Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi


Partlayış təhlükəli və ya yanğın



Yüklə 0,57 Mb.
səhifə18/76
tarix03.06.2022
ölçüsü0,57 Mb.
#60507
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   76
daq-meden-


Partlayış təhlükəli və ya yanğın



















təhlükəli və ya ГОСТ 12.1.007 üzrə



















I, II sinif təhlükəli




2

2,5

(25)

-ə qədər

-70 -dən aşağı,



















400 -dən yuxarı

1-ci qrup üçün göstərilən tutumlar







2,5

(25)

-dən yuxarı

-70 -dən aşağı,

istisna olunmaqla istənilən başqa







4(40) -a qədər

200 -dən yuxarı

tutumlar







4 (40) -dən yuxarı

-40 -dan aşağı,










5(50) -yə qədər

200 -dən yuxarı










5 (50) -dən yuxarı

Asılı olmayaraq










1,6

(16)

-ya qədər

70 -dən -20 -yə qədər



















200 -dən 400 -ə qədər







3

1,6

(16)

-dan yuxarı

-70 -dən 400 -ə qədər










2,5(25) -ə qədər













2,5

(25)

-dən yuxarı

-70 -dən 200 -ə qədər










4(40) -a qədər













4 (40) -dən yuxarı

-40 -dan 200 -ə qədər










5(50) -yə qədər










4

1,6

(16)

-ya qədər

-20 -dən 200 -ə qədər




























Cədvəl 5-də göstərildiyindən fərqli parametrlər (təzyiq və temperatur üzrə parametrlərin uyğunluğu) olduğu halda qrupu müəyyən etmək üçün maksimal parametrlərə istinad etmək lazımdır.

Divarın qalınlığı istilik texnikası hesablaması əsasında və ya ölçmələr nəticəsində müəyyən edilir, bu ölçülər olmadıqda isə tutumun divarı ilə təmasda olan mühitin temperaturuna bərabər qəbul edilir.


4.5.3. Yoxlamanın həcmi Qaydalarda nəzərdə tutulduğundan az olmamalıdır.
4.5.4. Tutumların hazırlanması prosesində aşağıdakılar yoxlanılmalıdır:

  • qaynaq olunan detalların metalının və qaynaq materiallarının NS-in tələblərinə uyğunluğu;



  • qaynaq olunacaq kənarların hazırlanma keyfiyyətinin və qaynaq üçün yığımın keyfiyyətinin fəaliyyətdə olan standartların və cizgilərin tələblərinə uyğunluğu;



  • NS-in tələblərinə uyğun işlənmiş qaynaq və termiki emal texnoloji prosesinə riayət olunması.


4.5.5. Metalların və qaynaq birləşmələrinin dağıtmadan yoxlanmasının əsas üsulları aşağıdakılardır:


  • vizual və ölçü;

  • radioqrafiya;



  • ultrasəs;



  • radioskopik (SİTGDMND Agentliyi ilə razılaşdırılmış təlimat üzrə tətbiq olunmasına yol verilir);



  • stilokopyalama;

  • bərkliyin ölçülməsi;

  • hidravlik sınaqlar;



  • pnevmatik sınaqlar.

Bundan əlavə NS-də nəzərdə tutulmuş həcmdə istehsalçı-müəssisənin TŞ-nə uyğun olaraq başqa üsullar da (akustik emissiya, maqnitoqrafiya, rəngli defektoskopiya, metal tikişdə ferrit fazanın miqdarının müəyyən olunması və s.) tətbiq edilə bilər.



4.5.6. Dağıdıcı yoxlama üsullarında mexaniki xassələrin sınağı, metalloqrafik tədqiqatlar və kristallararası korroziyaya qarşı dayanıqlığın sınağı keçirilməlidir.

4.5.7. Məmulatın, yığım vahidlərinin və qaynaq birləşmələrinin qəbul nəzarəti termiki emalla, deformasiya ilə və metalın pərçimlənməsi ilə əlaqədar bütün texnoloji əməliyyatlar başa çatdıqdan sonra yerinə yetirilməlidir.

Müxtəlif üsullarla yoxlamanın ardıcıllığı NS-in tələblərinə uyğun olmalıdır. Vizual və ölçü yoxlanması, eləcə də stiloskopiya digər yoxlama üsullarından əvvəl yerinə yetirilməlidir.



4.5.8. Qaynaq birləşmələrinin keyfiyyətinin yoxlanılması müəyyən qaydada razılaşdırılmış NS üzrə yerinə yetirilməlidir.

4.5.9. İstehsal prosesində müəssisənin personalı – icraçıları tərəfindən texnoloji proseslərə hazırlığın və qaynaq üçün detalların yığımının, qaynağın və qaynaq birləşmələrinin termiki emalının, qaynaq birləşmələrinin qüsurlarının aradan qaldırılmasının əməliyyat nəzarəti (yoxlanılması) həyata keçirilməlidir.

Əməliyyat yoxlanılması zamanı icraçılar tərəfindən qüvvədə olan Qaydaların, NS-in və cizgilərin tələblərinə riayət etməsi yoxlanılır. Hazırlıq, yığım, qaynaq və termiki emal, qüsurların aradan qaldırılması zamanı əməliyyat yoxlamasının həcmi NS-də göstərilməlidir.



4.5.10. Yoxlamanın hər bir növünə görə nəticələr (eləcə də əməliyyat yoxlanılması) hesabat sənədlərində (jurnallarda, formulyarlarda, protokollarda, marşrut pasportlarında və s.) qeyd olunmalıdır.

4.5.11. Yoxlama vasitələri metroloji yoxlamadan keçməlidir.
4.5.12. Defektoskopiya üçün hər material partiyası (penetrant, toz, suspenziyalar, radioqrafik plyonka, kimyəvi reaktivlər və s.) istifadə olunmamışdan əvvəl giriş yoxlamasından keçirilməlidir.

4.5.13. Qaydalarda nəzərdə tutulmuş dağıdıcı və dağıdıcı olmayan üsullarla yoxlamanın həcmi, kütləvi istehsal olduğu halda, eləcə də dəyişilməyən texnoloji prosesdə, müxtəlif iş növlərində qaynaqçıların ixtisaslaşmasında və 6 aydan az olmayan müddət ərzində yoxlama nəticələri ilə təsdiq edilmiş yüksək keyfiyyətin olduğu halda SİTGDMND Agentliyi ilə razılaşdırılmaqla azaldıla bilər.

4.5.14. Daxili təzyiq altında işləməyən qaynaq olunmuş detalların qaynaq birləşmələrinin yoxlanılması üsulları və həcmi məmulata və qaynağa dair NS-lə müəyyən olunmalıdır.

4.5.15. Məhsul o zaman yararlı sayılır ki, yoxlama zamanı onda bu Qaydalarla və məmulata və qaynağa aid NS-lə müəyyən olunmuş yolverilə bilən normalardan kənara çıxan daxili və xarici qüsurlar aşkar edilməsin.

4.5.16. Tutumların təzyiq altında işləyən qaynaq birləşmələrinin əsas elementlərinin yoxlanması haqqında məlumatlar tutumun pasportunda qeyd olunmalıdır.

4.5.17. Aşağıdakı qüsurları aşkar etmək məqsədi ilə tutumların bütün qaynaq birləşmələri və elementləri vizual və ölçü yoxlamasından keçməlidir:


  • bütün növlərdə və istiqamətlərdə çatlar;

  • qaynaq tikişinin xarici səthində boşluqlar (qovuqlar) və məsamələr;

  • kəsiklər;

  • ərintilər, yanıqlar, əridilməmiş kraterlər;



  • qaynaq olunan elementlərin kənarlarının qaydalarda göstərilmiş normalardan artıq yerini dəyişməsi və birgə kənara çıxması;



  • birləşdirilən elementlərin düzxətli olmaması;

  • tikişlərin formasının və ölçülərinin texniki sənədlərin tələblərinə uyğun olmaması.


4.5.18. Vizual baxışdan əvvəl qaynaq tikişinin səthi və əsas metalın ona bitişik sahələri tikişin hər iki tərəfindən ən azı 20 mm enində şlakdan və digər çirklərdən təmizlənməlidir. Elektroşlak qaynağı zamanı isə bu məsafə 100 mm məsafədən az olmamalıdır.

4.5.19. Qaynaq birləşmələri qaynaq tikişinin bütün uzunluğu boyu həm xaricdən, həm də daxildən nəzərdən keçirilməli və ölçülməlidir. Qaynaq tikişinə hər iki tərəfdən baxış keçirmək və ölçmək mümkün olmadıqda, onun yoxlanılması layihədə nəzərdə tutulduğu qaydada yerinə yetirilməlidir.

4.5.20. Ultrasəs defektoskopiyası və radioqrafiya üsulu ilə yoxlamalar qaynaq birləşmələrində daxili qüsurları (çatlar, qaynaq olunmayan aralıqlar, şlak əlavələri və s.) aşkar etmək üçün yerinə yetirilir.

4.5.21. Tutumların qaynaq birləşmələrinin fiziki üsullarla yoxlanılmasına xüsusi nəzəri hazırlıq keçmiş, praktiki cəhətdən öyrədilmiş və müvafiq qaydada attestasiyadan keçmiş mütəxəssislər buraxılırlar.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin