Sahənin
uzunluğu, km
Qa
z k
əm
ərind
ə
tə
zyiq
p
, kqq/s
m
2
Va
xt
t
, d
əqiq
ə
Kran, m=0,4
Kran, m=0,6
74
Mаgistrаl qаz kəmərləri üzərində qurаşdırılmаsı
vаcib оlаn qаz qurğulаrı
Təsnifаtı və təyinаtındаn аsılı оlаrаq mаgistrаl qаz kəmərləri
üzərində хətti bаğlаyıcı qurğulаr, ölçü qоvşаqlаrı, kоmprеssоr
stаnsiyаlаrı, qаz-pаylаyıcı stаnsiyаlаr, yеrаltı qаz аnbаrlаrı, polad qaz
kəmərlərinin kоrrоziyаdаn mühafizə еdilməsi üçün kаtоd stаnsiyаlаrı,
drеnаj qurğulаrı və rаbitə sistеmi inşа еdilir. Mаgistrаl qаz
kəmərlərinin uzunluğu bоyu, kəmər üzərindəki qurğulаrın təsnifаtındаn
аsılı оlаrаq mühаfizə zоlаqlаrının gözlənilməsi mütləq vаcibdir.
Mаgistrаl qаz kəmərlərinin mühafizə zonası
“Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri
Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 21 iyun 1999-cu il, 103 saylı Qərarına əsasən
boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına
normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq
məqsədi ilə mühafizə zonası təyin edilir:
–
boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti
xətlərlə
50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.
Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru
kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə
25 metrdən keçən torpaq sahəsi mühafizə zonası
üçün
ayrılmalıdır;
–
çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin
orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq
sahəsi mühafizə zonası üçün ayrılmalıdır;
–
kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı
qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta
oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi
mühafizə zonası
üçün ayrılmalıdır;
–
boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun
dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar
xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır;
–
kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft
və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza
vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində
75
göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m
olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində
olmalıdır;
–
baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının,
çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz
məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə
körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft
məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən
obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə
hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.
Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri,
torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən
alınmır, Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd
təsərrüfatı və s. işlər üçün istifadə edilir. Boru kəmərlərinin mühafizə
zonalarında, kənd təsərrüfatı tarla işlərinin suvarma və yığım işlərinin
başlanması haqqında, torpaq istifadəçiləri mülkiyyətçilər və icarəçilər
tərəfindən, boru kəmərlərini istismar edən hüquqi şəxslər əvvəlcədən
məlumatlandırılmalıdırlar. Boru kəmərlərinin mühafizə zonalarında,
onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun
yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin
aparılması qadağandır:
a) hər hansı tikinti və ya quraşdırma işləri;
b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının,
gübrə və materialların yığılması, ot və samanların taya vurulması,
heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq
və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və
yığılması;
c)
boru
kəmərlərinin
üstündən və yanından keçidlərin
düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və
mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan
salınması;
ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma
sistemlərinin quraşdırılması;
d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin
düzləndirmə işləri;
e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən
nümunə götürülməsi məqsədi ilə geoloji-seysmik, geodeziya və
başqa axtarış işləri.
76
Boru kəmərlərinin mühafizə zonasında
iş aparılmasına yazılı
şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərlərinin
mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru
kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru
kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları
tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar
Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.
Boru kəmərlərinin texniki vəziyyəti ilə əlaqədar, baş verə biləcək
qəzaların qarşısını almaq üçün, təmir işlərinin aparılması tələb
olunduğu halda, boru kəmərlərini istismar edən hüquqi şəxslər, Dövlət
Neft Şirkəti, onun yerli orqanları tərəfindən, torpaq istifadəçilərinə,
mülkiyyətçilərinə və icarəçilərinə əvvəlcədən bildirməklə, magistral
boru kəmərlərinin layihələndirilməsi qaydaları və tikinti normalarında
verilmiş boru kəmərlərinin mərkəzi oxundan şəhər və digər yaşayış
məntəqələrinə qədər olan ərazilərdə müvəqqəti olaraq (təmirin sonuna
qədər), minimal məsafələrlə məhdudlaşdırılmasına ixtiyar verilir.
Çoxsaylı qarışıq boru kəmərlərində göstərilən məsafə kənar boru
kəmərlərinin orta xəttindən təyin edilir. Boru kəmərlərinin mühafizə
zonalarında
onların normal istismarını pozan və yaxud boru
kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin
görülməsinə yol verilmir, o cümlədən:
–
nəzarət ölçü məntəqələrinin, göstərici və sınaq nişanlarının
yerlərinin dəyişdirilməsi, üstlərinin örtülməsi və sındırılması;
–
xidmət olunmayan gücləndirici rabitə kabelləri məntəqələri
qapaqlarının, doqqazlarının və qapılarının armatur xətti qovşağı
çəpərinin, katod və drenaj mühafizəsi stansiyasının, xətti və baxış
quyularının, başqa xətti qurğuların açılması, kranların və
siyirtmələrin açılıb bağlanması, rabitə, elektrik təchizatı və
telemexanika vasitələrinin açılması və bağlanması;
–
hər cür zibilxanaların yaradılması, turşu məhlulunun, duzların və
qələvilərin tökülməsi
–
boru
kəmərlərini
dağılmalardan
qoruyan,
sahilbərkitmə
tikintilərinin, su buraxıcı qurğularının, torpaq və başqa tikililərin
(qurğuların) və ona bitişik olan sahənin dağıdılması;
–
lövbərin salınması, salınmış lövbərlərlə, zəncirlərlə, dərinlik
ölçənlərlə, balıq toru və trallarla keçmək, dərinləşdirmə və
torpaqqazma işləri aparmaq;
77
–
od yandırmaq və hər hansı açıq və bağlı od mənbələri
yerləşdirmək.
Dostları ilə paylaş: |