4.2. Buraxila bilən həddlər
4.2.1. Lövhələrdən və döymə metaldan hazırlanmış diblərin bortlu elementləri, sferik diblərin obeçaykalarının xarici (daxili) diametrlərinin xətası nominal diametrin ±1%-indən artıq olmamalıdır.
İstənilən eninə kəsikdə nisbi ovallıq 1%-dən artıq olmamalıdır. Nisbi ovallığın qiyməti aşağıdakı düsturlar üzrə təyin edilir:
Ştuserin və lyukun olmadığı en kəsikdə:
(Dmax - Dmin)
= ------------------- х 100%;
Ştuserin və lyukun olduğu en kəsikdə:
= --------------------------- х 100%,
Dmax + Dmin
Burada: -Dmax, Dmin – uyğun olaraq tutumun ən böyük və ən kiçik xarici (daxili) diametrləri,
mm;
d – ştuserin və ya lyukun daxili diametri, mm.
Tutumlar üçün nisbi ovallığın qiymətini, obeçaykanın divarının qalınlığının daxili diametrə nisbəti 0,01 və daha az olduğu halda 1,5%-dək artırmağa yol verilir.
Xaricdən təzyiq altında işləyən tutumların elementləri üçün nisbi ovallıq 0,5%-dən çox olmamalıdır.
4.2.2. Qaynaq tikişlərində kənarların (f) kələ-kötürlüyü f = 0,1s + 3 mm-dən çox olmamalı, eyni zamanda tutumun elementləri üçün cədvəl 2-də verilmiş uyğun ölçülərdən böyük olmamalıdır (şəkil 1).
Cədvəl 2
Uc-uca qaynaq tikişlərində kənarların maksimal kələ-kötürlüyü, mm
Obeçaykaların
|
Kürəşəkilli çənlər və yarpaqlardan
|
Konusvari dib
|
|
|
ibarət dib
|
|
|
|
|
|
|
Diametrdən (D) asılı
|
D < 5000
|
|
D > 5000
|
D < 2000
|
D > 2000
|
|
olmayaraq*
|
|
|
|
|
|
|
|
|
5
|
6
|
|
8
|
5
|
7
|
|
|
|
|
|
|
|
|
____________________________________
*D – daxili diametr, mm.
4.2.3. Tutumun möhkəmliyini müəyyən edən, uc-uca birləşmələrdə orta səth üzrə ölçülən təbəqələrin kənarlarının yerdəyişməsi (b) (şəkil 2) b=0,1s-dən böyük, eyni zamanda 3 mm-dən böyük olmamalıdır.
Elektrikşlakla qaynaq üsulu ilə yerinə yetirilən qaynaq tikişləri istisna olmaqla, halqavari tikişlərdə kənarların yerdəyişməsi cədvəl 3-də verilmiş qiymətlərdən artıq olmamalıdır. Elektrikşlakla qaynaq üsulu ilə yerinə yetirilən halqavari qaynaq tikişlərində kənarların yerdəyişməsi 5 mm-dən çox olmamalıdır.
Cədvəl 3
Qaynaq olunan
|
|
Halqavari tikişlərdə uc-uca kənarların maksimal
|
|
|
yolverilə bilən yerdəyişməsi, mm
|
|
təbəqələrin qalınlığı
|
|
|
|
|
Korroziyaya uğrayan təbəqə
|
|
s,mm
|
|
Monometal tutumlarda
|
|
|
tərəfdən bimetallik tutumlarda
|
|
|
|
|
|
20 -yə qədər
|
|
0,1 s + 1
|
Üzlənən təbəqənin qalınlığının
|
|
20 -dən yuxarı 50 -yə
|
0,15s, lakin 5-dən böyük olmayan
|
50%-i
|
|
qədər
|
|
|
|
|
50 -dən yuxarı 100 -ə
|
|
0,04s + 3,5*
|
0,04s + 3, lakin üzlənən təbəqənin
|
|
qədər
|
|
|
qalınlığından çox olmayan
|
|
100 -dən yuxarı
|
0,025s + 5*, lakin 10-dan böyük
|
0,025s + 5, lakin 8-dən çox
|
|
|
|
olmayan
|
olmayan və üzlənmiş təbəqənin
|
|
|
|
|
qalınlığından çox olmayan
|
|
__________________________________________
|
|
|
|
*kənarlarının yerdəyişməsi 5 mm-dən çox olan qaynaq birləşmələri üçün uc-uca səthlərin 1:3 nisbətində maillik ilə qaynaq olunması şərti ilə.
4.2.4. Boruların uc-uca qaynaq birləşmələrində kənarların yerdəyişməsi cədvəl 4-də verilmiş qiymətlərdən çox olmamalıdır.
|
|
|
Cədvəl 4
|
|
|
|
|
|
|
Borunun divarının
|
Kənarların maksimal buraxıla bilən
|
|
|
qalınlığı s, mm
|
yerdəyişməsi, mm
|
3
|
-ə qədər
|
0,2s
|
3
|
-dən yuxarı 6 -ya qədər
|
0,1s + 0,3
|
6
|
-dan yuxarı 10 -a qədər
|
0,15s
|
10
|
-dan yuxarı 20 -yə qədər
|
0,05s + 1
|
20
|
-dən yuxarı
|
0,1 s, lakin 3-dən böyük olmayan
|
4.2.5. Bu bölmədə göstərilməyən yol verilə bilən həddlərin qiyməti NS-in tələblərinə uyğun olmalıdır.
4.3. Qaynaq
4.3.1. Tutumların hazırlanması, quraşdırılması, təmiri və yenidənqurulması zamanı tətbiq edilən qaynaq işləri tutmların hazırlanması üzrə NS-lərin tələblərinə, təsdiq olunmuş təlimatlara, texnologi sənədlərə əsasən yerinə yetirilməlidir.
4.3.2. Qaynaq işlərini yerinə yetirmək üçün NS-in tələblərinə cavab verən, saz vəziyyətdə olan qurğular, aparatlar, alət və cihazlar tətbiq edilməlidir.
4.3.3. Qaynaq işlərinin yerinə yetirilməsinə müvafiq qaydada attestasiyadan keçmiş, və müvafiq formalı vəsiqələri olan qaynaqçılar buraxılır.
Qaynaqçılar yalnız onların vəsiqəsində göstərilən növ qaynaq işlərini yerinə yetirə bilər.
4.3.4. Göstərilən təşkilatda (montaj və ya təmir sahəsi) ilk dəfə işə başlayan qaynaqçı sertifikatının olmasına baxmayaraq, işə buraxılmazdan əvvəl qaynaq işləri üzrə və nümunənin qaynaq birləşməsinin yoxlanılması yolu ilə sınaqdan keçməlidir.
Qaynaq birləşmələrinin konstruksiya nümunəsini, eləcə də qaynaq birləşmələrinin yoxlanılmasının həcmini qaynaq işlərinin rəhbəri təyin edir.
4.3.5. Tutumlarin və onun elementlərinin yığılması, qaynaq edilməsi və qaynaq birləşmələrinin keyfiyyətinə nəzarət işləri üzrə rəhbərlik sənaye təhlükəsizliyi sahəsində quvvədə olan Qaydalara uyğun işçilərin hazırlıgı olan və attestasiyadan keçmiş mütəxəssislərə həvalə edilməlidir.
4.3.6. Divarının qalınlığı 6 mm-dən çox olan, təzyiq altında işləyən elementlərin qaynaq birləşmələri qaynaq işini yerinə yetirən qaynaqçının soyadı yazılan markalanma (damğalanma) üzrə yerinə yetirilməlidir. Markalanma sistemi istehsalat-texnoloji sənədlərdə (İTS) göstərilir.
Divarının qalınlığı 6 mm-dən az olan qaynaq birləşmələrinin markalanmasının zəruriliyi və üsulu İTS tələblərinə əsasən müəyyən olunur. Markalanma üsulu pərçimləməyi, qızmanı və ya metalın həddindən artıq nazikləşməsini istisna etməli və məhsulun bütün istismar müddəti ərzində markalanmanın saxlanmasını təmin etməlidir.
Əgər verilən məhsulun bütün qaynaq birləşmələri bir qaynaqçı tərəfindən yerinə yetirilibsə, məhsulu markalamamaq olar. Bu halda qaynaqçının damğası firma lövhəciyinin yanında və ya məhsulun digər açıq hissəsinə vurulmalı, damğa vurulan yer yuyulmayan boya ilə çərçivəyə alınmalıdır. Damğanın yeri məhsulun pasportunda göstərilməlidir.
Əgər qaynaq birləşməsi bir neçə qaynaqçı tərəfindən yerinə yetirilibsə, məhsulun üzərinə qaynaq işində iştirak edən qaynaqçıların damğası vurulmalıdır.
4.3.7. Qaynaq işini yerinə yetirməzdən əvvəl birləşdirici elementlərin yığım keyfiyyəti, eləcə də uc-uca birləşdirilən kənarların və onlara bitişik səthlərin vəziyyəti yoxlanılmalıdır. Yığım yerinə yetirilərkən kənarların zərbə üsulu ilə və ya qızdırmaqla bir birinə keçirməyə icazə verilmir.
4.3.8. Tutumları qaynaq etmək üçün tətbiq edilən qaynaq materialları standartların və texniki şərtlərin tələblərinə uyğun olmalı, istehsalçı-müəssisənin sənədi ilə təsdiq edilməlidir.
Dostları ilə paylaş: |