qanıtmaq əğmək. razılatmaq. ələ almaq. qane' edmək. uyuşturmaq. uzlaştırmaq. müvafiqət əldə edmək. - o tərəfi uyuşturmağa çalışır. - kəndivi ək bir az. - əkilmədən iş yerin tutmaz. - nə edirik əkilmir: qanlmır. razı olmur.
qanmaz1. toymaz. doymaz. tamahlı. tamahkar. 2. tuymaz. duymaz. eşitməz. anlamaz. düşüməyən. - vurdumduymaz: çabıq anlamayan. sözə aldırmayan. 3. həmicik. bilməz. bol. sapıq. səfeh. axmaq. çatmaz. kal. dəmirbaş. başı dəmirdən. kəndi düşüncəsindən dönməz. inad. dəgişməyən nərsə. atqafa. axmaq. cahil.- budaki lap həmcik kişiymiş.
- nə doymaz kişidir bu. - iri, qanmaz gobud gənc: toraman. qılıqsız. gicbəsər.
qantarmaqanğtarma. çəkib qısma ayqıtı. azıq atları tutmaq üçün, gəm ilə birlikdə vurulan, dodaqları uclarını sıxan dəmir.
qantarmaqqanqtarmaq. qanğtarmaq. çəkib qısmaq.
qap - qapuqapaca: qapama. büsün. bütün. təkmil. bir qapı içində olanın həpsi. bütün takımı ilə. tüm hey'əti ilə. - məktəbqapaması: məktəbin tam ekibilə sıralanma, bunun alayı, numayişi.
qapa > qəba' < ( qapıyan).
qapa! xəfə!. tıqa!.
qapacıq ğişa. köynək. zar. hər nərsənin incə örtüyü, dərisi. - ürək, bağır (ciyər), beyin köynəyi.
qapaq1. hər çeşit qabın, açıq yerin üstün qapıyan örtük. örtük. tusi. tuqsi. kəpəng. - qapağın aç. - su yolun üstünə qapaq örtmək. - göz qapağı. - üst qapaq, alt qapaq. - diz qapağı. 2. sirr. rəmz. - qapağın aç: sırrın aç. - qapaqlı iş: sırlı iş. 3. qab. cilid. - kitab qabı. 4. hər yanında iki sıra topu olan, əsfi döğüş gəmisi. - qapaq suəri. 5. himayət. - qapaqsız ölkə: hamisiz yurd. 6. gizli. xəfiyyə.
- quyruqqapağı: bir para heyvanların tüksüz, çılpaq quyruq yeri.
- qapaq atmaq {:1. qaçıb sığınmaq. 2. tələsik qaçıb qurtulmaq}.
- qapaqvurmaq: gizləmək. saxlamaq. ört bas edmək.
- qazan yuvarlanıb, qapağın bulmuş: govduş yuvarlanıb, duvağın tapıb: iki arxadaş, iki qarı birbirinə uyğun.
- qazanda pişirib, qapağında yemək: yoxsulca yaşama qanıqmaq.
qapaqlamaq qapalamaq. qapamaq. örtmək.
qapaqlıq qız qız. oğlan qız.
qapaqlı1. gizli. örtlü. saxlı. məstur. məxfi. - qapaqlı iş. 1. çağ ba çağ, yeni ortaya çıxan, qapaqlı olan nərsəni, yalnız bu adla (qapaqlı adı ilə) adanmışlar. keçmişdən örnəklər. - qapaqlı (tüfəng). - qapaqlı (börk). - qapaqlı (kitab). - qapalı (kot). - qapaqlı (çarışı):qapalıçarşı. - qapaqlı (topun darı, barutun saxlamağa özgü qutu).
qapamacı 1. bastırmaçı. 2. bozpörtçü. 3. paltarın tamam qoşusu, taxımı, yamtaqı, dəsdi, vəsayili ilə satan kimsə. - bir qapamaçıya gedib, üstü başın düzəltmək.
qapama1. bastırma. 2. bozpört. bollu göy gövərənti ilə, yaxud təzə soğanla yapılmış ət yeməyi. - quzu qapaması. - cücə qapaması. 3. qoşu. taxım. yamtaq. dəsd. vəsayil. - qapama çıxmaq: xələt vermək. - qapamabaha: paltar parası, bahası. paltar dəğəri, çalışı, dəğişi, bədəli.- on qapama paltarım var. - ev qapaması: ev şey şeye, vəsayili. 4 qapsamaq. tutmaq. bətdəmək. yumutmaq. sədləmək. səddəmək. kəsmək. - dəliyi qapat. 5. yığıb saxlamaq. ehtikar edmək. - çağında vaxtında bollu mal qapamış.
- gözqapamaq: {1. uyumaq. yuxlamaq. - bütün gecə göz qapamadım. 2. görməməzliğə gəlmək. müsamihə edmək. iğmaz edmək}. 3. qapaqlamaq. qapalamaq. örtmək.
- qapuqapaca: bir qapı içində olanın həpsi. bütün takımı ilə. tüm hey'əti ilə.
- məktəbqapaması: məktəbin tam ekibilə sıralanma, bunun alayı, numayişi.
qapanqapıyan. qapyan. 1. qapaq. hər çeşit qabın, açıq yerin üstün qapıyan örtük. - qapanın aç. - su yolun üstünə qapan örtmək. - göz qapanı. - üst qapaq, alt qapaq. - diz qapanı. - qapan qapana: alantalan. qapa qaç. 2. duzaq. tələ. dam. - qapana düşmək. - qapana tutulmaq. 3. qabıq. qapıq. tutan. alan. qısqaç. 4. qapıcı. çalan. çapan. yağmaçı. qasib. çal çapla, qıyın, güc zorla alan. 5. duzaq. - qapana tutulmaq. - qapana düşmək. - qapana qapılmaq. 6. qapıcı. çəkən. çəkici. alan. cazib. - könül (ürk) qapıcı: dilbər. dilrüba. - şeh qapıcı.
- uşaqqapan: böyü kərkəs (qara quş) ki cocuqları yaxalayıb qaldırar.
- qapanqapana:qapışqapış: çal çapla. yağmalayaraq.
- dəmirqapan: miğnatis.
- samanqapan: kəhruba.
- qapanqapana: çal çap ilə.
- qurtqapanı:1. qurdu tutmaq üçün üstü çala çırıpı ilə qapalı çuxur. 2. küşti oyunlarından biri.
- quşqapanı, duzağıçeşiti: quşmar.
- yekə qapan: bağra.
qapana qapa qapa. qap ha qap. iti, çala ha çal.
- qapanqapana: çal çap ilə.
qaparuz qapsı. güclə, zorla, pozuq yolla alınmış mal. qəsbi (mal). rüşvət parası. həram mal. - qaparuz mal biləsinə yaxcı düşür.
qapatımqapatma. saxlım. 1. qapalı, başqa kimsələrdən ayrı tutulmuş qəhbə. oynaş. metres. - bu onun qapatmasıdır. - onun iki qapatması vardır. 2. münhəsir. ixtisas verilmiş. 3. əl altı, azıq, gizli yol ilə ayrılmış nərsə. - bu qapatma malları tez aradan götürüb göndərin. 4. saxlama. toqif oluş.
qapatmaqapatım. saxlım. 1. qapalı, başqa kimsələrdən ayrı tutulmuş qəhbə. oynaş. metres. - bu onun qapatmasıdır. - onun iki qapatması vardır. 2. münhəsir. ixtisas verilmiş. 3. əl altı, azıq, gizli yol ilə ayrılmış nərsə. - bu qapatma malları tez aradan götürüb göndərin. 4. saxlama. toqif oluş.
qapatma qapusqa. qapturma. pörtmə. yumşaq, açıq, gəvik pişmiş ət yeməyi.
qapayanqamıs. qapıs. kəmis. 1. gömlək. 2. incə qabıq. zar.
qapaz > qəbzə (< qab). 1. avuc. pəncə. - bu onun qapazındadır: tərrüfündədir. 2. tutam. qulp. - qılınc qapazı. 3. bir avuc dolusu. bir tutam. - bir qapaz topraq.
qapazlama apazlama. bir yöndən əsən yel
qapcaq1. tulumbaçı çəngəli. 2. qala duvarına vurulan, taxılan böyük çəngəl.
qapça örtük.
qapdırmaq aldırmaq. qapınmaq. - əlindəkin yağıya qapdırdı. - sirrini yada qapdırma. - qapdıraqapdıra gəliri: itirə itirə gəlir. - o, axıntıya qapdırdı: o axaraın (cərəyanın axarına) alındı getdi.
qapı1. dayirə. sədarət. vizarət. qonaq. 2. qulluq. mə'muriyyət. mənsəb. xidmət. - qapı almaq:qapı tutmaq:qapı bulmaq. - qapıdan olmaq. 3. dərgah. dərbar. ətəbə. - onun qapısından kimsə qoğulmaz. 4. astan. astanğ. bargah. eşik. 5. yaraq. mahana. vəsilə. - öz işi üçün bir qapı axtarır. - qapı yapmadan evə girmək: çox tələsik iş aparmaq. - hər evin qapısı var, hər işin aracı.
- qapıaçmaq: { 1. yol açmaq. örnək vermək. örnək olmaq. 2. başlamaq. təşəbbüs edmək. 3. yaraqlanmaq. talaşlanmaq}.
- qapınıböyükaçmaq: ağır xərcə girmək. işi böyük götürmək.
- açıqqapılı: qonaqçıl.
- qapı axasında olan sürmə: kövət.
- qırxgeçit:qırxqapı: dolanbac, burşuq olan yer, çay ırmaq. kərələr bir yolu kəsən çay. çox geçitli, qapılı olan yer.
- qapı arxasına, duvara dayanan gügər ( güclədən): götürgüc. tayaq. dayaq. dəstək. paya. - qapı dayağı.
- qapı dalına vurulan odun, dəmir sürgü: tırqaz. (rq < met > qr) tıqraz (< tıqmaq). - qapıya tırqazı sürmək.
- araba qapısı: qaraj qapısı.
- qapı ağası: xan qapısında, ağ ağaların başı.
- qapı oğlanı: rəsmi dayrələr arası, bu dayrələr içində, aralıq qulluqcusu. - sağırqapı: kor qapı.
- əli, qapısı açıq: əkməğinə qoç. səxi.
- qapının, pəncərə qapaqı, qapaqları: qanat. - bu qapının qanatları çox ağırdır.
- qapıbirqonşu: qapıları bitişik qonşu.
- qapıyavrısı: böyük qapıların aşağ ortasında olan kiçik qapıcıq.
- sıqı qapı: dar qapı.
- sürməqapı: sürmə çəkməcə: çəkilib sürülərək açılıb qapanan.
- qapıdanbaxmaq: {1. evə qapanıb çıxamamaq. - qış soyuğu, bizi evə soxub qapıdan baxdırdı. 2. bir yerə girmədən, ora tələsik baş vurmaq}.
- tümləqapısı: gənəl, təməl, baş qapı.
- qapıeli: xan qapısında işləyənlərin topu.
- dəmirqapı:{ 1. iki yanı uçurumlu, qorxunc boğaz, dərbəd. 2. ırmaq içində, gəminin yolun qapıyan böyük qaya, daş. - arazın dəmir qapıları.
- qapıqapıdolaşmaq: hər yana baş vurmaq.
- qapıqolı: dərbar çərikləri.
- qapıyoldaşı: bir bəyin qulluğunda olan əməkdaşlar.
- dəmirqapu: dəmirqar yola: dəmir yol.