Qara pəRDƏLİ PƏNCƏRƏ



Yüklə 322,64 Kb.
səhifə4/14
tarix16.02.2017
ölçüsü322,64 Kb.
#9053
1   2   3   4   5   6   7   8   9   ...   14

barba - Kosti xəstədir, yatır. Ona görə qonaqları az gəlir. Təm-təraq sevən müştərilərimizin də bir neçəsi yoxa çıxıb. Bir sözlə, süstlükdür. Axşamlar da hamı tez dağılıb gedir. arxayın ola bilərsən, qızcığaz, səni heç kim görməyəcək.

CEVRIYYƏ - Çox sağ ol, xeyirxah mələyim. Sümüklərm də donmuşdu. Nəhayət özümə gəldim. Indisə uzan, yat. Bir yer var, ora getməliyəm. Amma soruşma ki, hara, nə üçün? Bu çox gizli bir sirdir, Barba. Yalnız dua et, müqəddəs Məryəmini köməyə çağır, ona yalvar ki, yolum uğurlu olsun. Bir də... bir az sayıq yat, bəlkə Allahtəala bu kimsəsiz pişiyi yenə bura qaytardı.

11







ÜÇÜNCÜ FRAQMENT

Yenə həmin küçə.

Gecə yarısı.

Cevriyyə ehtiyatla ətrafı nəzərdən keçirdir. Oğrun-oğrun taxta pilləkənlərə yaxınlaşır. Cəld qalxır. Məxsusi işarə ilə qapını döyür. Qulağını söykəyib dinləyir.

Xəyalında səslər canlanır.



Onun səsi - Cevriyyə?.. Hardaydin bu vaxta qədər?

CEVRIYYƏNIN SƏSI - Əvvəl qazamatda, sonra sürgündə.


Onun səsi - Ola bilməz, ola bilməz, mənim sevincim.

CEVRIYYƏNIN SƏSI - Yalan demirəm, abi.

Onun səsi - Yazıq qızcığaz, necə dözdün bəs?


CEVRIYYƏNIN SƏSI - Dözdüm də, abi.

Onun səsi - Mən də deyirəm, daha yəqin məni görmək istəmirsən.

CEVRIYYƏNIN SƏSI - Hər an səni düşünmüşəm.

Onun səsi - Mən sənin üçün çox darıxmışdım.


CEVRIYYƏNIN SƏSI - Mən də, abi. (Hönkürür.)

Onun səsi - Ağlama, mənim zavallı Cevriyyəm, yazıq Fosforlum. Mənim əzizim...

Cevriyyə ağlayır. Səssiz. Boğula-boğula.

Qapının ağzına çöküb qalır.

Haçandan- haçana küçə tərəfdən addım səsləri eşidilir.

Cevriyyə hövlanak qalxır. Diqqətlə addım səslərini izləyir. Bir sərxoş oxuya-oxuya keçib gedir:

Gözəllərin gülüydün, Cevriyyə, Cevriyyə,

Könüllərin diliydin, Cevriyyə, Cevriyyə.


De hardasan, de harda, Cevriyyə, Cevriyyə,

Bəlkə qara məzarda, Cevriyyə, Cevriyyə.



Cevriyyə bir müddət səsin ardınca baxır, sonra mavi şərfini boynuna atıb gedir, sarsılmış halda sahildə dolaşır.

DÖRDÜNCÜ FRAQMENT

Barbanın otağı.

Barba yenə alt paltarında, çiynində yun şal.

12

Cevriyyə həyəcanlı.

Gecə lampasının işığında baş-başa oturublar.

CEVRIYYƏ - (Pıçıldayırmış kimi.) And iç, and iç o ulu tanrıya, and iç o öz müqəddəs Məryəminə ki, heç kimə, heç kimə bu barədə bir kəlmə deməyəcəksən. Bu sirr ürəyimi deşir, mən onu özümlə nə qədər gəzdirmişəm, daha dözə bilmirəm, kiminləsə bölüşmək istəyirəm.

barba - Mənim sözüm anddan da üstündür, Dəcəl. Qəbrə aparacağam sənin sirrini. Çəkinmə, de.

CEVRIYYƏ - (Çətinliklə.) Barba... Barbacan... mən vurulmuşam.

barba - (Gülməkdən özünü saxlaya bilmir.) Elə bu?.. Ay səni, Fosforlum!..

CEVRIYYƏ - Gülmə, Barba. Məsələ bunda deyil. Bu qeyri-adi bir sevgidir. Heç onun adını da bilmirəm.

barba - (Hələ gülməyindədir.) Heç olmasa, üzünü görmüsən?

CEVRIYYƏ - Üzünü də görmüşəm. Bir müddət evində də yaşamışam. Inan, Barba, onun otağında keçirdiyim gecələr ömrümün ən mutlu gecələri olub. Ən gözəl, ən xoşbəxt anları olub. Bu xatirələr ürəyimi titrədir. Aman Allah, bu nədir belə, başım hərlənir, elə bil sərxoşam.

barba - (Təbəssümlə.) Sirrini açdın, yüngülləşdin yəqin.

CEVRIYYƏ - Barba!.. Sirri hələ açmamışam. Qulaq as, mən qışqırıb hamıya deyərdim ki, o mənim ərimdir, lakin bu dəhşətli bir yalan olardı. Bu vaxtacan o, heç mənim əlimə də toxunmayıb. Lakin bu da əsas mətləb deyil. Məsələ burasındadır ki, o... hamıdan gizlin yaşayır. Polis onu axtarır.

barba - Sənə daha sözüm yoxdur, Fosforlu.

CEVRIYYƏ - Əvvəllər heç yanına getməyimə də razı deyildi. Ancaq mən onun sözünə qulaq asmadım. Necə ki, bir küçə iti adamın dalınca düşür, nə qədər qovursan, əl çəkmir, mən də ondan əl çəkmədim, ondan üzülə bilmədim. Bəlkə elə buna görə də otağına gəlməyə, bəzən gecələr də orda qalmağıma icazə verdi. Lakin qəti tapşırdı ki, yalnız gecə gəlim, xəlvəti gəlim. Və bu barədə heç kimə danışmayım. Onu tanıdığımı heç kimə deməyim.

barba - Sürgündə olarkən rast gəlmisən o adama?

CEVRIYYƏ - Yox, Barba. Sürgündən, həbsdən əvvəl. Burda, Nicatibəy küçəsində köhnə karvansaradakı anbarların yanında, gizli bir otaqda yaşayırdı o.

barba - İndi harda yaşayır bəs?


CEVRIYYƏ - Bilmirəm, bilmirəm... Bəlkə hələ də orada, bəlkə də artıq həbs edilib. O zaman vəziyyəti gərginləşmişdi. Dedi, bir müddət görünmə buralarda. Düz bir aydan sonra günorta saat üçdə keçərsən evin qabağından. Əgər görsən Kərim qapıda oturub, demək axşam gələ bilərsən. Gördün ki, yoxdur, deməli bir ay da gözləməlisən.

13

barba - Kərim kimdir?

CEVRIYYƏ - Yaşlı bir kişi. Onun qohumu. Anbarların qarovulçusudur. Otağı Kərim düzəldib onun üçün. Düz iyirmi doqquz gün gözlədim, Barba. Bir Allah bilir, necə gözlədim. Sabah evin qarşısından keçməliydim, sabah, güman ki, Kərimi orda oturmuş görməliydim. Allah evini yıxsın çopur Vəlinin. Həmin günü, elə həmin günü məni verdi fironların əlinə. Səadətə bir addım qalmış, bircə addım qalmış düşdüm qəfəsə. Barba... dəfələrlə bağlı qapıların, hündür, qalın divarların üstünə atılmaq istədim, quduz bir it kimi ulaya-ulaya başımı onlara çırpmaq istədim.

Həbsxananın bütün ağrılarına da dözərdim. Ən dəhşətlisi ondan ayrı yaşamaq idi, ondan xəbər tutmaq imkanından məhrum olmaq idi.


Fikirləşirdim, indi o mənm barəmdə nə düşünür. “Əxlaqsızın biriymiş, Allah bilir indi harda veyillənir.” və yaxud deyirdi, dara düşdüyümü görüncə yəqin aradan sivişdi... Belə fikirlərlə gecələr səhərəcən yata bilməz, gündüzlər dəli kimi gəzirdim.

Yüklə 322,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin