Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ


iliştirmə ilinti. tutturma. çapştırı. çattırma. iki tikəni birbirinə yapıştırma. iliştirmək



Yüklə 12,74 Mb.
səhifə29/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   25   26   27   28   29   30   31   32   ...   102

iliştirmə ilinti. tutturma. çapştırı. çattırma. iki tikəni birbirinə yapıştırma.

iliştirmək 1. atqılamaq. uğratmaq. çattırmaq. vardırmaq. atışdırmaq. intiqad edmək. yığmaq. iləmək. çatdırmaq. toplamaq. - bu parçaları ilib, torba tikin. - ilməklənin əyləşin. - ora gedən olsa bizədə uğratın. - oracan gəttid, yalnız sizə uğratamadıq. 2. toqundurmaq. ləms etdirmək. təmas etdirmək. - bu yağı gözüzə toxundurmayın. - heç yana toxundurmuyaraq, buları burdan götürün.

ilit zindani. < tinlan. (< sin. sindan: içəryən. tutan). tutqun. tutsaq.

ilq - ilk öncə: önqürdi. ilkin. öngürə.- öngürdi gələn iyisin çalar.

ilqar ilğarçı. dört nala qoşma.

ilqar ilğar. (dağıdıb, qənimət almaq amacı ilə olan cumuş, hicum). çapul. yəğma. axın. qarət.

ilqarçı ilğarçı. axınçı.

ilqə ilgə. - ilgəqol: iləri qol. başdöl. təlayədar.

ilqəmişcığa ilğəmiş. ilərmiş. çatmış. yetim. tanrıya varmış. ərən.

ilqənc ilgənc. ilənc. qaqrış. qarqış. lə'nət.

ılqım - ılqım sağma: göy qurşağı.
- ılqım sağma: göy qurşağı. qosi qozəh.
- ılqım salqım: sıcaq havada, buğ buxarın çuxur çöllərə ılqınıb (sallanıb, çöküb) uzaqdan su kimi görünən durum. sərab.

ilqin ilkin. önqürdi. öngürə. ilk öncə. - öngürdi gələn iyisin çalar.

ılqın yılqınka. ılqın ağacı.

ilqinc ilginc. ilinc. ilənc. ilişgi. irtibat. rabitə.

ılqıncar ılğıncar. domuz. acı, qudurqan domuz.

ilqişmək ilgişmək. ilişginləşmək. müşgül olmaq. güclənmək. güclənmək. çətinləşmək. zorlaşmaq.- iş gücləndi.

illəmək yıllamaq. 1. bir ili keçmək. yaşına girmək. bir yaşında olmaq. - o quzu, o cocuq daha illəmədi. 2. ili keçmək. - o iş illəmiş daha.- zeytun yağını illətməliyik. 3. bərk gecləmək, gec qalmaq. yapışıb qalmaq. - göndərdiyimiz kişi, orada illədi.

illətmək yıllatmaq. bir il saxayıb əsgitmək. - zeytun yağını illətməliyik.

illığ - illığ vergi: salğın.

ilmək 1. toplantı. yığın. yığva. 2. ilgək. lişmiş, çözülməsi qolay olan düşün. əğrəti düğün.
- ilməkli ip: kəmənd.

ilmik imlik. ibriq. əmlik. əmzikli su qabı.

ilrük üzərlik tuxumu. yıdıq ot.

ilşik əkli. mərbut. rəbtli. - sənə əkli işlər: mərbut işlər.

ilti elti. əlti. iki qardaşın bir birinə verən adı. bir qadına görə qaynı arvadı.

iltizami yazmalı. sevimli.

im qama. qəmə. iz. xət. nişan. tamla. damla. işarə. əlamət. him. umac. uyuqcığa. yolu bəllətmək üçün, yol qırağında tikilən daşlar. bəlgilik. işarə. əlamət. nişan.- damlasız yol: əlamətsiz yol. - bir damla desən, dalın diyə bilərəm. - ona bir damla ver. - im edmək: imgəmək. qaş atmaq: işarə edmək.

imarışlamaq ismarlamaq. tapışdırmaq.

imçi - imçi vəkil: nişançı vəkil. toğraçı. toğrakəş. toğra çəkən.

imdə ində. dimdə. anda. bir anda. göz qıpımıda. qaşla göz arasnda.

imdən - imdən geri: bundan sonra.

imə əmrən. əmə. himə. kökə iyə olan kimsə. ərmin. ərgin. çatmış. yetmiş. vurqun.

iməcilik bəsici imumi. birlikdə qoşuş: birlikdə qoşuşub yardımlaşma. kömək. lüçnütka. imicə. kənd işlərində yardımlaşma.

imək iymək. eymək ( y <> d ) edmək. eləmək.

iməkləmək əməkləmək. körpə cocuğun yeriməyə çabalaması, dəpənməsi. sürünmək. sürüklənmək.

imən - imən daşı: bildək daşı: nişan daşı.

imgəmək im edmək. qaş atmaq: işarə edmək.

imicə lüçnütka. iməcilk. kənd işlərində yardımlaşma.

ımızğanma uyuqlama. pinəkləmə.

imqəngə sarı ərik.

imləmək yimləmək. işarət edmək.

imlik ilmik. ibriq. əmlik. əmzikli su qabı.

imtili birdən. düşünmədən. filbədahə.

in 1. ək {"ın" əkinə örnəklər. - gücin: güc ilə. iztirari.- yeqin < yeq: üstün. - yaxın < yAnQ: yan. uzaq olmayan. - yazın < yaz: yazda. - qışın < qış: qışda. - güzün < güz: güzdə. - qıçbın < qıç: dalı otururkən. dal dalı. - için < : içərdə.
- gündüzün < gündüz: gündüz çağı. - yağın taba: yağıya doğru. 2. ünqür. ünğür. mağara.

ın ək. { "ın" da olan səsli "ı" oturduğu sözün səslisinə görə dəğişir}nərsənin olduğu, bulunduğu yer, çağ, durumu göstərir. - qışın: qış çağı. - yayın: yay çağı. - yoxsulun: yoxsulluqda. kasıbçılıqda. - çağırın: çağıranda.

ın ək.
- ın: { "ın" da olan səsli "ı" oturduğu sözün səslisinə görə dəğişir}nərsənin olduğu, bulunduğu yer, çağ, durumu göstərir. - qışın: qış çağı. - yayın: yay çağı. - yoxsulun: yoxsulluqda. kasıbçılıqda. - çağırın: çağıranda.

inadlıq tomuzluq. - genə tomuzluq tutdu.

inanma umu. umma.

inanmaq tanımaq. - tanrını tanı, ona tapın.
- gördüyünə inanan: göz qulu. arpaçı göyərçini.
- bir sapa sözə inanmaq. dolmayı utmaq.- mən bu dolmanı utammaram.

incə 1. tetik. barıq. arıq. axıq. (> barikfars). zərif. - tetik iş. 2. uzun. sivri. sivir. boylı. uca. boy atmış. - sivri bir cocuq. 3. söyci. zərif. - söyci qadın. - söyci işlər: əl işləri. incə işlər. zərif işlər.
- bərk incə quyruqlu heyvan: qıl quyruq.
- incə incə doğramaq: qıymaq. qılmaq.
- incə incə doğranmış: qıyıq. qıyma. qiymə. - qıyıq ət.
- incə yonqa: küngə. qalın dalaşa.
- incə dülgərlik: tavşanlıq.
- incə əliyib, sıx toxumaq: çox incələmək. dibinə gedmək. hər nəyə çöb qoymaq.
- incə qabıq: qapıs. qamıs. kəmis. zar.
- incə, uzun boylu, uyqun boylu, boylu boslu gənc. - dalyan kimi. - dalyan kimi qız.
- incədən incəyə: damlada damlaya.
- lap kiçik: lap incə. cinə. incik. cücək. - cocuğun cinə cinə dişləri cücərir.
- incə ufaq: yuxar. yox kimi. incə. un ufaq.
- incədən incəyə aramaq: ələmək. ələkləmək- incə ələmək: dibinə darı əkmək.
- incə uzun olmaq: boy atmaq. sivirmək. uzamaq.- bu cocuq bərk sivirdi.

incəbağırsaq - incə-bağırsaq dərisi, incə-bağırsaq qurusu: qursaq. - düdüyün qursağı patladı.

incək incək görüşlü. yosma. ədalı. işvəli.

incələmək - çox incələmək: qılı qırx yarmaq. tədqiq edmək.
incəlmək sivirmək. sivri, kəsgin olmaq. itilmək.

incgələnmək yincgələnmək. alçaq könüllülük edmək. tanrıya qarşı kiçiklik göstərmək. tapmaq. ibadət edmək. qulluq edmək.

inci acı. ağrı. sancı.

incik 1. ağrı. acıq. acı. sızı. dərd. kədər. 2. üzək. üzük. sınğsı. sinğsi. sinsi. sinğci. içdən incimək. əzab. zulum. cəfa. 3. analiz. təcziyə. 4. cinə. cücək. lap incə. lap kiçik.- cocuğun cinə cinə dişləri cücərir. 5. könül. xatir.

incikli 1. acın. acılı. ağrılı. sancan. 2. əməkli. çətin. zəhmətlii. - çox əməkli işdir.

incikmək duyqusu gedmək. bayılmaq. büzülmək. titrəmək.

inciq - incik sümük: inc:ik gəmik: baldır gəmiyi:

incimək könül qalmaq. xatiri qalmaq. sinğsimək. sinsimək. içinə işləmək. - çox incimək: burundan qan damlamaq.
- çox sıxılmq, incimək: qan qurumaq.
- qol budağın inciməsi: burulmaq. burxulmaq. - ayağın buruldu.

incin yorqunluq. əmək. zəhmət. - əmək çəkmək: incinmək. zəhmət çəkmək.

incinmək yorulmaq. zəhmətə düşmək.

incinsiz əməksiz. zəhmətsiz. - əməksizin işdir.

incisiz acısız. ağrısız. sancısız.

inciş sıqış. basış. zülm.

incitdirmək toqundurmaq. sataşdırmaq. - bu yazıq kişini, cocuqlara toxundurmayın.

incitmək qaqımaq. azarlamaq. paylamaq. sızlatmaq. sızdırmaq. ağrıtmaq. soxmaq. toxunmaq. sataşmaq. yiqtürmək. acıtmaq. sancmaq. yormaq. zəhmət vermək. zəhmətə salmaq.
- çimdikləyib sızlatdı.
- bu yazıq kişiyə toxunma.
- bizə toxundu. - taxılıb incidən: qışmır. mızi.
- qışmır kişi. - soxmayınca durmaz.

inckə söyckə. zərifanə. - söyckə davranış.

incqə yinçqəka. tapan. abid. - yinçqə qızka. odalıq qız. inçqə qız. kəniz.

incu sancı. saycı. hesabçı.

ində imdə. dimdə. anda. bir anda. göz qıpımıda. qaşla göz arasnda.

indi - elə indi: dəmin. bir az öncə.

inək sığırın dişisinə deyilir.

inəkilka gövdə içərisində, qöbək qarşısında qulunca bənzər bir xəstəlik.

ingiltili çınlayan. tənin əndaz.

inğan inğən. dişi dəvə.

inğək qaplumbağanın dişisi·.

inğən inğan. dişi dəvə.

inğəs kişikə yabancı kimi sağına soluna baxan adam.

inğildəmək çınlamaq. təninləmək.

inğir əmir. qırağı. sis.

inğləmək inləmək. sinğləmək. sınğlamaq. içdən, dərindən nırıldamaq, ınğırdamaq.

inğlətmək iqlətmək. inlətmək. yanqturmaq. yanıqdırmaq. yandırmaq. səsləndirmək.- top gurultus dağları inlətdi.

inq inğ. ınğ. zəmir olub, "səninğ" deməkdir. - oğlunğ: sənin oğul. - işinğ: sənin iş. - işinğin: sənin işivin. - gəldinğ: sən gəldin. - geddinğ: sən güddin.

ınq ınğ. inğ. zəmir olub, "səninğ" deməkdir. - oğlunğ: sənin oğul. - işinğ: sənin iş. - işinğin: sənin işivin.

inqiliş inqilti. çınqılış. çınqıltı. yanqı. əksi səda.

inqilti inqiliş. çınqılış. çınqıltı. yanqı. əksi səda.

inləmək inğləmək. ənğrəşmək. canı sıxılmaq. mızmızlanmaq. sinğləmək. sınğlamaq. içdən, dərindən nırıldamaq, ınğırdamaq.

inlətmək iqlətmək. inğlətmək. yanqturmaq. yanıqdırmaq. səsləndirmək. - top gurultus dağları inlətdi.

ip ip. əyp. eyp. 1. fikir. zehn. xatir. yad. 2. sayqı. güvən. e'tibar. 3. yular. cilov. yalav. dizim. dizmə. düzüm. dizi. rişdə. ərişdə. əriş. - ip ucu: yol başı. sərriştə. 4. qordon. sap. sınır. - yükləri qordonla: iplə. - qızıl qordonlu saat.
- ipdən qazıqdan qurtulmuş: öldürülməli. e'dama müstəhəq.
- ipi qırıq: qırıq. tolandırıcı. dolandırıcı. aldatıb soyğunçuluq edən. aşırıcı. namussuz. şərəfsiz. - çoxları dolandırıcıya yem (mal) olur.
- yun, ip kələpi: çolaq. yumaq. yumalaq. bükük.
- ip iti: ip iti: qıs qıvraq. sıxıq bərk. bərk bərkinə. bək bəkinə. kip kipinə.
- ipdən quşaq quşanmaq: çox yarıq, yoxsul yaşamaq.
- ipə sapa gəlmiyən: qancıq. qıncıq. qınıq. qırıq. qılıqsız.
- ışıq, ləmpə, bayrağı göyə qaldıran incə uzun ip: savla.
- qalın ip: incə sicim. qınav. qənəb. qənəf. (< qın: örtük).
- ip ucu vermək: yol göstərmək.
- ipə çəkmək: səlb edmək. qaplamaq.
- ipdən quşaq: son çəkdə yoxsul.
- birinin ipi ilə quyuya enmək: güvənmək.
- ipdən qazıqdan qurtulmuş: çoxlu yazıqlar qırqınlar törətmiş kimsə.
- ilməkli ip: kəmənd.
- ipsiz sapsız: ilişgisiz. rabitəsiz. münasibətsiz.
- ipi sapı yox: ələ gəlir, ələ keçir, tutulaca nərsə dəğil.
- ipini qırmış: ipi qırıq: qırıq. azğın.
- ip nərdivan: urçın. örçin. - qalın ip: urqan. örkən.

ipdənmək iplənmək. {lən: dən: 1. varlığı, iyəliyi götərir: ovlaq: yığılan yer. bolaq: varlı, bollu yer. - suvlaq: suyu bol olan. 2. # qaldırıcı, nəfy edici ək. - kovlaq: qabığın atmaq}. saplanmaq. sapaqlanmaq. ipdən, ipliyindən, sapından olmaq. tel tel olmaq. çözülmək. açılmaq. dağılmaq.

ipək - ipək böcəyinin qararub qırılma kəsəli: qara daban.

ipləmək əypləmək. eypləmək. 1. (ip: yəp: yap: sap). sarımaq. bağlamaq. 2. xatırlatmaq. yada salmaq. 3. güvənmək. saymaq. önəmləmək. əhmiyət vermək. e'tibar edmək.

iplənmək ipdənmək {lən: dən: 1. varlığı, iyəliyi götərir: ovlaq: yığılan yer. bolaq: varlı, bollu yer. - suvlaq: suyu bol olan. 2. # qaldırıcı, nəfy edici ək. - kovlaq: qabığın atmaq}. saplanmaq. sapaqlanmaq. ipdən, ipliyindən, sapından olmaq. tel tel olmaq. çözülmək. açılmaq. dağılmaq.

ipli uruqluq. - uruqluq qova ipli kova.

iplik tel. tar. ip, sap yapmağa yarar yun, pambıq, kətən, ipək. - yün ipliyi, ipək ipliyi, pambıq ipliyi. - iplik iplik: tel tel. qıl qıl. - ipliyi bazara çıxmaq: ara düşüb rüsvay olmaq. - iplik pəniri: bir çeşit pənir. - iğnə iplik: çox quru alız, zayıf. - iğnədən ipliyə: tam təfərrüati ilə. - pambıq ipliyə bağlamaq: keçəri bir çara tapmaq.

ipsiz əypsiz. bağımız. sayqısız. gülxan bəyi. çapğın. hər ilişgidən özgür.

ipucu 1. sərrişdə. 2. bahana. - ipucu tapdı iliştirdi.

ir er <> ər. (iriş <> əriş <> eriş).

ir ir. irən. irin. irkən. ərkən. tez.

ıraq - üstümüzdən ıraq: bizdən uzaq olsun. tanrı əsirgəsin.

ıraqlıq uzaqlıq. məsafə. bö'd.

irək irkək. ərik. istək. iradə.

irəlçi önüc. öngür. öngüc. öndəc. öndə olan. mütərəqqi. sabiq.

irəli sürmək ilərtmək. öğmək. önğmək. qabqalamaq. tərifləmək. sitayiş edmək.

irəmli irimli. ərimli. yetimli. çatımlı. ləyaqətli. layiqli. iste'dadlı.

irən irin. ir. irkən. ərkən. tez.

irən yərin. yarın. əyrən. nərsədə olan yarıq yer. dodaq.

irgin irginti. irin. irinğ. irik. birikib qalmış, iylənmiş nərsə. çirk. - yarada su biriksə, irikləşir.

iri apalaq. yapalaq. gündə. gombul. tombul. bar. qudaman. qudman. böyük. sarman. azman. qocaman. yekə. qop. yenğə. yoğun. böyük. əzim. cəsim. yonğa. qaba. gobut. işlənməmiş. ədəbsiz. tərbiyəsiz. xam.- bar yiqdə: iri iğdə.
- açıq, iri addım: dəvə dabanı.
- çox iri: bək böyük. ərsəl. ərtəl. (< ər). dev. jean.
- iri gövdəli: tanqalaq. danğalaq. danqa. göbut. quduz. qotur. qaba. gür. qılıqsız. budala. küp.
- gənc irisi: iri boylu dəliqanlı.

iri iri (< irmək: bütövlənmək. yetginmək). irimiş. ərmiş. yetgin. qocaman. böyük. yekə. 1. gövdəli. cüssəli. 2. sərt. qalın. - iri söz. - iri davraq

irik ərik. ərmiş. erkən, tez yetişən.

iriq irik. 1. irin. irinğ. irgin. birikib qalmış, iylənmiş nərsə. çirk. - yarada su biriksə, irikləşir. - iriq otunğka: odun qırıqları. qıymıq. 2. kəl, uyuzun qafası.

ırıq uruq. vuruq. ılıq. ilik. boy. bölük. şö'bə.

iriqmək irikmək. irkəlmək. 1. birikib durmaq. durmaqdan iylənmək. 2. ərkəlmək. dayanıb asılanmaq. qudurqanlıq edmək.

iriləşmək böyümək.

irilik böyüklük. yekəlik. qocamanlıq.

irilik yoğunluq. böyüklük. əzəmət. cəsamət.

irilmək qayqıdan titrəmək. kəndi kəndini yermək. arılmaq.

irimiş ərmiş. iri. yetgin. qocaman. böyük. yekə.

irim ərim. 1. yetim. çatım. irmə. visul. 2. istixarə. təfəüül. fal açma. - göz ərimi: gözün görə biləcək çatı.

irimli irəmli. ərimli. yetimli. çatımlı. ləyaqətli. layiqli. iste'dadlı.

irin 1. irən. ir. irkən. ərkən. tez. 2. irinğ. irik. irgin. birikib qalmış, iylənmiş nərsə. çirk. - yarada su biriksə, irikləşir.

irinğ irin. irik. irgin. birikib qalmış, iylənmiş nərsə. çirk. - yarada su biriksə, irikləşir.

irinğ qıyıq. çirk.

irinqləmək irinğləmək. irginmək. birkinmək. yığlınmaq.

ırısqal gündəlik. onalqa. onğalqa. onşuq. onğşuq.

iriş əriş. xəbər.

iriş əriş. 1. boy. uzunluq. tar. dal. 2. araba oxu.

irişmək ərişmək. 1. çatmaq. tutmaq. - ərişir qonağına asta gedən (qonağ: məqsəd. mənzil). - bu taxcaya əlin irişirmi: boyun çatırmı. 2. yetginmək. oluşmaq. - üzümlərim irişti. - irişmiş qızları əriştirməliyik.

iriştirmək əriştirmək. 1. yetiştirmək. çatdırmaq. - tanrı istəklərivə iriştirsin. 2. xəbər vermək. - hərnə eşitti, ertəsi iriştirdi.

irkək irək. ərik. istək. iradə.

ırq 1. fal. 2. uruq. döl. nəsil. soy əhfad. əcdad sülalə nəjad nəsəb zürriyyət.
- el ırqları: el qolları, oymaqları. - ırqa baxmaq: ırqalamaq. kahinlik edmək.

ırqad ırğad. işçi. əmələ.

ırqal ırqat. 1. narahat. 2. əmgək. zəhmət.

ırqalamaq 1. yerindən oynatmaq. laxlatmaq. narahat edmək. tədirgin edmək. 2. kahinlik edmək. ırqa (fal) baxmaq·.

ırqalandı yırqalantı. qımıldama. sallanma.

ırqalanmaq yırqalanmaq. qımıldamaq. sallanmaq.

ırqat ırqal. 1. narahat. 2. əmgək. zəhmət.

irqəlmək irkəlməkirikmək. 1. birikib durmaq. durmaqdan iylənmək. 2. ərkəlmək. dayanıb asılanmaq. qudurqanlıq edmək.

irqən irkən. ərkən. ir. irən. irin. tez.

irqinmək irginmək. irinqləmək. irinğləmək. birkinmək. yığlınmaq.

irqinti irginti. irgin. irin. irinğ. irik. birikib qalmış, iylənmiş nərsə. çirk. - yarada su biriksə, irikləşir.

ırlayış oxuma yolu.

ırmaq çay. su. oz. dərə. dərya. bir göldən axan suyu götürən yol. çay. arx. ayaq. doğrudan doğruya dənizə tökülən su. daha kiçginə, bir ırmağa töküləninə çay, çaydan kiçiqinə su, üzən söylənir. çağ çağ axan durqun, axıb həm duran böyük suya dərə, dərya denir.
- bu ölkənin suları çoxdur.
- bir çayın dərin olan orta yeri: taban. daban.
- çayın, suyun dayaz, gödək yeri: sıqlıq. sığlığ. - ırmağın orası sığlıqdır, keçid verir.
- dolambac ırmaq. qırx keçid. çay boyu gedmək üçün çoxlu kərələr butay o tayına atlamağlı olan ırmaq.
- ırmaq ağzının bir az açıq yerində qumdan qurulan topar sədd: topuq. - çay topuğu.
- ırmaq, çay içində, gəminin yolun qapıyan böyük qaya, daş: dəmir qapı. - arazın dəmir qapıları.

ırman çuğul. yermən. carçı. qovucu.

irmə irim. ərim. yetim. çatım. vüsal.

irtə ertə. sonrası. ardı sırası. gələn. irəlidə gələn. - ertəsi gün: bir gün sonrası. sabahı. - bayram ertəsi: bayram sabahı. - bu günün işin ertəyə qoyma: sabaha qoyma. - bu gün bitirəmmədim ertəyə qaldı. - cuma ertəsi: şəmbə. - ertəsi il: sonrası il.

irtələmək ertələmək. sonraya buraxmaq. gələn sıraya qoymaq. irəlidə gələnə buraxmaq. - yemək irtələrsə bayatır. - ora çatınca, ertələdik. - bu gün çıxmalıısın, geciksən ertələməlisən.

irtiri ərtiri. ərdiri. ərtiriş. irtiriş. təbliğ.

irtiriş ərtiriş. ərtiri. ərdiri. irtiri. təbliğ.

irtirmək ərtirmək. ərdirmək. çatdırmaq. nayil olmaq. - sənin qoşuğuva ərdirəmədim: sənin vüsalına nayil olmadım.

irtiş ərtiş. yetriş. bulduruş. isal. çattırı. yetşiri. ulaşı. bulduri. göndəri. götüri. nəql.

is iz. his. hiz. dumanın, tütənin toxunmasından qalan iz, əsər.
- ocağa qonmuş qalın his: qurum. - ocaq qurumu. - evi qurum basmış. - qurum boya.

isə halbuki. - mən onu bəkləyirdim, o isə savuşub gedmiş. 2. yerdə. yerinə. - qorxulu yuxu görməkdən isə, oyaq dur.

isik iysik. çuxurlu. çuxurluq. əngəbəlik. obruq.

isiklik sevda.

ısıq şərq. şırıq. doğu.

ısınmaq issinmək. qızışmaq. - çox ısınma. qızğınlığ. çox qızışma.

ısırcıq sivilcə. qızdırma, ısıtmadan oluşan qabarcıq.

ısırğan gəzənə.

ısırır ısırqan. azqın. salar. salqan. quduz.

ısırışmaq bir birin dişləmək, qapmaq. boğuşub ısırışmaq. bir birin boğmaq. itişib boğuşa qavqalaşmaq. talaşmaq. dalaşmaq.- köpəklər dalaşırlar.

ısırıtmaq dişlətmək. qızdırmaq. - barmaq ısırıtmaq: heyrətdə buraqmaq. - itləri ısırtmaq.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin