Qədim türk xalqlarının dinləri


Rusiyada xalqçılıq hərəkatı



Yüklə 105,45 Kb.
səhifə10/30
tarix17.05.2022
ölçüsü105,45 Kb.
#58338
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
Türk xalqları tarixi

Rusiyada xalqçılıq hərəkatı

Bu dövrdə Rusiyada da müxtəlif ictimai hərəkatlar,partiya və təşkilatlar meydana gəlmişdi. Onlardan birinci olaraq inqilabçı zadəganlar hərəkatını (1825-1861) göstərmək olar. Onlar tərəfindən 1816-cı ildə «Nicat ittifaqı», 1818-ci ildə isə «Səadət ittifaqı» yaradılmışdı. Onlar buraxıldıqdan sonra dekabristlərin Şimal və Cənub cəmiyyətləri formalaşmışdı. Onlar çara qarşı uğursuz üsyan təşkil etmişdilər. Ziyalı hərbiçi zadəganlar Rusiyada ilk burjua inqilabı ideologiyasının müjdəçiləri olmuşdular. Onlar Rusiyada azadlıq mübarizəsinin sonrakı mərhələsi üçün inqilabi ideya zəmini yaratmışdılar. Bu zəmin əsasında azadlıq hərəkatının burjua-demokratik mərhələsi (1861-1895) başlamışdı. Bu mərhələyə raznoçin inqibalçılar mərhələsi də deyilir. Onun başlıca nümayəndələri A.İ.Gertsen, V.G.Belinski, N.G.Çernışevski, N.A.Dobrolyubov, N.V.Şelqunov, N.P.Oqoryov və b. idilər.

Bu ictimai hərəkatın qollarından birini xalqçılıq təşkil edirdi. O, təşkilatca XIX əsrin 60-90-cı illərində formalaşmışdı. Xalqçılığın inqilabı və liberal istiqamətləri var idi. İnqilabçı xalqçılar təhkimçi Rusiyasını inqilabı yolla dəyişdirməyi təklif edirdilər. Onların ideologiyasında radikal burjua-demokratik islahatlar, utopik kəndli sosializm ideyaları çulğalaşmışdı. Onlar kəndli icmalarını sosializmin rüşeymi hesab edirdilər. İnqilabçı xalqçılıq üç qrupa bölünürdü: qiyamçılar (Bakunin); təbliğatçılar (Lavrov) və sui-qəsdçilər (Tkaçov).

XIX əsrin 80-90-cı illərində xalqçılıq hərəkatında liberalizm üstünlük təşkil edirdi. Liberal xalqçılar çarizm ilə sazişə getmək, dinc yolla, islahatlar yolu ilə cəmiyyətə düzəlişlər vermək taktikası yürüdürdülər.

Rusiyada xalqçıların «Zemlya i volya» (1876), «Narodnaya volya» və «Çornıy peredel» (1879) kimi təşkilatları var idi.

XIX əsrin son rübündə Rusiyada marksizm ideyaları yayılmağa başlayır. Bu sahədə keçmiş xalqçı K.P.Plexanov və onun 1883-cü ildə xaricdə (Cenevrədə) yaratdığı «Əmək azadlığı» qrupunun müstəsna rolu olmuşdu.

Bu dövrdə Rusiyada fəhlə hərəkatı da başlayır. 1875-ci ildə Odessada və 1878-ci ildə Peterburqda ilk fəhlə təşkilatları yaradılır. 1898-ci ildə Peterburqda Rusiya Sosial-Demokrat Fəhlə Partiyası — (RSDFP) yaradılır. 1902-ci ildə «sosialist inqilabçılar» (eserlər), 1904-cü ildə «Azadlıq ittifaqı» partiyaları təşəkkül tapır. 1903-cü ildə RSDFP iki yerə — bolşeviklərə və menşeviklərə parçalanır. 1912-ci ildən onlar müstəqil partiya kimi fəaliyyət göstərməyə başlayırlar.

XIX əsrin sonu — XX əsrin əvvəllərində Rusiyada milli partiyalar da meydana çıxmağa başlayır. 1887-ci ildə erməni «Qnçaq» (Zəng), 1890-cı ildə «Daşnakstyun» (Mübarizə ittifaqı), 1896-cı ildə Litva Sosial-demokratiya, 1897-ci ildə yəhudi Bund (ittifaq), 1901-ci ildə Latış sosial-demokratiya, 1904-cü ildə müsəlman Sosial-demokratiya (Hümmət), 1905-ci ilin əvvəllərində Gürcüstanda «Sosialist federalistlər», Belorusiyada «Sosialist partiyası» və b. təşkilatlar formalaşır. 1905-ci il 17 oktyabr «Manifesti» Rusiyanın siyasi həyatında da dönüş yaradır. «Manifest»dən sonra Rusiyada partiyaların sayı 50-yə çatır. Onlardan «Rus xalqının ittifaqı»nı, «Kadetlər»i (Konstitusion demokratlar), «Oktyabristlər»i (17 oktyabr ittifaqı), «Dinc yeniləşmə», «Demokratik islahatçılar», «Enesləri» (Xalq sosialistləri), «Trudoviklər»i və b. göstərmək olar.

Qeyd edək ki, Qərbdən fərqli olaraq Rusiyada burjua partiyaları fəhlə, sosialist və sosial-demokratiya partiyalarından sonra meydana gəlmişdilər.

Artıq XX əsrin əvvəlləri üçün dünyada təqribən 150-yə kimi siyasi partiya və təşkilat fəaliyyət göstərirdi. Onlar müxtəlif ideya-siyasi istiqamətli ictimai hərəkatlarda qruplaşmışdılar.




  1. Yüklə 105,45 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin