4.3.9. Qaynaq materiallarının markası, çeişidi, saxlanılması və istifadə şərtləri qaynaq işlərinə aid NS-lərin tələblərinə uyğun olmalıdır.
4.3.10. Qaynaq materialları yoxlanılmalıdır:
elektrodların hər partiyası:- qaynaq-texnologiya xassələri, aşqar elementlərin tərkibinin aşqarlanmış elektrodlarla (Э-09Х1М, Э-09Х1МФ tipli, austenit və başqa) yerinə yetirilmiş əridilmiş metalın stiloskopiya yolu ilə normalaşdırılmış tərkibə uyğunluğu;
hər toz məftil partiyasının qaynaq-texnologiya xassələri;
aşqarlanmış qaynaq məftilinin hər çarxının - stiloskopiya yolu ilə əsas aşqarlayıcı elementlərin olması.
4.3.11. Qaynaq olunacaq kənarların və səthlərin hazırlanması mexaniki emalla, ya da termiki kəsmə yolu ilə və ya sonrakı mexaniki emalla (kəsmə, frez, abraziv alətlə) yonma (oksigen, hava-qövs, plazma-qövs) ilə yerinə yetirilməlidir. Termiki kəsmədən (yonmadan) sonra mexaniki emalın dərinliyi konkret polad markasının kəsmənin (yonmanın) termiki dövrə həssaslığından asılı olaraq NS-də göstərilməlidir.
4.3.12. Qaynaq olunacaq detalların kənarları və onlara bitişik səthlər NS-in tələblərinə uyğun olaraq yanıq dəmir qırıntılarından, boyadan, yağdan və digər çirkdən təmizlənməlidir.
4.3.13. Köməkçi elementlərin qaynaq edilməsi və sökülməsi (yığma qurğular, müvəqqəti bərkidicilər və s.) cizgilərin və NS-in göstərişlərinə uyğun olaraq yerinə yetirilməlidir. Bu elementlərin qaynağını belə məmulatların qaynağını yerinə yetirməyə icazəsi olan qaynaqçılar yerinə yetirməlidirlər.
4.3.14. Tutqacları, tutumların qaynağına aid texniki sənədlərdə nəzərdə tutulmuş aşqar materiallar tətbiq olunmaqla, verilən məmulatların qaynağına buraxılan qaynaqçı yerinə yetirməlidir. Sonrakı qaynaq işləri aparılarkən tutqaclar çıxarılır və ya əsas tikişlə əridilir.
Əsas məmulatlar qaynaq edildikdən sonra müvəqqəti bərkidicilərin qaynağı və çıxarılması məhsulun metalında çatların və kəsiklərin əmələ gəlməsini istisna edən texnologiya üzrə yerinə yetirilməlidir.