4.5.22. Qaynaq birləşmələrinin ultrasəs defektoskopiyası və radioqrafiya üsulu ilə yoxlanılması NS-in tələblərinə uyğun yerinə yetirilməlidir.
4.5.23. Yoxlama üsulu (ultrasəs defektoskopiyası, radioqrafiya yoxlaması və ya hər iki üsulla) metalın fiziki xüsusiyyətlərini nəzərə alaraq, təhlükəli qüsurların daha tam və dəqiq aşkar edilməsini təmin edə bilməsi, eləcə də konkret qaynaq birləşməsi növü üçün verilən üsulun mənimsənilməsinə görə seçilir.
4.5.24. Tutumların və onun elementlərinin (diblər, obeçaykalar, ştuserlər, lyuklar, flanslar və s.), tutumun gövdəsi ilə lyuk və ştuser birləşmələri daxil olmaqla, uc-uca, bucaq, tavrşəkilli və başqa qaynaq birləşmələrinin ultrasəs defektoskopiyası və ya radioqrafiya üsulu ilə yoxlanılma həcmi cədvəl 6-da göstərilmiş qiymətlərə uyğun olmalıdır.
Göstərilən yoxlama həcmi hər bir qaynaq birləşməsinə aiddir. Qaynaq birləşmələrinin birləşdiyi (kəsişdiyi) yerlər mütləq ultrasəs defektoskopiyası və radioqrafiya üsulu ilə yoxlamadan keçirilməlidir.
Tutumun gövdəsinə daxili və xarici qurğuların qaynaq tikişlərinin ultrasəs defektoskopiyası və ya radioqrafiya yoxlamasını texniki sənədlərdə buna tələbin olduğu halda yerinə yetirilir.