ƏSL ŞAİRLƏRİN ƏSL TƏRJÜMEYİ-HALLARI
ONLARIN ƏSƏRLƏRİDİR
İllər uzunudur ki, institutda yoxlama və kurs işləri mövzuları müəyyənləşdirərkən Əli Kərimin və yaradıjılıqlarını yüksək qiymətləndirdiyimiz başqa müasir şairlərin əsərlərini siyahıya daxil edirik. Əli Kərimin yaradıjılığına bələd olan bir talibə onun poemaları mövzusunda diplom işi yazmaq arzusunda olduğunu bildirdi. Məndən birjə xahişi oldu ki, Əlinin tərjümeyi-halını yazmaqda ona kömək edim. Mövzu ilə bağlı buna bir o qədər də ehtiyaj hiss olunmadığını dedim. O isə təkid etdi:
- Əli Kərimin qüdrətli sənətkar olduğu barədə çox yazılara rast gəlirik, onun haqqında radio və televiziyadan da xeyli məlumat alırıq, anjaq bununla belə, onun həyatı və tərjümeyi-halı barədə müfəssəl bir şey bilmirik. Mən «Giriş» bölməsində onun nisbətən geniş tərjümeyi-halını verə bilsəm, özümü bir iş görmüş kimi hiss edərəm.
Diplomantın bu arzu və təşəbbüsü, doğrusu çox xoşuma gəldi. Tələbələrin çoxunun Əli Kərimlə münasibətlərim barədə az-çox müəyyən təsəvvürləri vardı. Fikirləşdim ki, Paşaya məktub yazar, atasının müfəssəl tərjümeyi-halını göndərməsini xahiş edərəm. Bu, mənim üçün də maraqlı idi. Yazdım. Və bir neçə gündən sonra javab aldım. Əvvəljə çox təəjjübləndim. Makinada yazılmış tərjümeyi-hal jəmi on beş sətirdən ibarət idi və bunun da yalnız doqquz sətri bilavasitə tərjümeyi-hala aid idi. Onu olduğu kimi verməyi lazım bilirəm.
«Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ji il mart ayının 18-də Göyçay şəhərində anadan olub. 1956-jı ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Bakıya qayıdaraq «Azərbayjan» curnalının redaksiyasında çalışıb.
1957-ji ildə «İlk simfoniya» poemasına görə Gənjlərin və Tələbələrin Moskvada keçirilən 6-jı Ümumdünya festivalında mükafata layiq görülüb…
Əli Kərim 1969-ju ilin iyun ayının 30-da Bakı şəhərində vəfat etmiş, Göyçayda dəfn edilmişdir»… Vəssalam!
Məni fikir apardı. Nəyə görə bizdə belə təsəvvür oyanmışdır ki, böyük şairin tərjümeyi-halı da hökmən böyük (iri həjmli) olmalıdır? Fikrimə bu da gəldi ki, bəlkə Paşa həmin qısadan da qısa yazını göndərərkən ürəyindən keçib: «Məndən niyə xəbər alırsınız, siz Əli Kərimlə eyni vaxtda yaşamısınız, onunla yaxın olmusunuz, siz çox bilməlisiniz, sizin ürəyiniz xatirələrlə dolu olmalıdır». Əgər onun göndərdiyi yazının qısalığı bununla bağlıdırsa, haqlıdır Paşa. Lakin inanmıram ki, Əlinin yaxınları içərisində ondan xatirə yazajağını birjə nəfər də xəyalına gətirə idi. Əli bizim hamımızdan javan, hamımızdan sağlam, hamımızdan güjlü idi.
Bəlkə də tərjümeyi-hala belə laqeyd münasibət Paşaya Əlidən irsən keçmişdi? Əli özü də tərjümeyi-hal yazmaqdan xoşlanmırdı. Beləliklə, Əli Kərimin dəqiq müfəssəl və mükəmməl bioqrafiyasını (bəlkə də öz əli ilə yazılmışını) əldə etmək ümidi boşa çıxdı. Təbii ki, Əli Kərimin nisbətən geniş tərjümeyi-halını tərtib etmək üçün diplomanta əlimizdən gələn köməyi göstərdik. Burada Əlinin qələm dostlarının bəzi xatirələri də köməyə gəldi.
Əli Kərimin klassik Azərbayjan poeziyasında özünəməxsus yer tutması artıq hamıya məlum, təkzibedilməz həqiqətdir. Ölümündən sonra otuz ilə yaxındır ki, ədəbiyyatşünaslarımız Əli Kərim fenomeni üzərində baş sındırırlar. Əli Kərim yaradıjılığı ilk baxışda sadə göründüyü qədər də mürəkkəbdir. Bəzi yazıçı və ədəbiyyatşünasların mürajiət etdikləri bir misranı yenə diqqət mərkəzinə almaq istərdim:
Çətinliyim bəlkə aydınlığımdandır?
Burada Əli Kərim «aydınlığı» asanlıq kimi qoymur. Mürəkkəb aydınlıq da var, ibtidai aydınlıq da… - sadə aydınlıq. Gündüz aydınlıqdır, apaydınlıqdır. Bu aydınlıqda (əgər bulud, duman olmasa) biz günəşdən savayı milyardlarla ulduzlardan heç birini görə bilmirik – həmin ulduzlar yalnız qaranlıqda görünür. Əli Kərim aydınlığı – gündüz aydınlığıdır.
Əli Kərim islahatçı – novator şairdir. Lakin onun islahatları haysız-küysüz, davasız, şavasız olub, mənəm-mənəmlikdən uzaq! Bir də köhnə nəsil və onların jığırdaşları ayılıb görüblər ki, lap javan daha onlar kimi yazmır. Yeni mövzuların, yeni bədii vasitələrin axtarışı dövrü başlanıb. Azərbayjan şeirinin müharibədən sonra yeni inkişaf mərhələsinin beşiyi başında isə zahirən fağır, sakit görünən Əli Kərim dayanıb, o, poeziyadakı islahatını «qansız, qadasız» həyata keçirə bilib. Heç bir rütbəsi, fəxri adı, ordeni, medalı olmayan, heç bir ali rəyasətə və başqa heyətlərə seçilməyən Əli bax beləjə Azərbayjan poeziyasını əsl mənada poeziya məjrasına, əbədi poetik qaydalara güvənən əsl sənət aləminə qovuşdurub.
Gözümüzün qarşısında dünyaya gələn, gözümüzün qarşısında fəaliyyət göstərən və gözümüzün qarşısında dünyasını dəyişən Əli Kərimin mükəmməl bir tərjümeyi-hala əsaslanan həyatını yazmaq asan deyilmiş, bəlkə də çox çətinmiş… Burada da, görünür, Əli Kərimin çətinliyi «aydınlığında» imiş.
Əli Kərimin həyatına dair materialların tam toplanmadığını nəzərə alaraq biz «akademik bioqrafiya» prinsiplərinə riayət edə bilməyəjəyimizi hiss etdik. Əvvəljə düşündüm ki, dostların xatirələrinə mürajiət edim… Yox, bu mənlik deyildi. Bunu gələjəyin ədəbiyyatşünas alimləri edəjəklər. Mənim vəzifəm isə onlara köməkdir, müşahidələrimi mümkün qədər daha çox kağıza köçürməkdir.
Qeydlərimin arasında özümün də xoşuma gəlməyən bir jümlə var, onu nə üçün yazdığım yadıma gəlmir: «Onu yanmış olsa külündən də tanıyaram». Bu jümlənin üstündən qara çəkdim, bir müddətdən sonra başqa bir qeydə rast gəldim. O, şeirlərini «yanıb dəftərə tökülmüş günləri» adlandırmışdı. Yəqin üstündən qələm çəkdiyim jümlə bu sətirdən doğulmuşdu. Mən Əlinin poeziyasından danışarkən onun «əridiyini» demişdim. Yandığını deməmişdim. Əlinin bütün hissləri, həyəjanları, düşünjələri, arzuları, qanı, janı, ürəyi, idealları hamısı şeirə çevrilmişdir. Əli bütövlükdə öz poeziyasına hopmuşdur, sətirlərində, misralarında Əli qanı dövran edir. Bu məni müəyyən qədər arxayın salırdı ki, yazı prosesində hansı suallar çıxsa javablarını vərəqləyib Əlinin özündən xəbər ala bilərəm.
Bu sahədə müəyyən təjrübə qazanmışdım. 1980-ji ildə Gənjədə Nizami poeziya teatrı yaradılmışdı. Şairin öz həyatından bəhs edən əsərlərə böyük ehtiyaj vardı. O böyüklükdə sənətkarın həyatı haqqında isə məlumat çox jüzidir. Onun aşağıdakı beytinə güvəndim:
Məni görmək istəsə hər kim,
Beytimdə görünər ona surətim.
Və Nizami beytlərindəki axtarışlar müəyyən səmərə verdi. Əsasən «Sirlər xəzinəsi», «Leyli və Məjnun» və «İskəndərnamə»nin beytləri arasında əldə edilmiş məlumatlar üzrə şairin həyatının müəyyən məqamlarını bərpa etmək mümkün oldu. Nizaminin xarakterinin bir sıra jəhətləri də aydınlaşdı. Bu jür möjüz hadisələr yalnız və yalnız həqiqi sənətkarların əsərlərinin araşdırılması sayəsində mümkün olar – Əli isə həqiqətən həqiqi sənətkardır.
Biz Əlinin şəxsiyyətini, xarakterini, dünyagörüşünü və başqa jəhətlərini onun misra və sətirlərində axtarmağa girişməzdən əvvəl onun poeziyaya gəlişini şərtləndirən bəzi mətləblərə nəzər salmalıyıq.
AZƏRBAYJAN POEZİYASI ƏLİNİ GÖZLƏYİRDİ
Böyük vətən müharibəsindən sonra açıq-aşkar hiss olunurdu ki, poeziyanın ab-havası kəsifləşməyə başlamışdır. Xüsusi ilə təbii olaraq müharibə illərində olduqja geniş miqyas almış ritorika, çağırış, alqış, lənət şeirləri sülh və əmin-amanlıq dövründə əjaib səslənirdi. Müharibə qurtarmışdı, lakin «döyüşlər» poeziyada davam edirdi. Bu şeirlər yorğun, əldən düşmüş, köməksiz kimi görünürdü. Elə bil bədii ifadə vasitələri, təşbehlər, epitetlər, metaforalar və s. sürtülüb əldən düşmüş, qojalmışdı. Belə məqamlarda həmişə böyük sənətkarlar meydana çıxır, poeziyadakı süstlüyü, təkrarçılığı, ifadə köhnəliyini, əjaib görünməyə başlayan bənzətmələri təriz obyektinə çevirirlər. Məsələn, böyük Sabir kimi.
Müharibədən sonra yaranmış əhval-ruhiyyənin poeziyada doğru-dürüst, fəlsəfi-poetik dərkinə ehtiyaj göz qabağında idi. Baha başa gəlmişdi bu müharibə, bu qələbə. 50-ji illərin əvvəllərində artıq yaşlı nəslin mütərəqqi nümayəndələri aşkar hiss edirdilər ki, poeziya ritorik axardan çıxarılmalı, həyatın həqiqi nəfəsini və ətrini ifadə etməlidir. Bu işin öhdəsindən, əlbəttə, yalnız yeni, gənj qüvvələr gələ bilərdi.
Bunu qətiyyən danmaq olmaz ki, əvvəlki şairlər nəsli əvvəlki otuz ildə Azərbayjan şeirini xüsusilə forma baxımından misilsiz bir yüksəkliyə qaldıra bilmişdilər. Heja vəzninin saysız-hesabsız yeni (yəni əvvəllər işlədilməmiş) şəkilləri aşkar edilmişdi, əvvəljədən mövjud olan, lakin işlədilməyən, yaxud çox az işlədilən bölgülər yeni canrların meydana çıxması ilə Azərbayjan poeziyasını ifadə baxımından xeyli zənginləşdirmişdi. Həmin illərdə Azərbayjan şeirinin dili tam büllurlaşmışdı. Səməd Vurğun və başqa görkəmli şairlər dilin büllurlaşmasında sanki bir süzgəj rolu oynamışdılar. Əvvəlki poeziya dilindən yeni poeziya dilinə yalnız qan qrupu çox yaxın olan, geniş kütlələrin tam anladığı, dilimizin ahənginə, musiqisinə uyğun gələn əjnəbi sözlər keçə bilmişdi. Əruz vəzni, qəzəl canrı sahəsində bu işi Əlağa Vahid uğurla həyata keçirmişdi.
Bu, Azərbayjan poeziyasının ən böyük qələbəsi hesab olunmalıdır. Azərbayjan poeziyasının bir gözəgəlim uğuru da vardı. İndidən bəzi Jənubi Azərbayjan ziyalıları gələjək vahid Azərbayjan dilinin nejə olajağı haqqında fikir yürüdürlər. Xoş niyyətli bir amalla bağlı fikir yürütməyə nə söz ola bilər? Təki Azərbayjan tez vahidləşsin. Anjaq bir mətləbi xüsusi vurğulamaq olar: Artıq Azərbayjanın vahid poeziya dili möhkəm təməl üzərində yaranmışdır. Səməd Vurğun poeziya məktəbinin görkəmli nümayəndələri – Əli Tudə, Balaş Azəroğlu, Səhənd, Söhrab Tahir, Hüseyn Javan, Mədinə Gülgün, Hökumə Billuri, onlarla görkəmli şairlərin bədii dilləri ilə Şimali Azərbayjan şairlərinin dilləri arasında görəsən hansı prinsipial fərqlər mövjuddur? Vahid Azərbayjan ədəbi dilinin əsasında Azərbayjan poeziya dilinin durajağına qəti şübhə ola bilməz.
1920-1950-ji illər arasında olduğu kimi heç bir zaman Azərbayjan şeiri ilə xalqı arasında qarşılıqlı yaxınlıq, isti təmas olmamışdır. Şeir təbliğat və təşviqat vasitəsinə çevrildiyindən poeziyanın geniş kütlələr arasında yayılmasında partiya da, dövlət də çox maraqlı idilər. Beləliklə, xalqa təşviqatla yanaşı əsl poeziya da yol tapırdı.
50-ji illərdə Azərbayjan şairlərinin auditoriyası keyfiyyətjə köklü surətdə dəyişmişdi, şairlərin qarşısında (onların özlərinin də səyləri nətijəsində) başdan-başa savadlanmış xalq dayanmışdı, bunların sırasında müharibə illərində bir sıra Avropa ölkələrini gəzib gəlmişlər də, rus və Avropa xalqlarının dillərindən tərjümə olunmuş klassik əsərlərlə tanış olmuşlar da vardı. Yeni Azərbayjan poeziyası belə auditoriya qarşısında çıxış etmək səviyyəsində olmalı idi.
Mirzə İbrahimovun başçılıq etdiyi Azərbayjan Yazıçılar İttifaqının həmin dövr təşkilat fəaliyyəti yeni istedadların aşkara çıxarılması əsasında qurulmuşdu. Bu iş iki istiqamətdə aparılırdı:
1. Yazıçılar İttifaqında hər həftənin 5-ji günlərində müntəzəm keçirilən «Gənjlər gün»lərində yeni istedadlar, yaxşı şeir nümunələri aşkara çıxarılır, bəyənilən əsərlər çapa məsləhət görülürdü.
2. Azərbayjan Yazıçılar İttifaqı həm də daha çox ümid verən gənjləri (sonralar bu prinsip pozuldu, istedad ölçüsü aradan götürüldü) Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərirdi.
«Gənjlər günü» Mirzə İbrahimovun jiddi nəzarəti altında idi. Onun partiya və dövlət idarələri yanında nüfuzu böyük idi və buna görə də görkəmli şairlər və nasirlər bu günlərin müntəzəm, səliqəli keçməsi üçün əllərindən gələni edirdilər. Bu «Gənjlər gün»lərinin bir neçəsində iştirak etdiyim üçün onların mahiyyəti barədə müəyyən təsəvvürlərim var.
Yazıçıların rəhbərliyinin ritorikadan poeziyanı uzaqlaşdırmaq barədə fikirləri başa düşülən idi. Əsl məsələ yeni poeziyanın qarşısına qoyulan vəzifənin nədən ibarət olmasında idi. Şeirdən konkretlik tələb olunurdu. Nədən ibarət idi o konkretlik?
Mən ilk dəfə «Gənjlər günü»nə 1950-ji ilin payızında getmişəm. O tarixi bir gün idi Azərbayjan poeziyası üçün. Həmin «Gənjlər günü»ndən düz bir həftə əvvəl keçirilmiş gündə o zaman gənj şair Ağajavad Əlizadənin «Kartof» şeiri oxunmuş və çox təriflənmiş, bəyənilib çapa məsləhət görülmüşdür. Həmin şeirin bir misrası təxminən belə səslənirdi:
«Kartof nə kartof, düzülüb yan-yana kartof…»
Ən böyük sensasiya orasında idi ki, həmin məjlisdə iştirak edən professor Mikayıl Rəfili bu şeiri az qala Azərbayjan poeziyasında hadisə adlandırmışdı. Poeziyamızın yeni bir mərhələyə daxil olduğunu söyləmişdi.
Bu günkü məjlisdə demək olar ki, janlı klassiklərin hamısı iştirak edirdi. Məjlisi Mirzə İbrahimov aparırdı, şairləri təqdim eləyən isə Məmməd Rahim idi. Şeirlər oxunur, kəskin tənqidi qeydlər eşidilirdi. Yavaş-yavaş hiss etdim ki, məjlisdə deyəsən ikitirəlik var. Söz verildi Lənkərandan gəlmiş Məmmədhüseyn Əliyevə (o vaxt şeir yazırdı). O, «Düyü» adlı bir şeir oxudu. Məzmunu təxminən belə idi: Lənkəranda gözəl düyü yetişdirilir. Bu düyü qablanıb ölkənin müxtəlif yerlərinə göndərilir, oralarda hamı düyüdən gözəl xörəklər bişirir, bu düyünü yetişdirənləri yada salırlar. Və sairə və ilaxirə… Şeir çox tərifləndi, çıxış eləyənlərdən böyüklərə majal yox idi. Nəhayət ki, şeirin çapa layiq olduğu barədə təklif verildi. Səməd Vurğun əl qaldırıb söz aldı. O, ağır-ağır məjlisdəkilərə göz gəzdirdi. Elə bil başlamağa çətinlik çəkirdi. Nəhayət, başladı (yadımda qalanlar): «Yoldaşlar, qardaşlar, bu javan oğlanın şeirini çox təriflədiniz, bu, şeirin öz məziyyətlərindən yox, keçən həftə burada oxunulub bəyənilən «Kartof» şeirinə verilən qiymətdən irəli gəlir. Hələ eşitdim ki, hörmətli professor Mikayıl Rəfili də həmin şeir barədə çox yüksək fikirlər söyləyib, nətijə hökmən belə də olmalı idi. Görünür yoldaşlar poeziyanın mahiyyətini düzgün dərk edə bilməyiblər hələ. Növbəti yığınjaqlarda şirnikmiş javanlar burada «Soğan», «Sarımsaq», «Pomidor», «Kələm» adlı yazılar oxuyajaqlar, buna heç şübhəniz olmasın. Yoldaşlar, poeziya nə dirlikdir, nə də bostan. Yenə bu javan oğlan şalvarının balağını dizə qədər çırmalayıb qızmar günün altında suyun içində əlləşən zəhmətkeşin obrazını yaratmağa çalışsaydı, bir təhəri vardı, Səməd Vurğun o dövr üçün çox kəskin səslənən (hələ Stalin sağ idi) çıxışının tonunu elə bil bir qədər yumşaltmağa çalışırdı. Yoldaşlar, siz pambığa, neftə baxmayın, bunlar strateci əhəmiyyətli məhsullardır. Mənə qalırsa… Əşşi, demirəm» – deyə əlini yellədib oturdu. Əslində dedi sözlərini Səməd Vurğun bədii həqiqətin vasitəsi ilə. Mirzə İbrahimov, Məmməd Rahim və başqaları bir qədər pərt olmuşdular. Onlara elə gəlirdi ki, yeni poeziyanın «şah damarını» tapmışdılar artıq, Səməd Vurğun gəlib əllərindən çıxartdı. Məjlisin ahəngi pozulmuşdu elə bil. Sonra məhəbbət mövzusunda oxunan və kəskin tənqid edilən lirik bir şeiri də Səməd Vurğun tərifləyib «əcdahaların» ağzından qopardı.
Mirzə ona dedi:
- Səməd, madam bəyənirsən üzərində yenidən işləməkdə javana kömək etməyi də sənə tapşırırıq.
- Neynək – dedi Səməd Vurğun.
«Gənjlər günü»ndə sücetli, konkret məzmunlu şeirlər tələb olunduğundan «bijləşmiş» javanlar ritorik misraları baba ilə nəvə, ana ilə oğul, yaxud bajı ilə qardaş arasında bölüb adını qoyurdular «süetli şeir». Bəzən belə şeirlər də mətbuata yol tapa bilirdi. «Yeni şeir» adı altında bayağı yazılar da çap olunurdu. Bütün bunlara baxmayaraq, ağsaqqal yazıçıların gərgin əməyi sayəsində keçirilən «Gənjlər gün»ləri səmərəli bəhrə verirdi. Deyək elə Səməd Vurğunun gəlib məjlisdə sırf poeziyanın mahiyyətindən danışması gənjlər üçün böyük hadisə idi. Həmin məjlisdə yaranmış gərginlik nə qədər qəribə olsa da ömründə birinji dəfə belə nüfuzlu məjlisdə iştirak etmək hüququ qazanmış mənim hesabıma oldu. Mən özümlə Bakıya Nəriman Həsənzadənin iki şeirini, özümün də iki şeir, bir hekayəmi aparmış, Məmməd Rahimin yanında qeydiyyatdan keçirmişdim. M.Rahimin siyahısında növbədə mənim adım idi. Əvvəljə Nərimanın şeirlərini oxudum (Nərimanla Gənjə Pedaqoci İnstitutunda bir qrupda oxuyurduq), tənqid etdilər. Növbə özümə gəldi. Hekayəmin adını çəkdim.
Mirzə təkidlə dedi:
- Şeirdən başla.
Mən yenə hekayənin adını çəkib oxumağa başlamaq istədim.
Mirzə israrla dedi:
- Əvvəljə şeiri oxu.
Dedim:
- Şeiri oxuyası olmadım.
Niyə? – soruşdu – Mirzə.
- Ona görə ki, mən pay bölməyi gözü çıxan qardaşlardan öyrəndim artıq.
- Bir aydınlaşdır görək nəyi öyrənmisən.
Dedim:
- Mirzə müəllim, mənim sizə oxuyajağım şeirlər burada bayaqdan bəri oxunulub tənqid olunan şeirlərdən qat-qat zəifdir, ona görə deyirəm ki, mən pay bölməyi gözü çıxan qardaşlarımdan öyrənmişəm.
Mətləbin məğzi indi çatdı onlara. Məjlis uzun sürən gülüşə qərq oldu, elə bil onlara belə bir bəhanə lazım imiş. Gərginlik qalxdı aradan, mən də hekayəmi oxudum bir nəfəsə, çox bəyəndilər, Mirzə heç kəsə aman vermədən özü danışdı, çox tərif dedi… Amma hekayə çap olunmadı. Neynək, ilk çıxış üçün o da bəs idi…
İlk «Gənjlər günü»ndən javan nəsildən ikijə nəfər yadımda qalıb: Xəlil Rza (sonralar Ulutürk) və Qulu Xəlilov. Xəlil Rza şeir oxuyanda hər beytdən sonra gözlərini yazıdan ayırıb məjlisin üzərində hərləyirdi, görünür, reaksiyanı yoxlamaq istəyirdi. Qulu isə hər dəfə kəskin çıxışları ilə fərqlənirdi. Onların yaxın dost olmaları hiss edilirdi.
Mən başqa javanların adlarını yalnız Əli ilə bağlı mətləblərdə çəkəjəyəm, çünki imkan çox azdır və Əli haqqındakı fikirləri yığıb yığışdıra bilmərəm. Təbii ki, mən Əlini bu məjlisdə görə bilməzdim, Əli həmin ildə hələ Göyçayda idi. Lakin tale Əlinin də yolunu «Gənjlər günü»ndən salmalı imiş. Yaxşı ki, onun uşaqlıq və gənjlik dostu Əli Səmədov Əli Kərimin yaradıjılığında mühüm hesab etdiyim məqamları yadında yaxşı saxlayıb yazıya köçürübmüş.
Güman etmək olardı ki, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutundakı təhsil illəri Əli Kərim poeziyasının inkişafında müstəsna rol oynayıb. Lakin belə deyilmiş. Həqiqi şair sənətin sirlərini özünə məxsus tərzdə yenidən kəşf edə-edə yüksəlir. Təhsil bu sirlərin sənətkar üçün tez açılmasında mühüm rol oynayır. Əli Kərim Moskvaya gedənə qədər təkjə müasir poeziya bülağını dadmaqla kifayətlənməmiş, Füzuli çeşməsinin sehrli suyundan da içmişdi. O, eyni zamanda Füzulidən ilhamlanıb ömründə ilk və son dəfə qəzəl də yazmışdır. Əli Səmədov bu barədə yazır: «…İndi də sevinirəm ki, həmin qəzəlin üzünü köçürüb bugünlərə kimi saxlamışam. Qəzəlin başlanğıjındakı iki misranı Füzulidən götürmüş, qalan misraları isə eyni ölçü və ahənglə yazmışdı» («Ulduz», 8, 1988, s.63).
Bu şairin yaradıjılığında olduqja maraqlı hadisədir və Əli poeziyasının mayasında gizlənmiş sirləri dərk etməkdə vasitəyə çevrilə bilər, bunun üçün də həmin qəzəli bütöv verməyi vajib saydıq:
Səndən ayrı min dərdi-qəmü məlamətdir mənə,
Nə xoşam, nə naxoşam, bilməm nə halətdir mənə.
Min savab eyləyərək bir yol mənə xoş baxıbsan,
Əvəzin çıxmalıyam, bu nə xəjalətdi mənə.
Gözünü dikmə yerə, sən janın, ellər gözəli,
Birjə an görməməyim yüz illik həsrətdi mənə.
Hey keçirsən küçələrdən, niyə sinəm üstdən yox,
Torpaq içində yaxam, gör nə böyük dərddi mənə.
Gah baxırsan çox soyuq, gah da mehriban mənə, yar
Vallahi, baş açmıram nejə məhəbbətdi mənə.
Yoxsa ki, duymamısan aşiqini, məşuqəm,
Hər dönüb baxmağın bir müsibətdi mənə.
Əliyəm, ağlamaram, sevdiyin varsa, aç, de,
Bir salam ver hər görəndə, bu səadətdi mənə!
Əli Kərimin gənjliyindəki poetik axtarışları, bütün mənbələrdən bəhrələnməyə meyli olduqja səmərəli nətijə verimişdir. Əli Kərim yaradıjılığı Azərbayjan və dünya poeziyasının ən yaxşı nümunələri əsasında formalaşsa da, şairin güjlü fərdi istedadı sayəsində onun öz adı ilə bağlı yaradıjılıq yolu müəyyənləşdirilmişdir.
Əli Kərim Moskvaya gedərkən artıq formalaşmış şair idi.
Füzulidən xeyir-dua alan Əlinin yolu həm də həmin «Gənjlər günü»ndən də keçmişdi. Görünür, Teatr İnstitutunda oxuyarkən Əli şeir oxumaq üçün Yazıçılar İttifaqına gəlmiş, Məmməd Rahimin yanında qeydiyyatdan keçdikdən sonra məjlisdə şeirini oxumuşdur. Moskvaya getməzdən əvvəl təkjə «İki sevgi» şeiri Əli Kərimin yaradıjılıq mənini təsdiq etmək üçün kifayətləndiriji nümunə ola bilərdi. Çox yaxşı ki, Əli Səmədov həmin şeirin ilk variantını mühafizə edib saxlayıb. Bu həmin «Gənjlər günləri»ndə şeir üzərində nejə əməliyyatlar aparılması barədə də müəyyən təsəvvür hasil etməyə imkan yaradır. «İki sevgi»nin ilk variantı:
«Gözəl qız, sən saf susan.
İki qəlb arzususan
Mən sevirəm səni susuzluqdan od vurub,
Köz kimi yandırdığı dodaq su sevən kimi.
Gözəl qız, sən işıqsan,
Dünyaya yaraşıqsan.
Mən səni sevirəm iynənin uju boyda
İşığa həsrət qalan kor işıq sevən kimi.
O isə səni sevir bir şən mağarda, toyda
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Gözəl qız sən günəşsən,
Yanar duyğusan, ərşsən.
Mənsə səni sevirəm dolanaraq başına
Məğribdən Məşriqədək uzanan jahan kimi.
O sevir məndən də tez dəyərək baxışına
Baş yelləyib tərpənən bir günəbaxan kimi.
Salmadın mənə meyli,
Salmısan ona meyli
Uğurlar olsun sizə, alqış bu məhəbbətə,
Peyğəmbərlik etmirəm
Nöqtə, nöqtə və nöqtə!»
Əli Səmədovun dediyindən belə məlum olur ki, ilk oxunuşda hamı bu şeiri böyük rəğbətlə qarşılamışdır. Bununla belə, məjlisi aparan Məmməd Rahim müəyyən qeyd və şərtlər qoymuşdur… Tərif öz yerində, anjaq nöqsanı da görmək və demək lazımdır. Gənj müəllifin şeiri yaxşıdır, mənim də xoşuma gəldi. Anjaq şair öz intim hisslərini birinji plana çəkib. Şeirin ijtimai qayəsi yoxdur. İmkan verək müəllif şeirin üzərində jiddi işləsin, ijtimai motivləri güjləndirsin, sonra mənə təqdim edər, çap etdirərik.
Günah M.Rahimdə deyil, o dövrdə poeziyaya, ümumiyyətlə ədəbiyyata baxışda, münasibətdədir. Şeirdə qadınlığa iki münasibət, köhnə və yeni münasibət əyani və qabarıq verilmişdir. Məgər bundan da güjlü motiv axtarmağa lüzum vardımı? Görünür, varmış, şeiri «yerdən qaldırmaq» üçün bir neçə konyunktur misraya ehtiyaj hiss olunurmuş. Əli də mahiyyət xatirinə, şeirdəki əsas mətləbin xatirinə güzəştə getməli olub və şeirə bu sözləri əlavə edib:
«Danış, ujalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki, səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi
Səs kimi,
Qüdrət kimi!»
Əli bu güzəştlə kifayətlənmir, qoyduğu motivi daha da güjləndirmək xatirinə şeirdə müəyyən dəyişikliklər edir. Əvvəlki variantda qızın o biri oğlana meyilli olduğunu göstərirsə, bu variantda qızı yollar ayrıjında qoyur, eyni zamanda o biri oğlanın «məhəbbətinin mahiyyətini» daha dərindən açır:
«O isə səni sevir
Gizli deyil ki, səndən
Bir otaq künjündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən
De görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə
Daha heç nə demirəm:
Nöqtə, nöqtə və nöqtə»
Və əlavə olaraq Əli Kərim mənfi qütbdə dayanan oğlanı günəbaxana oxşatmağı uğurlu saymadığından əvəzində şeirə bu misraları gətirir:
O isə səni sevir
Rahatja bardaş qurub
«Kabab üstən sərin su pis olmaz» deyən kimi.
Obraz konkretləşir, reallaşır, əyaniləşir.
Bu əsər Əlinin əla şeir yazmaq iqtidarını, həmçinin əsər üzərində inadla işləmək qabiliyyətini də nümayiş etdirir.
Beləliklə, Əli Moskvaya əsl şair kimi getmişdi. Lakin onun hələ zəngin təjrübəsi yoxdu, bədii əsərlərin anatomiyası haqqında təsəvvürləri o qədər də geniş deyildi. Əlinin Moskvaya oxumağa getməsi onun həyatında və ümumən yaradıjılığında, bəlkə də mühüm məqamlardan olmuşdur. Burada hər şeyi, bütün qayğıları kənara atıb sırf poeziya aləminə daxil olmaq, bu dünyadan nisbi də olsa «ayrılıb» poeziya ilə nəfəs alıb, tənəffüs etmək imkanı vardı. M.Qorki adına Ədəbiyyat İnstitutu başqa ali məktəblərdən tədrisin xüsusi qoyuluşuna görə fərqlənirdi. Burada tələbələrin fərdi məşğul olmaq imkanları geniş idi: Bir şərtlə ki, həmin tələbə istedad sahibi olmalı idi. Bu baxımdan institut Əlini, Əli də institutu tapmışdı: bu ideal bir qovuşma idi. Əli Kərim burada bədii sənətkarlığın sirlərinə bələd və onu başqalarına da mənimsətmək bajarığı olan görkəmli sənətkarlardan çox şey öyrənir. Onun «İki sevgi»nin məntiqi davamı olan gözəgəlim, ədəbi ijtimaiyyətin diqqətini jəlb edən bir silsilə şeirləri tələbəlik illərində yaranır.
Azərbayjan poeziyasını yeni inkişaf yollarına təbii ki, ilk növbədə gənjlər çıxara bilərdilər. Poetik yükün ağırlığını öz çiyinlərinə almağa hazır olan belə qüvvələr yetişməkdə idi və Əli Kərim də onların önjüllərindən biri idi. Vaxtilə ədəbiyyatşünaslıq sahəsində fəallıq göstərən Asif Əfəndiyev yeni poeziyanın yaranışı prosesində Əli Kərimin yerini və mövqeyini zərgər dəqiqliyi ilə göstərmişdir. O, «Əli Kərim poeziyamızda möhtəşəmlikdən adiliyə, pafosdan konkretliyə, patetikadan bədii dəqiqliyə keçidin ən parlaq nümayəndəsidir. Bu təmayülü o, hamıdan tez və hamıdan parlaq ifadə edə bilmişdir» - deyəndə, tam haqlıdır.
Xüsusilə müharibə illərində olduqja geniş miqyas almış çağırış, alqış, lənət şeirləri sülh və əminamanlıq dövründə «yorğun», «əldən düşmüş» və «köməksiz kimi» görünürdü. Elə bil bədii ifadə vasitələri, təşbehlər, epitetlər, metaforalar və s. sürtülüb əldən düşmüş, qojalmışdı. Belə məqamlarda həmişə görkəmli sənətkarlar meydana çıxır və poeziyadakı süstlüyü, təkrarçılığı, ifadə köhnəliyini, əjaib görünməyə başlayan bənzətmələri təriz obyektinə çevirirlər.
Yeni mərhələdə Azərbayjan poeziyası yeni, islahatçı bir şair gözləyirdi, bu şair Əli Kərimin şəxsində zühur elədi.
Lakin Əli Kərim əvvəlki poeziya nümunələrinə münasibətdə babalarının Nəsiminin, Xətainin, Sabirin yolunu tutmadı, əvvəlki şeirə tərizlər yazmadı. O, özündən əvvəlki poeziyanı inkar yolunu tutmadı. Əksinə, o bu poeziyanın görkəmli nümayəndələrinə dərin hörmət və ehtiram bəsləyirdi. O, Səməd Vurğuna, Mikayıl Müşfiqə, Rəsul Rzaya şeirlər ithaf etmiş, Əhməd Jəmilin poeziyasına aid xüsusi məqalə yazmışdı. Əli Kərimin ilk növbədə əvvəlki poeziyanın mövzularına yanaşma üsulu fərqli idi; o bir çox konyunktur mövzulara (partiya, pambıq, neft və s.) heç üz çevirmir.
Babaları kimi təriz yazmaqdan imtina edən Əli Kərim özünün köhnəliyə olan münasibətini yeni, gözəl şeirlər yazmaqla bildirdi. Əlinin şeirlərinin müqabilində elə bil əvvəlki poeziyanın əyər-əksikləri, qüsurlar daha aydın göründü.
Əlidən əvvəlki nəslin nümayəndələri 30-40-jı illərin Lenin, Stalin, neft, pambıq mövzularından hələ tam yaxa qurtara bilmədikləri, daha əvvəlki şairlərin təsir haləsində fırlandıqları, «özlərini axtardıqları» vaxtda Əli artıq özünün aydın yolu ilə inamlı addımlarını atmaqda, özünün «səssiz inqilabı»nı etməkdə idi. Əlidən əvvəlki nəslin nümayəndələri hələ əvvəlki poeziyanın haləsindən sənətkarlıq baxımından da çıxa bilməmişdilər, onların məhz sənət baxımından özlərini tapması xeyli ağrılı keçmişdir, böyük şairlərin təsirindən xilas olma o qədər də asan olmamışdır.
Əli Kərim özünütəsdiq üçün uzun, üzüjü yol keçməmişdir. Ədəbi ijtimaiyyət elə ilk şeirlərindən ədəbiyyatımıza təravətli, oricinal bir sənətkarın gəldiyini duymuş və bu tarixi gəlişi təsbit etmişdir. Əli poeziyası 50-60-jı illər tədqiqatçılarının diqqət mərkəzində dururdu. Pərdəarxası ədəbi söhbət və qeybətlərdə Əli yaradıjılığı daha yüksək qiymətləndirilirdi. Mətbuatda ürək edilib deyilməyən təriflər bu söhbətlərdə sərbəst, açıq, aydın deyilirdi.
Əli Azərbayjan poeziyasına təzə-tər hava gətirmişdi.
Əli ümumbəşəri hesab etdiyi mövzulara başqa açar salırdı. Sadə insan, «adi» insan və onun mürəkkəb, qeyri-adi iç dünyası, onun bəzən sadəlövhlük təsiri bağışlayan saf dünyasının, təmiz duyğularının təsvir və tərənnümü Əli Kərim üçün məhəbbət kimi ümumbəşəri mövzular qədər əziz və jazibədar idi. Sadə peşə adamı poçtalyonun poeziyamıza gəlişi şəksiz Süleyman Rüstəmin adı ilə bağlıdır. Ədəbiyyatşünas professor T.Hajıyev yazır: «…S.Rüstəmin ürəklərə yol tapmış, az qala xalq yaradıjılığı nümunəsi kimi kütləviləşmiş «Ana və poçtalyon» şeirindən sonra sanki poçtalyon motivinə qayıtmaq artıq imiş. Daha kim jəsarət edib üzərinə belə bir məsuliyyət götürə bilərdi. Nə qədər paradoksal görünsə də, birdən hələ qələmi sümükləşməmiş javan Əli Kərim belə bir riskə girişdi. Girişdi və nə alındı – təzə geyimli, ayrı boy-buxunda, başqa biçimdə, anjaq hamının sevdiyi, hamının məhəbbətlə qarşıladığı səmimi ədəbi portret – yeni gözəl poçtalyon».
Yaşlı nəslin yaxşı yadındadır ki, İkinji Dünya müharibəsi illərində S.Rustəmin «Gün o gün olsun ki…», «Ana və poçtalyon» şeirləri daha tez-tez səsləndirilirdi, daha çox alqış qazanırdı. Hər iki şeir ekstremal situasiyada yazılmış, insanların daha çox kövrək hiss və duyğuları əsasında köklənmişdi. Şeirlərin müvəffəqiyyətində, məhz həmin ekstremal situasiya, həsrət, övlada qovuşmaq niskili və s. şairin müttəfiqinə çevrilirdi. Zaman keçdikjə «Ana və poçtalyon» daha çox mənzum hekayə təsiri bağışlayır. Bu şeirdə demək olar ki, poetik kəşf xarakterli bənzətmələr də yoxdur və Süleyman Rüstəm də bu əsərə bir şedevr kimi baxmamış və heç də böyük iddiada olmamışdır. Müharibədən sonra heç kəs həmin mövzuya həmin açarla girişə də bilməzdi. Çünki əvvəlki zəmin – müharibə və onun əhval-ruhiyyəsi arxada qalmışdı. Əlinin poçtalyonu situasiyadan asılı adam deyildir. O, düşünəndir, dərk edəndir, əmin-amanlıq dövründə öz sənətinin mahiyyətinə nüfuz etməyi bajarandır.
Yenə poçtalyonu Göyçayımızın
Çinarlı yollarla gəlib şən keçir.
Düşünür: «Gör neçə oğlanın, qızın
Eşqi, məhəbbəti əlimdən keçir».
Yaşı əllisə də, demə, qojadır,
Pionerlərə də o, salam verir.
Görkəmdən vüqarlı, boydan ujadır,
Qabarmış köksünə yaxşı baxın bir.
Poçtalyonun hərəkətverijisi özünün xalqa, insanlara lazımlığıdır. Onu qürurlu edən də köksünü qabardan da budur. Əli bir bənddə ümumi ahəngi pozmadan onun yaşını da vermiş, portretini də çəkmişdir. Əli öz qəhrəmanının şəxsiyyətini də, keçdiyi yolları da onun «ömür dastanının misraları» adlandıraraq poetikləşdirmişdir. Onun «dövləti, varı» da «gəlin təbəssümü», «ana sağ olu»dur. Əli portreti tamamlamaq üçün qəribə bənzətmələr, poeziyamız üçün təptəzə təşbehlər tapır:
Bəlkə hər qapını min dəfə açmış
Mahud penjəyinin yaxası kimi.
Burada əlavə etməyə ehtiyaj da yoxdur ki, «hər qapı ona doğmadır», çünki mahud penjəyin yaxası arxasında poçtalyonun ürəyi durur. O, evlərin qapısını öz ürəyinin qapısı kimi açır. «Bir üstü möhürlü zərfin içində» məhəbbət gətirib, sevinj paylayan, yükü «el salamı, el məhəbbəti» olan poçtalyona çantadakı yükü əsl həzz mənbəyidir. Burada Əli çox qədim ifadə vasitəsi olan təzadın təptəzə nümunəsi ilə «Bir yüngüllük duyur ağırlığından» misrasında sadə adamın fərəhini əyaniləşdirir. Əli Kərim təsvir və tərənnüm etdiyi predmetlərin həm zahiri xassələrini ətraflı öyrənir, həm də mahiyyətinə nüfuz etməyi, predmetlər və hadisələr arasındakı qarşılıqlı əlaqələri tapmağı bajarır, müəyyən obyekt haqqında həm həyəjanla, həm də ətraflı danışa bilir, onun nəfəsi güjlü olur, səsi də lazımi qədər uzanır. Haqqında danışdığımız şeirində də müəllif poçtalyonla meşin çantanın daxilindəki münasibəti açır, bu adi meşin çantanı sehrli bir xəzinəyə çevirir. Sən demə, heç kəsin fikir vermədiyi çantanın içi hər jür jəvahiratdan daha qiymətli el salamı, el məhəbbəti və sevinjlə doludur. Çanta janlıdır. Oradan qulağa neçə-neçə səslər gəlir.
- Məktub gejikməsin, - dediyi zaman
Ona çox həyəjan, çox həvəs gəlir.
Daim qulağına meşin çantadan
Neçə salam gəlir, neçə səs gəlir…
…Çantası səsləyir onu elə bil,
O da çantasını dinləyib gedir.
«Poçtalyon» şeirinin misraları arasında öz işini məhəbbətlə sevən, az danışan, təvazökar, namuslu və sadə bir insan – az sözlə lakin müvəffəqiyyətlə yaradılmış bir obraz boylanır.
Sadə adamların həyatının mənasını, şeiriyyətini kəşf etmək Əli Kərimin ən yaxşı xüsusiyyətlərindəndir. Kiçik şeirdə fərdi və ümumi jizgiləri aydın çəkilmiş obraz yaratmaq çoxlarına nəsib olan bajarıq deyildir. Ə.Kərimi insanın xariji jizgiləri aludə etmir. O, zahiri əlamətlərinə, gözə tez çarpan xüsusiyyətlərinə görə insan haqqında hökm vermir, onun mənəvi aləminin daha dərin qatlarına enməyə çalışan şair haşiyəli buz bağlamış pənjərə şüşəsindən otağın içərisindəki işığı və hərarəti görür, duyur, əks etdirir. Almaz həm sərt, həm də kövrəkdir, lakin heç kəs bu qiymətli daşdakı müxtəlif xassələri qarşı-qarşıya qoymur.
O sərt idi. Səhərə dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını.
Birjə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün çox yandığını.
Gizli-gizli məni süzüb gülərdi bəzən,
Durub-durub güj gələrdi əyri qəlyana.
Övladına birjə dəfə «jan» söyləməkdən
Övlad üçün jan verməyi asandı ona.
Əli Kərimin bu şeiri «Atamın xatirəsi» adlanır. Məgər bu sifətlər çox, lap çox atalara da aid deyildirmi? Zahirən soyuq görünən od ürəkli insanın obrazını yaradarkən şair xarakterə tam uyğun gələn, onun simasını bütün parlaqlığı ilə açan bənzətmələr tapmışdır.
Sevgisi də soyuq idi – təzə əkini
Hər bəladan hifz eyləyən qalın qar kimi.
Moskvada oxuyurdum,
Tərk etdi məni.
Gələn zaman bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə. Gah deyib ki, mən
Qoy bilməyim.
Görəsən ata öz oğlunu niyə çağırtdırmayıb? «Onun dərsinə mane ola bilər, oğlu kədərlənər, ağlayar, sarsıntı keçirər» deyəmi? Bütün bunları səbəb kimi göstərmək olar. Lakin Əli daha mənalı keyfiyyət tapmışdır. Məlum olur ki, övladına zahirən soyuq görünən bu ata hər şeydən əvvəl oğlunu böyüdüb boya-başa çatdırmağa, sənət sahibi, müstəqil insan etməyə çalışmışdır. Bunu özünə ən müqəddəs borj bilmişdir. Atanın bütün arzusu, idealı və işi övladlarının xoşbəxtliyi ilə bağlıdır. Oğlunu özü oxutdurub başa çatdıra bilmədiyi üçün:
Gah istəyib məni görə, gah deyib ki, mən
Qoy bilməyim,
O, utanıb öz ölümündən.
Əli Kərim bədii axtarışlarında riskə getməməyə çalışırdı. Nə ana mövzusuna, nə də ata mövzusuna heç bir ədəbiyyat darğası irad tuta bilməzdi. Sırf ijtimai-siyasi mövzularda sözlərin «başına ip salmaq» imkanları çox idi.
Qoyulan məsələlərin aydınlığı, düzgün həlli, müasirlik hissi, obrazların əlvanlığı, ardıjıl bədii məntiq Əlinin başqa şeirlərinə də aiddir. Əli Kərimin şeirlərində sücet qurmaq, xarakter yaratmaq istedadı kəskin nəzərə çarpır. Əli Kərimin şeirlərində sücet əhvalat kimi, söhbət kimi deyil, müəyyən bir fikrin kənar mətləblərə atılmadan inkişafı kimi nəzərə çarpır. Beş ünsürü olmayan bu sücet gözə görünməz və zərifdir.
Əli Kərimin yaratdığı xarakterlər isə yalnız birtərəfli olmayıb müəyyən zidd jizgilərə malikdir.
Əlinin yaradıjılığında klassiklərə xas müəyyən jəhətlər bir sıra şeirlərinin lap üst qatlarında özünü göstərir: «Sirlər xəzinəsi» əsərində verilən bir hekayədə İsa peyğəmbərin çürüməkdə olan üfunətli it jəsədində mirvari kimi sıralanmış parlaq dişləri görüb seçə bilməsi böyük alman şairi Hötedə Nizami yaradıjılığına böyük heyranlıq və məftunluq hisslərini tüğyana gətirmişdir. Bu hər bir sənətkardan predmetlərin, hadisələrin xassələri haqqında daha çox biliyə, daha çox məlumata malik olmağı, xassələrdə ilk görünənləri deyil, daha dərinlərdə gizlənənləri görüb üzə çıxarmağı tələb edir.
«Dəniz» şeirində Əlinin poetik müşahidələri bu istiqamətdə gedir.
Üfüqlərə başını
qoyub uzanmış dəniz…
Onun böyük gəlbində
Kiçik bir duyğu kimi
Çırpınır dağ gövdəli,
Dağ siqlətli gəmimiz.
Mən,
baxıb göyərtədən
Görürəm ki,
Tullayır biri yemiş qıçası,
Biri kağız parçası,
O biri nə bilim, nə –
Dənizin saf qəlbinə.
Dəniz joşub daşmayır;
Suları çaxnaşmayır.
Sakit əzəmətiylə,
Güjüylə,
qüdrətiylə
Ona atılanları
Saflığına qərq edir.
Fikir verib görürəm:
Dəniz yenə təmizdir,
Dəniz yenə dənizdir!
Burada çox qəribə şəkildə dəniz insana oxşadılmış, ifadələrdə janlılara məxsus əlamətlər «başını qoyub uzanmış», «böyük qəlbi» özünə yer tapmışdır. Şeirin yekunu, onda qayənin açılması, aydınlaşması isə əslində dənizin insana yox, insanın dənizə oxşadıldığını göstərir.
Hər hansı bir stereotipin əleyhinə çıxıb yeni söz demək istəyən mütəfəkkirə hər tərəfdən çirkab yağdırırlar. Lakin bu mütəfəkkir dəniz kimi dərin, dəniz kimi saf və dəniz kimi saflaşdırıjıdır. Onda fövqəladə bir dözüm var, tərkibindən asılı olmayaraq ona toxunan hər şey saflaşıb təmizlənir. İstər-istəməz Füzulinin bir bənzətməsi yada düşür. Çimən gözəl qız başından su əndərəndə onun gümüş bədəninə toxunan zərrələr həmin andaja lələ, jəvahirata çevrilir.
Digər tərəfdən, əgər safdırsa, onun təmiz mənəviyyatına heç bir şər və böhtan təsir göstərə bilməz. Bütün föhşlərdən sonra
Dəniz yenə dənizdir.
Dəniz yenə təmizdir.
İnsanın dənizləşməsi, dənizin insanlaşması poetik qüdrət sayəsində mümkündür. Belə bədii «çevrilmə» Əli Kərimin məşhur «Kür, sənə bənzəyən nəğməm olaydı» şeirində də nəzərə çarpır. Şair istəyir ki, Kürün insanlara bəxş etdiyi maddi nemətlər müqabilində, o özü, onun şeirləri Vətən övladlarına mənəvi nemətlər bəxş edə.
Yazdığım nəğmə də istərəm ki, mən
Sədada, qüdrətdə tamam sən ola.
Həvəslə, zövq ilə həm dinlənilən,
Həm də ki, gözlərə görünən ola…
Sənintək, a Kürüm, mənim də nəğməm
Axa şəhərlərə, axa kəndlərə.
Mildə iş qurtarıb susanda aləm,
Xoş səda salaydı aynabəndlərə…
Bu çevrilmə arzusu Əlinin «Bir gejəlik Kür olmuşam» şeirində reallaşıb gerçəkləşir.
Qujaqlaşıb Kürüm ilə,
Öpdüm onu neçə kərə.
Gör biz nejə qovuşduq ki,
Axır mən də döndüm Kurə…
Oldum işıq, zəmi, dəniz,
Yuxulamadım səhərəjən.
Gejələdim bir gejədə
Min-min evdə, mahalda mən.
Professor Tofiq Hajıyev yazır: «Ə.Kərimdə çox ifadələr, misralar, fikirlər var ki, onlar Füzuli sənətinin kökündən jüjərmiş pöhrələrdir. O, Füzulinin «elmsiz şeir əsassız divar olur» düsturunu özü üçün sənət devizi götürür…» Təbiidir ki, burada söhbət sırf etmdən getmir, injəsənət və elm başqa-başqa kateqoriyalardır. Burada əsas məsələ şairin mövzu mərkəzinə aldığı predmet və hadisələrin xassələri haqqında nə dərəjədə biliyə və təsəvvürə malik olmasındandır. Bu predmet və hadisələrin xassələri haqqında şairin bilik və təsəvvürü nə qədər çox, nə qədər dərin və nə qədər geniş olarsa o, adi insanların duya və görə bilmədikləri əlamətləri bənzətmə və məjazlara çevirir.
Füzuli dövründə Kür zəmiyə, dənizə çevrilə bilər, güzgü də ola bilər, qüdrətli güjü ilə dağıdıjı qüvvəyə də çevrilərdi, lakin o, işığa çevrilib «səhərəjən yuxulamayaraq, bir gejədə min-min evdə, mahalda» gejələyə bilməz. Çayın, suyun elektrik işığına çevrilmə xassəsi son əsrin kəşfidir və beləjə Əlinin təsvir predmetinin xassələri barədə bildiyi çox və bunları şeirə çevirmə qüdrəti böyükdür.
Sinəm üstə ulduzlar, ay,
Könlümdə xalq məhəbbəti,
Eldən-elə axıb getdim, -
Dalğamda dağ əzəməti.
Birjə kəs də bilmədi ki,
Kür bu gejə o Kür deyil,
O janlıdır, görür, duyur,
Şeir yazır, şeir deyir.
Əli Kərim hər hansı mövzu olursa-olsun, ona təzə nəzərlə baxmağı bajarırdı. Azərbayjan poeziyasında heç də məqbul sayıla bilməyən bir xüsusiyyət nəzərə çarpmaqdadır, bu daha doğrusu, orta jüssəli şairlərə xasdır. Bu, onların yeri gəldi-gəlmədi xalq yaradıjılığında ümumiləşdirilib müəyyən həddə çatdırılmış folklor qəhrəmanlarına, yaxud əfsanələşmiş tarixi qəhrəmanlara yeri gəldi-gəlmədi mürajiət etmələridir («Babək kimi», «Nəbi kimi», «Həjər kimi», «Koroğlu kimi» işlədilən ifadələr, ölçü-biçidən çox kənara çıxdığı üçün bu obrazlar öz rənglərini, təravətlərini itirib solğunlaşır, güj və qüdrətini itirirlər). Əli Kərim həmin obrazlarda özü yeni, gözəgəlim, oricinal bir əlamət kəşf etməsə onlara üz tutmazdı. Tarixi qəhrəmanlıq mövzusunda yazılmış «Babəkin qolları» da həmin qəbildəndir. Əsər 1969-ju ilin iyununda yazılıb, deməli ölümünə bir neçə gün qalmış. Yəqin ki, Əli ölümün zəhərli nəfəsini lap yaxında duya-duya bir poemalıq məzmunu on altı misralıq şeirə sığışdırmışdır və bunun üçün olduqja qəribə və mənalı, tutumlu, təbii forma da tapmışdır. O, bu gözəl mövzunu ağı üstə kökləmişdir
Qolu sındırılmış Babək,
Yurdu yandırılmış Babək,
Qan rəngli bir arabada,
Şərq boyda bir xarabada,
Söyə-söyə,
Döyə-döyə,
Hamıya görk olsun deyə
Kənd-kənd gəzdirilən Babək,
Ölübən dirilən Babək;
Qollarını görməyəndə
Azja rahat olan Babək;
Bir qırmızı yuxu içrə,
Uzaqlara dalan Babək.
Deyən Babək: - Aman, dostlar,
Hüjum çəkin qoşun-qoşun,
Orda mənsiz qılınj çalan
Qollarımla bir vuruşun!
Bu, adi ağı yox, bir şəxsin öz əzizinin nəşi üstündə dediyi ağı yox, bir xalqın özünün həlak olmuş qəhrəmanının nəşi üstündə çəkdiyi ağıdır, bir nəfəsə deyilən ağıdır – bir jümlədə on iki misra yerləşdirilən ağıdır. Şair yalnız sonunju fikri kəskinləşdirmək, daha çox nəzərə çarpdırmaq xatirinə, əvvəlinji on iki misranı nöqtələyib, yeni misrada qəhrəmanın adını «deyən Babək» şəklində önə keçirmişdir.
Vaxtilə Əli Babək haqqında poema yazmaq arzusunda olduğunu bildirmişdi. Lakin o bu arzusunu həyatının qısalığına görə yerinə yetirə bilmədi. Əli həqiqətən də şəxsiyyətinin ululuğunu ən qəddar düşmənləri belə etiraf etmək məjburiyyətində olan böyük qəhrəman Babək haqqında iri həjmli təkrarsız bir əsər yaza bilərdi. Lakin ölümün verdiyi vaxt ərzində bunu həyata keçirmək mümkün deyildi. Babəkin kəsilmiş qollarının da düşmənlə vuruşa bilməsi kəşfi bu şeiri Babək haqqında yazılmış ritorik əsərlərdən kəskin fərqləndirmişdir.
Dostları ilə paylaş: |