4.5.1. İstehsalçı, quraşdırma və ya təmir müəssisəsi öz məhsulunun yoxlanılmasının elə üsulunu və həcmini tətbiq etməlidir ki, yolverilməz qüsurların aşkar edilməsini və istismar zamanı onun yüksək keyfiyyətini və etibarlılığını təmin etsin.
Qaynağın və qaynaq birləşmələrinin keyfiyyətinin yoxlanılmasına aşağıdakılar daxildir:
-personalın attestasiyasının keçirilməsi;
yığma-qaynaq, termiki və nəzarət avadanlığının, aparatın, cihazların və alətlərin yoxlanılması;
əsas materialların keyfiyyətinin yoxlanılması;
qaynaq materiallarının və defektoskopiya üçün materialların keyfiyyətinin yoxlanması;
Nəzarət (yoxlama) üsulları Qaydaların, məhsula və qaynağa aid NS-in tələblərinə uyğun olaraq layihə konstruktor müəssisəsi tərəfindən müəyyən olunur və tutumlara aid layihə sənədlərində göstərilir.
4.5.2. Qaynaq birləşmələrinin yoxlanılması üsullarını və həcmini müəyyən etmək üçün hesablama təzyiqindən, divarın temperaturundan və mühitin xarakterindən asılı olaraq cədvəl 5 üzrə tutumların qruplarını müəyyən etmək lazımdır.