68
işləyəcəyini araşdırmaq çox dəyərli ola bilər. Bir firma daha çox beynəlxalq təcrübə
qazandıqca, bazardakı vacib fərqləri başa düşməsi və buna görə daha da böyüməsi
müşahidə edilir. Bu iş beynəlxalq marketinqdə uyğunlaşma strategiyaları
ilə ixracat
performansı arasındakı əlaqəni vurğulayır. Bu işdə təklif olunan və təsdiqlənmiş
konseptual çərçivənin gələcək tədqiqatlar üçün zəmin yaradacağına ümid edilir.
Bu gün dəyişən ehtiyac və şərtlər yeni tələblər və istəklər gətirmişdir. Dəstəklənən
tələbatlar insanlara rəhbərlik edir və bu tələbləri yerinə yetirir, istehlakçı ehtiyaclarını
və strateji planlarını nəzərə alan şirkətlər üçün isə bu böyük üstünlükdür.
Beynəlxalq marketinqin giriş strategiyalarında şirkətlərin marketinq mühitini, bu
istiqamətdə çalışan şirkətlərin fəaliyyətini izləmək və hədəfləri müəyyənləşdirmək
lazımdır. Bu müddətdə bazarın tələb və istəkləri də nəzərə alınmaqdadır. Bütün
şirkətlər beynəlxalq marketinq strategiyalarını fərqli şəkildə tətbiq edirlər.
Hər bir
şirkətin beynəlxalq marketinqə girmə yolu müxtəlif yollarla həyata keçirilir.
Marketoloqun işi milli və beynəlxalq istiqamətdə çalışdığı sferaları araşdırmaqdır. Bu
firmaların bazar tələbləri və istəkləri də nəzərə alınır. Bütün şirkətlər beynəlxalq
marketinq strategiyalarını fərqli şəkildə tətbiq edirlər. Hər bir şirkətin beynəlxalq
marketinqə girmə yolu fərqli şəkildə tətbiq olunur. Marketoloqun etməsi lazım olan
başlıca məsələ milli istiqamətdə çalışdığı şirkətləri araşdırmaq və bu şirkətin güclü və
zəif tərəflərini dərindən öyrənməkdir.
Tədqiqat işində beynəlxalq marketinqdə məhsul qərarlarını təsir edən
standartlaşdırma və uyğunlaşma məsələləri də müzakirə edilmişdir. Həmçinin, burada
beynəlxalq marketinqdə yeni məhsul inkişaf prosesi izah olunmuşdur. Nəticə olaraq
müəyyən
edilmişdir ki, beynəlxalq marketinq sistemində məhsul ölçüsündə ən
əhəmiyyətli qərarlardan biri məhsulun bazara standart və ya uyğunlaşdırılmış şəkildə
ixrac edilməsidir. Hər iki variantın öz növbəsində müəyyən üstünlükləri və mənfi
cəhətləri vardır ki, bunlar da tədqiqat işində öz əksini tapmışdır.
Müəssisələr qlobal məhsullarını xarici bazarlara nə dərəcədə uyğun edəcəklərinə
hər zaman müəyyən araşdırmalar əsasında qərar verməlidirlər. Milli bazar üçün istehsal
69
olunan məhsulun hədəf alındığı beynəlxalq bazarlara heç bir dəyişiklik edilmədən
təqdim edilməsi özü ilə birlikdə müəyyən fayda və risklər gətirə bilər.
Firma mallarının növü, bazarın həcmi, xarici bazarlarda izlənilən iqtisadi və sosial
siyasətlər və bu siyasət çərçivəsində görülən müxtəlif tədbirlər və rəqabətə uyğunlaşma
kimi amillər standartlaşdırma və uyğunlaşma arasındakı seçimdə hər zaman mühüm rol
oynayır.
Təqdiqata əsasən təklif kimi onu demək olar ki:
1. Ən açıq və ağlabatan yanaşma tədricən genişlənməkdir. Çox məhdud mənbələrə
sahib kiçik bir şirkət üçün eyni zamanda bir çox yeni bazara girməyə çalışmaq, bəlkə
də uğursuzluqla nəticələnəcəkdir. Çünki rəqabətə qarşı
mübarizə apararkən onlara
uğurla nüfuz etmək üçün kifayət qədər resurs yoxdur. Bu vəziyyətdə edə bilinəcək ən
yaxşı şey yalnız genişləndiriləcək yeni bir ölkə seçməkdir.
2. Başqa bir mühüm problem marketinq kampaniyasının nə qədər uğurlu olduğunu
başa düşmək və bunun gəlirliyini ölçməkdir. Müəyyən bir məqalənin, bir reklamın və
ya bütün marketinq strategiyasının təsirli olub olmadığını və ya hələ bir qədər
yaxşılaşdırılmasına ehtiyac olduğunu bilmək ən yüksək potensialı əldə etmək üçün
vacibdir. Buradakı həll satış və marketinqdəki fəaliyyətlərə gəldikdə aydın bir əlaqə
qurmaqdır. CRM ilə birlikdə düzgün proqramdan istifadə etmək, marketinq və satış
baxımından şirkətin səylərini birləşdirməyə kömək edəcəkdir.
3. Bu gün bir çox şirkət xidmətlərini genişləndirir
və beynəlxalq fəaliyyətə
başlayır. Nəqliyyat problemlərinə baxmayaraq, hər şeydən əvvəl şirkətlərin bir
müştərini hədəf alan ayrı bir strategiyaya ehtiyacı var. Bu tamamilə fərqli bir alıcı
personajı, alış davranışı və ümumi üstünlüklər deməkdir. Başlanğıcda, digər ölkələr
üçün bir veb sayt qurmaq və düzgün valyuta məzənnələrini təyin etmək olduqca böyük
bir problem ola bilər.