Qədim türk xalqlarının dinləri


-ci il Fevral inqilabı və Rusiyanın türk müsəlman bölgələrində üçhakimiyyətlilik vəziyyətinin fərqli xüsusiyyətləri



Yüklə 105,45 Kb.
səhifə14/30
tarix17.05.2022
ölçüsü105,45 Kb.
#58338
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
Türk xalqları tarixi

1917-ci il Fevral inqilabı və Rusiyanın türk müsəlman bölgələrində üçhakimiyyətlilik vəziyyətinin fərqli xüsusiyyətləri

Fevral inqilabı Rusiyada yeni hökumətin təşkili ilə nəticələndi. Rusiyanın bütün demokratik siyasi qüvvələrinin fikrincə, ölkənin gələcək müqəddəratı seçkilər vasitəsilə təşkil ediləcək. Müəssislər Məclisində həll olunacağından bu məclisin cağrılmasına qədər bütün səlahiyyətlər həmin yeni hökumətə verilirdi. Öz növbəsində bu hökumətin səlahiyyətləri yalnız Müəssislər Məclisinin cağrılmasına qədər davam edəcəyindən o, Müvəqqəti hökumət adlanırdı. Lakin əslində Müvəqqəti hökumət heç də bu dövrdə tam səlahiyyətlərə malik deyildi. Onunla paralel olaraq seçkili orqan kimi fəhlə, əsgər və kəndli deputatları sovetləri fəaliyyət göstərirdilər. Əksər siyasi partiyaların təmsil olunduğu həmin sovetlər böyük şəhərlərdə xeyli nüfuza malik olduqlarına görə Müvəqqəti hökumətin real rəqibinə çevrilmişdilər.

Sovetlərlə Müvəqqəti hökumət arasında hakimiyyət səlahiyyətlərinin paylaşdırılmaması cəmiyyətdə qeyri-müəyyənlik yaradırdı. Nəticədə onlardan hansının daha çox legitim olması da son dərəcə mübahisəli bir məsələyə çevrilirdi. Bu da Rusiya imperiyasının mərkəzində ikihakimiyyətliliyin meydana çıxmasına gətirib çıxarırdı.

Mərkəzdə yaranmış bu vəziyyət həmçinin türk regionlarındakı siyasi duruma da öz təsirini göstərirdi. Bununla yanaşı inqilabdan sonra həmin bölgələrdə yaranmış şəraitlə mərkəzdəki vəziyyət arasında bir sıra prinsipial əhəmiyyətli fərqlər də mövcud idi. Milli məsələ ucqarlardakı siyasi qütbləşmənin təməlində dayanan əsas amillərdən birinə çevrilmişdi.



Türk bölgələrinin müsəlman əhalisi istər Müvəqqəti hökumətin yerlərdəki orqanlarında, istərsə də burada formalaşmış sovetlərdə çox az təmsil olunmuşdular. Digər tərəfdən, inqilabdan dərhal sonra türk xalqlarının özlərinin təşkilatlanması prosesi geniş vüsət almışdı. Bir müddət sonra isə yeni yaranmış müsəlman ictimai təşkilatlarının mərkəzləşdirilməsi prosesi başlanmışdı. Nəticədə həmin mərkəzləşdirilmiş təşkilatlar tezliklə bu bölgələrin mühüm siyasi amilinə çevrilmişdilər. Yerli türk xalqlarının böyük əksəriyyətlə məhz bu ictimai təşkilatları dəstəkləməsi ona gətirib çıxarmışdı ki, yerlərdə mərkəzdəki ikihakimiyyətlilikdən fərqli olaraq üçhakimiyyətlilik mövcud idi. Bu təşkilatlar heç bir rəsmi səlahiyyətlərə malik olmasalar da, bir çox hallarda ictimai-siyasi hadisələrdə daha mühüm rol oynayırdılar. Təsadüfi deyildir ki, inqilabın ilk dövrlərində istər sovetlər, istərsə də Müvəqqəti hökumətin yerli orqanları arasındakı hakimiyyət mübarizəsində hər biri müsəlman ictimai təşkilatlarını öz tərəflərinə çəkmək istəyirdilər. Lakin müəyyən müddətdən sonra, xüsusən də yerli hakimiyyət orqanlarına keçirilən seçkilərdə müsəlman ictimai təşkilatlarının demək olar ki, bütün türk-müsəlman bölgələrində qələbə qazanması mərkəzdə bir-birinə qarşı az qala müharibə elan edən sovetlərlə Müvəqqəti hökumət orqanlarının müsəlman ictimai təşkilatlarına qarşı əlbir fəaliyyət göstərməsinə gətirib çıxarmışdı. Bunun səbəbi isə rus siyasi qüvvələri tərəfindən imperiyanın mənafeyinin bütün digər siyasi məqsədlərdən üstün tutulması idi. İmperiya mənafeləri Rusiyanın hətta bir-birinə düşmən münasibət bəsləyən qüvvələrin ümumi imperiya mənafeyi ətrafında birləşməsinə səbəb olurdu.

1917-ci ilin fevralından sonra Rusiya imperiyası ərazisində yaşayan türk xalqlarının milli hüquqları uğrunda mübarizəsi hələ XIX əsrin sonlarından etibarən formalaşmağa başlamış milli hərəkatın leqal davamı idi. Nəzəri cəhətdən ittihadi-islam, ittihadi-türk ideyalarının təsiri altında formalaşmış milli hərəkat və onun nəzəri cəhətdən yetkinləşmiş siyasi liderləri üçün yaranmış şəraitdə minimum siyasi tələblər proqramını hazırlamaq çox da çətin məsələ deyildi. Bu tələblər ətrafında hələ XIX əsrin sonlarından müzakirələr keçirilirdi. 1905-1907-ci illər ilk rus inqilabı dövründə Rusiya müsəlmanlarının bir neçə qurultayı keçirilmiş və bu tələblər siyasi platforma kimi aparıcı müsəlman ictimai xadimlərinin fəaliyyət proqramına çevrilmişdi.

Cüzi sapmalar nəzərə alınmazsa ümumrusiya məkanında bütün türk-müsəl man xalqlarının əsas siyasi tələbləri üst-üstə düşürdü. Onlar Rusiyanın gələcək üsul-idarəsinin federativ-demokratik respublika olmasını və bu federasiyada müsəlmanların muxtariyyət hüququnun tanınmasını tələb edirdilər. Lakin eyni zamanda muxtariyyət məsələsinə münasəbətdə müəyyən fikir ayrılığı da mövcud idi ki, bu da öz həllini 1917-ci ilin may ayında Moskvada keciriləcək Umumrusiya müsəlmanları qurultayında tapmalı idi. Lakin bu qurultaya qədər türklərin yerlərdə regional qurultayları keçirilmiş və orada atilacaq ilkin addımlar müzakirə edilib qərarlaşdırılmışdı. Həmin məclislərdə qəbul olunmuş qərarlarda bir sira ümumi cəhətlər var idi. Bütün regionlarda ilkin vəzifə olaraq türklərin yerli özünüidarə orqanlarında iştirakının təmin edilməsi və Müəssislər Məclisinə keçiriləcək seçkilərə hazırlıq tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulurdu.

Bu dövrdə Rusiya imperiyası ərazisində yaşayan türk xalqlarının ictimai-siyasi həyatında digər bir ümumi cəhət ondan ibarət idi ki, bütün bölgələrdə ictimai hərəkat üç əsas istiqamətə şaxələnmişdi. Bunlar: islamçılıq, liberal-demokrat (bir sıra hallarda milliyyətçi) və sosial-demokrat cərəyanları idi. İctimai hərəkatda ümumən liberal-demokrat və islamçılıq cərəyanları arasında, xüsusən də öz müqəddəratını təyin etmə məsələsinə münasibətdə antoqonist ziddiyyətlər olmamışdır. (Bununla belə bir sıra hallarda Azərbaycanda və Dağıstanda məhz bu iki cərəyan arasında rəqabətin ictimai-siyasi həyatın aparıcı amilinə çevrildiyi dövrlər də olmuşdu). Sosialist cərəyanı isə, demək olar ki, bütün türk bölgələrində təmsil olunsa da, sovet tarixşünaslığının bütün iddialarına baxmayaraq, yerli əhali arasında ona meyl zəif idi. Sosialist təşkılatları öz fəaliyyətlərində əsasən bu bölgələr də yaşayan qeyri-müsəlman əhaliyə arxalanırdı. Məhz buna görə də, sosialistlər, xüsusən də bolşeviklər bu bölgələrdə hakimiyyət uğrunda mübarəzədə milli ədavətin qızışdırılmasından bir vasitə kimi istifadə etmişlər. Lakin yerli əhalini təmsil edən ziyalıların az bir qismi sosialist hərəkatına rəğbət bəsləyərək bu hərəkatda iştirak etmişdir.





  1. Yüklə 105,45 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin