III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
965
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
“Ayağa dur, Azərbaycan!” şeirnin təsir gücünü artıran amil onun müraciət və çağırış
ruhunda qələmə alınmasıdır. Qeyd edək ki, bu ovqat bütünlüklə şeirin ruhuna hakimdir və ona
görə də əsəri həyəcansız oxumaq mümkün deyildir:
Ayağa dur, Azərbaycan!
Bunu
sənə
zaman
deyir,
Məzarından baş qaldıran
baban
deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm,
silah
tutan
Külüng
tutan,
yaba
tutan,
Kösöy tutan, nişanlı ər,
səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!.
“ DƏLİ KÜR ” ROMANINDA ÜMUMİ ŞƏXSLİ CÜMLƏLƏR
VƏ ATALAR SÖZLƏRİ, ONLARIN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ
Əsmər UMUDOVA
ADPU
shaban1968@mail.ru
AZƏRBAYCAN
Hərəkət və ya hökmün hamıya aid olduğunu bildirən sadə cümlələrə ümumi şəxsli
cümlələr deyilir. Əgər qeyri – müəyyən şəxsli cümlələrdə işi icra edən qeyri – müəyyən
III şəxsdirsə, ümumi şəxsli cümlələrdə iş bütün şəxslərə aid ola bilir.
Ümumi şəxsli cümlələrin ən əsas xarakterik xüsusiyyətlərindən biri budur ki, bu
cümlələrdə fikir hamı tərəfindən qəbul edilmiş hökmlərdən ibarət olur. Yəni, bu cüm-
lələr müəyyən mənada frazeoloji birləşmələrə yaxınlaşır və bir ümumi qayda şəklini almış
hökmlər ifadə edirlər: “Qonağa əl qaldırmazlar.”
Ümumi şəxsli cümlələr də bir çox üslubi çalar ifadə edir. Azərbaycan dilində atalar
sözlərinin böyük bir qismi ümumi şəxsli cümlələr kimi sabitləşmişdir. Bunun isə əsas
səbəblərindən biri onların ümumi hökm ifadə etməsidir. Gündəlik məişətimizdə rastlaşdığımız
bir çox məqamlarda işlənildiyi kimi bədii ədəbiyyatda da yazıçılar, şairlər, sənətkarlar öz
əsərlərini xalq tərəfindən qəbul edilmiş maraqlı hökmlərlə zənginləşdirirlər. “ Dəli Kür ”
romanında da baş verən hadisələrə, məqamlara uyğun maraqlı cümlələrə rast gəlirik. Əsərdə
təhkiyəçinin dilindən daha çox obrazların dilində belə cümlələrdən – atalar sözlərindən
istifadə olunmuşdur. Bir çox hallarda danışan şəxs öz mülahizələrini ümumi şəxsli cümlə
şəklində ifadə edir. Məsələn, Əhmədlə Aleksey Osipoviçin mükaliməsindən:
- Şəhərəmi gedirsiniz?
- A kişi, qonağı qapı qabağında sorğu – suala tutmazlar.
Ümumiyyətlə, yazıçı əsərdə olduqca maraqlı və rəngarəng atalar sözlərindən istifadə
etmişdir. Bu atalar sözlərinin bir qismi ümumi şəxsli cümlələr olsa da, bir qismi mübtədası
olduğundan müəyyən şəxsli cümlə hesab olunurlar. Məsələn, “ Pişiyin könlü samanlıqdaydı,
it də vurdu samanlığa saldı” “Ovçu ovçunun şikarını əlindən almaz.
Ümumi şəxsli cümlələrin maraqlı üslubi formaları vardır.
1) Ümumi şəxsli cümlələri yazıçı özü düzəldir, yaradır və bütüninsanlara aid olan əla-
mət, keyfiyyət və xüsusiyyətləri ümumiləşdirir. Əhmədlə Aleksey Osipoviçin mükaliməsindən:
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
966
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
- Əlbəttə, təklik pis şeydir.
-Üstəlik də qəriblik. Gündüz yenə yaxşıdır, adamın başı işə - gücə qarışır. Amma
gecənin biri bir ilə dönür.
2) Ümumi şəxsli cümlələrdə işin icraçısı ümumi məfhum olan “ adam“ sözü ilə ifadə
olunur:
Belə cümlələr, adətən, ünsiyyət zamanı yaranır və işlənildiyi mətnin əvvəlində “ adam “
sözü işlənir. Cahandar ağanın dilindən : “ Adam bir iş görəndə fikirləşər. “ Adam bir iş
görəndə əvvəlcə məsləhətləşər.” Şahnigarın dilindən : “ Adam dostuna elə söz deməz.”
Rüstəm kişi ilə Əhmədin söhbətindən : “ Adətdir, bala, bostan üstünə gələn adam gərək
qarpızdan, yemişdən kəssin” Əşrəfin dilindən : “ Ay dəli, niyə ağlayırsan, adama qardaşı
acıqlanar.” Belə cümlələr adətən sual formasında işlənir və heç bir cavab tələb etmir.
Məsələn, Əşrəfin dilindən: “ Acığın tutmasın, Şamxal, heç adam da atasını tək qoyarmı?”
Əhmədlə Əşrəfin mükaliməsindən : “ Adam da bir quşdan ötrü dalaşarmı?”
Üslubi məna baxımından, həmçinin, ümumi şəxsli cümlələri məsləhət və şikayət
məzmunlu olmaqla iki qrupa bölmək olar.
Ümumi şəxsli cümlələr məsləhət məzmunu bildirir: “Qonağa əl qaldırmazlar”
Ümumi şəxsli cümlələr şikayət məzmunu bildirir: “ Elə həmişə yetimin başı qapazlı
olar“.
Romanda belə bir hala da rast gəlirik ki, bir cümlədə iki atalar sözü-ümumi şəxsli cümlə
işlənir. Məsələn, “ Vaxtsız banlayan beçənin başını tez kəsərlər, bala, ağır otur, batman gəl.”
AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATINDA
VARİANTLILIQ (BAYATILAR ƏSASINDA)
Nuridə BILALOVA
Qafqaz Universiteti
nuride_90@mail.com
AZƏRBAYCAN
Şifahi söz sənəti yaradıcılığında kollektivliklə yanaşı, fərdi yaradıcılıq mühüm yer tutur.
Çünki bu sənətin ən qüdrətli nümunələri fərdi yaradıcılıq süzgəcindən keçmiş, kollektiv
zəkası ilə zənginləşib büllurlaşmışdır.
Şifahi ədəbiyyat yaddaşlarda yaşamış və sonrakı nəsillərə şifahi şəkildə çatmışdır.
Yaddaşlarda yaşamaq ənənəsi əslində variantlığın törəməsinə səbəb olmuşdur. Hər kəs yad-
daşında saxladığı folklor vahidini söyləyərkən onu özünəməxsus fərdi danışığında, müəyyən
əlavə və əksiltmələr, improvizələrlə söyləyir. Bu isə şifahi xalq ədəbiyyatının çoxvariantlılıq
xüsusiyyətini şərtləndirir.
Şifahi xalq ədəbiyyatının bu xüsusiyyəti şifahiliklə bağlı olaraq yaranır. Bu və ya digər
əsərin həm bir xalq, həm də müxtəlif xalqlar içərisində müxtəlif variantları meydana gələ
bilər. Məsələn, bir çox bayatı və laylaların, Molla Nəsrəddin lətifələrinin, nağılların, dastanla-
rın, atalar sözlərinin bir-birinə yaxın müxtəlif variantları vardır.
Şifahi xalq ədəbiyyatımızın lirik üslubunun ən geniş yayılmış janrlarından biri bayatı-
lardır. Bayatılar çox dərin mənalı, fəlsəfi, əxlaqi, ictimai fikirlər ifadə edən qısa, yığcam, lirik
parçalardır. Bayatılar nəsildən-nəslə, ağızdan-ağıza keçə-keçə yüz illərlə yaşamışdır. Bu sə-
bəbdən də bir bayatı zaman keçdikcə dəyişilmiş, müxtəlif variantları yaranmışdır.
Xalqın dilindən, şifahi yaddaşlardan toplanmış variantlardan başqa, bayatılar qeyd olun-
muş doxsan iki mənbə üzə çıxarılmışdır ki, bunlardan: yetmiş dördü müxtəlif əlyazma və cüng,
yeddisi görkəmli ədib və mədəniyyət xadimlərimizin arxivində mühafizə olunan xüsusi bayatı
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
967
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
dəftərləri, on biri isə fraqment səhifələrində yazılmış bayatılardır.
Əlyazmalardakı bayatılarla sonralar şifahi ifaçılıqdan toplanıb nəşr edilmiş bayatıların
müqayisəsi maraqlı variantların olduğunu aşkara çıxarır. Hər üç mənbə əsasında toplanmış
bayatılar həcm və məzmun etibarı ilə müxtəlifdir.
Əlyazmaların səhifələrində qeydə alınmış bayatılar həcmcə yığcam, məzmunca daha
dolğun olmaqla öz qədimliyini mühafizə etmiş və fikrimizcə əslinə daha yaxındır.
Fikrimizi əsaslandırmaq üçün bir neçə misala diqqət yetirək:
1677-ci ildə Hüsaməddin Toqati tərəfindən yazılmış “Şəhrül-əvamil” adlı əlyazmada
qeyd olunmuş:
Qarşıda gül anbarı,
Dərmişəm gülənbəri,
Hicran qoymaz göz açam,
Dərd qoymaz güləm barı.
bayatısı forma, məzmun və mündəricə etibarı ilə çox qüvvətlidir. “gül anbarı” , “gülən-
bəri” , “güləm barı” ifadələri ilə qüvvətli cinas yaradılmışdır. Bayatının məzmununda zəma-
nədən şikayət aydın şəkildə duyulur. Eyni bayatının ağızdan toplanmış daha iki variantı vardır:
Mən Aşiq gül anbarı,
Gül əkdim, gül anbarı,
Sizdə var bir dəstə,
Bizdə də var gül anbarı.
Bu variantda bayatı dolğun məzmun və formasını itirmiş, nisbətən zəifləmişdir. Birinci
variantda rast gəldiyimiz cinaslar yoxdur. Yazıya köçürülmüş bu bayatının ilk variantı birinci-
də, göründüyü kimi, forma və məzmun etibarı ilə daha dolğun ifadə edilmiş, ağızdan-ağıza
keçərək sonrakı variantda ilk dolğun məzmun və mündəricəsini dəyişmişdir.
1801-ci ildə yazıya köçürülmüş cüngdə qeyd olunmuş:
Bağında üzüm qara,
Yeməyə üzüm qara,
İstərəm dosta varam,
Əlim boş, üzüm qara.
bayatısında da ictimai məzmun dolğundur. Zəmanədən aydın şikayət duyulur. Eyni ba-
yatının ağızdan toplanmış variantı isə çox zəifləmişdir:
Əzizim üzüm qara,
Bağımda üzüm qara,
Yar yanına gedirəm,
Əlim boş, üzüm qara.
Bu bayatıda isə artıq məzmun ictimailikdən çıxaraq fərdiləşmiş, cılızlaşmışdır.
Folklorumuzda elə bayatı nümunələrimiz vardır ki, ilk baxışda onların bir bayatının
müxtəlif variantları olduğunu müəyyən etmək çətin olur. Məsələn:
Yaxşı atdır bədöv at,
Minilməyə bədöv at.
İgidi cavan saxlar,
Əsil arvad, bədöv at.
və:
Tüfəngini yaxşı at,
Yaxşı doldur yaxşı at.
Mərdin başın ucaldar,
Nəcib arvad, yaxşı at.
bayatılarının hər ikisində əsas məzmun eynidir. Hər iki variantda əsil, nəcib arvadla
yaxşı at təriflənir, hər ikisi yaxşı olarsa, igidin başını ucaltdığını bildirir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
968
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Başqa variant fərqinə nəzər salaq:
Əlində laləsi var,
Qəlbində naləsi var.
Gedirsən cavana get,
Qocanın balası var.
və:
Əldə piyaləsi var,
Ürəkdə naləsi var.
Mərdə get çirkin olsun,
Namərdin bəlası var.
bayatıları forma cəhətdən oxşardır. Həmçinin hər iki nümunədə qızlara nəsihət verilmiş-
dir. Fikrimizcə, bayatılar eyni vaxtda bir-biri ilə əlaqəli şəkildə yaranmış, yerinə görə müxtəlif
formalarda söylənmişdir.
Mənbələrdə bəzən elə bayatılara rast gəlinir ki, ağızdan toplanmış bayatılarla həm məz-
mun, həm formaca eynilik təşkil etsə də, tərkibindəki bir neçə söz və ya hərfə görə fərqlənir.
Belə bayatıların variantlı olması və yaxud səhv yazıya alınması şübhəlidir. Fikrimizi aydınlaş-
dırmaq üçün misallara diqqət yetirək:
Mən Aşiq, budağ haray!
Qəm məni budağ haray!
Könül istər, əl yetməz,
Əyilməz budağ haray!
bayatısında misralardakı “budağ”ın “ğ”sı artıq görünür. Lakin bəlkə bu da bir forma olub,
əvvəli belə imiş:
Mən Aşiq, bu da haray!
Qəm məni buda haray!
Könül istər, əl yetməz,
Əyilməz buda haray!
Bu cür variantlılıq təbii ki, təkcə bayatılarımızda deyil, həmçinin mərasim nəğmələri,
ağılar, holavarlar, sayaçı sözləri, atalar sözü, dastan, nağıl, əfsanə və rəvayətlərdə də kifayət
qədərdir. Lakin bu yazımızada bayatılardan verdiyimiz nümunələrlə kifayətlənirik.
CƏLİL MƏMMƏDQULUZADƏ DRAMATURGIYASINDA MONOLOQ
Şəfa ƏLİYEVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
shefa_eliyeva@hotmail.com
AZƏRBAYCAN
Azərbaycan ədəbi-ictimai fikir tarixinin görkəmli nümayəndəsi olan Cəlil Məmmədqu-
luzadə XX əsr ədəbiyyatımızda yeni realizmin başçısı olmuşdur. Realist yazıçı olaraq M.F.
Axundovun davamçısı hesab edilsə də, o, realizmin inkişafında tamamilə yeni bir mərhələnin-
tənqidi realizm mərhələsinin banisi idi. Onun ədəbiyyat sahəsində həyata keçirdiyi bir çox
islahatlar "realizm inqilabı" kimi qiymətləndirilir. Məhz bu islahatlar nəticəsində ədəbiyyat
həyatı daha fərqli mövqedən, daha ətraflı və aydın əks etdirməyə başladı. C. Məmmədquluza-
də realizmində ədəbiyyatın həyatı əks etdirmə prinsipi də fərqli idi. Onun yaratdığı nümunə-
lərdə ədəbi qəhrəmanın kim olduğu deyil, "niyə?", "nə üçün?" belə olduğu suallarına cavab
axtarılır. Xüsusi sənətkarlıq və bədii dilin bütün imkanlarından məharətlə istifadə etmək
bacarığı Mirzə Cəlilə bütün suallarını məhz yaratdığı obrazların dili ilə cavablandırmağa imkan
yaratmışdır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
969
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
XX əsr Azərbaycan ədəbiyyatında tənqidi realizmin ən yüksək zirvədə olduğu bir
dövrdə mükəmməl nəsr nümunələri yaranırdı. Bu mükəmməl nümunələrin ən güclü yaradıcısı
olan C.Məmmədquluzadə yeni qəhrəmanının-İskəndərin dili ilə öz fikirlərini, cəmiyyət
qarşısında söyləmək istədiklərini oxuculara çatdırırdı. Yazıçı İskəndərin dili ilə real həyatın
gerçəkliklərini, adi adamların mənəvi dünyasını təhlil etmişdir.
Əsəri daha bədii, axıcı və oxunaqlı etmək üçün bir çox üsullara müraciət edilir. Doğru-
dur, C.Məmmədquluzadə yaradıcılığında belə vasitələrə ehtiyac duyulmurdu. Onun ilk qələm
təcrübəsindən başlayaraq bütün əsərləri ədəbiyyatımızda özünəməxsus yer tutmuşdur.
Azərbaycan dilinin yazı qaydalarına agah olan və bədii dilin imkanlarından ustalıqla istifadə
edən yazıçını ədəbiyyatımızda ən gözəl "monoloq ustadı" da adlandırmaq olar.
Ədəbiyyatımızda monoloqun əsası C.Məmmədquluzadə yaradıcılığı ilə qoyulmuşdur
desək bu doğru fikir olmaz. Lakin monoloqun ən gözəl nümunələrinə məhz bu sənətkarın
yaradıcılığında rast gəldiyimizi söyləyə bilərik. "Ölülər" pyesində əsərin bütün quruluşuna,
ideya-bədii xüsusiyyətlərinin açılmasına təsir edən, əslində isə C.Məmmədquluzadənin öz
dövrünün eybəcərliklərinə qarşı İskəndərin dili ilə söylədiyi təsirli monoloq, "Anamın kitabı"
əsərinin finalında Gülbaharın çıxışı, "Dəli yığıncağı" əsərində Molla Abbasın dərin məna-
yüklü monoloqu ən gözəl bədii nümunələrdir.
Təsadüfi deyildir ki, monoloqa müraciət hələ antik dövrlərdən mövcud olmuşdur. Bu
dövrün məşhur filosoflarından Demokrit öz fikirlərini aforizmlərlə, Platon dialoq vasitəsilə
bildirirdisə, Aristotel monoloq formasında ifadə etməyi üstün tuturdu. Belə ki, Aristotel
"Poetika" əsərində dram əsərinin elementləri sırasında monoloqun adını çəksə də, vacib
komponentlər sırasında onu sonuncu qeyd etmişdir.
"XVI əsrin sonu-XVII əsrin əvvəllərində yeni mərhələyə qədəm qoyan monoloq rus
teatrlarının səhnəsində, fransız klassistlərin yaradıcılığında yeni məna qazandı. İngiltərə
teatrında xüsusi atmosfer yaratdı. K.Marlo, T.Kid emosional təsir gücünü artırmaq üçün öz
romantik faciələrinə monoloq daxil etdilər".
Dünya dramaturgiyasında "Olmaq ya da olmamaq" ("Be or not to be") kimi fəlsəfi fik-
rin müəllifi Şekspirə Azərbaycan dramaturgiyasında ən gözəl bənzər C.Məmmədquluzadənin
kefli İskəndərin dili ilə verdiyi "dirilmək ya dirilməmək" fəlsəfi sualıdır. Yaşar Qarayev İskən-
dərin bu monoloqu haqqında belə yazır: "Bu monoloqu dramaturgiyada Hamlet monoloqunun
ən yaxşı komediya ekvivalenti adlandırmaq olar. Hamletin komediyada yaralanan sualı İskən-
dərin dilində artıq belə səslənir. Dirilərə müraciətlə söylənilən "olum ya ölüm" ölülərə müra-
ciətlə məhz bu şəkildə səslənə bilir. Hamlet monoloqu sırf, xalis faciə monoloqudur. İskəndə-
rin monoloquna isə Mirzə Cəlilin ən acı sarkazmı və gülüşü də qarışmışdır".
Azərbaycan ədəbiyyatında ən güclü və təsirli monoloqa C.Məmmədquluzadə yaradıcılı-
ğında rast gəlirik desək yanılmarıq. "Ölülər" əsərində İskəndərin söylədiyi iki monoloqa ədə-
biyyatımızda hər zaman böyük maraq olsa da, heç vaxt tənqidi realist ədəbiyyatın bir nümu-
nəsi olaraq baxılmamışdır. Halbuki, C.Məmmədquluzadə yaradıcılığını, xüsusi ustalıqla qələ-
mə aldığı monoloq və dialoqları təhlil edərkən, müqayisələr apararkən onun hansı bədii
metoddan istifadə etdiyi də nəzərə alınmalıdır.
"Bu qollarda Rüstəm pəhlivan kimi qüvvətim olaydı, yapışaydım sizin ayaqlarınızdan
və ataydım göyün üzünə, başaşağı gəlib, kal qarpız kimi paqq eləyib dağılaydınız. Tfu, şarla-
tanlar!. Buy! Ədə, vallah, dinmə, deyəsən elə lap pəhlivanam! Xa ... xa ... xa".
İkinci monoloq da təsirlidir.
“Baxın! Baxın! Yaxşı baxın! Diqqətnən baxın! Sizin tarixlərinizin kitabında bu, qan ilə
yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib, bu səhifəni görəndə sizi
yada salıb deyəcək: tuf sizin üzünüzə! "Tüpürür camaata tərəf". Hamı başını aşağı salıb din-
mir. Bağışlayın, kefli İskəndər bir az biədəblik eləyir. Amma indi də növbət mənimdir”.
“Mirzə Cəlilin "Ölülər"ində ölülük mühiti cəmiyyətin bütün sosial təbəqələrini əhatə
edirdi, təkcə dini fanatizm deyil, ictimai-sosial naqisliklər də ifşa hədəfinə çevrilirdi”.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
970
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Cənubi Azərbaycandakı hadisələrin təsiri ilə yazılan “Dəli yığıncağı” əsərinin finalında
Molla Abbasın dərin, təsirli və bütün əsərboyu davam edən söhbətlərə münasibəti monoloqda
öz əksini tapır.
"Sona, get, get, mən sənə izin verdim. Səni aparan mənim qardaşımdı.
Neçə ildi özümü bu hala salmışam ki, sən dəlilər içində tək qalmayasan! Yazığım sənə
də, yazıq özümə də! Çünki dəxi bizim günümüz belə keçəcək və axırda da divarlar dibində
can verəcəyik. Indi ki, getmədin, getmə, qoy o bacı-qardaşlar o qayın-baldızlar əyləşsinlər kə-
cavələrə və yetmiş günün ərzində həzrətin qoşunundan ötəri yetmiş min övlad əmələ gətirsin-
lər və həzrətin düşmənini səğərin dib-bucağına vasil eləsinlər. Gedək biz də öz yoldaşları-
mızın içində qalaq".
Doğrudur, Cəlil Məmmədquluzadə yaradıcılığından əvvəl də, sonra da monoloqa müra-
ciət edən sənətkarlarımız olmuşdur. Hər biri isə bu işin öhdəsindən özünəməxsus ustalıqla
gəlmişdir. Cəlil Məmmədquluzadəni bu sahədə fərqləndirməyə çalışmağımızın ən başlıca
səbəbi onun yaratdığı obrazın və bu obrazın dili ilə söylədiklərinin ədəbiyyatımızda həm bədii
dilin imkanlarına yaxından bələd olan, həm də ədəbiyyatımızda ilk dəfə olaraq tənqidi realist
qəhrəmanın dili ilə insan qəlbinin ən incə tellərinə qısa bir monoloqla toxuna bilən dahi sənət-
karın varlığını bir daha sübuta yetirməkdir.
İSİ MƏLİKZADƏNİN “YAŞIL GECƏ” ƏSƏRİNDƏ DAXİLİ MONOLOQ
Məhin SƏDİZADƏ
Bakı Slavyan Universiteti
sedizade.mehin@bk.ru
AZƏRBAYCAN
Daxili monoloq romanlarda, hekayələrdə, povestlərdə, teatr tamaşalarında qəhrəman-
ların daxilində baş verən səssiz düşüncələri tamaşaçıya və ya oxucuya çatdıran bir termindir.
Başqa adı elmdı şüur axınıdır. Daxili monoloq heç vaxt ədəbi dildə olmaz, çünki insan
daxilində ədəbi dildə danışmaz, bu zaman düşüncə qaydaları pozulmuş olar, məhz buna görə
əsərlərdə qəhrəmanın daxili mononloqu məişət üslubunda olur. Mənim fikrimcə insanın
daxilindəki monoloq, heçkimi içindəkiləri söyləyəcək qədər yaxın hiss edə bilmədiyi üçün
yaranır. Araşdırdığım əsərlər də fikrimin düzgün olduğunu mənə sübut edir. Çünki seçdiyim
əsərlərdəki qəhrəmanların daxili mononloqu məhz bunun əsasında yaranır, onlar yaşadığı
mühitdə düşüncələrini anlayan birirləri olmadığından daxili aləmləri ilə başbaşa qalırlar.
Daxili monoloqu araşdırarkən müraciət etdiyim yazıçılar içərisində, əsərlərində daxili
monoloqa daha çox üstünlük verən İsi Məlikzadə olduğunu öyrəndim. Çünki, daxili monoloq
psixoloji bir termindir. Nəsrdə psixoloji təhlilə artan maraq yalnız forma baxımından deyil,
həm də həyata, insana baxışda, cəmiyyətə müdaxilənin dərinliyində özünü göstərirdi. Bu
mövqedən yanaşsaq İ.Məlikzadənin hekayələrində obrazların zəngin psixoloji aləminin
araşdırılması, həyatın və insanın ümumi təsviri yox, onun fəaliyyət istiqamətləri ön plana cə-
kilir yani çox zaman insan özü-özünü təqdim edir. İşimi araşdırarkən bele bir qənaətə gəldim
ki, insanın daxilində monoloq bir neçə səbəbdən yarana bilər. Və bunu 2 formada qrup-
laşdırdım. 1. İnsanın özündən başqa yaxını olmadığından, 2. İnsanın mənəvi cəhətdən qapalı
biri olduğundan. Bu xüsusiyyətlər nəticəsində insan öz daxili ilə danışmağa başlayacaqdır.
Bu, mənim psixoloji cəhətdən real həyat üçün qruplaşdırdığım bir forma idi. Əsərlərdəki
qəhrəmanların daxili aləmi üçün də bunu aid etmək olar. İsi Məlikzadənin “Yaşıl gecə”
əsərindəki Qərib obrazı da bu qəbildəndir. “Yaşıl gecə” əsəri “Nəsrimizdə müasir insanın
müəyyən tipini mənəvi yetkinliyə can atan tipini canlandırmaq baxımından maraqlı nümunədir.
Yaşıl gecə mühit məkandır. Əsərin baş obrazı olan Qərib daxilən yalnız biri idi. Qərib əsasən
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
971
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
adi, sıravi insanlar mühitinin bir üzvüdür, lakin güclü vətəndaşdır. Qanuna hamının eyni
dərəcədə hörmət etməsini istəyən bir insandır. Əsərdə çox obraz vardır, ancaq burada
dolaşıqlıq hiss olunmur, əksinə onların daxili monoloqları obrazları daha dərindən tanımağa,
xeyirlə şəri ayırd etməyə kömək edir. Qərib hadisələr əsasında sürətlə böyüyür, bu böyümə
daha çox Qəribin daxili aləmində gedir, biz bunu onun daxili monoloqundan görürük. Bir
müddət xəstə yatan Qəribi hərkəs dəli adlandırırdı, buna görə də o mənəvi cəhətdən tənha idi.
Biz onun necə biri olduğunu, fikir və düşüncələrini daxili monoloqundan öyrənmiş oluruq. O
həm də sirdaşsız idi, çünki onu anlayan yox idi, sevdiyi qiza-Gülsümə belə içini aça
bilməmişdi. “Görəsən Gülsüm məni düşünür mu? Yoxsa o da məni dəli sanır”. Qərib qoruqda
keşikçi idi, bəzi quşları ovıanmaqdan qoruyurdu, lakin kəndin varlı, ədəbaz, bığıburma kişiləri
quşları ovlamaq üçün qoruğa gələr və tez-tez Qəriblə mübahisə edərdilər. Mühitin insanları
Qəribin qəbul etdiyi qanunlara riayət etmirdilər, qorunan quşları ovlayırdılar, əsər boyu Qərib
onları bu işdən uzaqlaşdırmağa çalışsada alınmır. Yazıçı Qəribi daha çox mühitə uyuşa
bilməyən bir qüvvə kimi göstərir, Qəribi anlamayanlar onu dəli adlandırırlar. Çünki mühit
saxta idi, insanlar saxta idi, Qərib kimi qanunlara riayət edən biri onlar üçün təbii ki dəli
olacaqdı.
Əsərdə belə bir məna bizi düşündürməyə vadar edir-Qərib onları dəyişə bilmədi, yəqin
ki, heç kim dəyişə bilməyəcək, dəyişmək istəyənlər də “dəli” adıandırılacaq. Qərib məhz bu
fikirləri düşünərək yaşıl gecədə qoruğun düşmənləri tərəfindən öldürülür. Əsər Qəribin bu
monoloqu ilə bitir: “Sərxanın Bakıdan gələn qonaqlarıdır...Külə döndərəcəklər qoruğu...Viran
qoyacaqlar buranı...”.
Dostları ilə paylaş: |