Qədim türk xalqlarının dinləri


Rusiya imperiyası XVIII əsrin I rübündə



Yüklə 105,45 Kb.
səhifə30/30
tarix17.05.2022
ölçüsü105,45 Kb.
#58338
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   30
Türk xalqları tarixi

Rusiya imperiyası XVIII əsrin I rübündə

XVIII əsrin əvvəllərində dünyanın güclü dövlətlərindən birinə çevrilən Rusiyanın xarici siyasətində Cənubi Qafqaz, xüsusilə onun ən zəngin hissəsi olan Azərbaycan mühüm yer tutmağa başlamışdı. Rusiya bu bölgəyə sahib olmaqla özünün təcavüzkar xarici siyasəti qarşısında duran bir neçə vacib məsələni həll etməyi planlaşdırırdı. Əvvəla, ucuz xammalla zəngin olan Azərbaycanın ələ keçirilməsi Rusiyanın toxuculuq sənayesinin inkişafı üçün əlverişli şərait yaradırdı. İkincisi, bu bölgəni ələ keçirməklə Rusiya Qərbi Avropanı Hindistanla birləşdirən tranzit ticarət yollarına sahib olardı. Üçüncüsü, Cənubi Qafqazı ələ keçirməklə Rusiya öz işğallarını cənub istiqamətində daha da genişləndirmək, öz nüfuzunu Orta və Yaxın Şərq ölkələrində yaymaq və möhkəmləndirmək imkanı qazana bilərdi.

Rusiyanın xarici siyasəti qarşısında duran bu vəzifələrin yerinə yetirilməsi Cənubi Qafqazda olan bir sıra qüvvələr, ilk növbədə isə ermənilər üçün olduqca əlverişli idi. Hələ erkən orta əsrlər dövründən dövlətçilikdən məhrum olan ermənilər XVIII əsrdə məhz Rusiyanın köməyilə Azərbaycan və Türkiyə torpaqları hesabına öz dövlətlərini yaratmaq istəyirdilər. Özlərini yer üzünün “ən bədbəxt və məzlum milləti” kimi qələmə verən ermənilər Rusiyanı yorulmadan Cənubi Qafqaza işğalçı yürüşə başlamağa çağırırdılar. Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmaq istəyən ermənilərin bu çağırışları Rusiyanın işğalçılıq siyasətinin reallaşması üçün daha əlverişli şərait yaradırdı. Heç də təsadüfi deyildir ki, Rusiya ermənilərin separatçılıq hərəkətlərini bütün vasitələrlə dəstəkləyir, onlara hər cür yardım göstərirdi. XVIII əsrin 20-ci illərində Azərbaycanın və İranın Xəzərsahili torpaqlarını işğal etmiş I Pyotr hökuməti ermənilərin Azərbaycan torpaqlarında sayca artmaları və möhkəmlənmələri üçün müəyyən addımlar atmışdı. Xəzərsahili vilayətlərdəki rus ordusunun komandanlığı ermənilərə “hər cür əl tutmaq, onları möhkəm qorumaq” haqqında göstəriş almışdı.

Rusiyanın Cənubi Qafqaz siyasətində erməni məsələsi XVIII əsrin ikinci yarısında mühüm rol oynamağa başladı. 1774-cü ildə Osmanlı Türkiyəsi ilə bağlanmış Kiçik Qaynarca sülhünə əsasən Rusiya Qara dənizə çıxış əldə etməklə yanaşı, həm də özünün beynəlxalq aləmdə “xristianların müdafiəçisi” kimi tanınmasına nail oldu. Əldə edilmiş bu uğur Rusiyanın Cənubi Qafqazda gedən proseslərə daha fəal müdaxilə etməsi üçün əlverişli şərait yaratdı.

Bu dövrdə Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək planı Krımın işğalı planı ilə əlaqəli şəkildə həyata keçirilirdi. Rus diplomatları tərəfindən hazırlanmış və beynəlxalq aləmdə böyük əks-səda doğurmuş “Yunan layihəsinə” ğörə türklər Avropadan qovulmalı və Rusiyanın himayəsi altında keçmiş Bizans imperiyası bərpa edilməli idi. Tarixi ədəbiyyatda “Yunan layihəsi”nin məqsədi haqqında fərqli fikirlər də mövcuddur. Rus tarixçisi O.P.Markova sübut etməyə çalışır ki, guya “Yunan layihəsi” Osmanlı Türkiyəsini parçalamaq yox, dünya ictimaiyyətinin diqqətini Rusiyanın Krımı işğal etməsindən yayındırmaq məqsədini güdürdü. Lakin əldə olan materiallar sübüt edir ki, XVIII əsrin 70-80-ci illərində Rusiyanın xarici siyasət planlarında Osmanlı dövlətini parçalamaq məsələsi diqqət mərkəzində olmuşdu. Belə ki, II Yekaterinanın Avstriya imperatoruna müraciət edərək ona türk torpaqlarını bölüşdürmək haqqında etdiyi təklif elmi ictimaiyyətə çoxdan məlumdur.



Rusiya XVIII əsrin 70-ci illərinin sonu 80-ci illərinin əvvəllərində “Yunan layihəsi”ndən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün real addımlar atmağa başladı. Hazırlanmış hərbi əməliyyat planına görə Rusiya Osmanlı Türkiyəsini iki cəbhədə - Balkanlarda və Cənubi Qafqazda vuruşmağa məcbur etmək istəyirdi. Rusiya hökuməti Osmanlı Türkiyəsi ilə müharibə başlayana qədər Azərbaycanın Dərbənddən Bakıya qədər olan torpaqlarını işğal etməyi və burada güclü ordu yerləşdirməyi nəzərdə tuturdu. II Yekaterina Q.A.Potyomkinə göndərdiyi sərəncamlarından birində yazırdı ki, Balkanlarda Osmanlı Türkiyəsi ilə müharibə başlanacağı təqdirdə şimal-şərqi Azərbaycan torpaqlarında yerləşdirilmiş rus ordusu qəflətən Gürcüstan vasitəsilə Türkiyənin sərhədlərinə yeridilməli idi.

Əldə olan materialların təhlili göstərir ki, Rusiya Cənubi Qafqazda hərbi əməliyyatlara başlamaqla yalnız Türkiyənin qüvvələrini parçalamaq məqsədi güdmürdü. Çar höküməti, eyni zamanda, Cənubi Qafqazda birdəfəlik möhkəmlənməyi planlaşdırırdı. Bu planın həyata keçirilməsində isə erməni məsələsi mühüm rol oynaya bilərdi. II Yekaterina hökumətinin Cənubi Qafqaz siyasətində erməni məsələsinin daim diqqət mərkəzində saxlanılması da elə bununla bağlı idi. Çar hökuməti Azərbaycan və Türkiyə torpaqları hesabına erməni dövləti yaratmağı və ondan İran və Türkiyəyə qarşı sipər kimi istifadə etməyi planlaşdırırdı. Rusiyanın Qafqaz siyasətinin formalaşmasında və həyata keçirilməsində həlledici simalardan olan Q.A.Potyomkin özünün bu məsələyə həsr olunmuş çoxsaylı məktublarından birində yazırdı: “Biz ancaq Bakıya qədərki torpaqları tutacağıq. Qarabağ və Qaradağdan ibarət olan İran Ermənistanı və İraklinin çarlığı Türkiyə Ermənistanı ilə həmsərhəd olacaq”. Göründüyü kimi, çar hökuməti Cənubi Qafqazda eyni vaxtda iki erməni dövlətinin yaradılmasını planlaşdırırdı. Bunlardan birincisi Qarabağ və Qaradağ xanlıqlarının, ikincisi isə Şərqi Anadolu torpaqlarının hesabına yaranmalı idi.
Yüklə 105,45 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin