Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi



Yüklə 0,57 Mb.
səhifə23/76
tarix03.06.2022
ölçüsü0,57 Mb.
#60507
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   76
daq-meden-

4.5.46. Yoxlama qaynaq birləşmələri bütün uzunluq boyunca ultrasəs defektoskopiyası və radiasiya yoxlama üsulu ilə yoxlanmalıdır.

Əgər yoxlama birləşmədə yol verilməyən qüsurlar aşkar edilirsə, o zaman bu birləşməyə aid, defektoskopiyaya uğradılmayan bütün istehsal qaynaq birləşmələri bütün uzunluğu boyunca dağıdıcı olmayan yoxlama üsulu ilə yoxlanmalıdır.



4.5.47. Mexaniki sınaqlar, yoxlanılan uc-uca qaynaq birləşmələrinin mexaniki xassələrini “Qaydalar”ın və texniki şərtlərin tələblərinə uyğunluğunu yoxlamaq məqsədi ilə aparılmalıdır.

Mütləq (hökmən) aparılmalı olan mexaniki sınaq növləri:




  • statik dartılma – bütün qrup tutumlar üçün (bax cədvəl 5);

  • statik əyilmə və ya əzilmə (yastılanma)- bütün qrup tutumlar üçün;



  • zərbədən əyilmə - 5 MPa (50 kqq/sm2)-dan yuxarı təzyiqdə və ya 450oC-dən yüksək temperaturda işləmək üçün təyin olunmuş və qaynaq zamanı közərməyə meylli poladlardan hazırlanmış tutumlar üçün (əlavə 4);

zərbədən əyilmə - -20 oC-dən aşağı temperaturda işləmək üçün təyin olunmuş 1, 2, 3-cü qrup tutumlar üçün.

Qaynaq birləşmələrinin zərbədən əyilməyə sınağı 3-cü bənd üzrə 20oC tempera- turda, divarının qalınlığı 12 mm və daha çox olan tutumlar və onların elementləri üçün,
4-cü bənd üzrə isə işçi temperaturda keçirilir.

Əgər Qaydaların tələblərinə uyğun qaynaq texnologiyasının istehsal attestasiyası keçirilmişdirsə, o zaman ixtisaslaşdırılmış müəssisələrlə razılığa görə yoxlama qaynaq birləşmələrini mexaniki sınaqlardan keçirməməyə icazə verilir.



4.5.48. Hər bir yoxlanılan uc-uca qaynaq birləşməsindən kəsilməlidir: statik dartılmaya sınamaq üçün iki nümunə;

statik əyilməyə və əzilməyə sınamaq üçün iki nümunə; zərbədən əyilməyə sınamaq üçün üç nümunə.



4.5.49. Tutumların şərti keçid diametri 100 mm-dən az və divarının qalınlığı 12 mm-dən az olan boru elementlərinin yoxlama uclarının statik əyilməyə sınağı əzilməyə sınağı ilə əvəz edilə

bilər.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin