4.3.17. Tutumların hazırlanması, montajı və təmiri zamanı qaynaq texnologiyasına, real məhsullar üzərində onun texnolojiliyi təsdiq olunduqdan, bütün kompleksin qaynaq tikişlərinin tələb olunan xassələri yoxlandıqdan və onların keyfiyyətinin səmərəli yoxlama metodları mənimsənildikdən sonra yol verilir.
Tətbiq olunan qaynaq texnologiyası Qaydalara uyğun attestasiyadan keçməlidir.
4.3.18. Qaynaq texnologiyasının attestasiyası tədqiqat və istehsal növlərinə bölünür.
Tədqiqat attestasiya növü yeni, lakin əvvəl attestasiyadan keçməmiç qaynaq texnologiyalarınin tətbiqinə hazırlanması zamanı ixtisaslaşmış təşkilat tərəfindən həyata keçirilir.
İstehsal attestasiya növü - tədqiqat attestasiyasının nəticələrinə görə verilmiş rəylər əsasında hər bir müəssisə tərəfindən keçirilir.
4.3.19. Qaynaq texnologiyasının tədqiqat attestasiyası layihələndirmə və texnoloji tövsiyyələrin (texnologiyanın tətbiq olunma sahəsi, qaynaq materialları, qızdırılma rejimləri, qaynaq və termiki emal, qaynaq birləşmələrinin qəbul-təhvil xarakteristikalarının zəmanətli göstəriciləri, yoxlama üsulları və s.) verilməsi zamanı lazımi hesablamaları yerinə yetirmək üçün lazım olan, qaynaq birləşmələrinin xarakteristikasını müəyyən etmək məqsədi ilə keçirilir.
Tədqiqat attestasiyası zamanı müəyyən olunan qaynaq birləşmələrinin xarakteristikalarını əsas metalın növündən, təyinatından və qaynaq birləşmələrinin növbəti istismar şəraitindən asılı olaraq seçilir:
normal (20o ± 10oC) və işçi temperaturda mexaniki xassələri, o cümlədən qırılmağa qarşı müvəqqəti müqaviməti, axıcılıq həddi, metal tikişin nisbi uzanması və nisbi sıxılması, metal tikişin zərbə özlülüyü və qaynağın termiki təsir zonaları, metal tikişin qırılmağa qarşı müvəqqəti müqaviməti və qaynaq birləşməsinin əyilmə bucağı;
uzunmüddətli möhkəmlik, plastiklik və yayılma;
dövri möhkəmlik;
metal tikişinin kritik kövrəklik temperaturu və qaynağın termiki təsir zonası;
işçi temperaturda termiki köhnəlmədən sonra qaynaq birləşmələrinin xassələrinin stabilliyi;
işçi mühitdə oksidləşmənin intensivliyi;
yolverilməz qüsurların olmaması;
kristallararası korroziyaya qarşı (austenit sinifli poladlardan ibarət qaynaq birləşmələri elementləri üçün) davamlılıq;
qaynaq birləşmələri üçün digər spesifik xarakteristikalar.
Müəssisə tərəfindən keçirilən tədqiqat attestasiyasının nəticələrinə görə onun təcrübi tətbiq olunması üçün lazımi tövsiyyələr verilməlidir. Təklif olunan texnologiyanın istehsalda tətbiq olunmasına icazə, ixtissaslaşdırılmış müəssisənin qərarı əsasında SİTGDMND Agentliyi tərəfindən verilir.
4.3.20. Verilmiş texnologiya əsasında konkret istehsal şəraitində yerinə yetirilmiş qaynaq birləşmələrinin Qaydaların və NS-in tələblərinə uyğunluğunu yoxlamaq məqsədi ilə texnologiya tətbiq edilməyə başlamazdan əvvəl hər müəssisə tərəfindən qaynaq texnologiyasının istehsal attestasiyası keçirilir.
İstehsal attestasiyası yerinə yetirildiyi müəssisədə eynitipli qaynaq birləşmələrinin hər qrupu üçün* keçirilməlidir.
__________________________________
Dostları ilə paylaş: |