Qədim türk xalqlarının dinləri


IV İvanın daxili və xarici siyasəti



Yüklə 105,45 Kb.
səhifə6/30
tarix17.05.2022
ölçüsü105,45 Kb.
#58338
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   30
Türk xalqları tarixi

IV İvanın daxili və xarici siyasəti

İohann IV Vasilyeviç və ya İvan Qroznı — Moskva və 1533-cü ildən bütöv Rusiyanın böyük knyazı, Rusiyanın ilk çarı .

Moskva böyük knyazı III Vasili və Yelena Qlinskayanın böyük oğlu. Mənşəcə atası tərəfindən o, Rüriklər sülaləsinin Moskva budağına aid olunurdu, anası tərəfindən isə Qlinski Litva knyazlarının banisi hesab edilən Mamay xanın nəslinə. Ata tərəfindən nənənsi bizans imperatorların sülaləsindən gələn Sofiya Paleoloq idi.

Nominal olaraq İvan 3 yaşından hökmdar oldu. 1547-ci ildəki Moskva üsyanından sonra "İzbrannaya rada" yaradaraq, o, yaxın hesab etdiyi şəxslərin iştirakı ilə hökümdarlıq eləməyə başladı. Hərbi xidməti, məhkəmə sistemi və dövlətin idarə edilməsində islahatlar aparmışdır.  Qazan və Həştərxan xanlığları fəth edilmişdir, Qərbi Sibir, Don Qoşunlarının Vilayəti, Başqırdıstan və Noqay Ordasının torpağları Rusiyaya birləşdirilmişdir. Beləliklə, IV İvanın hakimiyyəti dövründə Rusiyanın ərazi artımı təxminən 100% təşkil etdi (2,8 milyon km²-dən 5,4 miyon km²-ə çatdı), çarlığının son illərində Rus dövləti ərazisinə görə bütöv Avropadan böyük oldu.

XIV əsrin əvvəllərində Moskva knyazlığı təsərrüfat, sənət və ticarət sahəsində özünün yüksəliş dövrünü keçirirdi. Qərbi Avropa və Şərq ölkələri ilə ticarətdə uğurlar qazanan Moskva Qızıl Ordu xanlarından «Böyük knyaz» titulu almaq üçün Tver knyazlığı ilə mübarizəyə başladı. Moskva knyazı İvan Kalita hiyələ yolu ilə öz rəqibini aradan qaldırıb, Qızıl Ordu xanından «yarlıq»aldı. İvan Kalita böyük knyaz titulunu ələ keçirdikdən sonra Qızıl Ordu xanları xeyli müddət rus torpaqlarına yürüşlər etmədilər. Bu da rus torpaqlarının dirçəlməsinə, Moskvanın varlanıb başqa knyazlıqları özündən asılı vəziyyətə salmasına imkan yaratdı. Moskva knyazlığının güclənməsi birləşdirilmə üçün ilkin şərait yaratdı. Artıq Moskva və başqa knyazlıqlar Qızıl Ordu ilə hesablaşmır, xəracı vaxtlı-vaxtında ödəmir, bəzən isə tamamtlə imtina edirdilər.

Kulikovo məğlubiyyətindən sonra isə Moskva knyazı Qızıl Orduya xərac verməkdən tamamilə imtina etdi. Moskva knyazı III İvanın dövründə rus torpaqlarının Moskva ətpafında birləşdirilməsi çox sürətlə davam edirdi. O,Rostov və Yaroslavl knyazlıqlarının varlığına son qoydu. Böyük Novqorod boyarları isə hər vasitə ilə öz müstəqilliklərini qoruyu saxlamağa çalışırdılar. Onların Böyük Litva knyazından kömək istəməsi III İvanın Novqorod üzərinə yürüşünə səbəb oldu. 1471-ci ildə baş vermiş Şelon döyüşündə Moskva knyazı III İvan qalib gəldi. 1478-ci ildə Böyük Novqorod torpağı Moskva tərəfindən tamamilə işğal edildi.

Moskva knyazlığı geniş işğallar yolu ilə öz ərazisini genişləndirmək siyasəti yeritməyə başladı. Növbəti işğal hədəfi şimalda və Volqaboyunda yaşayan türk xalqları oldu. Öz müstəqilliyini və istiqlaliyyətini itirən həmin xalqlar ruslaşdırma və xristianlaşdırma siyasəti ilə üz-üzə qalmalı oldular. Moskva knyazlığı ətpafında birləşən rus knyazlıqları öz müstəqilliklərini tam itirdilər. Mərkəzləşmiş dövlət yarandı. Mərkəzi dövlətdə böyük knyaz və boyar dumasıidarə edirdi. Dumanın tərkibi keçmiş knyazlardan və onların vaprislərindən ibarət idi. Böyük knyaz 1497-ci ildə təhkimçilik hüququnun tətbiq edilməsi üçün fərman verdi. Fərmana görə kəndlinin öz ağasının torpağından ancaq ildə bir dəfə-«Yuri günü» nə bir həftə qalmış, yaxud bir həftə sonra çıxıb getmək hüququ var idi. Beləliklə, ümumdövlət təhkimçlik sistemi yaradılmasının əsası qoyuldu.

XVI əsrdə Rusiyanın daxili və xarici siyasətinin qarşısında aşağıdakı vəzifələr dururdu:


  • feodal pərakəndəliyinə qarşı mübarizə;

  • vahid dövlət aparatının yaradılması;

  • ölkənin ərazisini şərq və Pribaltika torpaqları hesabına genişləndirilməsi.




  1. Yüklə 105,45 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin