Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi


Qüsurların düzəldilməsi texnologiyası və yoxlanma qaydası Qaydaların və NS-in tələblərinə uyğun olaraq işlənmiş NS-lə müəyyən edilir. 4.8.3



Yüklə 0,57 Mb.
səhifə28/76
tarix03.06.2022
ölçüsü0,57 Mb.
#60507
növüQaydalar
1   ...   24   25   26   27   28   29   30   31   ...   76
daq-meden-

4.8.2. Qüsurların düzəldilməsi texnologiyası və yoxlanma qaydası Qaydaların və NS-in tələblərinə uyğun olaraq işlənmiş NS-lə müəyyən edilir.
4.8.3. Qüsurların qəbul edilmiş düzəldilmə texnologiyasından kənara çıxma tutumu işləyib hazırlayanla razılaşdırılmalıdır. Qüsurların aradan qaldırılmasını seçilmiş yerlərdə hamar keçidi təmin etməklə mexaniki üsulla yerinə yetirmək lazımdır. Yenidən qaynaq olunması lazım olan seçilmiş yerlərin maksimal ölçüləri və forması NS-lə müəyyən olunur.

Mexaniki üsulla seçilmiş hissənin səthinin sonrakı emalı ilə daxili qüsurların aradan qaldırılması üçün termiki kəsmə (yonma) üsullarının tətbiqinə icazə verilir.

Qüsurların tam aradan qaldırılması NS-in tələblərinə uyğun olaraq vizual və dağıdıcı olmayan nəzarət üsulu (kapilyar və ya maqnit tozu defektoskopiyası və ya kimyəvi aşındırma üsulu) ilə yoxlanmalıdır.

4.8.4. Seçilən hissənin maksimal dərinliyi olan yerdə detalın divarının minimal buraxılabilən qalınlığının saxlanması halında seçilmiş yerlərin qüsurlarının qaynaq olunmadan düzəldilməsinə icazə verilir.

4.8.5. Əgər düzəldilən sahənin yoxlanması zamanı qüsurlar aşkar edilərsə, eyni qaydada birinci düzəliş edildiyi kimi təkrar düzəliş etməyə icazə verilir.

Qaynaq birləşməsinin eyni yerində üç dəfədən çox olmamaqla qüsurların düzəldilməsinə icazə verilir.

Qaynaq birləşmələrinin tikiş və termiki təsir zonalarının metalının çıxarılması ilə qaynaq tikişi boyunca kəsilən hissələr təkrar düzəldilmiş hissə kimi hesab edilmir.

4.9. Sənədlər və markalanma

4.9.1. Hər bir tutum sifarişçiyə müəyyən olunmuş formada pasportla birgə icraçı ilə tədarük olunmalıdır.

Pasporta istismar üzrə təlimat əlavə olunur.

Tutumun pasportu azərbaycan dilində və sifarişçinin tələbinə görə başqa dildə tərtib olunmalıdır.

Pasporta EHM-da yerinə yetirilmiş hesabların çap olunmuş vərəqlərini əlavə etməyə icazə verilir.

Yenidən qurulmaq və ya təmir üçün təyin olunan tutumun elementləri (gövdələr, obeçaykalar, diblər, qapaqlar, boru şəbəkələr, gövdənin flansları, böyüdülmüş yığım vahidləri) istehsalçı tərəfindən tərkibində pasportun bölmələrindəki tələblərə uyğun həcmdə hazırlanma keyfiyyəti barəsində şəhadətnamə ilə birlikdə tədarük olunmalıdır.

4.9.2. Hər bir tutum üzərinə lövhə yapışdırılmalıdır. Xarici diametri 325 mm-dən kiçik olan tutumlarda lövhəciyin vurulmamasına icazə verilir. Bu halda bütün lazımi məlumatlar elektroqrafik üsulla tutumun gövdəsinə həkk olunmalıdır.

4.9.3. Lövhəciyə aşağıdakılar yazılmalıdır:


  • əmtəə nişanı və ya istehsalçının adı;

  • tutumun adı və ya işarəsi;

  • istehsalçının nömrələmə sistemi üzrə tutumun sıra nömrəsi;

  • hazırlanma ili;

    • işçi təzyiq, MPa;





    • tutumun kütləsi. kq;

Müxtəlif hesablama və yoxlama təzyiqləri, divarının temperaturları olan ayrı-ayrı müstəqil boşluqlu tutumlar üçün hər boşluğa aid bu parametrləri göstərmək lazımdır.




  1. Yüklə 0,57 Mb.

    Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin