Qara pəRDƏLİ PƏNCƏRƏ


Məsələ yalnız qazamatlıq olsaydı hələ şükür edərdim. Axı o...(Dəhşətli bir pıçıltı ilə.) ölümə məhkum edilib, qiyabi şəkildə... Təsəvvür edirsənmi, Barba?... Bəs belə bir



Yüklə 322,64 Kb.
səhifə11/14
tarix16.02.2017
ölçüsü322,64 Kb.
#9053
1   ...   6   7   8   9   10   11   12   13   14

Məsələ yalnız qazamatlıq olsaydı hələ şükür edərdim. Axı o...(Dəhşətli bir pıçıltı ilə.) ölümə məhkum edilib, qiyabi şəkildə... Təsəvvür edirsənmi, Barba?... Bəs belə bir




29

vəziyyətdə Cevriyyənin boğazından çörək keçərmi, gözünə yuxu gedərmi, qəlbinə rahatlıq çökərmi?


Bacarmıram, bacarmıram özümlə. Hər şey mənə elə bil haramdı dünyada... Nə qədər ki, ondan bir xəbər tutmamışam... Barba... bir həkkak tap, qoy qollarıma qandal həkk etsin, mən də özümü həbsdə - onun yanında hiss edim, onunla birgə əzab çəkim. Qoy bu iztirab, sevgi damğa kimi qəlbimə vurulsun.

barba - (Pauza.) Taparam, Cevriyyə. Bu çətin iş deyil. Amma indi qalx, qalx görüm – çörək yeyək. Araq da gətirmişəm sənin üçün. Iç, iştahan açılsın.

Araq sözünü eşidincə Cevriyyə müticəsinə qalxıb stolun arxasına keçir, süzüb içir.

(Oturur, ona çörək uzadır.) İndi bax bu loxmanı ye, görürsənmi, kiçik bir loxmadır.

Cevriyyə başını bulayır.




Heç olmasa, mənim xatirimə ye, Cevriyyə. Vallah inciyərəm səndən.

CEVRIYYƏ - Allah da məndən üz döndərib. Bircə sən qalmısan. Nə üçün axı, Barba? Nə üçün qovmursan məni? Nə üçün sənin boğazına ortaq olmalıyam? Rahat yatağını nə üçün almırsan əlimdən?!

barba -

Sən nələr danışdığını bilirsənmi, ay qız? Bunlar nə sözdür? İstəyirsən bütün həyatın boyu yatağım sənin olsun, süfrəm sənin olsun – mən bundan ancaq şadlanaram, inan, Fosforlum. Sevinirəm ki, mən də kiməsə lazım olmuşam, kiməsə kömək əli uzada bilmişəm... (Pauza.)

Bir loxma çörəkdən ötrü lap körpə vaxtımdan doğma yurdu, vətəni atmalı oldum. Cürbəcür qapılar gördüm, insanlar gördüm. Bu balaca yuvanı, bu halal çörəyi tapınca dünyanın min əzabını çəkdim. Ömür isə qurtardı. Canımdakı ağrılar gündən-günə şiddətlənir. inan, bu gün hələ varamsa, bir də gördün sabah yoxam. Nə qalacaq məndən dünyada? Kimə qalacaq qazandıqlarım? (Sirr açırmış kimi.) Bir az pulum da var, Cevriyyə. Onu sənə vəsiyyət edirəm. O adını bilmədiyin sevgilin tapılar, toy edərik sizin üçün, ev tikərik, körpələr gələr dünyaya, hərdən onların əlindən tutub qəbirstanlığa gələrsən, bu kimsəsiz qocanın qəbri üstə bir neçə çiçək qoyarsan. Bu bəsimdir mənim, Cevriyyə.


CEVRIYYƏ - (Gözləri dolur.) Bağışla, bağışla məni Barbacan. Sən necə mehriban insansanmış. Mən səni hələ yaxşı tanımamışammış... (Onu qucaqlayıb öpür, hönkürüb ağlayır.) Belə bir xeyirxah insanı Allah nə üçün kimsəsiz yaradıb?..

30

Allah nə üçün bizi belə kimsəsiz yaradıb, Barba?


barba - Di yaxşı, di yaxşı, mənim balam... Biz kimsəsiz niyə oluruq? Görünür, elə Allah bizi bir-birimiz üçün yaradıb. Sakitləş, sakitləş, mənim Dəcəlim. Götür bu qədəhi iç bu qocanın sağlığına, unudaq hər şeyi. Sən axı mənə hələ öz məhəbbət nağılını söyləyib qurtarmamısan.

CEVRIYYƏ - (Ovucu ilə gözünü silir, qədəhi yuxarı qaldırır.) Ölmə, Barba, heç vaxt ölmə. Cevriyyə kimi kimsəsizlər bu dünyada çoxdur, sənin kimi xeyirxahlar, himəyadarlar isə az. Sən getsən biz yazıqlara kim atalıq edər.. Yaşa, Barba, hələ çox-çox illər yaşa. (İçir.)

barba - Bax belə, indi götür bu tikəni də dişlə, sonra da bunu.




Cevriyyə körpə uşaq kimi onun dediklərinə əməl edir. Barba qayğıkeş ana kimi ona yemək verir.




Hə, indi danış, ardını söylə. Harda qalmışdıq biz?

CEVRIYYƏ - (Xəyala dalaraq.) Eh Barba... günlər keçdikcə hiss edirdim ki, qəlbimdə əvvəllər Allah üçün ayırdığım yeri bu adam tutmağa başlayır. Onun yer üzündə cənnət yaratmaq arzularını dinlədikcə o mənim gözümdə elə kiçik bir Allaha çevrilirdi.

Qırxyamaq Xocanın təlqin etdiyi Allaha inam məni həyatdakı günahlardan təmizləyirdisə, bu adama olan məhəbbətim məni küçə natəmizliyindən qoruyurdu. “Tövbə, Allahım, tövbə!..” deyirdim... Bütün varlığım dəyiçmişdi. Ümid və qorxu, səadət və kədər, təlaş və ismət küçə qızlarına məxsus həyasızlıq pərdəsini üzümdən silib atmışdı.


Tədricən onun etibarını qazanırdım. Kərim daha yeməyi gətirib qapıdan verib getmirdi, mən orda olan vaxtlar da içəri gəlirdi. O, öz həyatının qapılarını mənim üzümə açmışdı. Onunla keçən hər günüm, hər saatım ömrümün ən xoşbəxt çağları idi. Ən böyük səadət və kədər dolu gecəm isə onu son dəfə gördüyüm həmin o yeni il gecəsi oldu. Bütün günü şəhəri ələk-vələk edərək ona bayram hədiyyəsi hazırlamışdım.


ON BİRİNCİ FRAQMENT

Cevriyyə əlində hədiyyə bağlaması şən halda pilləkənləri qalxır. Yavaşcadan qapını döyür. O dəqiqə qapı açılır.

Mavi işıq, qapı örtüldükdən sonra adi gur işıq.

Stolun üstü bəzədilib. Üç boşqab qoyulub.

CEVRIYYƏ - (Qapı ağzında durub qalıb.) Sən qonaq gözləyirsən?

O - Bəli.


CEVRIYYƏ - Onda mən gedim, səni narahat etməyim.

31

O - Mən elə səni gözləyirdim, Cevriyyə.


CEVRIYYƏ - (Sevincdən dili söz tutmur.) M... məni?

O - Bəli, səni!.. Ürəyimə dammışdı ki, sən mənim bayramımı təbrik etməyə gələcəksən.

CEVRIYYƏ - Başqa cür ola bilərdimi? (Bağlamanı ona uzadır.)


O - Bu nədir belə?

CEVRIYYƏ - Sənə bayram hədiyyəsi gətirmişəm.

O - Nə zəhmət çəkmisən? (Hədiyyəni götürüb üstünə qoyub açmaq üçün stola yaxınlaşır.)

CEVRIYYƏ -

(Üçüncü boşqaba baxaraq.) Başqa adam da gözləyirsən?

O - İndi Kərim də gələcək. (Hədiyyəni açır,konverti görüncə.) Bu da mənimdir?

CEVRIYYƏ - Əlbəttə... Küçədə böyüsək də, qayda-qanunu bilirik.

O - Nə gözəl zərfdir. Üstü də makinada yazılıb... Mən də sənin bayramını təbrik edirəm!

CEVRIYYƏNİN SƏSİ - O, gözlənilmədən iki əlini də mənə uzatdı. Sevincdən az qala ürəyim dayanacaqdı, titrəyən əllərimi çətinliklə irəli verdim. Bir an keçincə mənim əllərim onun iri, isti əllərinin içində idi. Bədənimi hərarətli, bihuşedici bir dalğa bürüdü. Ixtiyarsız halda bu əlləri dodaqlarıma yaxınlaşdırdım, öpdüm. Göz yaşlarım islatdı bu əlləri..


Yüklə 322,64 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin