Qədim türk xalqlarının dinləri


Türk xalqlarının qədim dövr və orta əsrlər tarixi Türkiyə tarixşünaslığında



Yüklə 105,45 Kb.
səhifə22/30
tarix17.05.2022
ölçüsü105,45 Kb.
#58338
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   30
Türk xalqları tarixi

Türk xalqlarının qədim dövr və orta əsrlər tarixi Türkiyə tarixşünaslığında

XX əsrdə türk xalqlarının istər qədim və orta əsrlər, istərsə də müasir tarixinin öyrənilməsində dünyanın aparıcı elmi mərkəzlərində və təhsil müəssisələrində çalışan görkəmli tədqiqatçı-alimlərlə bərabər, Türkiyədə müasir türk tarixşünaslığının banilərindən biri sayılan professor Əhməd Zəki Vəlidi Toqanın özünəməxsus rolu olmuşdur. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra şərqşünaslıq elminin bir sahəsi olan türkologiyanın inkişafına dövlət səviyyəsində diqqət yetirilməyə başlandı. M.K.Atatürkün təşəbbüsü ilə Türk Dil Qurumu və Türk Tarix Qurumu kimi elmi mərkəzlər təsis edildi. 

Yeni hökumət gənc alimləri Avropanın nüfuzlu universitetlərinə və elmi-tədqiqat mərkəzlərinə göndərərək onların yüksək səviyyəli mütəxəssis olmalarına xüsusi qayğı göstərməyə başladı. Nəticədə 1920-1940-cı illərdə Türkiyə Cümhuriyyətində xaricdə təhsil alıb qayıtmış gənc alimlərin türk xalqlarının tarixinə və mədəniyyətinə aid apardıqları tədqiqatların nəticələri olan sanballı əsərlər ortaya çıxdı.

Avropada təhsil alıb Türkiyəyə qayıdaraq fəaliyyət göstərən tədqiqatçı-alimlərlə yanaşı, Rusiyada 1917-ci ildə baş vermiş bolşevik çevrilişindən sonra Azərbaycandan, Şimali Qafqazdan, İtil-Uraldan, Krımdan, Türküstandan və Rusiyanın başqa bölgələrindən də Türkiyəyə çoxlu sayda ziyalıların da bu işdə xidmətləri var. Belə ziyalılardan biri Əhməd Zəki Vəlidi Toqandır.

Ə.Z.Vəlidi Toqan 1890-cı il dekabrın 10-da Başqırdıstanın Sterlitamak mahalının Küzən kəndində anadan olmuşdur. Ata nəsli bu kəndin qədim sakinlərindən olub böyük nüfuz sahibi idi. Əhməd Zəki böyüdükdən sonra atasından gələn Vəlidi soyadını seçmişdir (1935-ci ildə Toqan soyadını da qəbul etmişdir). Onun ana tərəfi də oxumuş ziyalı nəsli idi. Ə.Z.Vəlidinin bir şəxsiyyət kimi formalaşmasında ana tərəfinin də təsiri böyük olmuşdur. O, ilk və orta təhsilini əvvəl atasının Küzəndəki, dayısının Ütəkdəki mədrəsələrində almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Sonra ali təhsil üçün Kazana gəlsə də, ali təhsilini uzun müddətdən sonra, 1932-1935-ci illərdə Vyanada tamamlayıb. Hələ Kazanda olan vaxtlar məşhur şərqşünaslar M.Aşmarin və N.Katanovla yaxından tanış olan Zəki Vəlidi onların təşəbbüsü ilə elmi axtarışlara başlayır və nəticədə "Türk və tatar tarixi"nin ilk cildini 1912-ci ildə Kazanda nəşr etdirir. Bu əsərə görə Kazan Universiteti Tarix və Arxeologiya Cəmiyyətinin üzvlüyünə qəbul edilir və 1913-cü ildə Kazan Universiteti, 1914-cü ildə isə Rusiya EA tərəfindən Fərqanə və Buxara bölgələrinə elmi ezamiyyətlərə göndərilir. Burada dəyərli materiallar toplayan, elmi jurnallarda məqalələr çap etdirən Ə.Z. Vəlidi 1912-1913-cü illərdən etibarən "Manas" dastanını və XIV əsrdə yaşamış ərəb tarixçisi və filosofu İbn Xaldunun həyat və fəaliyyətini öyrənməklə məşğul olur.

1914-cü ildə Birinci Dünya müharibəsi başladıqdan sonra siyasi fəaliyyət də göstərən Ə.Z.Vəlidi 1917-ci ildə qurulan Milli Başqırd hökumətinin müdafiə və daxili işlər naziri olur, bolşeviklərlə mübarizədə iştirak edir. Sonralar bu mübarizəni Türküstanda davam etdirir. Onun bolşeviklərə qarşı Türküstandakı mübarizəsi üç ilə qədər davam edir.

Zəki Vəlidi Türküstanda Basmaçılıq hərəkatının rəhbərlərindən biri kimi bolşeviklərə qarşı silahlı mübarizə aparmaqla yanaşı, gəzdiyi yerlərdə elmi-tədqiqat işləri ilə məşğul olmağa da vaxt tapırdı. Onun bu dövrdə topladığı qiymətli əlyazmalar və apardığı araşdırmalar sonralar Avropada və Türkiyədə yazıb nəşr etdirdiyi kitab və məqalələrin əsasını təşkil edir.

1923-cü ildə Avropaya gələn Ə.Z.Vəlidi əvvəl Parisdə, sonra Berlində yaşayır. 1925-ci ildə Türkiyənin maarif naziri, doktor Rza Nur Berlində olarkən Zəki Vəlidi ilə görüşür və onu Türkiyəyə dəvət edir. Bu dəvəti qəbul edən Zəki Vəlidi və dostu Əbdülqədir İnan həmin il Ankaraya gəlirlər.

Onun həyatında dərin iz buraxmış hadisələrdən biri 1932-ci ilin iyulunda Ankarada keçirilən Türk Tarix Qurumunun birinci qurultayı olmuşdur. Baxışlarına görə onu burada tənqid etsələr də, fikirlərinin üstündə möhkəm dayanır. Hətta ona burada ali universitet təhsili olmadığına görə "cahil" damğası vuranlar da tapılır. Bütün bu haqsız tənqidlərə dözə bilməyən Zəki Vəlidi 1932-ci il iyulun 8-də İstanbul Universitetində tutduğu vəzifədən istefaya çıxdığını bildirir və ləngimədən ali təhsilini tamamlamaq və doktorluq mövzusu müdafiə etmək üçün Vyanaya gedir. O, Vyana Universitetində həm universitet təhsilini tamamlayır, həm də 1935-ci il iyunun 7-də "İbn Fədlanın səyahətnaməsi" mövzusunda doktorluq işini müdafiə edir. Ə.Z. Vəlidinin müdafiə etdiyi doktorluq işi o dövrdə öz dəst-xətti ilə seçilən məşhur şərqşünaslar tərəfindən yüksək qiymətləndirilir.

Doktor Zəki Vəlidi əvvəl Bonn, sonra Qettinqen Universitetində "Orta Asiya tarixi və islamiyyət" mövzusunda mühazirələr oxuyur. Artıq 1939-cu ildə onun "İbn Fədlanın səyahətnaməsi" əsəri alman dilində Leypsiqdə çapdan çıxır. "Əl-Biruni" əsəri isə ingilislər tərəfindən nəşrə hazırlanır. O, eyni zamanda türk və alman dillərində nəşr olunan elmi jurnallarda bir neçə məqalə də çap etdirir. Ə.Z.Vəlidi bu illərdə Türkiyədə qəbul olunmuş yeni soyad qanununa görə özünə Toqan soyadını seçir.

1939-cu ildə Türkiyəyə qayıdan Ə. Z. Vəlidi Toqan İstanbul Universitetinin ədəbiyyat fakültəsində türk tarixi üzrə professor təyin edilir. Bu illərdə onun Əlişir Nəvai haqqında əsəri, "Türk metodologiyası", "Ümumtürk tarixinə giriş" kitabları nəşr olunur. "Bu günkü Türküstan və yaxın keçmişi" əsəri əvvəl Misirdə ərəb əlifbası ilə türk dilində, 1940-cı ildə isə latın əlifbası ilə yenə də türk dilində çap olunur.





  1. Yüklə 105,45 Kb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin