Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ


V.2.Suxurların gərginlikli vəziyyətinə təsir edən amillər



Yüklə 471,14 Kb.
səhifə15/34
tarix22.05.2023
ölçüsü471,14 Kb.
#119340
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
Qazli b neftli S xurlarin fiZ K xass L R

V.2.Suxurların gərginlikli vəziyyətinə təsir edən amillər
Neft və qaz laylarının işlənməsi və istismarı prosesində suxurun gərginlikli vəziyyətinə bir çox amillərin təsiri olur. Layı quyu vasitəsilə açdıqdan sonra bu zonada suxurların başlanğıc gərginlikli vəziyyəti dəyişir. Belə ki, əgər layın quyudibindən daha uzaq nöqtələrindən daha uzaq nöqtələrində suxurlar hərtərəfli sıxılma gərginlikli vəziyyətindədirsə, quyudibinə yaxınlaşdıqca onlar bir ox boyunca sıxılma vəziyyətinə məruz qalırş. Ona görə də plastik xassəli suxurların quyudibinə axması və yer üzərinə çıxarılması nəticəsində dağ təzyiqinin quyudibi zonasında qismən azalması baş verir. Beləliklə də, layın quyularla açılması, onun təbii gərginlikli vəziyyətində anomal zonaların yaranmasına səbəb olur. Müəyyən edilmişdir ki, anomal zonaların ölçüləri quyunun diametrindən bir neçə dəfə böyük olur. Belə zonaların yaranması, layın məhsuldarlıq göstəricilərinə təsir edir. Ən sadə halda, quyudibi zonaya qalın divarlı bircins və elastik slindrik cism kimi baxa bilərik. Onda bu cisimdə gərginliklərin paylanması məsələsi Ləme məsələsinə gətirilir (müstəvi deformasiya məsələsi şəkil V.2).

Şəkil V.2. Müstəvi deformasiya
Materiallar müqavimətindən məlum olduğu kimi:

burada  gərginliyin normal və toxunan toplananları; -polyar koordinatlar;  , -inteqral sabitləridir. İnteqral sabitləri aşagıdakı sərhəd şərtlərindən tapılır:
olduqda ( -quyudibi təzyiqdir)
olduqda isə ( -dağ təzyiqi olub, bərabərdir).
Bu şərtlər əsasında alınır.
Beləliklə:
,
.
Quyunun divarında əmələ gələn toxunan gərginliyi r=rc şərtindən tapa bilərik:

Deməli olduqda quyunun divarında yaranan sıxıcı toxunan gərginlik dağ təzyiqindən iki dəfə böyük olur. Bu o deməkdir ki, quyudibi zonada kifayət qədər möhkəmliyə malik olmayan suxurlar toxunan gərginliyin təsiri nəticəsində öz mayeburaxma qabiliyyətini pisləşdirə bilər. Təhlildən görünür ki, lay quyu ilə açıldıqdan sonra suxurların təbii gərginlikli vəziyyəti pozulur. Bu hadisə quyuların və ya layın işini xarakterizə edən göstəricilərə böyük təsir göstərir. Bu, layın keçiriciliyinin və məsaməliliyinin azalmasına səbəb ola bilər. Suxurun gərginlikli vəziyyətinə, quyudibi zonada temperaturun dəyişdirilməsi ilə də təsir etmək mümkündür. Tutaq ki, suxur kvars qumlarından və sementləşdirici maddələrdən, yəni müxtəlif genişlənmə əmsalına və Yunq moduluna malik maddələrdən ibarətdir. Belə süxurda istiliyin təsirindən əmələ gələn gərginlikləri hesablamaq üçün aşağıdakı iki sxemə baxmaq. Fərz edək ki, süxurun elementləri paralel və ardıcıl birləşmişdir.

Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin