarəti  altındadır.  Sabah  bizim  qaytarılmasını  tələb  etdiyimiz  erməni  torpaqları 
kürdlərin əlinə keçsə onlardan geri vermələrini tələb edə biləcəyikmi? Bölgəmizdə 
reallaĢacaq  köklü  dəyiĢiklikləri  tamaĢaçı  olaraq    izləməmək  üçün,  gediĢatı 
istiqamətləndirməyi  bacarmalıyıq.  Olayları    yaxından  təqib  edərək  hərəkət 
etməliyik.  "100-cü    il  ərəfəsində  Ermənistan  diplomatlarının  üzərinə  böyük  iĢlər 
düĢəcək.  BaĢını  yenə  də  Fransa  və  Ġsveçrənin  çəkəcəyi  Avropada  ermənilərin 
hədəfi  çoxdur.  «Jogovurd»un  məlumatına  görə,  tanınmıĢ  ġarl  Aznavur  Serj 
Sarkisyandan  onu  Ermənistanın  Ġsveçrə  səfirliyindən  geri  çağırmasını  xahiĢ 
edərkən  də  bu  iĢin  arxasını  buraxılması  ilə  əlaqədar  bəzi  fikir  və  sözlər 
iĢlətmiĢdir.‖  Tüpürüm  soyqırıma‖  deyərkən  Aznavur  bu  iĢin  hamını  bezdirdiyini 
nəzərdə tuturdu. Bu iĢdən əl çəkməyi tövsiyə edirdi. Buna baxmayaraq Ermənistan 
100-ci il ərəfəsində Avropada diplomatik heyəti gücləndirir.  
 Təbii  ki,  Yaxın  ġərq,  Rusiya  unudulmur.  Kilikiya  Erməni  Katogikosluğu  sözdə 
erməni  soyqırımının 100-cü ildönümü  ilə əlaqədar    Türkiyədə  yaĢayan  erməniləri 
mövzu  edən  çoxlu  kitablar  nəĢrə  hazırlamaqdadır.  Hər  bir  kitab  ermənilərin 
Türkiyədə yaĢadıqları bir Ģəhəri  əhatə edəcək. ―Nouvelles d `Arménie‖nin verdiyi 
məlumatlara görə, Buzand Yegiayan tərəfindən qələmə alınmıĢ " Adana tarixi "adlı 
kitab artıq hazırdır. ―Saimbeyli (Açın) tarixi " adlı kitab da nəĢrə hazırlanır. Bu iĢə 
Abu-Dabidə  yaĢayan  Mahseredcyan  ailəsi  maddi  dəstək  vermiĢdir.  (Hetq.am) 
ArĢak    Alboyacıyanın  Kayseri  və    Tokatla    əlaqədar  yazdığı  və  ötən  əsrin  30-cu 
illərində    Qahirədə  nəĢr  olunmuĢ  4000  səhifəyə  çatan  kitabların  da    yenidən  nəĢr 
olunması  nəzərdə  tutulur.  "Azatutyun"  (Azadlıq)  Radiosu  bildirir  ki,  Fransada 
"erməni  soyqırımı"  nı  tanıyan  qanun  layihəsi  hazırlayan  Fransa  Millət  Məclisi 
millət vəkili, Fransa-Ermənistan dostluq qrupunun üzvü Valérie Boyer 24 apreldə 
Ermənistana  getmiĢdir.  Valérie  Boyer,  Fransada  Dağlıq  Qarabağla  bağlı  Dostluq 
Qrupu  qurduqlarını,  bunun  fəaliyyətlərinə  keçmiĢ    Fransız  millət  vəkillərini    də  
cəlb  etdiklərini  qeyd  edir.  Valérie  Boyer,  ―erməni  soyqırımı‖nın  inkarını 

 
172 
 
cəzalandırmağı nəzərdə tutan  qanunun təkrar rədd edilməsinə kədərini ifadə etmiĢ, 
lakin  buna  baxmayaraq  Avropa  Parlamenti  millət  vəkilləri  ilə  birlikdə  mövzunu  
yenidən  gündəmə  gətirmək  istədiklərini  söyləyir.    O  deyir  ki,100-cü  ilə  doğru 
Fransa  bu  qanunu  mütləq  qəbul  edəcək.  "Henaran"  adlı  internet  saytında 
"Soyqırımın"  tanınmasında  ölkələrin  qanunvericilik  orqanlarının  rolundan  bəhs 
edilmiĢdir.  ―100-cü  ildə  mövcud  dəlillərin  hüquqi  platformaya  gətirilməsinin 
zamanıdır‖-deyilir.  
 Çox  qəribədir  ki,  2015  planları  içərisində  əsas  hədəflərdən  biri  ABġ  prezidenti 
Barak Obama olacaq . Nədir onun  günahı? Ermənilərə görə, Obama  
1.  Prezident  seçkiləri  kampaniyası  əsnasında  dəfələrlə  ―erməni  soyqırımı‖nın 
tanınması sözü vermiĢ və sözünü yerinə yetirməmiĢdir. 
2. 2010-cu ildə ―erməni soyqırımı‖nın Konqresdə te qəbul qərarına qarĢı çıxmıĢdır. 
3.  Seçki  kampaniyasında  verdiyi  sözlərinə  baxmayaraq  Ermənistan  və  Qarabağa 
köməyin miqdarını azaltmıĢdı. 
4.  2009  Ermənistan  üzərinə  təzyiq  edərək  Türkiyə  ilə    heç  bir  nəticə 
verməyən"protokol" un imzalanmasını istəmiĢdir. 
5. Ermənistanın    Azərbaycan və  Türkiyə  tərəfindən  blokadasını  aradan  qaldırmaq 
üçün Türkiyəyə təzyiq etməmiĢdir. 
6.  Ermənistan  və  Qarabağa  qarĢı  Azərbaycanın    təkrarladığı  militarist  bəyanlara 
cavab olaraq heç bir Ģey etməmiĢdir, halbuki   Dağlıq Qarabağın  öz müqəddəratını 
təyin etmək üçün kampaniya zamanı bir Ģeylər edəcəyinə söz vermiĢdi. 
7.  Erməni-Amerikan  cəmiyyətinin  onunla    görüĢmək  tələblərini  cavabsız 
buraxmıĢdır. 
8. Bu il də, 24 apreldə  "soyqırımı" deməmiĢdir.  

 
173 
 
Erməni Diasporu da Ermənistan dövlətinin də ümidləri 2015-ci ilədir. Amerika bu 
məsələdə qərarlı olsa hətta Türkiyənin özü belə "soyqırım gerçəyini" qəbul edəcək. 
 Ermənilər  100-cü  ilə  hazırlıq  mərhələsində  Türk  mənĢəli  tədqiqatçılardan  da 
yararlanmaq  istəyirlər.  Bunun  ən  yaxĢı  örnəyi  neçə  illərdir  ermənilərə  iĢləyən 
Taner Akçamdır.  Erməni dostu olan   bəzi  ―Türk ziyalıları‖ nı Ermənistana dəvət 
edir,  onları  bu  iĢdə  onlara  kömək  etməyə  təĢviq  edirlər.  Bunların  içərisində  
jurnalistlər,  yazarlar,  araĢdırmaçılar    var.  Həsən  Camal,  Ali  Bayramoğlu,  Fatiyə 
Çətin,  Orhan  Pamuk...  sayıları  az  deyil.  Onlardan  bəziləri  erməni  diasporunun  və 
Ermənistan  dövlətinin  təĢkil  etdiyi  konfranslara  həvəslə  qatılaraq  ermənilərin 
əsassız  iddiasına dəstəklərini verirlər. Bunlar da Ermənistan mətbuatında geniĢ yer 
almaqdadır.  ABġ-dakı  Clark  Universitetinin  müəllimi,  tarixçi  prof.  Dr.  Taner 
Akçam  son  zamanlar  çox  fəaldır.  Onun  yazdığı  kitablar  dünyanın  müxtəlif 
ölkələrində  yayılmaqla  birlikdə  bu  kitabların  təqdimatı  ermənilər  üçün  həm  də 
təbliğat  metodudur.  Onun  bu  kitabı  "Jön  Türklərin  insanlıq  cinayətləri:  ―Erməni 
Soyqırımı‖  və  Osmanlı  Ġmperatorluğunda  etnik  təmizlik"  adlı  kitabının təqdimatı 
Ġrəvanda da olmuĢdur.  
 2013  ildə  erməni  kilsəsinin  iki  nümayəndəsi  -  Eçmiadzin  Bütün  Ermənilərin 
Katolikosu  Garakin  II  və  Kilikiya  Katolikosu  Aram  1  tərəfindən  edilən  24  aprel 
Bəyannaməsinin  bu  fikirlər  yer  alır:  "1915-ci  ildə  Osmanlı  boyunduruğundaki 
ermənilərin  ata  torpaqlarında  yalnız  1  milyon  500  min  erməni  öldürülmədi,  eyni 
zamanda  torpaqları,  malları  əllərindən  alındı,  ermənilərə  aid  olan  kilsələr, 
məktəblər,  ikonalar  oğurlandı,  Osmanlının  varisi  olan  Türkiyənin  "erməni 
soyqırımının"  100-cü  ili  olan  2015-də  əvvəlcə  bu  soyqırımı  tanıyıb  aldığı  canlar 
üçün təzminat ödəmə və erməni mal və torpaqlarını geri vermə zamanı gəlmiĢdir, 
erməni  və  türk  xalqlarının  barıĢmaları  və  bölgənin  sabitliyi  buna  bağlıdır  ". 
Təzminat  iddiaları  xüsusilə  ABġ  erməniləri  tərəfindən  açılır.  Türkiyə  əleyhinə 
1915-ci ildəki hadisələrə bağlı daĢınan və daĢınmaz malların ödənilməsi istiqamətli 
Los  Angelesdə  Garbis  Davoyan  və  Hrayr  Turabyan  adlı  iki  amerikalı  erməni 
hüquqĢünas Mərkəz  və Ziraat Bankına iddia açıblar. Ġki il əvvəl San Fransiskoda 

 
174 
 
bir  məhkəmə  1915  hadisələrində  həyat  sığortası  olan  ermənilərin  varislərinin 
sığorta  Ģirkətlərindən  təzminat    istəməsi  qanuni  saymıĢdı.  Buna  əsaslanaraq 
hərəkətə  keçən  ABġ-lı  3  erməni,  Türkiyə  Respublikası  Mərkəz  Bankı  və  Ziraat 
Bankı əleyhinə 63 milyon dollarlıq təzminat iddiası açdı.  Bu iddia vəkil Vartkes 
Yegiayanla  63  yaĢındakı  Anahit  Harutyunyan  tərəfindən  açıldı.  ġikayətçilər, 
Adanada  Ġncirlik    NATO  bazasını  də  içinə  alan  təxminən  50  hektar  sahənin 
babalarına  aid  olduğunu  və  bu  torpaqlara  1915  hadisələrindən  sonra  Osmanlı 
tərəfindən  əl  qoyulduğunu  iddia  edirlər.  Bir  erməninin  Ankaradakı  Prezident 
Ġqamətgahının yerləĢdiyi Çankaya köĢkünə də babasına aid olduğu iddiası vardır.   
 
Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin