Birinci Bolqar çarlığının yaranması
Birinci Bolqar Dövləti (632-1018) – Tuna Bolqar Xanlığı (632-864), Bolqar Knyazlığı (864-913), Bolqar Çarlığı (913-1018) tarixi bir Türk topluluğu olan Ön Bolqarların Balkanlarda qurduqları bir dövlətdir. Xalqın əksəriyyətini təşkil edən cənubi slavyan xalqlarından təsirlənən türk aristokrasiyası əsrlər boyunca slavyanlaşmışlar. Ön Bolqarlar Türk dillərinin Ogur qrupuna mənsub bir dildə danışan tarixi Türk xalqı kimi Böyük Hunların bir hissəsi olaraq İtil çayı ətrafında yaşayırdılar. Böyük Hunların yıxılmasından sonra qərbə köçən Hun boyları səbəbindən Bolqarlar daha şimala çəkildilər və həmin Hunlarla mədəni əlaqələr qurdular. V əsrdə şərqdən gələn Sabir Türkləri ilə qarşılaşan Bolqarlar bir az daha şimala və qərbə çəkildilər və Avropa Hunlarının bir parçası oldular. Avropa Hunları və Ogur Türklərinin qarışmasıyla “Bolqar” adıyla tanınan türk topluluğu meydana gəlmiş oldu.
İdil Bolqarları – XII-X əsrlər arasında ortaya çıxan bir Türk topluluğu olmaqla yanaşı, ilk müsəlman türklər olub indiki Çuvaşıstanın ulu babalarıdır. Böyük Bolqariya Xanlığının Xəzərlər tərəfindən dağıdılıb Ön bolqarlar xalqının bölünməsindən sonra meydana gəlmiş və XIII əsrə qədər toplu halda qalmış olan bir xalq olmuşlar. Ön bolqarların cənub-qərbə köçmüş Tuna bolqarları qismi IX əsrdə xristianlığı, İdil Bolqarları isə VIII əsrdə İslamı qəbul etmişlər. İdil Bolqarlarının şimalda qurduqları xanlıq bölgədə önəmli ticari gücə sahib olmuşdur. Kazan tatarları XIX əsrə qədər özlərinə hələ də “Tatarlar” deyil, “bolqarlar” deyilməsinə üstünlük vermişlər. Çuvaşlar da özlərini İdil Bolqarlarının nəvələri olaraq görürlər. Günümüzün milliyyətçi Çuvaşları ölkələrinin adına “Çuvaş Respublikası” yerinə “Bolqar Respublikası” adı verilməsi lazım olduğunu bildirirlər.
Böyük Bulqar türk dövlətinin parçalanmasından sonra bulqarların bir hissəsi Kubrat xanın oğlu Asparux xanın başçılığı ilə 681-ci ildə Dunay çayı ətrafında öz dövlətlərini yaratdılar. 679-cu ildə bulqarlar Bizans İmperiyasına yürüş etdi. Bunun nəticəsində:
Bizans asılılığı qəbul etdi.
Hər il bulqarlara xərac verməyə razı oldu.
Bizans İmperiyası ilə Avarlar arasında qalan Bolqarlar, 681-ci ildə edilən razılaşma ilə Bizans İmperiyası tərəfindən rəsmi olaraq tanındı. Asparuxdan sonra yerinə oğulu Tervel xan keçdi. O, Bizans İmperiyası ilə dostluq müqaviləsi imzaladı.
Konstantinopolisin (bu günki İstanbul) bulqarlar ərəblər tərəfindən mühasirə edilməsində Bizans İmperiyasına kömək etdilər. VII əsrdən sonra Bizans İmperatorluğu ilə müqavilən pozuldu və bu onlar arasında müharibəyə səbəb oldu. Macarıstanı və Rumıniyanı ələ keçirdilər. 811-ci də Bizans Bizans İmperiyasını məğrubiyyətə uğratdılar. 813-cü ildə bu günki Ədirnəni alan Krum xan, 814-cü ildə Konstantinopolu mühasirəyə aldı. Lakin o, mühasirə zamanı öldü. Yerinə oğlu Omurtaq xan keçdi. Omurtaq xanın dövründə Dunay Bolqar Xanlığı daha da gücləndi. I Boris (852-889-ci illər) dövründə, bulqarlar 864-cü ildə rəsmi olaraq xristianlığı qəbul etdilər. IX əsrin birinci yarısı Bulqar türk dövlətinin ən parlaq dövrü idi.Bu dövrdə yeni şəhərlər salındı, suvarma şəbəkələri yaradıldı.Şərqi Avropadakı yeganə duz mədənləri də bulqarlara məxsus idi.
Dostları ilə paylaş: |