4.4.1. Tutumların elementlərinin termiki emalı, metal xassələrinin və qaynaq birləşmələrinin göstəricilərinin NS-də metala və qaynağa aid qəbul edilmiş göstəricilərə uyğunluğunu təmin etmək üçün, eləcə də texnoloji əməliyyatlar (qaynaq, əymə, ştamplama və s.) yerinə yetirilərkən əmələ gələn qalıq gərginliyini aşağı salmaq üçün tətbiq edilir.
4.4.2. Termiki emal üzrə işlərin yerinə yetirilməsinə xüsusi hazırlığı olan, müvafiq sınaqlardan keçmiş və işləməyə vəsiqəsi olan termist-operatorlar buraxılır.
4.4.3. Hazırlandıqdan sonra (yayma, ştamplama, qaynaq və s.) divarlarında yolverilməyən qalıq gərginlik əmələ gələn, eləcə də möhkəmliyi termiki emalla əldə edilən tutumlar termiki emal olunmalıdırlar.
4.4.4. Qaynaq, ştamplama və ya yayma tətbiq edilməklə, karbonlu, eləcə də az aşqarlanmış manqanlı və manqan-silisiumlu poladlardan hazırlanan tutumlar və onların elementləri mütləq termiki emal olunmalıdır, əgər:
karbonlu poladlar üçün dibin silindrik və ya konus elementinin divarının qalınlığı, tutumun flansının və ya borucuğunun qaynaq birləşməsi olan yerdə qalınlığı 36 mm-dən çoxdursa və az aşqarlanmış manqanlı, manqanlı-silisiumlu poladlar üçün 30 mm-dən çoxdursa;
-yayma (ştamplama) üsulu ilə polad lövhələrdən hazırlanmış tutumun dibinin silindrik və ya konus elementlərinin ( borunun) divarının nominal qalınlığı aşağıdakı düstur üzrə hesablanmış qiymətdən artıq olur:
s = 0,009 (D + 1200)
burada D – daxili minimal diametr, mm. Verilən tələblər bortlu örtüklərə aid deyil;
onlar korroziyadan çatlar əmələ gətirən mühitdə istismar edilmək üçün təyin olunmuşlar;
tutumun dibi və digər elementləri 700oC-dən aşağı temperaturda ştamplanır (yayılır);
tutumun dibi və digər elementləri qalınlıqdan asılı olmayaraq soyuq ştamplama və ya soyuq yayma üsulu ilə hazırlanmışdır.
4.4.5. Xarici diametri 36 mm olan karbonlu və az aşqarlanmış poladdan hazırlanmış boruların əyilmiş hissələri əgər əyilmənin orta radiusunun borunun xarici nominal diametrinə nisbəti 3,5-dən kiçikdirsə və boru divarının nominal qalınlığının onun nominal diametrə nisbəti 0,05-dən artıqdırsa, termiki emaldan keçməlidir.
4.4.6. Xrom-molibden, xrom-molibden-vanadiumlu az aşqarlanmış poladdan, martensit sinfinə aid poladdan və iki laylı-əsas layı bu tipə və sinfə aid poladdan qaynaq tətbiq edilməklə hazırlanan tutumlar və onun elementləri diametrindən və divarının qalınlığından asılı olmayaraq termiki emal olunmalıdırlar.
4.4.7. Austenit sinfinə aid və əsas layı karbonlu və az aşqarlanmış manqan və manqan--silisium tipli poladdan və austenit sinfinə aid korroziyaya qarşı davamlı iki laylı poladdan hazırlanan tutumların və onun elementlərinin termiki emalı NS-də müəyyən olunur.