Qara pəRDƏLİ PƏNCƏRƏ


(Əlini onun saçlarında, kürəyində gəzdirərək.) Ağlama, mənim zavallı Cevriyyəm, yazıq Fosforlum. Mənim əzizim



Yüklə 322,64 Kb.
səhifə2/14
tarix16.02.2017
ölçüsü322,64 Kb.
#9053
1   2   3   4   5   6   7   8   9   ...   14

(Əlini onun saçlarında, kürəyində gəzdirərək.) Ağlama, mənim zavallı Cevriyyəm, yazıq Fosforlum. Mənim əzizim...

Xəyal tədricən yox olur.

6

Cevriyyə qapını yenə döyür. Əlinin qapı üzünə qonmuş toza bulaşdığını görüncə başa düşür ki, içəridə heç kəs yoxdur.

Barmağı ilə qapının tozlu üzünə nəsə yazır, tez də silir, sonra bütün qapının tozunu silir.

Pərişan-pərişan pilləkəni enib qapıya baxır, birdən nəsə hiss edibmiş kimi qaçraq yenə pillələri qalxır. Qulağını qapıya söykəyib dinləyir. Qapını yenə döyür. Şübhəli-şübhəli ətrafa boylanır.

Gəldiyi yolla geri qayıdır. Taxta pilləkənin yanındakı pəncərənin şüşəsini tıqqıldadır. Cavab verən yoxdur. Elə bil bütün şəhər yuxudadır, yaxud hamı köçüb harasa gedib.

Uzun, mavi şərfinə bürünüb bir xeyli sahildə dolaşır, götür-qoy edir. Sonra qəti addımlarla daha başqa bir qapıya yaxınlaşır:

Barba! Barba... aç! Mənəm, Fosforlu. Yatmısan, nədi?

deyə taqqıldadır.

İKİNCİ FRAQMENT

Barbanın meyxanaya bitişik otağı.

Köhnə, qədimi bir divan. Divanla yaşıd mətbəx şkafı. Rəflərinə müxtəlif içki şüşələri düzülüb.

Şkafla yanaşı üstünə mixəyi süfrə açılmış darəvi stol, arxasında bir neçə stul.

Otaqdan dəhlizə pilləkən enir. Dəhlizin başındakı bambuk pərdəli qapı meyxanaya açılır, ikinci qapı küçəyə.

Divarda kiçik, boylama güzgü.

Barba ağ alt paltarında divana uzanmışsa da hələ yuxlamamışdır. Səsi eşidib narazı halda ayağa qalxır, çiyninə dama-dama yun şal salıb qapıya gedir.

barba - Kimdir? Meyxana bağlanıb. Nə lazımdır?


cevriyyənn səsi -

Barba, aç, mənəm, Cevriyyə. Səninlə işim var, aç.

barba - (Bir an duruxur, sonra qapını açır, Cevriyyəni görüncə heyrətlə.) İlahi, sən sağsanmış.


cevriyyə -

(Gülümsəməyə çalışaraq.) Necə yəni?..

barba - Deyirdilər, bəs səni...


cevriyyə -

Öldürüblər, eləmi?


barba - Hə. Ölmünə mahnı da qoşmuşdular.

cevriyyə -

Mən qazamatdaydım, Barba. Bu barədə sonra. Indi de görüm, Kosti ağan burda yoxdur ki?

barba - Yox...


cevriyyə -

Lap əla. Məni bir qədəh arağa qonaq et. Üşümüşəm.

Qoy bir az özümə gəlim.




7

barba - Gəl, gəl içəri, mənim Dəcəlim.


cevriyyə -

(Sevincək.) Barbacan! Nə yaxşı ki, bu dünyada sən varsanmış. (Onun tüklü yanağından öpür.)


barba -

Ey, ey... neyləyirsən, ay qız?..


cevriyyə -

Öpürəm səni, mənim əzizim! Bizim bu Qalatada səndən yaxşı adam yoxdur. Bütün yoxsulların, kimsəsizlərin pənahısan. Allah səni ona görə yaradıb ki, mənim kimiləri yetim qalmasın. Inan, Barbacan, səni atam qədər sevirəm.


barba -

Hamınız beləsiniz. Aşnanız olmayan vaxtlar, küçəyə yağış, şaxta düşəndə, sığınacaq axtaranda qoca Barba sizin üçün olur xeyirxah mələk, darısqal koması isə Qrand otel.


cevriyyə -

Sən həmişə mənim ürəyimdəsən, Barba.

İstambula bu axşam gəlmişəm. Bir il qəfəsdə yatandan sonra Boluya sürgünə göndərmişdilər. İki il də orda çürüməliydim. Buna Cevriyyə dözərdimi?

Qaçdım, Barba, qaçdım. Cibində bir quruşu yox, əynində isti paltarı yox – Cevriyyə dayandı yol qırağında. Keçəl, kaftar bir şoferin maşınında gəldi İstambula. Əvəz olaraq bu gecəni onunla yatmalıydım... Bəyoğluna çatar-çatmaz Cevriyyə elə çıxdı ki aradan.

Amma fironlar qoymadılar onu bir doyunca gəzə doğma küçələri, xiyabanları...

Qaçıb gizlənmişdim kolların arasında. Lənətə gəlmiş saçlarım... yenə işıldatdı bu yaz yağışının damlalarını. Qorxundan şərfi də başıma çəkməyi unutmuşdum. Bir də gördüm ki, fənərin işığını üstümə salıb firon, deyir, Fosforlu, sən burda nə edirsən? Deyirəm, çölə oturmuşam, cənab rəis. Deyir, qalx gedək, rahat yerdə oturarsan doyunca.



Cevriyyə danışdıqca Barba stolun üstünə içki şüşəsi, stəkan, qəlyanaltı düzür. Cevriyyə ona kömək edir.



Eh, Barbacan, bir görəydin polis məntəqəsində bu axşam nə qiyamət vardı. Aytən Boru orda, gombul Məlahət orda. Dəli Marika orda, özü də lül-qəmbər. Yeddi Bəla-Gülsərən... daha kimlər?

Yeddi Bəla fironların qabağında oynayır, oxuyur. Dəli Marika qusur, batırır. Məlahət də söyür, donquldanır: “Əlbəttə, biz fahişəxana sahibləri kimi vergi vermirik. Istəyirlər, keçəl başı qırxıb tayla tük aparsınlar. Bələdiyə idarəsi bizim hesabımıza varlana bilmir...Axı biz kimə neyləmişik? İstambulun küçəsi bəy malikanəsi deyil, bu küçə ilə sən də gedirsən, hamı gedir, Məlahət də. Hanı bəs azadlıq?” Ardınca da yağlı bir söyüş.

Komissar köməkçisi deyir, bu saat protokol yazıb səni məhkəməyə göndərəcəyəm.

8

Məlahət deyir, hələ ki qələm sənin əlindədir, nə istəsən yaza bilərsən. Elə ki, qələm keçəcək mənim əlimə, sənin aldığın bütün rüşvətləri yazacağam, törətdiyin bütün bəlaları yazacağam.

Firon xırp səsini kəsir.

Dünyanın işi niyə belədir, ay Barba? Nə vaxt axı biz İstambul küçələrində azad gəzə biləcək, sinə dolusu nəfəs alacağıq? Nə vaxtacan harınlar bir loxma çörək tapmayanların üstə hökmranlıq edəcək? Hə, Barbacan?..

barba - Dünyanın dərdlərilə nə işin var, ay Dəcəl? İç.


cevriyyə - Sən hələ də abstinentsən?

BARBA -

Hə! Otuz ildən çoxdur meyxanada işləyirəm, hələ dilimə bir qədəh araq dəyməyib. Matoteo matostavro!

CEVRIYYƏ - Sizin o yunan dilində bu nə deməkdir, Barba?

barba - Bizimkilər Allaha and içəndə belə deyirlər.

CEVRIYYƏ - Sənin sağlığına, Barba! Allah ömrünü uzun etsin. Nə qədər ki, yer üzündə kimsəsizlər var, sən də var ol, Barba. (İçir.)


Yüklə 322,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin