Qədim türk xalqlarının dinləri



Yüklə 105,45 Kb.
səhifə2/30
tarix17.05.2022
ölçüsü105,45 Kb.
#58338
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   30
Türk xalqları tarixi

Volqaboyu türk xalqları

Hələ X əsrdə Pеçеnеklər Macarlar və Bulqarlarla yanaşı, Başqurdların da Balkanlara qədər yayılmasında mühüm rol oynamışlar. Bu dövrdə digər Türklərlə yanaşı Başqurdlar da İstanbul və Salanikə qədər irəliləmiş və bu birləşmiş, qaynayıb-qarışmış Türklər İstanbul-Roma yolunu öz nəzarətlərinə götürmüşdülər. Bəzi Başqurdlar hətta Hələbə qədər gəlib çıxmış və burada Hənəfi məzhəbini mənimsəmək üçün təhsil almışlar. Bu haqda orta əsrin məşhur tarixçisi Yaqut Həməvi özünün məşhur "Mucəm ul-buldan" əsərində gеniş məlumat vеrir. Yaqut Həməvinin məlumatına görə, bu Hələbdə təhsil almağa gələn Başqurdlar xristian Macarıstanda Macar kralının təbəəsi olan müsəlmanlardır. Onlar buraya (Hələbə) fiqh еlmini öyrənmək üçün gəlirdilər və məmləkətlərinə dönüncə xalqın onlara еtibar еdəcəyi və din işlərini onlara tapşıracaqlarını onların öz dilindən qələmə almışdır.Tədqiqatçıların yazdığına görə, Macarıstandan olan bu müsəlman Başqurdlar bir əsr daha Macarıstanda yaşamış, "Macar kralının basqısı ilə İslamiyyət artıq qеyb olmuşdur... Macarlar arasında Kuman və b. Türk qövmləri yanında Başqırdların bulunduğuna dair... bu qеyd diqqətəşayandır"

Sovet Sosialist Respublikaları İttifaqının dağılması zamanı 30 Avqust 1990-cı ildə Tatarıstan da tam siyasi müstəqilliyini elan etdi. Rusiyadan ayrılma niyyətini bildirincə, Rusiya parlamenti buna rədd cavabı verdi. Bu müstəqillik hələ də heç bir dövlət tərəfindən tanınmamışdır. Ölkə Rusiya Federasiyası içərisində Tatarıstan olaraq göstərilmişdir. 1992-ci ildə ölkədə referendum ilə yeni konstitusiya səsə qoyulmuş və 62% səs çoxluğu ilə qəbul edilmişdir. 15 Fevral 1994-cü il tarixində Tatarıstan və Rusiya Federasiyası arasında təşkilatların mövzu və səlahiyyətlərinin hüduduna dair saziş imzalanmışdır.

Tatarıstan rəhbərliyinin başında prezident dayanır. Tatarıstan Konstitusiyasına görə, prezident yalnız Tatarıstan xalqı tərəfindən seçilə bilər. Ancaq Rusiya Federasiyası qanunlarına görə, bu qanun qeyri-müəyyən bir müddətə qədər təxirə salınmışdır.

Tatarıstan Respublikasının rəsmi dili tatar və ruscadır. Ölkədə rəsmi əlifba Kiril əlifbasıdır. Tatarlar içində əksər əhali Kiril hərflərinə qarşı öz etirazını ifadə etməkdədirlər.

Tatarıstan torpaqları ümumiyyətlə alçaq və kələ-kötürdür. İdil çayının qərbində yüksəkliyi 235 metrə çatan ərazi İdil təpələrinin ən şimal nöqtəsidir. Şərqdə Ural dağlarına doğru yüksələn bölgənin cənub-şərqində təxminən 338 metr yüksəklikdə Bögelme-Belebey Platosu yer alır. İdil çayı bölgə torpaqlarının qərb ucundan şimal-cənub istiqamətində axır. Torpaqların böyük hissəsini İdilin bir qolu olan Çulman çayı sulayır. Nokrat və Ağ İdil çayları Çulman çayının ən əhəmiyyətli qollarıdır.

Tataristanda quru iqlim hakimdir. Qışı uzun və sərt, yazı isə isti keçir. İllik yağış miqdarı, orta hesabla 420-510 mm-dir. Ən çox yağış yaz aylarında yağır. Qar qalınlığının 60 santimetrə çatdığı bildirilir. Respublika ərazisinin 16%-i meşələrlə örtülüdür. Çay kənarlarındakı daşqın düzənliklərində geniş çayırlar əmələ gəlir.

Tatarıstan Rusiya Federasyiyası subyektləri içində iqtisadi inkişaf cəhətdən ən üst səviyyədə olan bir respublikadır. Respublika Rusiya Federasiyası içində böyük sənaye müəssisələrinin, şoselər, şərq və qərb, şimal və cənub keçid yollarının kəsişdiyi bir mövqedə dayanır.

Çuvaşların XVIII əsrə qədər bir əlifbalarının olmaması səbəbindən özləri üçün “Çuvaş” adını nə zamandan etibarən istifadə etdikləri haqqında hər hansı bir məlumat yoxdur. Bunun üçün “Çuvaş” adını digər qaynaqlarda axtarmaq lazımdır.Rusların Kazanı işğal etdiyi (1551-1552) dövrlərdə yazılan Rus mənbələrində “Çuvaş” adının keçdiyini görürük. Çuvaş adı Rusların Kazanı işğal etmələrindən əvvəl də bəzi qaynaqlarda yazılmışdır. 1548-ci ildə Moskva Knyazı Ar çayından Vatkaya keçərkən Karin tatarlarına yazdığı məktublarda “Çuvaş” adı hallanır. 1526-ci ildə Alman Gerbenştayn Moskvanı ikinci dəfə ziyarət edərkən, gördüklərini qələmə alır. Onun latınca yazdığı “Moskva Qeydləri” adlı kitabı 1549-ci ildə nümayiş olunur. Bu kitabda Gerbenştayn Kazan Xanlığından da bəhs edir. Kazan Xanlığının otuz min hərbçisi içərisində Çuvaş və Çeremişlərin ən yaxşı nişancılar olduğunu və özlərinə xas paltarlarla gəzdiklərini qeyd edir.

Rus tarixi mənbələrində 1524-cü ildə Çeremişlərlə Çuvaşların İdil boylarında ruslarla vuruşmaları haqqında danışılır. 1692-ci ildə Lıslov Kazanda köhnə bir Tatar sənədi taparaq ozuyur və bu sənədi “Skif Tarixi” adlı əsərində qeyd edir. Bu sənəddə 1508-ci ildə Tatar bayramı olduğu, Kazan Xanının bütün ətrafını bayrama dəvət etdiyi və Çuvaşların du bu bayrama qatıldıqları barədə yazılır.

Çar Rusyasıyla birləşən Çuvaşlar bu dəfə də zorla xristianlaşdırılmaq və ruslaşdırılmaq siyasətiylə qarşılaşdılar. Rusiya hakimiyyətində yaşadıqları 445 il ərzində bu mövzuda müxtəlif təzyiqlərə məruz qaldılar. Lakin bunu açıq şəkildə ifadə etmək lazımdır ki, rusların İdil-Uralı parçalama siyasəti Çuvaşların daha geniş bir coğrafiyaya sahib olmalarına da gətirib çıxarmışdır. Kazan Xanlığı dövründə əhalisinin 5/4-ü, torpaqlarının isə 10/9-u itirən çuvaşlar, rus hakimiyyətində əhalilərini on qat, coğrafyalarlını isə üç qat artırmışlar. Rus hakimiyyəti çuvaşların tatarlaşma prosesini dayandırmış, lakin ruslaşma müddətini başlatmışdır.

Çuvaşıstan Rusiya Federasiyası ərazisində, Orta İdil üzərində, əsasən İdil çayının sağ tərəfində yerləşir. Şimal və şimal-qərbdə Mari Muxtar Respublikası və Rusiya Federasiyasının Qorki bölgəsi, şərqdə Tatarıstan, cənubda Rusiya Federasiyasına bağlı Ulyanovsk bölgəsi, cənub-qərbdə Mordva Muxtar Respublikası, qərbdə isə Rusiya Federasiyasına bağlı Arzamas bölgəsiylə əhatə olunmuşdur. Ərazisi böyük deyil. Cəmi 18.300 km2-dir. Cənubdan şimala 190 km, qərbdən şərqə isə 160 km-dir. Türk coğrafiyasının şimaldakı ən qərb nöqtəsidir və Ural dağlarının Avropa hissəsində yerləşir.



  1. Yüklə 105,45 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin