4.4.8. Soyuq ştamplama və plastik deformasiya (flanjirovka) üsulu ilə austenit poladdan hazırlanan tutum dibləri termiki emaldan keçməlidirlər.
4.4.9. 850oC-dən aşağı olmayan temperaturda ştamplanan (yayılan) austenit xrom-nikel poladlarından hazırlanan diblər və detallar üçün termiki emal tələb olunmur.
Əgər korroziyadan çatlama əmələ gətirən mühitdə işləmək üçün təyin olunmayıbsa, daxili diametrinin divarının qalınlığına olan nisbəti 28-dən böyük olan, austenit poladdan isti deformasiya üsulu ilə hazırlanan dibləri termiki emala uğratmamaq olar.
4.4.10. Termiki emalın növü (kövrəkliyi azaltma, normallaşdırma və ya kövrəkliyi azaltmaqla möhkəmləndirmək, austenitləşdirmə və s.) və rejimləri (qızdırılma sürəti, saxlama temperaturu və vaxtı, soyudulma şərtləri və s.) NS əsasında qəbul edilir və texniki layihədə göstərilir.
4.4.11. Tutumları ayrı-ayrı hissələr üzrə, sonra da yerli qapayıcı tikişi termiki emal etməyə yol verilir. Yerli termiki emalda ixtissaslaşdırılmış müəssisə ilə razılaşdırılmış texnologiyaya uyğun olaraq səthlərin bərabər qızdırılması və soyudulması təmin olunmalıdır.
Korroziyadan zədələnməyə qarşı dayanıqlıq üzrə tələblər olduğu halda tutumun yerli termiki emalının tətbiq olunması ixtissaslaşdırılmış müəssisə ilə razılaşdırılmalıdır.
4.4.12. Sobada termiki emal prosesində tutumun (elementin) istənilən nöqtəsində qızdırılma temperaturu termiki emal rejimində nəzərdə tutulmuş maksimal və minimal temperatur hədlərini aşmamalıdır.
Sobada olan mühit termiki emal olunan tutuma (elementinə) zərərli təsir göstərməməlidir.
4.4.13. Tutumun və onun elementlərinin metalının xassələri termiki emalın bütün mərhələlərindən sonra Qaydaların, standartların və texniki şərtlərin tələblərinə uyğun olmalıdır.
4.4.14. Termiki emal elə yerinə yetirilməlidir ki, məmulatın metalının bərabər qaydada qızdırılması, onların istidən sərbəst genişlənməsi və plastik deformasiyaların olmaması təmin olunsun. Məmulatın termiki emalı zamanı qızdırılma, saxlanılma və soyudulma rejimiləri özüyazan cihazlarla qeyd olunmalıdır.
4.4.15. Qaydaların 4.4.4 bəndinin tələblərinə uyğun olaraq qalıq gərginliyi götürmək üçün termiki emal əvəzinə NS-də nəzərdə tutulmuş, müvafiq qaydada razılaşdırılmış başqa üsullar tətbiq edilə bilər.
Dostları ilə paylaş: |