4.6.8. Tutum su ilə doldurularkən oradan hava tamamilə çıxarılmalıdır.
4.6.9. Əgər texniki şərtlərdə kövrək dağılmanın qarşısını almaq şərti üzrə yol verilə bilən temperaturun konkret dərəcəsi göstərilməyibsə, tutumların hidravlik sınağı üçün temperaturu 5 oC-dən aşağı və 40 oC-dən yuxarı olmayan su tətbiq olunmalıdır.
Sınaq zamanı tutumun divarının və onu əhatə edən havanın temperaturlar fərqi tutumun səthində kondensasiya damcıları əmələ gətirməməlidir.
Tutumun layihəçisinin razılığı ilə suyun yerinə başqa mayedən istifadə oluna bilər.
4.6.10. Sınaqdan keçirilən tutumda təzyiqi tədricən artırmaq lazımdır. Təzyiqin artma sürəti aşağıdakı hallar üçün göstərilməlidir: istehsalçı-müəssisədə tutumun sınağı üçün- texniki sənədlərdə, iş prosesində tutumun sınaqdan keçirilməsi üçün- istismar üzrə təlimatda.
Təzyiqin qaldırılması üçün sıxılmış havadan və ya digər qazdan istifadə olunmasına icazə
verilmir.
4.6.11. Sınaq zamanı təzyiqə iki manometrlə nəzarət olunmalıdır. Hər iki manometr eyni
tipli seçilməli, eyni ölçü həddinə, dəqiqlik sinfinə, bölgü qiymətinə malik olmalıdır.
4.6.12. Tutumun yoxlama təzyiq altında saxlama müddəti layihəçi tərəfindən müəyyən
olunur.
Layihədə göstərilmədiyi halda saxlama müddəti cədvəl 9-da verilən qiymətlərdən az
olmamalıdır.
|
Cədvəl 9
|
|
|
|
|
Tutumun divarının qalınlığı,mm
|
Saxlama müddəti, dəq
|
|
|
|
|
50-yə qədər
|
10
|
|
|
|
|
50-dən yuxarı 100-ə qədər
|
20
|
|
|
|
|
100-dən yuxarı
|
30
|
|
|
|
|
Divarının qalınlığından asılı olmayaraq tökmə, qeyri-metal və
|
60
|
|
çoxlaylı tutumlar
|
|
|
|
|
|
|
4.6.13. Yoxlama təzyiqi altında saxladıqdan sonra təzyiq hesablama qiymətinə qədər endirilir, bu zaman tutumun xarici səthinə, onun bütün sökülüb- yığıla bilən və qaynaq olunmuş birləşmələrinə baxış keçirilir.
Sınaq zamanı tutumun gövdəsinin divarlarını, qaynaq olunmuş və ya sökülüb- yığıla bilən birləşmələrini döyəcləməyə yol verilmir.
4.6.14. Əgər aşağıdakı əlamətlər aşkar olunmayıbsa, o zaman tutum hidravlik sınağa davam gətirmiş hesab edilir:
sızma, çatlar, damla, qaynaq birləşmələrində və əsas metalda tərləmə;
- yığılıb-sökülə bilən birləşmələrdə sızmalar;
- gözə görünən qalıq deformasiyalar, manometr üzrə təzyiqin düşməsi.
4.6.15. Sınaq zamanı aşkar olunan qüsurlar aradan qaldırıldıqdan sonra tutum və onun
elementləri Qaydalarda müəyyən olunmuş yoxlama təzyiqlə təkrar hidravlik sınaqdan
keçirilirlər.
4.6.16. İstehsalçı-müəssisədə keçirilən hidravlik sınaq müvafiq çəpəri (hasarı) olan və təhlükəsizlik tələblərinə cavab verən, NS-ə uyğun hidravlik sınaqların keçirilməsi təlimatlarını təmin edən xüsusi sınaq stendində yerinə yetirilməlidir.
4.6.17. Akustik emissiya və ya müəyyən olunmuş qaydada razılaşdırılmış başqa üsulla bu sınağa nəzarət etmək şərti ilə hidravlik sınağı pnevmatik sınaqla əvəz etməyə yol verilir.
Pnevmatik sınaqlar müəyyən olunmuş qaydada, təsdiq edilmiş lazımi təhlükəsizlik tədbirlərini nəzərdə tutan təlimatlar üzrə keçirilməlidir.
Pnevmatik sınaqlar sıxılmış hava və ya təsirsiz qazla keçirilir.
4.6.18. Yoxlama təzyiqinin qiyməti və sınağın nəticələri sınaq aparan şəxs tərəfindən tutumun pasportunda qeyd olunur.
Dostları ilə paylaş: |