Qədim türk xalqlarının dinləri


Qəznəlilər dövlətinin xarici siyasəti



Yüklə 105,45 Kb.
səhifə12/30
tarix17.05.2022
ölçüsü105,45 Kb.
#58338
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   30
Türk xalqları tarixi

Qəznəlilər dövlətinin xarici siyasəti

Bu dövlət 962-1187- ci illərdə mövcud olmuşdu. Qəznəvi dövlətinin əsasını X əsrin 60-cı illərində Alptəkin (962-963) qoymuşdu. O, Samanilər dövlətinin görkəmli sərkərdəsi idi və Samanilərin türk qulamlarında xidmət etmişdi (Qulamlar türk əsilli gənc qullardan təşkil edilmiş daimi süvari qvardiya idi). Alptəkin şəxsi şücaətinə görə hərbi əyanlar sırasına daxil olmuşdu. Alptəkin Samanilərin hakimiyyətini tanımaqla yanaşı, Qəznəvi dövlətini yaratdı. Onun ölümündən sonra hakimiyyətə Səbutəkin (977-997) gəldi və o, Hindistana dəfələrlə hərbi səfər etdi.

Səbutəkin öləndən sonra oğlu Sultan Mahmud Qəznəvi (998-1030) hakimiyyətə gəldi. Tarixdə ilk dəfə «sultan» titulu Mahmuda verilmişdir. Samanilər dövləti 999-cu ildə dağıldı, onun ərazisi Qəznəvi və Qaraxanlı dövlətləri arasında bölüşdürüldü. Nəticədə keçmiş Samani torpaqları olan Xorasan, Xarəzm, Sistan və indiki Əfqanıstan Qəznəvi dövlətinə qatıldı.

Mahmud Qəznəvi 1002-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Mahmud hakimiyyətini qərbi İranda yaymaq məqsədilə 1029-cu ildə Rey, Həmədan və İsfahan əyalətlərini, az sonra Gur əyalətini tutdu. Sultan Mahmudun hakimiyyətinin son dövründə Qəznəvi dövləti Hindistandan Xarəzmə və Xəzər sahili torpaqlara qədər ərazini əhatə edirdi.

Qəznəvi dövləti feodal monarxiyası idi. Dövləti sultan idarə edirdi. Sultan Mahmud mərkəzi hakimiyyəti möhkəmləndirirdi, bu məqsədlə mülki əsilzadə, qulamlardan ibarət hərbi əyanlara, türklərdən ibarət hərbi əyanlara arxalanırdı. Sultan Mahmudun ordusunda yüksək hərbi intizam var idi. Ordunun əsasını türk əsilli qulamlar (qvardiya) təşkil edirdi. Qəznəvi ordusunda «qazilər» deyilən könüllü döyüşçülər iştirak edirdi. Hərbi yolla əldə edilən qənimət ordu və dövlət məmurlarını təmin etmirdi. Dövlət ildən-ilə vergini artırırdı. Kəndlilər, sənətkarlar, tacirlər var-yoxdan çıxırdı. Sultan Mahmud Qəznə şəhərinin inkişafına kömək edirdi.

Qəznəvi dövlətinin tərəqqisi zahiri xarakter daşıyırdı. Bunun arxasında xalqın ağır güzaranı dururdu. Sultan Mahmudun oğlu Məsud (1030-1041) hakimiyyətə gəldi və qardaşı ona müqavimət göstərdi. Məsud əyanlara arxalanaraq qardaşını zərərsizləşdirə bildi. Məsud əyanlardan asılı oldu. Ölkədə rüşvətxorluq baş alıb gedirdi. Xarəzm Qəznəvilərdən ayrıldı. Qəznəvilərdə daxili ziddiyyətlər kəskinləşdi, səlcuqların Qəznəvi dövlətini sıxışdırması da gücləndi. Bütün bunlar dövlətin zəifləyib iflas etməsi ilə nəticələndi.

1040-cı ildə Dəndənəkən döyüşündə səlcuqlar qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvilər dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. XII əsrin 70-ci illərində gurlu tayfaları qəznəviləri Şimali Hindistana sıxışdırdı. Pakistanın Lahor şəhəri paytaxt oldu. 1187-ci ildə gurlular Lahoru tutdular, Xosrov Məlik Əsir alındı. Qəznəvi dövləti süqut etdi.




  1. Yüklə 105,45 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin