Qara pəRDƏLİ PƏNCƏRƏ


O - (Gülümsəyir, əlini yavaşca Cevriyyənin çiyninə qoyur, birdən onu qucaqlayır.) Sən çox yaxşı qızsan, Cevriyyə!



Yüklə 322,64 Kb.
səhifə13/14
tarix16.02.2017
ölçüsü322,64 Kb.
#9053
1   ...   6   7   8   9   10   11   12   13   14

34

O - (Gülümsəyir, əlini yavaşca Cevriyyənin çiyninə qoyur, birdən onu qucaqlayır.) Sən çox yaxşı qızsan, Cevriyyə!


CEVRIYYƏ -

Mənim Allahdan başqa heç kəsim yoxdur. Mən bu dünyada heç kimimn yaşayışına mane olmuram. Bəlkə də bu sənin xoşuna gəlir...



O - Sən mənim ən sadiq yoldaşımsan, Cevriyyə. Çətin günlərimin yoldaşısan. Bax, o qara pərdənin arxasından bu qaranlıq otağıma düşən bir parça işıqsan. Mən sənə çox isinişmişəm. Başa düşürsənmi? Sənsiz həyatım necə olardı?.. Sən insanları sevirsənmi?

CEVRIYYƏ - Sevirəm, Allah onlara lənət eləsin. Nə qədər pis olsalar da mən yenə onları sevirəm... Hər halda insandılar. Hərə bir cür yaxşıdır.

O - İnsanlardan ayrı yaşamaq çətindir, Cevriyyə... İnsanlardan uzaq... onlardan kənar yaşamaq mümkün deyil.

CEVRIYYƏ - Blirəm, bərk darıxırsan... Anan ola-ola bayram günü də ondan ayrı qalasan... Evin ola-ola orda yaşaya bilməyəsən... Başa düşürəm hamısını... Mənim nə anam var, nə evim, amma başa düşürəm yenə. Mən indi çox şeyi başa düşürəm. Sənə rast gələndən bəri tamam başqa adam olmuşam. İndi əvvəllər hiss etmədiyim hallar keçirirəm. Qabaqlar heç varlığından xəbərm olmayan hadisələr barəsində düşünürəm.

O - Sən çox yaxşı insansan, Cevriyyə. Çox yaxşı. Sən mənim yanımda, bu otaqda olanda...


CEVRIYYƏNIN SƏSI -

O, nə isə demək istəyirdi. Amma nə? Nə?.. Mən bunu bilə bilmədim, Barba... İndi də bilmirəm. Elə bu an qapı yavaşca döyüldü, o məndən aralandı. Işığı dəyişib qapını açdı. Kərim idi. Onlar bir müddət qapı ağzında nəsə pıçıldaşdılar. İlahi, bu gecə necə gecə idi? Gah sevinc, gah kədər bir-birini üstələyirdi. Amma hər halda həyat gözəl idi, xoş di, dünya bəxtəvər idi.

O - (Qapını örtüb pencəyini, paltosunu geyinir. Həyəcanlı bir səslə.) Cevriyyə... sən uzan yat... Mən bir az küçəyə çıxmalıyam. Açarı özümlə götürürüəm. Sən yat, qapını özüm açaram.

CEVRIYYƏ - (Təlaşla.) Nə hadisə baş verib? Məndən nə üçün gizlədirsiniz?

O - Heç nə, qorxulu heç nə baş verməyib. Narahat olma. Uzan yat. Mən bir azdan qayıdıb gələcəyəm. (Gedir.)


CEVRIYYƏNIN SƏSI -

Aman Allah, nə olmuşdu görəsən?.. “Sən yat...” Məgər belə bir gecədə - fərəhlə qorxunun, xoşbəxtliklə bədbəxtliyin bəhsə girdiyi bir gecədə yatmaq olardımı? Ürəyim yerindən qopurdu. Içmək istəyirdim. Şüşədə azacıq şərab qalmışdı, onu stəkana töküb birbaşa içdim. Bu gecə mən lap bir çəllək içə bilərdim. İstədim aşağı düşüb bir şüşə alım, lakin bunun qorxulu olduğunu anladım. Axı kişilər burdan nahaq yerə getməmişdilər. Onları nə isə bir təhlükə gözləyirdi. Axı nə? Nə?.. Nə qədər düşünsəm də baş aça bilmirdim...

35

O, qayıdıb gəlmirdi. Otağa sığmırdım. Pəncərəni açdım. Ulduzlara baxdım. Öz ulduzumun yaxınlığında onun üçün ulduz seçmişdim. Bu soyuq qış gecəsində ulduzlarımız yanaşı parıldayırdı. Darıxırdım. Ürəyim daha bərkdən sıxıldı. Bayırda şaxta olmasına baxmayaraq pəncərəni o ilk gecədə olduğu kimi taybatay açdım. Sevimli dənizin dalğalarını, gəmilərin fitini dinlədim, şəhərin işıqlarına baxdım, baxdım... Gecənin qaranlığı sübh toranlığına çevrilirdi. O gəlib çıxmırdı. Özümü saxlaya bilmədim, üzü üstə çarpayıya yıxılıb hönkürdüm.

Qapı açılır.

O gəlir. Çox dalğın və qəmlidir.

Çarpayıya yaxınlaşıb bir kənardan oturur.

Cevriyyə yaşlı gözlərlə baxır.



O - (Astadan.) Nə üçün ağlamısan? Gözlərini sil. Dur geyin. Sən gərək gedəsən. Belə lazımdır...

CEVRIYYƏ - (Qorxu dolu böyük maraqla.) Nə hadisə baş verib axı?


O - Böyük bədbəxtlik üz verib... Sən bir müddət bura gəlmə. Gərək mənim yanıma heç kim gəlməsin.

CEVRIYYƏ - De, nə olub? Sən mənə hər şeyi danışa bilərsən. Məni kifayət qədər tanıyırsan axı.

O - Cevriyyə, əzizim... Sən bilirsən ki, mən gizli yaşayıram. Dünən axşam böyük ehtiyatsızlıq etmişəm... anamla görüşmüşəm. Demə, mənim izimə düşmək onu güdürlərmiş. İndi məni tapmayıb anamı həbs ediblər... Mənim anamı... Bura gəlmək təhlükəlidir. Nə qədər ki, anamı buraxmayıblar, bura gəlmə...

CEVRIYYƏ - Bəs mən bunu necə biləcəyəm? Mən səni nə vaxt görə bilərəm?

O - Bir aydan sonra. Düz bir aydan sonra evin yanından keç. Başa düşürsənmi? Əgər gündüz saat üç tamamda Kərim darvazanın ağzında oturmuş olsa, həmişəki kimi gecə bura gələ bilərsən... Əgər oturmamış olsa, bir ay da gözlə. Hər ayın bu günü gündüz saat üçdə gəl...


CEVRIYYƏ - Bu təhlükə ötüb keçincə, səni görənə qədər gəlib gedəcəyəm... (Ağlayır.) Axı nədən ötrü? Axı nədən ötrü onlar səni izləyirlər?

O - Mən ölümə məhkum edilmişəm... Qiyabi şəkildə. Əgər ələ keçsəm... Başa düşürsən?

CEVRIYYƏ - Sən neyləmisən?


O - Soruşma. İndi o söhbətlərin vaxtı deyil. Onu bil ki, mənim həyatım xırda bir ehtiyatsızlıqdan asılıdır.

CEVRIYYƏ - (Daha bərkdən ağlayır.) Səni öldürmək? Görüm onların əli qurusun! Məgər Allah görmür ki, mən səni necə sevirəm? Mən sənə it kimi vəfalıyam... Razıyam ki, səni bir il görməyim... Bütün ömrüm boyu görməyim... Təki sən yaşa. Mən

36


öz ölmümə razıyam, təki sən salamat yaşa!..

O, Cevriyyənin çiyinlərindən tutub özünə tərəf çəkir.

Cevriyyə onun sinəsinə sıxılaraq ağlayır.

O, qızın saçlarından öpür.

O - Mənim əzizim...




Qapı yenə astadan döyülür.

Bu dəqiqə, Kərim, bu dəqiqə...




Qaranlıqlaşır.



CEVRIYYƏNIN SƏSI -

Bu bizim son görüşümüz oldu, Barba. Mən bir daha onu görmədim. Bir ildən bir az çox davam edən əsrarəngiz səadət beləcə sona yetdi...



ON İKİNCİ FRAQMENT

Yenə küçə.

Gecə.

Yenə həmin melodiya.

Düşgünləşərək xəyala çevrilmiş Cevriyyə gəlir. Taxta qapının həndəvərinə fırlanır.



CEVRIYYƏNIN SƏSI -

Yüklə 322,64 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin