Cevriyyə danışdıqca kişi məftunluqla onu dinləyir.
Cevriyyə pəncərədən əsən küləyi unudub.
O, Cevriyyənin kürəyinə atmaq üçün əlində tutduğu ağ örtüyü unudub.
Abi, bu doğrudurmu ki, kim nəyi çox sevirsə, onun ölümü də ondan gəlir? Əminə dənizi məndən də çox sevirdi. Onun qoynunda da öldü. Uşaq vaxtı Fatoş adında bir rəfiqəm vardı. Həmişə relslərin yanında dayanıb gəlib keçən qatarlara baxardı. O da bir gün qatarın altına düşdü. (Birdən nə isə dərk etmiş kimi.) Abi, nə yaxşı ki, sən gəlib qayıqda məni tapdın. (Kişiyə yaxınlaşır, minnətdarlıq dolu baxışlarla ona baxır, baxır.)
O, xəyaldan ayılır, əlindəki örtüyü Cevriyyənin çiyninə salır.
19
CEVRIYYƏ NIN SƏSI - O payız gecəsi, o açıq pəncərə önündə dəniz xatirəsinə qapılmağım mənə baha başa gəldi, Barba. Xəstəliyim şiddətləndi. Düz bir həftə onun evində qalmalı oldum. Heç yataqdan qalxmırdım. O, əsil həkim kimi, doğma bir insan kimi mənə qulluq elədi. Çarpayıya sarı əyilərək hər gün mənə çay, süd içirirdi. Heç Amerika padşahı da belə keyf görməmişdi, Barba.
ALTINCI FRAQMENT
Tədricən Barbanın otağı canlanır.
Barba və Cevriyyə.
Yenə ortada bir şüşə araq, gecə lampasının işığında baş-başa oturublar.
Siqaret tüstülənir.
Cevriyyə bir az da həyəcanlı, bir az da kədərli tərzdə sözünə davam edir.
CEVRIYYƏ - Göy işığı, o qara pərdələri görəndə mən bildim ki, bu adamın nə isə bir sirri var. Doğrudan da o, gizlin yaşayırdı. Polisdən qaçırdı, ələ keçəcəyindən qorxurdu, nə isə gizli işlər görürdü.
Gündüzlər o, heç otaqdan çıxmırdı. Yalnız qaranlıq düşəndən sonra əlində ağır, böyük bir bağlama harasa gedərdi, gecdən-gec belə bir bağlama ilə də qayıdıb gələrdi.
barba - Maraqlıdır...
CEVRIYYƏ - Məni başqa şey maraqlandırırdı, Barba. Yeddi gün yalnız qalmağımıza baxmayaraq o, bir dəfə olsun belə qolumadan da tutmamadı. Bu hardasa mənliyimə də toxunurdu, ancaq burda nə isə xoşagələn bir cəhət də vardı.
barba - Sənin dediyin elə nəhəng, yaraşıqlı pəncərəyə qara pərdə çəkərək özünü səmadan, ulduzlardan, bir sözlə, dünyadan ayıran bir insanın gözünə qadın görünə bilərdimi, ay Fosforlu? Görünür, dərdi çox böyük imiş.
CEVRIYYƏ - Bəs nə üçün o məni öz gizli mənzilinə gətirmişdi?
barba - Kim bilir?.. Bəlkə sənə yazığı gəlibmiş. Bəlkə də... elə güman edib ki, gizləndiyi evə onu qadınla gedən görsələr şübhə azalar.
CEVRIYYƏ - İnsiyəcən bilə bilmirəm... Amma sən düz deyirsən, Barba... Onun gözlərində elə bir kədər, dünyaya qarşı elə bir küsgünlük vardı ki...
Lakin o daim məşğul idi. Kərim onun üçün gizlincə həm yemək gətirirdi, həm də qəzet. Axşama qədər vaxtını qəzet və kitab oxumaqla keçirər, çoxlu yazı yazardı. Bütün gecəni isə pərdə dalındakı qutudan nə isə balaca metal şeylər seçib yığardı. (Dinməzcə içir.)
barba - Az iç, Cevriyyə, özünə yazığın gəlsin.
CEVRIYYƏ - Xatirələr içimi alov kimi dalayır, Barba... Nə üçün xoşbəxtliyin ömrü belə qısa olur? (Qalxıb həyəcanlı halda gəzişir.) 20
İndi nə edim? Nə edim?.. Aman Allah, indi o hardadır? Neyçün onun qapısı açılmır?..
barba - Səbirli ol, Cevriyyə, səbirli ol. Allah sənin əzablarını yerdə qoymaz. O, mütləq qovuşduracaq sizi. Özünü üzmə...
CEVRIYYƏ - Cevriyyənin həyatında kişilər az olmayıb. Lakin o, xatırlamır ki, bir kişini ikinci dəfə görmək istəsin. Bəs bu nə idi, Barba?.. Ondan ayrılanda ürəyim qəribə hisslərə büründü. Hicran acısı duydum, Barba. Ömrümdə ilk dəfə duydum hicranı. Baxmayaraq ki, o mənim qadın mənliyimə göz yummuşdu...
Neçə gün sərxoş kimi gəzdim, dilimə bir damcı içki vurmasam da belə.
Məclislərə düşürdüm. Gözəl-göyçək, yaraşıqlı, pullu-paralı kişilər qarşımda dizi üstə dururdular. Qəlbim daha da sıxılırdı. Iyrənirdim. Nifrət edirdim hər şeyə. Ürəyim ora, o gizli otağa qaçırdı. Baxmayaraq ki, bir də ora gəlməyimə o razı deyildi.
Sanki dünya gözümdə qaralmışdı, səmtimi-yönümü itirmişdim. Bu qaranlıq dünyada elə bil işıq yalnız ordan gəlirdi, o qara pərdəli pəncərədən. Pərvanə işığı görüb onun üstə uçmaya bilərmi, Barba?..
SƏKKİZİNCİ FRAQMENY
Qaranlıq.
Yenə tanış taxta pilləkənlər, qapı.
Cevriyyə gəlir. Əhvalı şən, fərəhli, bir az da həyəcanlı. Məxsusi işarə ilə çox astadan qapını tıqqıldadır. Qapı açılmır.
CEVRIYYƏNIN SƏSI - O, adətən evə gec qayıdırdı. Gözləməkdən başqa çarəm yox idi. Pilləkənin üstə oturub başımı toz iyi gələn mühəccəriyə söykədim...
Nə qədər vaxt keçdi – yarım saat, bir saat – bilmədim, nəhayət pilləkəndə xışıltı eşidildi. Kimsə gəlirdi. Ürəyim yerindən qopdu. Odurmu? Bəlkə yad adamdır? Burda nə etdiyimi soruşsa, nə cavab verərəm?
Birdən burnuma tanış qoxu gəldi: dəniz və yosun qoxusu. O məni ilk dəfə qayıqda görərkən əynində olan, sonra isə çiynimə atdığı paltodan gəlirdi bu qoxu. Bu qoxu bu otaqda keçirdiyim xoş günlərin xatirəsinin ətri idi. Sahibini iyindən tanıyan it kimi sevindim. Lakin birdən o mənə acıqlanar, məni qovar qorxusundan kənara çəkildim, nəfəs belə almadım. O, qapını açıb içəri keçəndə özümü saxlaya bilmədim:
“Abi...”
Kişi diksinərək geri boylanır. Cevriyyəni görüncə bilmir nə etsin.
21
Cevriyyə ixtiyarsız ona yaxınlaşır. Kişi cəld onu içəri keçirib qapını örtür. Mavi işığı yandırır.
O - Siz bura nə üçün gəlmisiniz? (Hirsini güclə boğur, səsi titrəyir.) Məgər sizə deməmişdimmi bir də buralara gəlməyəsiniz.
CEVRIYYƏ - Demişdin...
O -(Sərt.) Bəs onda nə üçün gəldiniz?
CEVRIYYƏ -(Bir müddət susub qalır.) Abi, məgər pərvanədən heç soruşarlarmı nə üçün özünü oda vurur?
O -(Deməyə söz tapmır.) ...
CEVRIYYƏNIN SƏSI - Bu nə sirr idi, Barba? Fahişə olduğuna görə heç vaxt utanmayan, bunu qəbih iş bilməyən Cevriyyə onun qarşısında bu biabırçı sözü çəkilməz ağır bir yük kimi çiynində hiss edirdi. Bu ağır yükdən azad olmaq, çirkinliklərdən təmizlənmək istəyirdi. Onun qəlbinə elə bil bakirlik qığılcımı düşmüşdü. Pis hər nə vardısa od tutub yanırdı...