Avar xaqanlığı
Dövlət Avar xaqanı olan Bayan tərəfindən qurulmuşdur. 562-ci ildə avarların başına keçən I Bayan olduqca qabiliyyətli bir idarəçi və döyüşçü olmuşdur. Onun rəhbərliyi ilə avarlar, Bizans, Lombardlar,bir çox slavyan və türk qəbilələrlə müttəfiq olmuşdur. Avarlar Bizans, Fransa torpaqlarına hücumlar təşkil etmişlər. Bu dövrdə avarlar qərbdə Türingiya və İtaliya qapılarına qədər irəliləmişdilər. Cənubda isə Pannoniya, Dacis, İliriya və Dalmasiyada hakimiyyət quraraq Konstantinopola yaxınlaşmışlar. Karpat Hövzəsinin hamısına hakim olan avarlar, 582-ci ildə Sirmiumu (Sremska Mitrovica), 584-cü ildə Singidunumu (Belqrad) və 586-cı ildə Salonikini fəth etmişlər. Slavyan qəbilələri ardıcıl hücum edən və onları məğlub edən avarlara qarşı birləşərək 623-cü ildə qiyam qaldırmışlar. Avarları və frankları hədəf alan Slavyan hücumları müvəffəqiyyətli olmuş və Serbiyadakı torpaqlar geri alınmışdır. Avarlar, 626-cı ildə uzun sürən Sasani-Bizans döyüşlərinə Sasanilər tərəfində müdaxilə etmişlər,slavyan qəbilələri ilə birlikdə Konstantinopola hücum etmiş və şəhərin mühasirəsinə qoşulmuşdular. Sasani Ordusu isə eyni vaxtda şəhərin Asiyada qalan bölgəsinə hücum etmişdir. Avarlar dəniz qüvvələri olmadan hücuma keçmiş və Sasani orduları ila birləşə bilməyərək tək başlarına hücuma başlamışdılar. Bu səbəblə çox yaxşı müdafiə olunan şəhəri ala bilməyərək geri dönmək məcburiyyətində qalmışdılar. Bizanslılar, Slavyan donanmasını Yunan odundan istifadə edərək yandırmış və birliklərin birləşməsinə mane olmuşdur.
Slavyan orduları da tək başlarına hücuma keçdikləri üçün müvəffəqiyyətsizliyə uğramışlar. Avar hökmdarı, müvəffəqiyyətsiz muhasirənin səbəbini slavyan qəbilələrində görürdü. Konstantinopolun mühasirəsi Avar xaqanlığının ən böyük müvəffəqiyyətsizliklərindən biri olmuşdur.
Avarların Konstantinopolu önlərində müvəffəqiyyətsiz olmasının ardınca Xaqanlığa daxil olan bolqarlar ayrılmışdır. 632-ci ildə Kutrugi, Utigu və Onogur qəbilələrini birləşdirən Kubrat Xaqan, Tapar Xaqanlığını qurmuşdur. Bolqarlar, Şimal Qaradəniz sahilləriylə aşağı Tuna boylarında hakim oldular. 640-cı ildə isə Hırvatlar, avarlardan ayrılmışdır.
Bu dövrdə müntəzəm olaraq davam edən qəbilələr arası döyüşlər, bütün tərəflərin güc itirməsinə gətirib çıxarmış həm avarlar həm də slavyan qəbilələri xeyli zəifləmişdir.
Avarlar, bolqarlar, franklar və slavyanlar ilə olan mübarizələrinin nəticəsi olaraq Macar Düzənliyi və Dalmasiya sahillərini də itirmişdir. 670-ci ildə Bizans ilə döyüşlərin başa çatmasından sonra, iki imperatorluq arasına bolqarlar yerləşmişdir. Kubratanın oğulu Alt İsək, Avar Xaqanlığının taxtını ələ keçərmək üçün döyüşmüş, müvəffəqiyyətsizliyə uğradıqdan sonra bir-neçə bolqar qəbilələri ilə avarlardan ayrılmışdır.
Avarların tarixi haqqında VII əsr sonu ilə VIII əsr sonu arasındakı dövrə dair məlumat yoxdur. Bu dövrə aid tək məlumat qaynağı arxeologiya elmidir. Bu dövrdə avarlarda köçəri həyatdan məskun həyata keçiş müşahidə edilməkdədir.
Avarlar, artıq əkinçilik və heyvandarlıqla maraqlanmağa başlamışlar. IX əsrdə avarlar xüsusilə Frank dövləti üçün ən təhlükəli düşmən sayılırdı. Buna görə əvvəlcə avarlarla dostluq əlaqələri qurmağa çalışmışlar. Franklarla avarlar arasında elçilər movcud olmuş, 780-cı ildə avar elçisi frank torpaqlarına getmiş, frank elçisi də Xaqanlığa gəlmişdir. 788-ci ildən franklar ilə avarlar arasındakı uzun sürəcək bir döyüş başlamışdır. Bavariyanı Frank ölkəsinin bir parçası sayan Frank kralı Şarlman, avarlara qarşı səfərə çıxmağı planlaşdırmışdı.
791-ci ildə sloveniyalıların, xorvatların da daxil olduğu frank ordusu, avarlara qarşı böyük bir hücum təşkil etmişdir. Şahzadə Pipin, İtaliyadakı ordusuyla hücuma keçmiş və avarlara aid qalaları ələ keçirmişdir. Şarlman tabeçiliyində olan əsl frank ordusu isə Tuna boyunca irəliləyir.
Regensburgda reallaşan döyüşdə franklar qalib gəlmişdir, ancaq, Frank ordusundakı saksonlar avarlara dəstək olduğu üçün vəziyyət dəyişmişdir. Avarlar artıq dağılmağa başlayan dövlətlərini bərpa etməyə cəh etdilər. Avarların daxilində baş verən vətəndaş müharibəsi nəticəsində Yugur özünü Xaqan elan etdi. 795-ci ildə isə xristianlığı qəbul edərək himayələrinə girmək üçün franklara elçilər göndərmişdir. 796-cı ildə isə şəxsən özü Şarlmanın hüzuruna gedərək bağlılığını bildirmişdir.
Dostları ilə paylaş: |