Qafqaz Universiteti Materiallar



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə35/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   31   32   33   34   35   36   37   38   ...   124

 

 

TƏPƏGÖZ  ARXAİK  QƏHRƏMAN  KİMİ 

 

Türkan CƏFƏROVA 

Bakı Slavyan Universiteti 



ceferova19@gmail.com 

AZƏRBAYCAN

 

 

Ta qədim dövrlərdən bədii ədəbiyyatda dini motivlərdən, rəmz və obrazlardan istifadə 

dünya ədəbiyyatının geniş yayılmış ənənələrindən olmuşdur. Homerin "İliada" və "Odisseya" 

sı; antik yunan ədəbiyyatından Roma ədəbiyyatına keçmiş motivlər, Virgilinin "Eneida"sınin 

janrını, müasir dillə desək, "tarixi" janr adlandırmaq olar; bu, eyni zamanda, həm Qərb, həm 

də Şərq ədəbiyyatında, kinematoqrafda İisusun cəzalandırılması, Məhəmmədin həyatı haqda 

süjetlər, İblisin invariasiyaları və sairədir. Şekspirə qədər 200 variantı mövcud olmuş "Romeo 

və Cülyetta", "Leyli və Məcnun" dastanı kimi qeyri-dini motivlər də arxetip süjetlərə çevril-

mişdir. Fransız dilində köhnə tip, ilkin nümunə mənalarıni verən arxetip sözünə “Kitabi-Dədə 

Qorqud” dastanında da rast gəlmək olar. Dünya ədəbiyyatında, daha dəqiq desək, Azərbay-

can, yunan, hind və digər eposlar arasındakı  bənzəyişlərdən söz açarkən, alınma süjetlər və 

arxetip süjet yaxud arxetip obrazlardan danışmaq daha  doğru olar. 

 Bu eposda əski təsəvvür və etiqadlar, türk eposçuluğu ənənələrini əks etdirən süjetlərlə 

yanaşı, əski qəhrəman arxetipini əks etdirən süjet, motiv və obrazlar da vardır. Onlar eposun 

hələ  tədqiqinin ilk dövründən araşdırıcıların diqqətini cəlb etmiş, onlarla bağlı müxtəlif 

dövrlərdə ayrı-ayrı araşdırıcılar müəyyən mülahizələr irəli sürmüşlər. “Kitabi-Dədə Qorqud” 

dastanın mövzu və məzmunu, onun əski dünyagörüşləri əks etdirməsi barədə müəyyən fikirlər 

söylənmişdir. Onlar zaman keçdikcə daha da dərinləşmiş, yeni faktlarla zənginləşmiş, lakin 

vahid nəticənin əldə edilməsi zamanla, tədricən mümkün olmuşdur. Bəzən də həlli mümkün 

olmayan nəticələrə gedib çıxmışdır. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

972



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

“Kitabi-Dədə Qorqud”da özünü göstərən belə arxaik qəhrəman tipləri içərisində obraz-

ların tarixi qruplaşması geniş  və  əhatəlidir. Belə ki, günümüz üçün eposun bir sıra süjetləri 

tam arxaikdir. Oğuz həyat və  məişətininin, dövlətçiliyinin arxaik hökmdarı Bayanır xan, 

qoşun başçısı Qazan bəy, oğuz bəyləri, ozan obrazının  ən qədim arxetipi Dədə Qorqud, 

Qanturalı və onun sevgilisi Sarı donlu Selcan xatun, mifik obraz olan Təpəgöz, Dəli Domrul 

və başqaları eposun arxaik qəhrəman arxetipləri sırasına məxsusdurlar. Onların bir çoxunun 

eposdakı yeri, mövqeyi ilə yanaşı, tarixi qaynaqlarla bağlılığının əsas və başlıca istiqamətləri 

üst-üstə düşməmişdir. Bütün bunlar gələcək tədqiqatların obyekti ola bildiyi kimi, eposdakı 

daha qədim dövrün arxaik qəhrəman arxetipləri olan Təpəgöz və Dəli Domrul barədə aparılan 

araşdırmaların yekununa böyük ehtiyac vardır. 

“Kitabi-Dədə Qorqud”un arxaik qəhrəman arxeotipləri içərisində mühüm yer tutan və 

müxtəlif mülahizələrə  səbəb olan qəhrəman Təpəgözdür. Tədqiqatçı A.Acalovun fikrincə 

“Kitabi-Dədə Qorqud” boyları içərisində mifoloji xarakter daşıyan iki oğuznamədən biri 

olmuşdur. Təpəgöz obrazının mifoloji xarakterinin göstəricisi bu dastanda kifayət qədərdir. 

Səkkizinci boydakı Təpəgöz obrazı dastanın qədim etiqadlarla bağlı və Qafqaz yayılmış bir 

motivi üzərində qurulmuşdur. 

“Basatın Təpəgözü öldürdüyü” boyu dünya xalqları üçün ənənvi olan bir sıra görüşlərlə 

bağlıdır və onları  təkcə türk təfəkkürünün məhsulu hesab etmək düzgün olmaz. Dünya 

eposçuluğu ilə sıx, qarşılıqlı əlaqə və təsir zəminində yaranıb üzə çıxan qədim oğuznamələrin 

bir çoxu qədim yunan, roma və skif qaynaqlarından, Qafqazd və slavyan xalqlarında yaranan 

bir sıra əski süjetlərdən istifadə yolu ilə yaranmışdır. Qorqudşünaslığın aparıcı məsələlərindən 

biri kimi bu arxaik qəhrəman olan Təpəgöz surəti diqqət mərkəzində saxlanılmışdır. Belə ki 

bir çox tədqiqatçılar bu mövzu ətrafında müəyyən fikirlərə gələrək qeyd edirlər ki, Təpəgöz 

məhz oğuz türklərinin məhsuludur. Və dastanın arxaik süjetlərinin özünəməxsus xüsusiy-

yətlərinin öyrənilməsi isə son dərəcə aktual məsələdir. Bu sahədə araşdırmalar davam etmək-

dədir. 

Bu obrazın Şərq və Qərb eposuna, nağıl və sujetlərinə yayılması ehtimal ki, onun barbar 



xüsusiyyətlərini mühafizə etməsi, arxaik düşüncədə yaranmış modelin çətin rekonstruksiya 

edilməsi ilə bağlıdır. Bu obraz Qərbə yayıldıqca mülayimləşmiş, bir çox cəhətlərdən yumşal-

mağa başlamış, lakin çox cuzi deformasiyaya uğramışdır. Odur ki, mənşə etibari ilə Şərq bar-

bar modelində yaranan bu insan Şərqdə öz mühafizəkarlığını sona qədər davam etdirmiş, insan 

övladına qənim kəsilməsi ilə özünə milli düşüncədə  əbədi yer tutmuşdur. Təpəgözün insan 

mənşəyi ilə bağlılığı özü də maraq doğurur və obrazın gələcəkdə ayrıca tədqiqinə ehtiyac do-

ğurur.  

 

 

YUSİF  SƏMƏDOĞLUNUN HEKAYƏLƏRİNİN                                       



İDEYA-MƏZMUN XÜSUSİYYƏTLƏRİ 

 

Fidan CUMAYEVA 

Azərbaycan Universiteti 



fidancumayeva@yahoo.com 

AZƏRBAYCAN 



 

Yazıçılarımızı indi cəmiyyətin keçmişi, hazırkı vəziyyəti və gələcəyi ilə bağlı daha böyük 

sosial-psixoloji məsələlər, daha humanist ideallar narahat edir, qlobal problemlər düşündürür. 

Problemlərin yüksək sənət dili ilə ifadəsi üçün səbr və təmkinlə işləmək, dəfələrlə götür-qoy 

etmək, ustalıqla ümumiləşdirə bilmək bacarığı, xüsusi zəhmət və istedad tələb olunur. Yazıçı 

nədən yazır-yazsın, əsəri humanist ideyalar təbliğ etməli, insan və onun əzəməti yazıçı sənəti 

ilə daha çox mühafizə olunmalıdır.  


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

973



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Onun ilk hekayəsi “Qanlı çörək” adlanır. Bu hekayə ilk qələm təcrübəsi idi və şübhəsiz, 

bədii cəhətdən yazıçının sonralar qələmə aldığı hekayələri ilə müqayisədə zəif idi.  

“Qanlı çörək” hekayəsi ilk qələm təcrübəsi kimi zəif olsa da, hər halda yaxşı başlanğıc 

idi. Hekayədə iki mühüm cəhəti qeyd etmək olar ki, bunlar Y. Səmədoğlunun sonrakı hekayə-

lərində  də davam etdirilirdi. Birincisi, bu hekayədə bitkin kompozisiya əlamətləri özünü 

göstərirdi, ikincisi, hekayənin dili qənaətbəxş idi.  “220 N-li otaq” kitabında toplanan heka-

yələr,  əsasən lirik-romantik planda qələmə alınmışdır. Bu cəhət həm müəllif təhkiyəsində, 

həm də obrazların daxili aləminin təsvirində özünü göstərir. 

“Gözlər” hekayəsində lirik əhval-ruhiyyə güclüdür. Y. Səmədoğlu atasının başına gələn 

əhvalatı burada qələmə almışdır.  

Lirik-romantik ovqat Y. Səmədoğlunun “Qartal” hekayəsində  də davam edir. Rəmzin 

gücü, rəmzi ümumiləşdirmə bu hekayədə özünü göstərir. Bu hekayədə  rəmz insanın, insan 

olanın yüksək aləminin, əlçatmaz ucalığının, qara qüvvələrlə çarpışmanın, hər kəsin öz mə-

kanında hərəkətinin təsviri istiqamətinə yönəldilmişdir. 

“Saat işləyir”, “Foto-fantaziya”, “Simurq quşu” hekayələrində ictimai təzadlar daha 

qüvvətli ifadə olunmuşdur. 

“220  №li otaq”da “yazıçı mövqeyi” deyilən bir məqamla qarşılaşmaq olar. Qalan heç 

bir nəsr əsərində bu mövqe bilinmir və ümumiyyətlə, yazıçının işi “mövqe” nümayiş etdirmək 

deyil. Yazıçı mövqeyi onsuz da əsərin ümumi ruhunda hiss olunmalıdır. 

 “Qalaktika”  hekayələr kitabı ilə Y. Səmədoğlunun yaradıcılığında yeni bir mərhələ 

başlayır. Bu kitabdakı hekayələrlə 50-ci illərdə yazdığı hekayələr arasında ciddi bədii keyfiy-

yət fərqləri olduğunu sezmək o qədər də çətin deyil. “220 N-li otaq” kitabı Y. Səmədoğlunun 

ümumən istedadlı olduğunu göstərsə  də, bu istedad  özünü bədii materialda tam və dolğun 

ifadə etmirdi, “Qalaktika” isə, artıq bu istedadın bir çox cizgilərini, əlamət və keyfiyyətlərini 

ortaya qoydu. Y. Səmədoğlu təkcə bu kitabla bədii sözün layiqli varislərindən biri olduğunu  

bir daha təsdiqlədi. 

 “Soyuq  daş” hekayəsində obrazların mənəvi keyfiyyətləri incə detallarla verilir, buna 

görə də hadisələrin gedişi ilə əlaqədar uzun təhkiyə və dialoqlara ehtiyac qalmır.  

Mənəvi eybəcərliyin, meşşan əxlaqın, əxlaqi naqisliyin tənqidi və ifşası Y. Səmədoğlu-

nun “Foto-fantaziya” və “Beşik” hekayələrinin də başlıca mövzusunu təşkil edir. “Foto-fanta-

ziya”da fotoqraf Sadığın gündəlik qayğıları, kasıb həyat tərzi, qarşılaşdığı maddi çətinliklər 

fonunda daxili aləmi, həyat və insanlar haqqında düşüncüləri açıqlanır.  

Müəllif “Beşik” hekayəsində rəmzi-simvolik bir obraza müraciət edir- ana südünün, ha-

lallığın maya və qaynağı olan beşik sonda “pas atmış, bir neçə yerdən nikeli qopmuş”, içində 

köhnə ayaqqabılar, tükü didilmiş yararsız şotkalar saxlanan lazımsız bir əşyaya çevrilmişdir. 

Beşiyin xanimanı dağılmışdır. Müəllif bu situasiyanı hekayənin sonunda xatırladır.  

Bəşəriyyətin taleyi ilə bağlı çox mühüm məsələləri yazıçı sadə bir dildə, uşaq təfəkkü-

rünə uyğun  şəkildə, rəmzi-bədii yolla əks etdirə bilmişdir. “46-cı ilin oyunları” hekayəsini 

oxuduqda, elə bil, uşaq oyuncaqları içərisində əsl bomba ilə qarşılaşırsan. Bu hekayədə müəllif 

bəhs etdiyi son dərəcə ciddi problemi məharətlə uşaq oyunu tamaşasında əks etdirə bilmişdir.  

 “Astana”  hekayəsində dövlətin külli miqdarda pulunu mənimsəmiş bir talançının və 

rüşvətxorun son anları təsvir olunmuşdur. O tutulacağını, həbs olunacağını hiss edib Qobustan 

qayalarına sığınır, son anda qərara gəlib intihar edir. Bu məqamların təsvirində Yusif 

Səmədoğlu təhkiyəçi mövqeyində  çıxış edir və obrazın keçirdiyi bütün ruhi sarsıntılarını, 

keçmişlə bağlı xatirələrini, düşdüyü vəziyyətin çıxılmazlığını göz önündə canlandırır.  

 “Bayatı-şiraz” hekayəsi Y. Səmədoğlunun fərdi üslubundakı çoxcəhətliliyi açıqlamaq 

baxımından maraq doğurur. Bu hekayədə sanki üç ifadə tərzi bir-birilə yarışa girir: birincisi, 

ciddi, soyuqqanlı ifadə tərzidir ki, müəllif hadisələrə heç bir müdaxilə eləmir, sadəcə təhkiyəçi 

kimi çıxış edir. İkincisi, satirik ifadə tərzidir ki, Səbzəli dayının düşdüyü komik, gülüş doğu-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

974



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ran vəziyyətləri ilə bağlıdır. Üçüncüsü, tragik məqamı ifadə edir- sonda Səbzəli dayı ürəyi 

boşalanacan ağlayır. Bu üç ifadə tərzi bir-birilə qaynayıb-qarışır və əslində, qəhrəmanın düş-

düyü psixoloji vəziyyətlərin izahına, yozumuna meydan açır.  

 Yusif Səmədoğlunun “Astana”, “Bayatı-şiraz” və “İncə dərəsində yaz çağı” hekayələri 

onun yaradıcılığının sonuncu– üçüncü mərhələyə aid olan əsərləridir.  

Bu hekayələr Y. Səmədoğlunun artıq püxtələşmiş bir sənətkar olduğunu, yaratdığı ob-

razlarda və təqdim etdiyi həyat hadisələrində əsl sənət möcüzələri nümayiş etdirdiyini qətiy-

yətlə təsdiqlədi. Y. Səmədoğlunun hekayələrində personajlar az olur, amma onlar mükəmməl 

xarakter, kamil tip dərəcəsinə yüksəlir, süjetdəki əsas ideyanı tamamlayırlar. 

 

 

MÜASİR ƏDƏBİ TƏNQİDİN İNKİŞAFINDA MƏTBUATIN ROLU 



 

Sərvər SƏFƏROV 

BSU 


seferov.server@mail.ru 

AZƏRBAYCAN 

 

XXI əsr azərbaycan ədəbiyyatına nəzər salsaq görərik ki, poeziya, nəsr və dramaturgi-



yamız yeni yazılmış əsərlər hesabına xeyli zənginləşmişdir. Həm yaşlı, həm də gənc nəsilin 

nümayəndələri ədəbi prosesdə fəal iştirak edirlər. Ədəbi tənqid  isə öz növbəsində ədəbi pro-

sesi bacardığı qədər işıqlandırmağa çalışır. Ədəbi prosesi canlandırmaqda əsas yük qəzet və 

jurnalların üzərinə düşür.  

 

Qəzetlərdən danışan zaman ilk növbədə “Ədəbiyyat qəzeti”, “525-ci qəzet” və “Kaspi” 



qəzetlərin rolunu xüsusi qeyd etmək lazımdır.  

Ədəbi tənqidə və ədəbiyyatşünaslığa aid  məqalələrin, tədqiqatların əsas dərc olunduğu 

qəzet  “Ədəbiyyat qəzeti”dir. “Ədəbiyyat qəzeti”nin demək olar ki, bütün nömrələrində 

tənqidlə, ədəbi proseslə bağlı yazı görə bilərik.  Ədəbiyyat tariximizin araşdırılması, görkəmli 

qələm sahibləri ilə polemik masaların təşkil olunması  qəzetin gördüyü mühüm işlərdəndir. 

Qəzetdə  dərc olunan məqalələrə, yazılara nəzər salsaq biz görərik ki, “Ədəbiyyat qəzeti” 

tənqidimizin,  ədəbiyyatımızın  əks olunmasında nə  qədər mühim işlər görür.  Burada Elçin, 

Tehran  Əlişanoğlu, Vaqif Yusifli və. s tənqidçilərin bir çox məqalələri dərc olunmuşdur. 

Tehran Əlişanoğlunun “Ədəbi tənqidin suçu və suçsuzluğu”, “Ekzistensial insan sorağında”, 

“Ədəbi tənqidin nəzəri problemlərinə dair”, “Tənqidçi imzası”, Vaqif Yusiflinin “Bir daha 

"Rənglər" silsiləsi haqqında”, “10 şairdən 100 şeir” və.s kimi məqalələr buna misal ola bilər. 

“525-ci qəzet”və “Kaspi” qəzetlərində də müntəzəm olaraq tənqidi məqalələr dərc olu-

nur. Vaqif Yusiflinin “Ədəbi tənqidin Tehranı”, “Adilikdə qeyriadiliklər”, Etimad Başkeçidin 

“Tənqidin tənqidi və ya tənqidçi haqqında söz”, Bədirxan  Əhmədovun “Ədəbi tənqidi 

fikrimizin patriarxı” və.s məqalə və tənqidi yazıları buna nümunə ola bilər. 

Müstəqil mətbuat orqanları arasında “525-ci qəzet”in özünəməxsus yeri vardır. Qəzet 

milli ədəbiyyatda həm ənənəyə, həm də yeniliyə optimal yanaşması ilə diqqəti dah çox çəkir. 

Qəzet ilk dəfə 1992-ci ildə işıq üzü görüb. 1995-ci ildən qəzetin baş redaktoru yazıçı, jurnalist 

Rəşad Məciddir.  

 

Adı çəkilən digər mətbu orqan isə “kaspi” qəzetidir. Biz mətbuat tariximizə nəzr salsaq 



qəzetin 1881-1919 illər arasında nəşr edildiyin görərik. 1999-cu ildə isə  filologiya elmləri 

namizədi, jurnalist-alim Sona Vəliyevanın təşəbbüsü ilə “Kaspi” qəzeti bərpa olunmuşdur. 

Hazırda “Kaspi” gündəlik Azərbaycan dilində, həftəlik rus dilində  nəşr olunur. Əsas mən-

zərənin  əks olunmasında qəzetlərdən başqa jurnallara da böyük işlər düşür. Belə jurnallara 

“Azərbaycan” Ulduz” “Körpü” və.s  misal ola bilər. “Azərbaycan” jurnalının nəşrinə 1923-cü 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

975



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

il yanvar ayının 28-də başlanıb. Jurnal ilk dəfə “İnqilab və mədəniyyət” adı ilə nəşr edilirdi. 

1953-cü ildən jurnal “Azərbaycan” adı ilə nəşr olunur. Jurnal yarandığı gündən bu gune kimi 

ədəbiyyatla bağlı çox mühim işlər görmüşdür. Jurnalın baş redaktoru İntiqam Qasımzadədir. 

Jurnalda Vaqif Yusiflinin “Poeziyamız haqqında düşüncələr”, “Poeziya 2011-2012”, “Qardaş 

ədəbiyyatların oxşar tendensiyaları”, “Pəncərəmi açdım sabaha”, “Təzədən doğulur şair ölən 

gün...”, Elçinin “Azərbaycan  ədəbi prosesində    nə baş verir? (Nə etməliyik və necə 

etməliyik)”, Südabə  Ağabaliyevanın “Tənqid və  Əxlaq”, Cavanşir Yusiflinin “Azərbaycan 

komediyasının yalan və absurd poetikası”, Nərgiz Cabbarlının “Psixologizmə meylin nəticələ-

ri”, Almaz Əliqızının  “Yarımçıq əlyazma”, Ya¬qub Babayevin “Ana dilli poeziyamızın qazi-

si”, Rüstəm Kamalın “Mif zamanı yaxud Don Kixot kompleksi” və. s maraq doğuran məqa-

lələr dərc olunmuşdur. Qeyd etdiyimiz yazılardan bəziləri müasir, bəziləri isə klassik dövr 

haqqında yazılmış yazılardır.  

Dövrün mənzərəsinin əks olunmasında “Ulduz” jurnalı da seçilir. “Ulduz” jurnalı 1967-

ci ildən nəşr olunur. “Ulduz” jurnalı daha çox kollektiv söhbətdən istifadə edir. Baş redaktor 

Elçin Hüseynbəyli də daxil  olmaqla yaradıcı kollektivin tanınmış sənətkarlarla söhbətləri ef-

fektli olmaqla yanaşı, yazıçı  şəxsiyyəti və  ədəbi həqiqətlərin müxtəlif yönlərdən açılmasına 

xidmət edir. 

 

 

GƏNCƏ ƏDƏBİ MÜHİTİNİN NÜMAYƏNDƏLƏRİNİN “MOLLA 



NƏSRƏDDİN” JURNALINDAKI FƏALİYYƏT İSTİQAMƏTLƏRİ 

 

Səba NAMAZOVA 

Gəncə Dövlət Universiteti 



seba8080@mail.ru 

AZƏRBAYCAN 

 

Ötən XX əsrin başlanğıcının mürəkkəb ictimai-siyasi şəraiti milli-mənəvi özünüdərk 



proseslərinin daha da dərinləşməsi, geniş miqyas alması ilə müşayiət olunurdu. Azərbaycanın 

digər bölgələri kimi, Gəncə də bu cür demokratik dəyişmələrin baş verdiyi və azadlıq ideyala-

rının düşüncələrə hakim kəsildiyi məkanlardan biri idi. Cəmiyyət həyatının demokratikləşdi-

rilməsi prosesində özgün mövqe nümayiş etdirmiş fəal mollanəsrəddinçilərin sırasında jurna-

lın Gəncə təmsilçilərinin məxsusi rolunun və xidmətlərinin olduğu danılmazdır. Böyük Mirzə 

Cəlilin redaktorluğu ilə nəşr olunan “Molla Nəsrəddin” jurnalı gəncəli müəlliflərinin yaradıcı-

lıq yollarını dürüst müəyyənləşdirmələrinə yardımçı olduğu kimi, onlar da öz fəaliyyətləri ər-

zində Gəncədən “Molla Nəsrəddin”ə doğru uzanan yolda saysız maneələr, məhrumiyyətlərlə 

qarşılaşmalarına rəğmən, məsləklərinə sadiq qalıb söz döyüşlərində misilsiz iradə və dəyanət 

nümayiş etdirmişlər.  

Cəlil Məmmədquluzadə xalqın milli ictimai-mədəni şüurunun formalaşması və inkişafın-

da Gəncə ədəbi-ictimai mühitinin oynadığı rolun əhəmiyyətini və çəkisini bütün aydınlığı ilə 

gördüyü üçündür ki, “Molla Nəsrəddin” jurnalının materiallarında Gəncə  həyatına, onun 

sosial-mədəni mühitində cərəyan edən mənəvi-psixoloji proseslərə də xüsusi yer ayrılırdı.  

Jurnalın səhifələrində dərc olunmuş Gəncənin ictimai-ədəbi və mədəni həyatının dolğun 

bədii əksini verən çeşidli yazılar bu mətbu orqanla Əli Nəzmi, Əli Razi, Mirzə Məhəmməd 

Axundov və başqa qələm sahiblərinin “Molla Nəsrəddin” jurnalının tutduğu ideya-mübarizə 

cəbhəsinə münasibətlərindən soraq verir, onların yaradıcılıq əlaqələrini aydın şəkildə xarak-

terizə etməyə imkan yaradır.  

“Molla Nəsrəddin”də zamanın vacib xüsusiyyətlərini özündə ehtiva edən hadisə və pro-

seslər realist bədii ümumiləşdirmə bacarığı ilə  əks etdirilirdi. Buna mollanəsrəddinçilərin 

sənətkarlıq qüdrətləri ilə yanaşı, birinci növbədə dövrün ən səciyyəvi cəhətlərini ifadə edən 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

976



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

etnik mədəni mərkəzlərin, əyalət və obaların, tarixi hadisə və şəxsiyyətlərin daima diqqətdə 

saxlanmaları  əsas verirdi. Belə tarixi-inzibati və sosial-mədəni mərkəzlərdən biri də  Gəncə 

şəhəri idi. Təsadüfi deyil ki, tarixən milli düşüncənin əsas ocaqlarından, ideya mərkəzlərindən 

hesab edilən Gəncə haqqında Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” adlı 

monoqrafiyasında söz açarkən  şəhər barəsində mövqeyinə belə aydınlıq gətirmişdi: “Azər-

baycan həyati-milliyəsində  təsirati-mühümməsi bulunan ikinci mərkəz Gəncədir. Gəncədə 

təsis edilən “Mədrəseyi-ruhaniyyə” vəqtilə milliyyətpərvərlik ruhunun təqviyə edilən ən mü-

hüm mərkəzi idi. Buradan Azərbaycan bir çox müəllimlər, mühərrirlər və şairlər qazanmışdır. 

Məzkur (yuxarıda adı  çəkilmiş, söylənmiş – S.N.) məktəbin  əhəmiyyətini dərk edən çarizm 

burasını çabuq qapamaqla “təhlükə”nin önünə keçmək istəmişdir...” 

Şəhərin (və  ətrafının) sosial-siyasi, mədəni-mənəvi həyatında cərəyan edən hadisə  və 

proseslərə həm dövlətin, həm də “Molla Nəsrəddin” jurnalının belə həssaslıq göstərməsinə bu 

cəhətdən təsadüfi hal kimi baxmaq doğru olmazdı. Çünki zaman-zaman zəngin tarixi,  mədə-

ni, ədəbi və  dövlətçilik  ənənələrinə  malik  olub Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Nizami 

Gəncəvi və b. dühaların doğulub boya-başa çatdığı  Gəncə  şəhərinin ictimai-mədəni həyatı 

XIX  əsrin sonları  və XX əsrin  əvvəllərində  də özünün fəallığı, Azərbaycanın taleyüklü 

problemlərinə  həssas və ayıq reaksiyası ilə diqqəti cəlb edirdi; burada mədəni-maarifçilik, 

yeni istiqamətli təhsil-tədris, teatr və dramaturgiya, xeyriyyəçilik tədbirləri, etnik proseslər və 

s. milli təəssübkeşlik mövqeyindən həyata keçirilir, cərəyan edirdi. 

“Molla Nəsrəddin”  ədəbi cəbhəsinin və Mirzə  Ələkbər Sabir poeziya məktəbinin 

formalaşaraq yeni-yeni ideya, mövzu və  sənətkarlıq keyfiyyətləri baxımından  zənginləş-

məsində  Əli Nəzmi,  Əli Razi Şamçızadə, Mirzə  Məhəmməd Axundov və digər gəncəli 

müəlliflər öz əsərləri ilə misilsiz xidmətlər göstərmişlər; jurnalda mənsur felyeton janrının, 

cavab satiraların, tapmaca və tapmaca-cavab şəklində satirik şeir formalarının, açıq məktub, 

müraciət üslublu şeirlərin meydana çıxması, Ana dilinin saflığı  uğrunda mübarizənin daim 

aktual bir mövzu olaraq saxlanıb inkişaf etdirilməsində, Mirzə Cəlilin felyeton, Mirzə Ələkbər 

Sabirin inqilabi satira ənənələrinin inkişaf etdirilib forma, mövzu və ideya-estetik cəhətdən 

zənginləşməsində və s. Əli Nəzmi öz yaradıcılıq fəaliyyəti ilə müstəsna rol oynamışdır.  

Əli Razi Şamçızadə çoxsaylı, çeşidli şeir və felyetonları ilə “Molla Nəsrəddin”də qadın 

azadlığı, cəmiyyətdə  və ailədə qadının yeri, təhsili və s. problemləri ardıcıl olaraq işıqlan-

dırmış, onların mahiyyəti, törəmə səbəbləri, həlli yolları haqda ardıcıl dərc etdirdiyi əsərləri 

ilə jurnalın ideya cəbhəsini və sənətkarlıq keyfiyyətlərini zənginləşdirmişdir. 

Gəncədəki mövcud ictimai-ədəbi və mədəni durum digər mollanəsrəddinçiləri, jurnalın 

Gəncədən olan müəlliflərini, o cümlədən Mirzə Məhəmməd Axundovu “Molla Nəsrəddin”in 

ədəbi mövqeyini teatr, dramaturgiya, məktəbdarlıq və s. sahələrdə də yaymağa istiqamətlən-

dirirdi.  

Müxtəlif forma və məzmun xüsusiyyətlərinə malik satirik nümunələrdə qələmlərini sı-

namış Gəncə ədəbi mühitindən olan müəlliflər şəhər həyatının güzgüsünə çevrilən yazılarında 

xalqı yalnız  ətrafda baş verənlərin mahiyyətindən xəbərdar etmir, eyni zamanda diqqəti 

onların yaranma səbəblərinə də yönəldirdilər.  

Jurnalın   Gəncə    ədəbi mühitindən   olan   nümayəndələri –  Əli Nəzmi, Əli Razi Şam-

çızadə,  Mirzə  Məhəmməd Axundov, “Uşaqlar” və digər satirik gizli imzalarla çıxış edən 

müəlliflər öz fəaliyyətləri ilə mollanəsrəddinçiliyin, M.Ə.Sabir poeziya ənənələrinin yeni-yeni 

mövzu, forma və ideya-estetik yaradıcılıq keyfiyyətləri ilə  zənginləşib  ədəbi məktəb səviy-

yəsinə çatmasında xüsusi rol oynamışlar. 

 

 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin