O - (Zarafatyana.) Əgər siz o hündürlükdən düşsəydiniz, kökə kimi yastılanardınız. CEVRIYYƏ - Adama heç nə olmayanda olmur. Respublika günü paraşütlə necə tullandıqlarını görmüşəm. Havada hərlənib, 24 fırlanıb gəlib düşürlər yerə, sağ-salamat.
O - (Gülümsəyərək.) Bəlkə Allah sizi bu dünyaya elə paraşütlə salıb?
CEVRIYYƏ - Yox, inanmıram.Yəqin mən göydən dənizə düşmüşəm, çünki ağlım kəsəndən indiyə kimi həmişə körpü altında yaşamışam, həmişə də üzmüşəm. O - Demək, siz nə ananızı xatırlayırsınız, nə atanızı.
CEVRIYYƏ - Anam olmayıb, dedim... Atam isə... lap körpə vaxtımda məni bir xəstə kişi yanında gəzdirərdi. Arıq, ucaboy bir adamdı. O mənim çox qayğımı çəkərdi... Yadıma düşəndə ürəyim onu elə istəyir ki... Nə üçün istəyir, özüm də bilmirəm. Yəqin o mənim atam imiş... Bəlkə də mən göydən dənizə düşəndə o məni tapıb...
O - Deyəsən, siz bu gecə tamam inandınız ki, həqiqətən ulduzdan düşmüsünüz.
CEVRIYYƏ - Axı mən göbələk deyiləm ki, yerdən çıxam... Sənin anan var. De görüm, ananı çoxmu sevirlər?
O - Bəli, ananı çox sevirlər, Cevriyyə.
CEVRIYYƏ - Mən də atamı sevmişəm... O sağ olan vaxtlar mən padşah balası kimi yaşayırdım. O mənə qovrulmuş şabalıd alardı. Yatanda köynəyinin yaxasını açıb mənim soyuq ayaqlarımı sinəsndə gizlədərdi. Pencəyini, paltosunu üstümə örtərdi...
Mən xəstə olanda sən də öz paltonla üstümü örtdün... (Pıçıldayırmış kimi.) Atam kimi...
Bəli, bəli, o çox yaxşı adam idi. Mənim qayğıma elə qalırdı ki, heç lordlar palatasında da bu cür rahatlıq ola bilməzdi. Ye – istəmirəm, iş – istəmirəm...
O öləndə mən çox ağladım... Fikirləşirdim, mən də öləcəyəm yəqin, acından. Amma Allah kərim Allahdır, hər bəndəsi üçün bir yerdən ruzi yetirir. Mənə də çörəyi zibil yeşiklərindən yetirirdi. Acından ölməmək üçün.
O - Bu qədər sevdiyiniz Allah sizə çörəyi daha təmiz bir yerdən yetirə bilməzdimi?
CEVRIYYƏ - Allah özü bilən məsləhətdir. Alnına nə yazılıbsa, o da olacaq. Qismətdən artıq yemək olmaz... Anam yox, atam yox. Hara girsən ordan qovurlar, elə bil bu böyüklükdə şəhərimizi kafirlər tutublar. Amma görürsən, dəvə boydayam. Bu neçə ili kim məni yedirdib saxlayıb? Nə pəyədə inəyim var, nə mətbəxdə çörəyim... Allah adildir. Onun kərəminə şükür.
CEVRIYYƏ NIN SƏSI - Uşaqlıq çağlarım haqqında, hələ kişilərin ağuşuna atılmadığım o dövrlər barəsində ona danışmaq mənə sonsuz bir zövq verirdi.Öz həyatımı indiyə qədər heç kimə söyləməmişdim. Heç kim də bu cür maraqla mənə qulaq asmamışdı. Mən keçmişimi, gələcəyimi düşünməzdim, yalnız yaşadığım anları düşünərdim. Yalnız indi, xatirələr dənizinə baş vurduqda başa düşdüm ki, minlərlə belə hadisələr və anlar Fosforlu Cevriyyə adlı bir məxluqu yaratmış və onu undi
25 olduğu şəklə salmışdır.
CEVRIYYƏ - Allah haqqı, abi, İstambulda hər şey boldur, dolanmaq çətin deyil. Nahaq yerə demirlər ki, İstambulun daşı da, torpağı da qızıldır. Əgər Allah sənə can sağlığı veribsə, heç nədən qorxun yoxdur. Yalnız xəstələndiyin zaman... işin dara düşür – evsizliyin nə olduğunu dərk edirsən...
Bir dəfə mən elə bərk xəstələndim ki, heç demə... Biz onda dörd-beş cocuq köhnə bir zirzəmidə gecəliyirdik. Ərəb Cəmilə o zaman mənə elə qulluq göstərdi ki, dünyada heç kim heç kimə elə qulluq göstərməmişdir. Əgər Cəmilə olmasaydı indi çoxdan ölmüşdüm. Yazıq Cəmilə... özü məndən tez öldü. Bir alçağın bıçağına qurban getdi. Onun incə beli, yumru ombası,balaca, dik döşləri vardı. Kinofilmlərdəki mahnıları necə oxuyardı, necə zənci rəqsi oynayardı... Eh, ondan ötrü bütün kişilərin ağlı gedirdi...
O vicdansız qızın lap kürəyinin ortasından vurmuşdu. Mən onu bacım kimi sevirdim.
Pul yığıb ona yasin oxutduracağam. Ölüyə Yasin oxutdurmaq yaxşı işdir, elə deyilmi? Deyirlər, o vaxt ölülər rahat yatır. Yasin onların ruhuna yetir.
O - Siz bunu hardan bilirsiniz?
CEVRIYYƏ - Qırxyamaq xocadan eşitmişəm.
O - O kimdir?
CEVRIYYƏ - Qırxyamax Xoca mömin, alim bir adamdır, abi. Alman fəvvarəsinin yaxınlığında, Sultanəhməd məscidinin yanında dilənir. O mənə Allahdan çox danışıb, ürəyimdə ona məhəbbət oyadıb. Mən Qırxyamaqla söhbət etməyi sevirəm. Görən kimi gedib yanında otururam...
Cəmilə ölən vaxt mən çox ağladım. Lap dəli kimi ağlayırdım. Xoca dedi ki, sən ona borclusan, onun ruhu üçün Yasin oxutdur, həm o rahat olsun, həm sən. Mən Xocaya həmişə pul verirdim ki, Yasin oxusun. Allah hamısını bilir. Əlbəttə, Allah bilir ki, yasinləri mən oxutdurmuşam.
O - Siz Allahı çox sevirsiniz, Cevriyyə?
CEVRIYYƏ - Ondan başqa kimi sevəcəyik ki?
O - Nə üçün onu belə sevirsiniz?
CEVRIYYƏ - Çünki ona inanıram.
O - Ona çox inanırsınız?
CEVRIYYƏ - Əlbəttə! Əgər ona da inanmayacağamsa, bəs kimə inanım? Deyirlər ki, bu dünyada məhrum olduqlarımızı Allah bizə o dünyada verəcək. O dünyada... Bəlkə o dünyada Allah mənə anamı da verəcək... (Birdən gülümsünür.) Kim bilir, bəlkə Allah mənə güllü, lələkli şlyapa, pişik içalata baxdığı kimi mənim də Bəyoğlu vitrinlərində baxdığım o dəniz rəngli paltarlardan da verəcək. Deyirlər ki, Allah adama ürəyi istəyən hər şeyi verə bilər.
CEVRIYYƏNIN SƏSI - Birdən gözümün qabağına gəlincik paltarı, qızıl və gümüş saplarla işlənmiş duvaq gəldi, Barba. 26 Cevriyyə özünü üzündə duvaq, əynində ağ paltar, onunla yanaşı təsəvvür elədi. Onun ayağında parıldayan çəkmə, cibində qırmızı yaylıq vardı, boynuna da qəşəng qalstuk taxmışdı... Yox, yox, bu dünyada qətiyyən belə şey ola bilməz. Belə şey ancaq o dünyada, cənnətdə ola bilərdi...
CEVRIYYƏ - Bu dünyada həsrətini çəkdiyimiz hər şeyi o dünyada alacağıq. Arzu etdiyimiz bütün şeylər cənnətdə bizim olacaq, hər şey: yemək də, içmək də, paltar da...
Dostları ilə paylaş: |